Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-771/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya təyin edildikdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablan ması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)3526/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2013-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ona pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciətlər etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəs inə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən xx.xx.2020-ci il tarixli ərizənizə əsasən sizə vaxtilə pensiya təyin edildikdən s onra qazandığınız 8.106,89 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyanız (8.196,89:87 ay (65 yaş-63 yaş 9 ay=15 ay+144 ay-72 ay)=94,22 manat) yenidən hesablanaraq 268,08 manatdan 362,30 manata artırılmışdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2021-ci il ta rixindən etibarən 403,60 manat müəyyən edilmişdir. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 403,60 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür.
3. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20.604,81 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 21.407,74 manat olmaqla cəmi pensiya kapitalı 42.012,55 manat təşkil edir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pen siya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 ya nvar 2006-cı il tarixinədək olan 25 il 4 ay 3 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 20604,81 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 21.407,74 manat pensiya kapitalı qeydə alınmışdır.
4. Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin Mərkəzi Filiala xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun əmək pensiyası yenidən hesablanaraq 268,08 manatdan 362,30 manata artırılmışdır. Əlavə olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 manat, xx.xx.2022-ci il tarixindən isə 467,32 manat məbləğində müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, cavabdehin xx.xx.2021-ci il tarixli 216326-01104 saylı məktubunun qanunsuz hesab edib, xx.xx.2006cı il tarixdən xx.xx.2020-ci ilədək fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 26.1, 27.1, 29.1 maddələrinə, Qaydaların 5.1, 5.2, 5.3 bəndlərinə və illik inflyasiyalar nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidentinin illik indeksləşdirmə əmsallarına müvafiq indeksləşdirərək, ona pensiya təyin edildiyi tarixdən, yəni xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək olan dövrlərdə yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi və həmin dövrlərdə əskik ödənilmiş məbləği maddi ziyan kimi qəbul edib, illər üzrə inflyasiyanı nəzərə alaraq indeksləşdirib ödənilməsinin cavabdehə həvalə edilməsi və dəymiş maddi və mənəvi z iyana görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun maddələrinə müvafiq cavabdehin 10.000 (on min) manat təzminat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının xx.xx.2013-cü ildə güzəştli şərtlərlə pensiya təyin edilərkən xx.xx.2006-ci ildən xx.xx.2013-cü illərədək yığılmış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə müvafiq indeksləşdirib pensiyanı yenidən hesablayıb ödənilməsini və xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək işlədiyi dövrdə yığılmış pensiya kapitalının iddia ərizəsində göstərdiyi qaydada “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərinə müvafiq indeksləşdirib 37.3.1-ci maddəsini tətbiq edib pensiyanın yen idən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş, iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci ildə 6 ildən çox işlədiyi üçün cavabdehə ünvanladığı ərizəsinə lazım olan sənədləri, o cümlədən fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı barədə sosial arayışı əlavə edərək “Əmək pensiyaları haqqında” Qanunun 26.1, 27.1, 29.1 və 37.3.1-ci maddələrinin tələblərinə müvafiq yenidən hesablamağı xahiş etmişdir.
8. Həmin ilin dekabr ayında pensiyasını 94.22 manat artırmışlar. 9. 29.12.202 0-ci ildə pensiyasının düzgün hesablanmaması barədə yenidən müraciət etmiş, 4 aydan sonra ərizəsinə cavab verilərək pensiyanın düzgün hesablandığı bildirilmişdir. 10. 2021-ci ilin mart ayının 3-də xx.xx.2013-cü ildə iddiaçıya pensiya təyin edilərkən həmin dövrədək və pensiyaya çıxıldıqdan sonra yığılmış pensiya kapitalının Qanunun 26.1, 27., 29.1-ci maddələrinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.1, 5.2 və 5.3-cü bəndlərinin şərtlərinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyə n edilən illik inflyasiya artım tempinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin hər il verdiyi qərarlara əsasən indeksləşmə əmsallarına müvafiq özü hesablayıb, hesablama apardığı cədvəlləri ərizəsinə əlavə edib təkrar müraciət etmişdir.
11. Cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini bilərəkdən kobud şəkildə pozaraq dəfələrlə müraciət etdiyi ərizələrə (30 iyul və 12 avqust 2021-ci il tarixli ərizəsi istisna olmaqla) 4 aydan çox müddətə “bir daha” sözünü təkrarlayaraq iddiaçıya eyni məzmunlu məktublar göndərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları:
12. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-628/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
15. İddiaçının xx.xx.2020-ci il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən pensiya təyin edildikdən sonra işlədiyi dövrdə topladığı 8.196,89 manat məbləğində sığorta kapitalı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun qay dada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 87 (65 yaş - 63 yaş 9 ay = 15 ay+144 ay-72 ay) aya bölünməklə (8.196,89/87=94,22 manat) əmək pensiyasının (268,08 manat) üzərinə əlavə edilərək 362,30 manat məbləğində olmaqla, xx.xx.2020-ci il tarixindən müvafiq kart hesabına köçürülmüşdür. 16. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 (11,4 %) m anat hesablansa da, xx.xx.2022-ci il tarixindən səhvən 417,32 (3,4 %) manat məbləğində müəyyən edilmişdir.
17. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyasının düzgün hesablanmadığını əsas gətirərək cavabdehə müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2022-ci il tarixində 424,01 manat məbləğində hesablanmalı olduğu halda, 417,32 manat hesablandığı və nəticədə xx.xx.2020-xx.xx.2021 tarixləri arasındakı dövr ərzində ona 167,74 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin əskik ödənilmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının pensiyasının üzə rinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür.
18. İddiaçı hazırkı iddia tələbində ona təyin edilmiş əmək pensiyasının düzgün hesablanmadığını, yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçının əmək pensiyasının məbləğinin düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
20. İş üzrə alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat hissəsində göstərilənləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023- cü il tarixli, 3-17-1/2-45482/23 saylı məktubunda İddiaçı əmək pensiyasının hesablanması haqqında məlumat nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 (11,4 %) manat, xx.xx.2022-ci il tarixindən isə 417,32 (3,4%) manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyasının düzgün hesablanmadığını əsas gətirərək M ərkəzi Filiala müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2022-ci il tarixində 424,01 manat məbləğində hesablanmalı olduğu halda, 417,32 manat hesablandığı və nəticədə xx.xx.2020-xx.xx.2021 tarixləri arasındakı dövr ərzində ona 167,74 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin əskik ödənilmiş pensiya məbləği "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürüləcəyi müəyyən edilir.
21. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3526/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-628/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLL ƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. Məhkəmədə işə baxılarkən pensiya kapitalının 42.012,55 manat olduğu göstərilən arayış sübut kimi qəbul edilməmişdir.
27. Qərarın apellyasiya şikayətinin dəlillərinə münasibət bölməsində iddiaçının xx.xx.2021-ci il tarixdə pensiyanın düzgün hesablanmadığı barədə Mərkəzi Filiala müraciət etdikdə 6 aydan sonra pensiyanın məbləğinin düzgün hesablamadıqları üçün yenidən hesabladıqlarını, 167,74 manat əskik ödənilmiş pensiyanın ödənilməsini göstərmişlər. Həqiqətdə isə belə deyil. İddiaçı xx.xx.2014-cü ildə pensiya təyinatı üçün müraciət etdikdə hərbi xidmətdə olduğu dövrü iş stajına hesablamadıqları üçün həmin dövrü iş stajına əlavə edib 167,74 manat ödəyiblər. Cavabdehin səhvləri olduğu üçün pensiya təyin edilən tarixdən xx.xx.2021-ci il tarixədək əski k ödənilən məbləği ödəməli idilər. Məhkəmə icraatı iştirakçılarının izahatları bölməsində cavabdehin nümayəndəsi tərəfindən pensiya işinə baxış keçirərkən Nazirliyin bazasında göstərilən indeksasiya faizlərinə əsasən adı çəkilən məktubda göstərilənlərə istinad edərək pensiyanın məbləğini hesablayarkən riyazi hesablamaları pensiyanın sığorta hissəsi 57,66 manatın üzərinə xx.xx.2006-ci ilədək xx.xx.2013-cü ilədək toplanmış 7.645,50 manat pensiya kapitalını 144 aya böldükdə alınan 53,09 manatın üzərinə əlavə etdikdə pensiyanın sığorta hissəsinin cəmi məbləği 110.75 manat olmasına baxmayaraq 100 manat pensiyanın baza hissəsinin üzərinə 110.75 manat gəlmək əvəzinə 83,74 manat əlavə ediblər. xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək fərdi hesabının sığorta hissəsində indeksləşmə ilə birlikdə qeyd ə alınmış 11.429,19 manatı 87 aya bölərək alınan 131,37 manatı xx.xx.2020-ci ilədək 310,16 manatın üzərinə əlavə etdikdə pensiyanın cəmi məbləği 441,53 manat olduğu halda pensiyanın məbləğinin 368,10 manat olduğunu göstərmişdir. İddiaçı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********5 saylı məktubunun surətini iclasa sədrlik edən hakimə təqdim edərək nəzərə almağı xahiş etdikdə hakim həmin məktubu cavabdehin nümayəndəsinə verərək “ Bax gör bu nə məktubdur” sualını verdi. Nümayəndə o məktubda iddiaçının bütün kapital yığını göstərilib, iddiaçının pensiyasının düzgün hesabladığını bildirərək” məktubu hakimə qaytardı. Hakim iddiaçının axıra qədər dinləməyib müşavirə otağına getmədən qərarı elan etdi. b) Kassasiya şikayətinə əlavənin dəlilləri
28. Dövlət Sosial Müdafiəsi Fondunun Məhkə məsi Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-171/2-25787/2024 saylı etiraz məktubunda, daha dəqiq bütün instansiya məhkəmələrinə yazdıqları məktublarda əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiaçının ərizəsinə yazdıqları etiraz məktublarında eyni halları təkrarlayaraq iddia ərizəsində “İnzibati icraat haqqında” Qanunu və “İnzibati Prosessual məcəlləsinin maddələrinə əsasən göstərdiyim tələblərə və faktlardan yayınaraq yalan məlumatlar verirlər. Mərkəzi Filialın baş mütəxəssisi Nümayəndə1 Ali Məhkəməsinin İnzibati Kollegiyasına yazdığı etiraz məktubunda Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-(112)-628/ 2023 nömrələr qərar ilə hakim A.Abdullayeva tərəfindən iddiaçının iddia tələbinin təmin edilmədiyini göstərmişdir. Bütün etirazlar “şablon” olduğu üçün qərarı verən hakimin adını dəyişdirməyi yaddan çıxıb. Qərarı verən hakim M.Qarayevadır.
29. Bakı İnzibati Məhkəməsinin hakimi M.Qarayeva tərəfindən xx.xx.2023-cü ildə iddia tələbinin təmin edilməməsi barədə çıxardığı qərarın 3 mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasının təşkil edən sənədlər bölməsinin iş materiallarına əlavə edilmiş və pensiya işində olan bəndində (səhifə 5/11) hakim tərəfindən cavabdehə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə məlumat verməkləri barədə sorğu məktubuna xx.xx.2022-ci il tarixində **********85 saylı cavab məktubunda iddiaçının xx.xx.2006-cı ilədək olan əmək stajına uyğun 20.604, 81 manat, 2006-ci ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 21.407,34 manat olmaqla cəmi pensiya kapitalının 42.012,55 manat təşkil etdiyini göstərmişlər. Bu məktubda iddiaçının iddia tələbinin düzgün olduğunu bir mənalı təsdiqləyiblər. Məhkəmə qərar qəbul edilərkən nəzərə almayıb. Eyni halı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası da nəzərə almayıb. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir.
31. Etirazda, həmçinin qeyd olunur ki, birinci instansiya məhkəməsi gedişatında iş üzrə məhkəmə ekspertizası da təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2681 №-li məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, “Təqdim edilmiş iş materiallarında olan sənədlər, rəyin tədqiqat hissəsində göstərilənləri və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 317-1/2-45482/23 saylı məktubunda İddiaçı əmək pensiyasının hesablanması haqqında məlumat nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar a dıçəkilən şəxsin əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 (11,4 %) manat, xx.xx.2022-ci il tarixindən isə 417,32 (3,4%) manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyasının düzgün hesablanmadığını əsas gətirərək Mərkəzi Filiala müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2022-ci il tarixində 424,01 manat məbləğində hesablanmalı olduğu halda, 417,32 manat hesablandığı və nəticədə xx.xx.2020-xx.xx.2021 tarixləri arasındakı dövr ərzində ona 167,74 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin əskik ödənilmiş pensiya məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsi n pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürüləcəyi müəyyən edilir.
32. Göründüyü kimi, iddiaçının pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq ödənilir.
33. Beləliklə, iddiaçının kassasiya şikayəti tam əsassızdır və qeyd olunan əsaslara əsasən məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-3526/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası xüsusilə qeyd e dir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın və ona etirazın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olun muş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının 2006-cı ilədək, 2006-2013-cü illərdə və həmin ildən sonra topladığı pensiya kapitallarının məbləğləri cavabdeh tərəfindən tam həcmdə indeksasiya edilmişdir. İddiaçının şikayətdə qeyd etdiyi 53,09 manat isə xx.xx.2023-cü il tarixə aiddir. Həmin məbləğ 2013-cü ildə 26,08 manat olmuşdur ki, cavabdeh iddiaçının əmək pensiyası nı hesablayarkən həmin məbləği, həmin tarixdən sonra isə indeksasiyanın nəticələrini nəzərə almışdır (İİ cild, iş v. 18).
43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3526/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.