Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-772/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iddiaçının işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınaraq, 14.05.1972-14.06.1974-cü illərdəki hərbi qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə əmək pensiyasını n 55 yaşı tamam olduğu 09 iyul 2000-ci il tarixindən etibarən hesablanması və yaranmış pul fərqinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2530/18 saylı 31 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 17.10.1963-cü ildən əmək fəaliyyətinə başlamış, 21.05.2009-cu ilədək əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 10 yanvar 2018-ci il tarixli, 19/267a nömrə li imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan sonra iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, iddiaçının 21.10.1967-ci ildən XXII qurultay adına Bakı neft emal zavodu 5 saylı sex əməliyyatçı, 04.05.1972–ci ildən XXII qurultay adına Bakı NEZ-u 5saylı sex baş əməliyyatçı, 20.06.1974-cü ildən XXII qurultay adına Bakı NEZ-u 5saylı sex baş əməliyyatçı, 19.10.1976 -ci ildən XXII qurultay adına Bakı NEZ-u 3 saylı sex texnoloji qurğu rəisi, 03.01.1977 –ci ildən XXII qurultay adın a Bakı NEZ-u 6 saylı sex texnoloji qurğu rəisi, 01.03.1982 –ci ildən XXII qurultay adına Bakı NEZ-u 7 saylı sexdə ELOU-AVT-6 qurğusu texnoloji qurğu rəisi, 01.05.1986-cı ildən Bakı NEZ-na baş mühəndis vəzifəsində işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınaraq, 14.05.1972-14.06.1974-cü illərdəki hərbi qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşı tamam olduğu 09 iyul 2000- ci il tarixindən etibarən hesablanması və yaranmış pul fərqinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2-1(82)1143/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı Iddiaçı 21.10.1967-ci ildən XXII qurultay adına Bakı neft em al zavodu 5 saylı sex əməliyyatçı, 04.05.1972–ci ildən XXII qurultay adına Bakı NEZ-u 5saylı sex baş əməliyyatçı, 20.06.1974-cü ildən XXII qurultay adına Bakı NEZ-u 5saylı sex baş əməliyyatçı, 19.10.1976 -ci ildən XXII qurultay adına Bakı NEZ-u 3 saylı sex texnoloji qurğu rəisi, 03.01.1977 –ci ildən XXII qurultay adına Bakı NEZ-u 6 saylı sex texnoloji qurğu rəisi, 01.03.1982 –ci ildən XXII qurultay adına Bakı NEZ-u 7saylı sexdə ELOU-AVT-6 qurğusu texnoloji qurğu rəisi, 01.05.1986-cı ildən Bakı NEZ-na baş mühəndis vəzifəsində işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınaraq, 14.05.1972-14.06.1974-cü illərdəki hərbi qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşı tamam olduğu 09 iyul 2000ci il tarixindən etibarən hesablanması və ya ranmış pul fərqinin ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2530/18 saylı 31 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2-1(82)-1143/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri staja malik olmaqla yanaşı həm də buna əsas verən peşələrdə işləmiş və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 09.07.2000-ci il tarixdə yarandığından, həmin tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2530/18 saylı 31 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının qanunla tələb olunan güzəştli iş stajı yoxdur. Kassator İnzibati Prosessaul Məcəllənin 68.1, 68.2, 90, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2530/18 saylı 31 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2530/18 saylı 31 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qü vvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin b bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər— kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 1997-ci ilin avqustun 1-dək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmalıdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 17.10.1963-cü ildən əm ək fəaliyyətinə başlamış, 21.05.2009-cu ilədək əmək fəaliyyətini davam etdirmiş və müxtəlif vəzifələrdə - 5 saylı sex əməliyyatçısı, baş əməliyyatçı, texnoloji qurğu rəisi, ARDNŞ-nin Azerneftyağ Neft Emalı zavodunda baş mühəndis, zavodun idarə və aparatının texniki şöbəsində baş texnoloq-şöbə rəisi kimi işləmişdir. Hazırkı iş üzrə kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının qanunla tələb olunan güzəştli iş stajı yoxdur. Apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün əsas verən peşələrdə işlədiyini qeyd etsə də, iddiaçının işlədiyi peşələrin (baş əməliyyatçı, qurğu rəisi, baş mühəndis və s.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» adlanan XII bölməsində hansı şifrə kodu altında nəzərdə tutulduğunu göstərməmişdir. Halbuki, cavabdeh iddiaçının güzəştli iş stajının olmamasını qeyd etdiyindən iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısındə nəzərdə tutulan peşələrdə 01.08.1997-ci il tarixədək ən azı 12 il 06 ay çalışması sübuta yetirilərsə iddia tələbi əsaslıdır. Bundan əlavə, işə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya 26.08.2004-cü il tarixdən əmək pensiyası təyin edildiyini və iddiaçıya 09.07.2000-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin o zaman qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 98-ci maddəsinin tələbinə zidd olmasını qeyd etmiş, lakin apellyasiya instansiya məhkəməsi bu dəlilə münasibət bildirməmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 98-ci maddəsinin 1-ci abzasına əsasən yaşa görə pens iyalar, pensiya yaşının çatdığı gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən təyin edilir. Həmin maddənin 4-cü abzasına əsasən digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir. Belə olan halda, işə baxan apellyasiya instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya pensiya təyin edilib-edilməməsi məsələsini araşdırmalı və iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona yenidən pensiya təyin edilməsinin mümkünlüyü məsələsinə qiymət verməli idi. Belə ki, apellyasiya şikayətində cavabdeh iddiaçıya 26.08.2004-cü il tarixdən pensiya təyin edildiyini qeyd etsə də bu barədə hər hansı sənəd məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçıya məxsus əmək kitabçasının sürətində (iş v.9) iddiaçının 21.05.2009-cu ildə təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi qeyd edildiyindən apellyasiya instansiya məhkəməsi öz xidməti vəzifəsindən irəli gələrək bu məsələni araşdırmalı idi. Beləliklə, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya pensiya təyin-edilib edilməməsini və əgər təyin edilibsə hansı vaxtdan təyin edilməsini araşdırmaq üçün pensiya işini tələb etməli və ondan sonra iddiaçının tələbinə Ali Məhkəmə kollegiyasının yuxarıda qeyd olunan mövqeyini və iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almaqla mahiyyəti üzrə yenidən baxmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı iddia tələbinə dəqiqləşmə ilə bağlı ərizə vermiş və iş materiallarında olan (iş v.42) 24.04.2018-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, məhkəmə yerində müşavirə edərək iddia tələbinin dəyişdirilməsi barədə qərardadı elan etmişdir. Lakin iş materiallarında iddia tələbinin dəyişdirilməsi barədə qərardadın özü mövcud deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhk əməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2530/18 saylı 31 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-772/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-772/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver