Məhkəmə qərarları › İş №2-1(102)-770/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-770/2019

27.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-770/2019 27.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-770/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı “müvafiq illərin sığ orta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2240/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasın işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx 1954-cü ildə anadan olduğunu, 1972-1974-cü illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğunu, əmək fəaliyyətinə 1975-ci ildən başladığını, 1975-c i ildən 2001ci ilə qədər qısa fasilələrlə müxtəlif peşələrdə işlədiyini, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparıldığını, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Nərimanov rayon şöbəsinə ərizə ilə müraciət etsə də, cavabdehin xxxx 2018-ci il tarixli imtina məktubu ilə xahişinin təmin edilmədiyini, imtinaya əsas kimi şöbəyə təqdim edilmiş əmək kitabçasında qeyd olunan xxxx 1992-ci il tarixdən xxxx 1997-ci il tarixədək “Xidmət” şirkətində 4-cü dərəcəli radiomexanik peşəsində işlədiyi müddətin yoxlanılmasının mümkün olmadığı göstərildiyini bildirərək, xxxx 1992-ci ildən xxxx 1997-ci ilə qədər “Xidmət” şirkətində 4-cü dərəcəli radiomexanik peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifə sinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,onun 1977-ci ildən 1980-cı ilədək Bakı Rabitə Elektro Texnikumunda orta ixtisas təhsilialdığı müddətin, 1972-ci ildən 1974-cü ilə qədər hərbi xidmətdə olduğu, həmçinin xxxx 1992-ci ildən xxxx 1997-ci ilədək “Xidmət” şirkətində işlədiyi iş illərinin ümumi sosialsığorta stajına daxil edilərək, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasınıntəyin edilməsi vəzifəsinin DSMF-nin Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədəqərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1967/2018 saylı xxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 1977-ci ildən 1980-cı ilədək Bak ı Rabitə Elektro texnikumunda orta ixtisas təhsili aldığı, 1972-ci ildən 1974-cü ilə qədər hərbi xidmətdə olduğu müddətin, həmçinin xxxx 1992-ci ildən xxxx 1997-ci ilədək “Xidmət” şirkətində işlədiyi iş illərinin ümumi sosial sığorta stajına daxil edilərək, ona hüququn yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2240/2018 saylı qərarı ilə (H.Həmdov sədrlik edən, hakimlər E.Nağıyeva və M.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş,2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1967/2018 saylı xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2240/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, apellyasiya məhkəməsi iş stajının 25 ildən az olmasını düzgün qeyd etməmiş, əmək kitabçası diqqətlə izlənərsə İdd iaçı ümumlikdə 25 ildən çox əmək stajının olması faktı öz təsdiqini tapacaq, apellyasiya instansiyası məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edərkən, onun gəldiyi bütün hüquqi nəticələri ləğv etmişdir ki, bu da yalnış qərarla nəticələnmiş, birinci instansiya məhkəməsində öz təsdiqini tapmış və sübuta yetirilmiş(İddiaçı 1977-ci ildən 1980-ci ilədək “Bakı Rabitə Elektro” Texnikomunda oxuduğu illərin, 1972-ci ildən 1974-cü ilədək hərbi xidmətdə olduğu müddətin, həmçinin xxxx 1992-ci ildən xxxx 1997-ci ilədək “Xidmət” şirkətində işlədiyi iş illərinin ümumi sosial sığorta stajına daxil edilməsi)hallar heç bir əsas göstərilmədən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)- 2240/2018 saylı qərarı ilə ləğv edilmişdir ki, bu da yalnışlığa səbə b olmuş, işə baxılarkən Azərbaycan Respublikası Konstitusiyasının, “Əmək pensiyaları haqqında” və digər Qanunların tələbləri pozulmuşdur. İddiaçı və cavabdeh DSMF-nun Nərimanov rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş i şdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq e dib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(103)-2240/2018 saylı qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1954cü ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, iddiaçı xxxx 1972-ci ildən xxxx 1974-cü ilədək sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, o, 1977-ci ildən 1980-cı ilədək Bakı Rabitə Elektro Texnikumunda təhsil almış və Dövlət imtahan komissiyasının xxxx 1980-cı il tarixli qərarı ilə ona radiotexnik ixtisası verilmiş, xxxx 1975-ci ildən xxxx 1977-ci ilədək maşinist, qazmaçı, xxxx 1978-ci ildən xxxx 1979-cu ilədək Geofizika idarəsində fəhlə, xxxx 1979-cu ildən xxxx 1980-ci ilədək Zəngəzur Geoloji kəşfiyyat idarəsində qazmaçı, xxxx 1980-cı ildən xxxx 1983-cü ilədək Qafan rayon-televiziya verilişləri ötürücü mərkəzində elektromexanik, xxxx 1983-cü ildən Qafan rayon Telefon Qovşağında elektromontyor, xxxx 1988-ci ildən xxxx 1988-ci ilədək, xxxx 1989-cu ildən xxxx 1992-ci ilədək müxtəlif təşkilatlarda, o cümlədən xxxx 1992-ci ildə n xxxx 2001-ci ilədək “Elektron” şirkətində (əvvəlki adı “Xidmət” şirkəti) radiomexanik vəzifələrində işləmiş, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtinasını onunla əsaslandırmışdır ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə yaşa görə əmək pensiyası təyin edilməsi, İddiaçı pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xxxx 1992-ci il tarixdən xxxx 1997-ci il tarixədək sosial sığorta stajının yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. İddia tələbini təmin etməyən apellyasiya məhkəməsi ona istinad etmiş dir ki, iddiaçının 63 yaşı xxxx 2017-ci il tarixdə tamam olmuş, qanunvericiliyin tələbinə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi iki halla şərtləndirilmiş: ya şəxsin fərdi sığorta hesabında əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalı toplanmalı, bu zaman şəxsin sığorta stajı nəzərə alınmır, ya da şəxs minimum 25 il sığorta stajına malik olmalı, iş materiallarına əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş iki əsasdan heç biri mövcud deyil, İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş minimum 25 il sığorta stajını toplamamış, iddiaçı xxxx 1992-ci il tarixdən xxxx 1997-ci il tarixədək “Xidmət” şirkətində (indiki adı “Elektron” şirkəti) işləsə də həmin illərdə iddiaçının sığorta stajının qarşılıql ı yoxlanılması, işəgötürən tərəfindən həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilməsi müəyyən edilə bilməmiş, həmçinin sözügedən şirkətin arxiv sənədləri aşkar edilməmiş, iddiaçının xxxx 1992-ci il tarixdən xxxx 1997-ci il tarixədək olan dövrdə məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olması məhkəmə araşdırılmaları zamanı sübuta yetirilmədiyindən həmin illər iddiaçının sosial sığorta stajına hesablana bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş materiallarının səthi araşdırılması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi g ünədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarına əsasən İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş, iddia tələbi ilə xxxx 2018-ci ildə məhkəməyə müraciət edərkən o, artıq 63,7 yaşında olmuş, cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsi isə iddiaya etirazını onunla əsaslandırmışdır ki, vətəndaşın fərdihesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimumməbləğindən az olduğuna görə yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir, bundan əlavə, vətəndaş İddiaçı pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əməkkitabçasında qeyd olunan xxxx 1992-ci ildən xxxx 1997-ci ilədək sosial sığorta stajınınyoxlanılması mümkünolmadığından, həmin illərin sosial sığorta s tajına daxil edilməsi qanuna ziddir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə və istinad edilən “Qaydaları”n 3.1.1-ci bəndinə əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan məhkəmə kollegiyası cavabdehin etirazının, iddiaçının xxxx 1992-ci - xxxx 1997-ci illər ərzindəki sosial sığorta stajının yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsinin qanuna zidd olması barədə dəlillərinə tənqidi yanaşır. İnzibati prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən Qanunun 7-ci maddəsin ə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il xxxx yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il xxxx başlayaraq 2021-ci il xxxx, qadınların yaş həddi 2017-ci il xxxx başlayaraq 2027-ci il xxxx hər il 6 ay artırılır. İddiaçı xx.xx.1954-cü ildə anadan olmaqla məhkəməyə müraciət edərkən 63,7 yaşında olmuş, istinad edilən qanunvericiliyin tələbinə əsasən müvafiq pensiyay a təyin edilməsi üçün onun 63,5 yaşı olmalıdır və iş materiallarına əsasən iddiaçının yaşa görə pensiya təyin edilməsi üçün yaşı kifayət edir və cavabdeh tərəfindən işin həmin halı mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən işin mübahisələndirilən halı isə ondan ibarətdir ki, İddiaçı şöbəyə təqdim etdiyi əməkkitabçasında qeyd olunan xxxx 1992-ci ildən xxxx 1997-ci ilədək sosial sığorta stajınınyoxlanılması mümkünolmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Cavabdehin etirazı və apellyasiya şikayətinin eyni məzmunlu dəlili ilə razılaşan apellyasiya məhkəməsi İPM-nin 12.1 və 12.2-ci maddələrinin tələblərini pozaraq İddiaçı xxxx 1992-ci-xxxx 1997-ci illər ərzində, əmək kitabçasında qeyd olunmuş “Xidmət” şirkəti, “Elektron” Kommersiya müəssisəsində işləy ib-işləmədiyini, müvafiq əmək haqqı alıb-almadığını, “Xidmət” şirkətinin, “Elektron” Kommersiya müəssisəsinin hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçmədiyini müvafiq sorğular verməklə dəqiq müəyyən etməmişdir. Bu məsələlər dəqiq müəyyən edilmədən isə hazırkı mübahisənin obyektiv və qanuni həlli mümkün olmasa da cavabdehin həmin dəlili ilə razılaşan apellyasiya məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamış, məhkəmə iclasında bilavasitə tədqiq edilməmiş, konkret və mötəbər sübutlara istinad etmədən, iddiaçının 25 il sığorta stajının olmadığı barədə iş materialları ilə təsdiq edilməyən, faktiki olaraqsa əsaslandırılmamış məhkəmə aktı qəbul etmişdir. Apellyasiya məhkəməsinin, sözügedən şirkətin arxiv sənədlərinin aşkar edilmədiyi barədə gəldiyi nəticə də, bu barədə hər hansı arxiv sən ədi iş materiallarında mövcud olmadığı halda anlaşılan deyildir, cavabdeh tərəfindən də işə baxmış məhkəmələrə İPM-nin 14.3-cü maddəsinin tələblərinə müvafiq olaraq buna dair sübutlar təqdim edilməmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçı İddiaçı xxxx 1992-ci-xxxx 1997-ci illər ərzində, əmək kitabçasında qeyd olunmuş “Xidmət” şirkəti, “Elektron” Kommersiya müəssisəsində işləyib-işləmədiyi, müvafiq əmək haqqı alıb-almadığı, “Xidmət” şirkətinin, “Elektron” Kommersiya müəssisəsinin hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçmədiyi müvafiq sorğular verilməklə dəqiq müəyyən edilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə hərtərəfli və obyektiv məhkəmə araşdırması aparılması, əlavə sübutlar əldə edilməsi və qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün hesab etmir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların pozuntusuna və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(103)-2240/2018 saylı qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(103)-2240/2018 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar