Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-772/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (məlumatlandırılma icraatı qaydasında icraatın aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.06.2024 Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X1 üçüncü şəxs qismində cəlb olunmaqla memarlıq planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 330/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Səbail RİH-nin xx.xx.1999-cu il tarixli, 1462 saylı sərəncamına əsasən Bibi-Heybət qəsəbəsinin nümayəndəliyi tərəfindən tərtib edilmiş aktla və yerləşmə cizgisi ilə uzun müddət bağ sahəsinə qulluq etdiyini nəzərə alaraq, Salyan şossesi 35 “A” ünvanında yerləşən mövcud bağ sahəsi X4 adına sənədləşdirilmiş, bağ sahəsinin cizgisi tərtib edilmişdir.
2. Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında, xüsusi mülkiyyətdə olan 0.1069 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 899.50 kv.m olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reye stri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
3. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət edərək Salyan şossesi, 35 A ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsində mövcud tikili olan evinin artırılmasına dair təqdim etdiyi layihənin razılaşdırılmasına icazə verilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş memarlıq planlaşdırma həlli Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icazəsi məqsədəmüvafiq deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
5. İddiaçı cavabdeh Bakı şəhə ri Cavabdehnə qarşı ona məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən qurulmasına dair tərtib olunmuş memarlıqplanlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin yenidən qurulması zərurəti yaranmışdır. Fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən MemarlıqPlanlaşdırma həlli tərtib olunmuşdur. Cavabdehnə məlumatlandırma icraatı qaydasında Memarlıq-Planlaşdırma həlli göndərilmişdir. Lakin Cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyin i əsas gətirərək müraciətindən imtina etmişdir. Cavabdeh qeyd olunan əsaslarla müraciətindən imtina etməsi qanunsuz və əsassızdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-702/2022 nömrəli 16 mart 2022-ci il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəməyə təqdim edilmiş tikintiyə nəzarət sahəsində aidiyyəti dövlət qurumlarının tərtib etdiyi akt və digər sübutlardan müəyyən edilir ki, iddiaçının fərdi yaşayış evinin yenidənqurulması altında təqdim etdiyi layihə və icazəsi alınmadan aparılan tikinti işləri fərdi yaşayış evinin yenidənqurulması ilə bağlı olmayıb, mehmanxana tipli geniş miqyaslı qeyri-yaşayış obyektinin tikinti işləridir. Həmçinin tikinti işləri iddiaçının mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsindən əlavə olaraq təxminən 0.02 ha dövlət mülkiyyətində olan ərazidə aparılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən əlavə torpaq sahəsinin digər fiziki şəxsə ayrılmasına və fiziki şəxslə aralarında razılaşma olmasına istinad edilsə də, bununla bağlı müvafiq təsdiqedici sənədlər (həmin torpaq sahəsinin digər fiziki şəxsin həqiqətən mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, iddiaçı ilə həmin şəxs arasında bağlanmış icarə müqaviləsi və s.) məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən qurulmasına dair "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib olunmuş memarlıqplanlaşdırma həllinin məlumatlandırma icr aatı qaydasında təsdiq edilməsinin qeyrimümkünlüyü öz təsdiqini tapdığından, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
9. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-330/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli (hakimlər X8 (məruzəçi), X6 və X9) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-702/2022 nömrəli 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, işdə olan əlavə sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kasasiya şikayətində Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2, 80.1-80.5-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
14. Şikayətdə göstərilmişdir ki, Qanunun normalarının tələblərinə əsasən məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı tətbiq olunur və iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında cavabdehə müraciət edilmişdir. Məhkəmə hesab etmişdir ki, fərdi yaşayış evinin tikintisi ilə bağlı müraciət edilsə də, qanunsuz şəkildə mehmanxana tipli qeyri-yaşayış obyektinin inşa edilməsini hədəflənmiş, hal-hazırkı iddia ilə isə absurd yanaşma ortaya qoymuşdur. Halbuki məlumatlandırma icraatı qaydasında müraciət edilmiş tikilinin kvadrat metri və görünüşü əvvəlki tikilidən heç də fərqli deyil. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********qeydiyyat nömrəli,xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev35A ünvanında, xüsusi mülkiyyətdə olan 0.1069kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 899.50kv.m olan f ərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur.
15. Həmçinin işdə olan memarlıq planlaşdırma həllinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,35A ünvanında yerləşən İddiaçı məxsus yaşayış evinin yenidən qurulması ilə bağlı memarlıq planlaşdırma həlli 2020-ci il tarixdə "xxxx"MMC tərəfindən tərtib edilmişdir. Həmin memarlıq planlaşdırma həllinə əsasən mövcud binanın ümumi sahəsi 899.50kv.m tikinti altı sahəsi 544.1kv.m, o cümlədən yaşayış sahəsi 466.2kv.m genişləndirilməsi nəzərdə tutulan sahə isə 2307.22kv.m göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim ediləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
80. Məlumatlandırma icraatı 8 0.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatl andırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi ti kintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar n ormativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəl lənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Maddə
82. Tikintiyə icazə verən orqanın (qurumun) öhdəliyi (xx.xx.2023-cü il tarixədək olan redaksiyası)... Maddə 82.2 Məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimi yyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
13. Yaşayış sahələrinin növləri 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödən ilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. Maddə
14. Yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 14.2. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlı q fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. 14.3. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. Maddə
20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri... 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahis ə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona g örə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrini n, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 899.50 kv.m olmaqla, 0.1069 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsindədir. "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib edilmiş memarlıq planlaşdırma həllinə əsasən genişləndirilməsi nəzərdə tutulan sahə 2307.22 kv.m müəyyən edilmişdir. İddiaçı sözügedən memarlıq planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 10-Q-11-151 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla, təqdim edilmiş memarlıq planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icazəsinin məqsədəmüvafiq hesab edilməməsi əsası ilə imtina edilmişdir.
25. İddiaçı bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyi ilə razılaşmamışdır.
26. Hazırda iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, şikayət əsassızdır.
28. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir.
29. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfi ndən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.
30. İşin hallarından görünür ki, iddiaçı yenidən qurma işləri aparmış və bundan sonra cavabdehə müraciət edərək "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib olunmuş memarlıq-planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında təsdiq edilməsini xahiş etmişdir.
31. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı fərdi yaşayış evinin tikintisi ilə bağlı cavabdehə müraciət etsə də, tərtib olunmuş memarlıq-planlaşdırma bölməsi mehmanxana tipli qeyri-yaşayış sahəsi ilə bağlıdır.
32. Bundan əlavə memarlıq-planlaşdırma həlli cavabdeh tərəfindən etirazla qarşılanmasına baxmayaraq, iddiaçı m übahisə həll edilmədən tikintini faktiki olaraq başa çatdırmış, bundan sonra məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 2020-ci il tarixdə tərtib olunmuş memarlıq-planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
33. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələbləri pozulduğundan, yəni məlumatlandırma icraatı hazırkı halda fərdi yaşayış evi ilə bağlı olduğundan, tikinti obyekti faktiki olaraq fərdi yaşayış evi olmadığından fərdi yaşayış evinə aid olmayan memarlıq-planlaşdırma həllinin məlumatlandırma icraatı qaydasında qəbul edilməsi qeyrimümkündür.
34. Bəhs olunanlara əsasən apellyasiya məhkəməsinin qərarı m addi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qəbul edildiyindən və kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası şərh edilənləri rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-330/2023 saylı iş üzrə 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.