Məhkəmə qərarları › İş №2-1(102)-771/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-771/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-771/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək pensiyasının bərpa olunması və ona pensiya ödənişinin dayandırılmış tarixdən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-3421/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 27 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının əmək pensiyasının bərpa olunması və ona pensiya ödənişinin dayandırılmış tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2757/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, iddiaçıya 29 iyul 2021-ci il tarixdən təyin olunmuş və 1 sentyabr 2021-ci il tarixdən ödənişi dayandırılmış dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını bərpa edərək pensiya ödənişinin dayandırıldığı 1 sentyabr 2021-ci il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-3421/2022 nömrəli qərardadı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilməmiş və apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2757/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022ci il tarixli məktubla cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ünvanına göndərilmiş, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən 2-1(112)-2757/2022 saylı qərar üzrə verilmiş apellyasiya şikayəti isə Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə da xil olmuşdur. İş materiallarından görünür ki, apelyasiya şikayəti surətli poçt xidməti vasitəsi ilə göndərilmişdir. Lakin, şikayətin göndərilməsini təsdiq edən müvafiq poçt qəbzinə baxış keçirilən zaman müəyyən edilir ki, qəbzin müvafiq bölməsində cavabdeh orqan tərəfindən şikayətin göndərilmək üçün xidmətə verildiyi tarix əlyazısı ilə xx.xx.2022-ci il, poçt xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə çatdırıldığı tarix isə xx.xx.2022-ci il kimi qeyd edilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-2757/2022 saylı qərarın icrası ilə bağlı cavabdeh orqana müraciət edilən zaman, xx.xx.2022-ci il tarixli, **********5 saylı cavab məktubu ilə həmin qərardan xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verildiyi bildirilmişdir. Halbuki, poçt qəbzində qeyd edilən tarixə əsasən, a pelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Beləliklə, prosesual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa olunur. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Hazırkı iş üzrə cavabdeh tərəf prosessual müddətin bərpasına dair ərizə təqdim etməmiş və yuxarıda qeyd edilən ziddiyyətli hallara da aydınlıq gətirə bilməmişdir.

6. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

7. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş, lakin məktub gec göndərilmişdir. Məhkəmə bu halı ağlabatan hesab etməsə də, gün ərzində onlarla məktub daşıyan xidmət üçün texniki xəta və ya digər səbəblərdən gecikmə hallarının olması ağlabatandır. Belə olan halda bu hal məktub göndərənin səhvi hesab edilə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

8. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərə k, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

10. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

11. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhk əmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalıdır.

13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmiş, həmi qərardan apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Şikayətin göndərilməsini təsdiq edən poçt qəbzinə baxış keçirilən zaman müəyyən edilir ki, qəbzin müvafiq bölməsində cavabdeh orqa n tərəfindən şikayətin göndərilmək üçün xidmətə verildiyi tarix əlyazısı ilə xx.xx.2022-ci il, poçt xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə çatdırıldığı tarix isə xx.xx.2022-ci il kimi qeyd edilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul etdiyi qərarın icrası ilə bağlı cavabdehə müraciət etmiş, verilmiş xx.xx.2022-ci il tarixli məktublu cavabında həmin qərardan xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verildiyi bildirilmişdir. Halbuki, poçt qəbzində qeyd edilən tarixə əsasən, apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Beləliklə, şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür.

14. İş materialları ilə müəyyən olunur ki, cavabdehin mübahisə açdığı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı x x.xx.2022-ci il tarixli məktubla onun ünvanına göndərilmiş, cavabdeh həmin qərarı xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarından cavabdehin verdiyi apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur.

15. Lakin şikayətin göndərilməsini təsdiq edən poçt qəbzinə əsasən, qəbzin müvafiq bölməsində cavabdeh tərəfindən şikayətin göndərilmək üçün poçt xidmətinə verildiyi tarix xx.xx.2022-ci il, poçt xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə çatdırıldığı tarix isə xx.xx.2022-ci il kimi qeyd edilmişdir.

16. Apelyasiya məhkəməsinə göndərilən apelyasiya şikayətinin imzalanma tarixi 11 may 2022-ci il qeyd edilmişdir. Məhkəmən qərarının icra edilməsi barədə məhkəmənin müraciətinə cavabdehin məktubunda da apelyasiya şikayətinin 11 may 2022-ci il tarixdə imzalandığı qeyd edilmişdir. Lakin apelyasiya məhkəməsi sadəcə olaraq apelyasiya şikayətinin 24 may 2022-ci il tarixdə poçta təhvil verilməsini və poçtun həmin şikayəti 28 sentyabr 2022-ci il tarixdə məhkəməyə təqdim edilməsini ağlabatan hesab etmədiyini bildirmiş, gəldiyi nəticəni hər hansı mötəbər sübutla əsaslandırmamış, nəticədə apelyasiya şikayəti üzrə müddətin buraxılması barədə ətraflı və hərtərəfli araşdırma aparmadan şikayəti mümkün saymamışdır.

17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi şikayətin mümkünlüyü məsələsinə baxarkən ətraflı araşdırma aparmayaraq şikayətin poçta təqdim edilməsi vaxtı barədə cavabdehdən məlumatları almamış, şikayətin təqdim edildiyi poçt xidmətinin rəsmi olaraq fəaliyyət göstərməsini yo xlamamışdır.

18. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2022-ci il tarixli, 2-1(103)-3421/2022 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar