Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-772/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özəlləşdirilmiş mənzildə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü; FİN: oxgrt89) cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X10, İddiaçı Arif oğlu və X16) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tə ləbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 21(103)-3274/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 1 İddiaçı tam mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirli Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1982-ci il təvəllüdlü X10, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Arif oğlu və xx.xx.2002-ci il təvəllüdlü X16 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLA Rİ a) birinci instansiyası məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X10, İddiaçı Arif oğlu və X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və həmin yaşayış evi xx.xx.2006-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bu faktı təsdiq edən MH ******* N-li Çıxarışın surəti iddia ərizəsinə əlavə edilmişdir. İddiaçının ərizəsi əsasında üçüncü şəxs X10 iddiaçının oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzilə qeydi yyata alınıb. 2012-ci ildə onların nikahları pozulub. Hal-hazırda ailə üzvü deyil və həmin mənzildə uzun illərdir yaşamır. X2 da həmin mənzildə yaşamır və harada yaşaması iddiaçıya məlum deyil. Adıçəkilən şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda olması onun mülkiyyətçi kimi mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Üçüncü şəxslərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları üçün Suraxanı Rayon Polis İdarəsinə müraciət etsə də ona imtina cavabı verilmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-3785/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxslər X10, İddiaçı Arif oğlu və X8 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun «şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması» adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır.
8. Üçüncü şəxs X10 həmin qərardan apellyasiya şikayəti verərək qərar ın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2-1(103)-3274/2022 nömrəli qərarı ilə üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3785/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı qismən X5 münasibətdə ləğv edilmiş, üçüncü şəxs X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması hissəsində iddianın rədd edilməsi qərara alınmışdır. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-249/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər X11, İddiaçı, X9ma, X15ma və X4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, X3 24 yanvar 2002-ci il təvəllüdlü X16 və 25 noyabr 2004-cü il təvəllüdlü İddiaçı Arif oğlu adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048-d.ə yerləşən 10 nömrəli evin 95 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd olunanlara əsasən, hazırkı işdə qeyd olunan üçüncü şəxslərin mübahisəli evə köçürülməsi qərara alınsa da, qərardan İddiaçı Arif oğlu və X16 şikayət vermədiyindən qərar onlara münasibətdə yoxlanılmamalıdır. Belə olan halda, mülki məhkəmə qətnaməsi ilə hazırki işdə 3-cü şəxs qismində cəlb edilmiş X1 evə köçürülməsi tələbi təmin edildiyindən və həmin qətnamənin icrası nəticəsində X10 evə köçürül düyündən onun həmin ünvan üzrə pasport qeydiyyatından çıxarılması tələbi əsassızdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə, həmçinin qeyd edilir ki, qanunvericiliyə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində onunla birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi ya şayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şik ayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı üçüncü şəxs X5 aid hissədə mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
18. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 95 saylı mənzili 217583 nömrəli, xx.xx.1985-ci il tarixli orderə, X10, X17, X12, X13 və X6 tərəfindən razılıq ərizələrinə əsasən xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
19. Göründüyü kimi, sözügedən mənzil iddiaçının adına xx.xx.2004-cü il tarixdə məhz üçüncü şəxslərin razılıqları ilə özəlləşdirilmişdir. 20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qan ununun 12-ci maddəsinin tələbinə görə, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.
22. Digər tərəfdən, iş materiallarına əlavə olunmuş olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-249/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər X11, İddiaçı, X9ma, X7 və X4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, X3 24 yanvar 2002-ci il təvəllüdlü X16 və 25 noyabr 2004-cü il təvəllüdlü İddiaçı Arif oğlu adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048-d.ə yerləşən 10 nömrəli evin 95 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
23. Beləliklə, üçüncü şəxsin qeyd olunan yaşayış sahəsinə hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbindən, həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-249/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən irəli gəlir.
24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 10 noyabr tarixli, 21(103)-3274/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.