Məhkəmə qərarları › İş №2-1(102)-77/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-77/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-77/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair kadastr məlumatlarının silinməsi, bağ sahəsinə çıxarışın verilməsi; öhdəliyin icrası haqqında iddianın mümkünlük şərtlərinin yoxlanılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X4 ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili X5, cavabdehin vəkili Vəkil1, üçüncü şəxs Maraqlı şəxs, üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cav abdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Maraqlı şəxs) “kadastr məlumatlarının silinməsi, çıxarışın verilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli 2-1(103)-1201/2020 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x yerləşən x saylı bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh 2015-ci il 27 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi mübahisəli bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2015-ci il 18 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X3 və İstismarı Birliyinin onunla bağladığı müqaviləni nəzərə alaraq, digər şəxsin adına verilmiş əsası olmayan sənədin ləğv edilməsi və bağın adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 və İstismarı Birliyini tərəfindən onun istifadəsinə verilmiş xsaylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın onun adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin d əqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək x yerləşən 0.25 ha torpaq sahəsi olan x saylı bağ sahəsinə dair üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi və bağ sahəsinin nömrəsində yol verilmiş uyğunsuzluq aradan qaldırılmaqla həmin bağa dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş Dövlət Kadastr kitabında 2014-cü il 29 dekabr tarixdə x nömrə ilə uç ota alınmış A №x saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və x yerləşən 0.25 ha torpaq sahəsi olan xsaylı bağ sahəsi üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0.25 ha olan x saylı bağ Bakı şəhəri İcra Hakimiyyətinin 03.10.1968-cı il tarixli x saylı sərəncamına əsasən ona məxsusdur. Həmin tarixdən etibarən hər il torpaq vergilərini ödəmiş və qəbzləri təqdim etmişdir. X3 və İstismarı Birli yinin iddiaçı ilə bağladığı 2007-ci il 14 mart tarixli sonuncu müqavilədə həmin bağ xsaylı bağ kimi göstərilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 03 fevral tarixli 2-1(82)611/2016 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 may tarixli 21(82)5/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş Dövlət Kadastr kitabında 2014-cü il 29 dekabr tarixdə x nömrə ilə uçota alınmış A №x saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilmiş, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və x yerləşən 0.25 ha torpaq sahəsi olan xsaylı bağ sahəsi üzərinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli bağ sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

13. Üçün cü şəxs qərarı mübahisələndirməmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 05 noyabr tarixli, 2-1(103)-2044/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin məhz X3 və İstismarı Birliyi ilə bağlanmış 2017-ci il 14 mart tarixli, 16480 nömrəli müqaviləyə əsasən onun istifadəsinə verilmiş torpaq sahəsi olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki icraat

17. Azərba ycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 17 mart tarixli, 2-1(102)947/20 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 05 noyabr tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən bütün bu illər ərzində mübahisəli torpaq sahəsinə görə dövlətə müvafiq ödənişlər edildiyi, eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda (ətrafında) yerləşən torpaq sahələrinin iddiaçının qardaşının və bacısının istifadəsində olması araşdırma predmeti olmamış və nəticə etibarı ilə də onlara Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət veri lməmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli 2-1(103)-1201/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

22. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətlərinin dəlilləri

23. Cavabdehin kas sasiya şikayətində qeyd edilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş xsaylı bağ müqaviləsinin yerləşməsi qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığına və bağların sxematik xəritəsinə görə göstərilən yerə uyğundur. Lakin İdarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə “bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında 1968-ci il 19 iyul tarixli, x nömrəli müqavilə əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daha sonra, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq üçüncü şəxsin adına **********40 reyestr nömrəsi ilə x saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın mış və hal-hazırda onun mülkiyyətindədir.

24. Beləliklə, qeyd olunan hallar əsassız olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materiallarında qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz qərar qəbul edilmişdir.

25. Üçüncü şəxsin kassasiya şikayətində qeyd edilmişdir ki, “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında 1979-ci il 14 sentyabr tarixli, x saylı müqaviləyə, daha sonra isə X3 və İstismarı Birliyi ilə bağlanmış 2007-ci il 14 mart tarixli, 16480 saylı müqaviləyə əsasən İddiaçı icarəsinə torpaq sahəsinin verilməsi işin mübahisəl əndirilməyən halıdır. Lakin belə müqavilələrin mövcudluğu, qanuni əsaslarla üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün əsas ola bilməz.

26. İddiaçının iddia etdiyi torpaq sahəsinin məhz X3 və İstismarı Birliyi ilə bağlanmış 2007-ci il 14 mart tarixli, x saylı müqaviləyə əsasən onun istifadəsinə verilmiş torpaq sahəsi olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

28. Mütəxəssis və ekspertiza rəylərində yalnız iddiaçının göstərməsinə əsasən ona məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparılmışdır. Halbuki, şəxsin iddia etməsi və göstərməsi ilə sahə üzərində ekspertiza keçirilməsi düzgün deyildir. Ekspertiza torpaq sahəsinin ilkin ayrıc aktı, ilkin layihəsi və plan-cizgisi üzərində aparılmalıdır. İddiaçı torpaq sahəsini müqavilə əsasında əldə etsə də onun naturada sərhədləri müəyyən edilməmişdir. Torpaq sahəsinin naturada ayrılmaması səbəbindən iddiaçının torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş hüquqları yaranmır və torpaq sah əsi qanunla müəyyən edilmiş qaydada ayrılmamış sayılır.

29. İddiaçıya müvafiq torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) x alq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir.

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlər inin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

31. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

32. Üçüncü şəxs və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

33. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətlərinə etiraz edərək şikayətlərin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 34 İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçıların ın izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqı nda, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəlləni n 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkündür.

36. Üçüncü şəxsin kassasiya şikayətinin vaxtında verildiyinə, formal baxım dan lazımi qaydada əsaslandırıldığına və şikayətçinin tələbinin göstərildiyinə baxmayaraq, həmin şikayət üzrə kassasiya mümkünsüzdür. Belə ki, İPM-in 90.2-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

37. Yuxarıda qeyd olunduğu kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 may tarixli, 2-1(82)5/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X1 adına verilmiş Dövlət Kadastr kitabında 29.12.2014-cü il tarixində x nömrə ilə uçota alınmış A №x saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərək ətlər qanunsuz hesab edilmiş, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və x yerləşən 0.25 ha torpaq sahəsi olan xsaylı bağ sahəsi üzərinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmuşdur. Lakin üçüncü şəxs həmin qərarı mübahisələndirməmiş, ondan apellyasiya şikayəti verməmişdir. Beləliklə, apellyasiya icraatında üçüncü şəxsin hər-hansı tələbi olmamışdır.

38. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Ca vabdehin kassasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

40. Yuxarıda qeyd olunduğu kimi: - iddiaçı ərizə ilə cavabdehə müraciət edərək x yerləşən xsaylı bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır; - iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X3 və İstismarı Birliyinin onunla bağladığı müqaviləni nəzərə alaraq, digər şəxsin adına verilmiş əsası olmayan sənədin ləğv edilməsi və bağın adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir; - iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 və İ stismarı Birliyini tərəfindən onun istifadəsinə verilmiş xsaylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın onun adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir; - iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək x yerləşən 0.25 ha torpaq sahəsi olan x saylı bağ sahəsinə dair üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi və bağ sahəsinin nömrəsində yol verilmiş uyğunsuzluq aradan qaldırılmaqla həmin bağa dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir; - iddiaçı yenidən iddia tələb inin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X1 adına verilmiş Dövlət Kadastr kitabında 2014-cü il 29 dekabr tarixində x nömrə ilə uçota alınmış A №x saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və x yerləşən 0.25 ha torpaq sahəsi olan xsaylı bağ sahəsi üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir; - birinci instansiya məhkəməsi sonuncu məzmunda iddia tələbi üzrə qərar qəbul etmişdir. 41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi əsasında aparılır.

42. İstinad olunan normadan da göründüyü kimi hüquqlarının dövlət qeydiyyatının aparılmasını arzulayan hüquq sahibi ilk öncə belə bir ərizə ilə inzibati orqana müraciət etməlidir.

43. Hazırkı halda iddiaçı inzibati orqana ərizə ilə müraciət edərək x yerləşən xsaylı bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsini xahiş etmişdir. Lakin, iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsində iddia etdiyi “elektron kadastra daxil edilmiş məlumatların silinməsi” məzmunda müraciət etdiyinə dair işdə məlumat yoxdur. 4

4. Digər tərəfdən, məhkəmələr iddianı təmin edərək cavabdehin üzərinə iddia olunan həmin məzmunda öhdəlik qoyarkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin qeyd olunan məzmunda tələbə cavab verməli olubolmadığını – “kadastra daxil edilmiş məlumatların silinməsi”nə səlahiyyətli (iqtidarlı) olub-olmadığını ümumiyyətlə müzakirə etməmişlər (Bax: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə).

45. Beləliklə, iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əri zəsində iddia etdiyi “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X1 adına verilmiş Dövlət Kadastr kitabında 2014-cü il 29 dekabr tarixində x nömrə ilə uçota alınmış A №x saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi” məzmunda tələbinin İPM-in 34.1 və 35.1-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanılmamış və qiymətləndirilməmişdir. Buradan, həmçinin İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələbləri təmin olunmamışdır. Belə ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir.

46. İddiaçının “x yerləşən 0.25 ha torpaq sahəsi olan xsaylı bağ sahəsi üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın döv lət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə gəldikdə, həmin məzmunda iddianın mümkünlük şərtlərinə cavab verdiyi işin hazırkı vəziyyətində şübhə doğurmasa da, həmin tələbin mahiyyətcə həlli, işin digər halları ilə yanaşı, həm də iddiaçının digər tələbinin hüquqi taleyi ilə bağlı olduğundan, onların əsasları eyni vaxtda yoxlanılmalı və qiymətləndirilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 35.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 avqust tarixli 21(103)-1201/2020 nömrəli qərarı cavabdehin şikayətinə əsasən ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Cavabdehin şikayəti iddianın rədd edilməsi tələbinə aid hissədə təmin olunmur. Üçüncü şəxsin şikayəti üzrə kassasiya mümkün sayılmır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.Vəkil2 İ.A.Dadaşov R.S.Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar