Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-77/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şə rtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 2-1(104)-71/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara görə xx.xx.1986xx.xx.1987-ci il tarixlərdə təhsil almış, xx.xx.1982-xx.xx.1987-ci illərdə Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında, xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək Kirovabad Alüminium zavodunda, xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək “Azərkitab”ın Gəncə idarəsinin 94 saylı kitab mağazasında, xx.xx.2006-cı ild ən xx.xx.2021-ci ilədək Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2. xx.xx.1997-ci il tarixli, 12 nömrəli əmrdən görünür ki, İddiaçı 1997-ci il 01 fevral tarixindən dərəcəsi artırılmış, 3-cü dərəcə bunkerçi-nəqletdirici dərəcəsi verilmişdir.
3. Sumqayıt “Alüminium” İstehsalat Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 22 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi transportyorçu (2090100a-19213 kodlu) və xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi bunkerçi (2090100a-11289 kodlu) peşəsi 2 saylı Siyahıda mövcud olmuşdur.
4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, təqdim edilən "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 26 nömrəli arayışında xx.xx.1987- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçı Gəncə Giltorpaq İstehsalat Sahəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən transportyorçular və bunkerçilər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd edilən dövr üzrə iş stajına aid sənədlərdə göstərilən məlumatların yerində dəqiqləşdirilməsi zamanı Gəncə Giltorpaq İstehsalat Sahəsinə aid əmr kitabları və mühasibatlıq sənədlərinin “Sumqayıt Aliminium İstehsalat sahəsi”nə verilmədiyi aşkarlanmışdır. Mərkəzi Filiala təqdim edilən xx.xx.2017-ci il tarixli, 26 nömrəli arayış “Sumqayıt Aliminium İstehsalat sahəsi”nin arxivində olan iddiaçının adına təzə açılmış T-2 şəxsi işi əsasında yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də sözügedən arayışda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Qeyd edilən faktlar xx.xx.2021-ci il tarixli aktla təsdiqlənmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illəri ümumi iş stajına daxil etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1965-ci ildə anadan olmu ş, hazırda 57 yaşı var. "xxxx" ASC-nin Gəncə “Gil torpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi xammalın hazırlanması sexində transportçu (bölmə kodu 2090100a-19213), xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi isə xammalın və xəlitənin hazırlanması sexində bunkerçi (bölmə kodu 2090100a11289) işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatına dair müraciət etmişdir. 17 fevral 2022-ci il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu müraciətinizlə təqdim edilən "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 26 nömrəli arayışında xx.xx.1987-xx.xx.1998-ci il tari xləri arasındakı dövr ərzində Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən transportyorçular və bunkerçilər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd edilən dövr üzrə iş stajına aid sənədlərdə göstərilən məlumatların yerində dəqiqləşdirilməsi zamanı Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinə aid əmr kitabları və mühasibatlıq sənədlərinin “Sumqayıt Alüminium İstehsalat sahəsi”nə verilmədiyi aşkarlanmışdır. Mərkəzi Filiala təqdim edilən xx.xx.2017-ci il tarixli, 26 nömrəli arayış “Sumqayıt Aliminium İstehsalat sahəsi”nin arxivində olan iddiaçının adına təzə açılmış T-2 şəxsi işi əsasında yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də sözügedən arayışda qeyd olu nan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilən faktlar xx.xx.2021-ci il tarixli aktla təsdiqlənmişdir. Bu səbəbdən də iddiaçının güzəştli stajı olmadığı göstərilməklə imtina verilir. İddiaçı bildirir ki, arxiv işinin təşkili və sənədlərin saxlanılması işə götürən təşkilatın vəzifəsidir.
8. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-104/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək transportyorçu və xx.xx.1997ci il tarixdən xx.xx.1998-ci il tarixədək bunkerçi işlə diyi dövrün güzəştli iş stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması, pensiyanın ödənilməsinin əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, əmək kitabçası ilə əmək haqqı cədvəllərinin uyğunsuzluğun olması “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə əsasən, əmək stajını təsdiqedic i sənəd kimi arayışlara, əmrlərdən çıxarışlara, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərinə, vəsiqələrə, xasiyyətnamələrə, yazılı əmək müqavilələrinə, icrası barədə qeydlər edilməklə razılaşmalara, əmək xidmət siyahılarına, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-71/2024 nömrəli qərarı ilə (hakimlər A.V.Bayramov - /səd rlik edən və məruzəçi/ R.Z. Mamedov və Ə.M.Mustafayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə iddiaçının müraciətinə verilən imtinanın məzmunu eynilik təşkil etmişdir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qar şı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərd ə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:.... b) Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli ş ərtlərlə yaşa görə pensiya hüququna malikdir.; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edil ən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıla n zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini t əkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. İddiaçının güzəştli şərtlə pensiya hüququnun yaranması üçün 20 ildən az olmayan ümumi staja, o cümlədən 10 ildən az olmayan güzəştli şərtlə pensiya hüququ verən staja malik olmalıdır.
25. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 20 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.
26. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi transportyorçu və xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi bunkerçi peşəsi yuxarıda qeyd olunan 2 saylı Siyahıda müvafiq olaraq 2090100a-19213 və 2090100a-11289 kodlarla mövcud olmuşdur. Həmin dövr 10 il 08 ay 29 gün təşkil edir.
27. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi və ya əmək haqqı cədvəllərinin natamam doldurulması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin dövrün iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin müəssisədə işləmiş, onun qeyd edilən aylarda müəssisədən işdən çıxmasını və sonradan həmin müəssisəyə qayıtmasını, həmçinin həmin aylard a öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən qeyd edilən aylarda əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz.
28. Bundan başqa, iddiaçıya yenidən işlədiyi müəssisədə yeni nömrə ilə şəxsi işin açılması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni, başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz.
29. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün mötəbər sübut kimi qəbul edir. Əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 21(104)-71/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.