Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-772/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 say lı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1314/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 58.0 kv. metr qeyri-yaşayış sah əsi İddiaçı adına xüsusi mülkiyyət kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Bu barədə, daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 7560 nömrəli vərəqində qeydiyyat aparılmışdır.
2. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 184 saylı xx.xx.2012-ci il tarixli Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyətinə Bakı şəhəri, Q.Qarayev prospekti ev 125, mənzil 42də yaşayan vətəndaş İddiaçı müraciət edərək, Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 391 saylı sərəncamı ilə onun adına sənədləşdirilmiş mövcud ticarət obyektinin (gül mağazası) təqdim etdiyi eskiz layihəsi əsasında genişləndirilərək, yenidən qurulmasına icazə verilməsini xahiş etmiş dir. Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2012-ci il tarixli, 18/03-8/1624 saylı məktubla M.Həsənli küçəsi ilə 20 Yanvar meydanının kəsişməsində mövcud ticarət obyektinin (gül mağazası) yenidən qurulmasına dair təqdim olunmuş memarlıq planlaşdırma həlli layihəsini razılaşdırmışdır.
3. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin əlavə sahələri üzərində hüquqların Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh **********09 №li xx.xx.2020-ci il tarixli cavab məktubunda müraciətə imtina cavabı vermiş və bildirilmişdir ki, əlavə sahələrin qeydiyyatı ilə bağlı “Daşınmaz əmla kın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir və idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 119.4 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3009/2021 nömrəli (sədrlik edən hakim N.Abıyev) qərarı ilə iddia təmin edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1314/2021 nömrəli (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov ) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3009 /2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçı tərəf kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. İşə kassasiya qaydasında baxılanadək, yəni 05 may 2022-ci il tarixdə iddiaçı ərizə göndərərək apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassas iya şikayətini geri götürdüyünü bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir.
11. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətini geri götürməsinə dair iddiaçının müraciəti təmin edilməli, iş üzrə başlanılmış kassasiya icraatına xitam verilməlidir.
12. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi Qərara aldı: İddiaçı kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1314/2021 nömrəli qərarından İddiaçı verdiyi şikayət üzrə başlanmış kassasiya icraatına xitam verilsin.