Məhkəmə qərarları › İş №2-1(102)-77/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-77/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-77/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia ərizəsinin geri götürülməsi; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı Cavabdehnə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 2-1(103)- 2045/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassa siya şikayətinə dair işlə bağlı iddiaçının ərizəsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanlarında yerləşən iki tikilinin bir ünvanda birləşdirilməsi, həmin mənzilə fərdi yaşayış evi statusunun verilməsi, evlərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçı Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Cavabdeh qismində göstərməklə, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 56/58 mənzil 17 və ünvan 2 ünvanlarında yerləşən iki tikilinin bir ünvanda birləşdirilməsi (hər ikisi onun mülkiyyətindədir), həmin mənzillərə fərdi yaşayış evi statusunun verilməsi, evlərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-1273/2021 nömrəli qərarı ilə (hakim Nəriman Abıyev) iddia təmin edilməmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermi şdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli 21(103)-2045/2021 nömrəli qərarına əsasən (sədrlik edən Azər Hüseynov, hakimlər Vüsalə Baxışova və Vidadi Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-1273/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Məhkəmə qərarı iddiaçıya 20.09.2021-ci il tarixində təqdim edilmiş, iddiaçı 20.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli 2-1(103)-2045/2021 nömrəli qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı 17.12.2021-ci il və 06.01.2022-ci il tarixlərində məhkəməyə ərizə təqdim edərək iddia ərizəsini geri götürdüyü üçün inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

8. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mübahisənin məhkəmədən kənar həlli mümkün olduğundan iddianın geri götürülməsi zərurəti yaranmışdır. TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ

9. Məhkəmənin 18.11.2021-ci il tarixli bildirişində işə yazılı məhkəmə icraatı qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı barədə tərəflərə məlumat verilmiş, 17.12.2021-ci il tarixinədək etiraz və mülahizələrini bildirmələri təklif olunmuşdur. Tərəflər işə yazılı qaydada baxılmasına etiraz etməmiş, kassasiya şikayətinə dair mülahizə təqdim edilməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati iş hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ü çün əhəmiyyətli olmadığından İPM-in 96.4-cü maddəsinə uyğun olaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır.

12. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir.

13. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.

14. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərarda d qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

15. Həmin Məcəllənin 96.4-cü maddəsinə əsasən kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi təmin olunmalıdır.

17. Belə ki, hazırkı qərardadın 11-14-cü bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddia m əhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

18. İddiaçı da 17.12.2021-ci il və 06.01.2022-ci il tarixli ərizələrlə iddia ərizəsini geri götürdüyünü bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

19. Belə olan halda, iddiaçının vəsatəti təmin edilməli, iddia ərizəsi geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddia ərizəsi geri götürülmüş sayılsın. İddiaçı Cavabdehnə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar