Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-773/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Ağayev Mənsi Zülfi oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın və ünvanın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)-2120/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə aç ıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsini, çıxarışın və ünvanın verilməsini xahiş etmişdir. Cavabdeh 2016-cı il 26 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi mübahisəli torpaq sahəsinin hava limanın uçuş zolağının mühafizə zonasında yerləşdiyi göstərilmişdir. İddiaçı 2016-cı il 2 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin Abşeron Rayon İcra Hakimiyyətinin 1999-cu il 15 aprel tarixli, 096 nömrəli Sərəncamı ilə ona ayrılmış və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin baş mütəxəssisi tərəfindən sxemi çəkilmiş torpaq sahəsinə dair ünvanın və çıxarışın verilməməsinə dair hərəkəti qeyri-qanuni hesab edilərək, ona həmin torpaq sahəsinə aid çıxarışın və ünvanın verilməsinə dair hərəkətlərin edilməsinin tapşırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyətinin 1999-cu il 15 aprel tarixli, 096 nömrəli Sərəncamı ilə Buzovna qəsəbəsində ona ayrılmış 0,10 ha ibarət 4-721 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrində çıxarışın və plan-ölçünün tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandı rması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin 1999-cu il 15 aprel tarixli, 096 nömrəli Sərəncamı ilə Buzovna tərəvəzçiliksüdçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçıya da 0,10 ha torpaq sahəsi verilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik və südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 1999-cu il 30 iyul tarixli qərarı və sovxozun 1999-cu il 16 avqust tarixli, 27/K nömrəli əmri olmuşdur. Həmin çıxarışda iddiaçıya ayrılmış torpaq sahəsində 0,10 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi göstərilmişdir. Hə yətyanı torpaq sahəsinin sxemi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin baş mütəxəssisi tərəfindən çəkilmiş və 2016-cı il 10 fevral tarixli, 218 nömrəli arayışla təsdiq edilərək iddiaçıya verilmişdir. Həmin arayışda iddiaçıya ayrılmış adı çəkilən torpaq sahəsinə dair heç bir torpaq mübahisəsi olmadığı və arayışın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmaq üçün verilməsi göstərilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 may tarixli 2-1(82)-190/2017 nömrəli qərarı ilə idd ia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyətinin 1999-cu il 15 aprel tarixli, 096 nömrəli Sərəncamı ilə Buzovna qəsəbəsində 0,10 ha ibarət 4-721 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrində çıxarışın və plan-ölçünün tərtib edilərək verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla iddiaçıya verilmiş və torpaq sahəsinin yüklü olmadığı müəyyən edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 20 sentyabr tarixli 2-1(103)-1985/2017 nömrəli qərar dadı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 29 mart tarixli 2-1(103)-115/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi ekoloji cəhətdən əlverişsizdir. Belə ki, həmin ərazi hava gəmilərinin qalxması, enməsi nəticəsində səs-küylü, eləcə də hava gəmilərinin zərərli qazları və radiolokasiya avadanlıqlarının şüası səbəbindən insan həyatı üçün təhlükəlidir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 iyul tarixli 2-1(102)-1368/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 29 mart tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2018-ci il 5 fevral tarixli, 29163 saylı ekspert rəyində iddiaçıya ayrılmış torpaq sahəsinin hava limanının uçuş zolağının mərkəzi oxundan 272.9 metr məsafədə yerləşməklə mühafizə zonasında yerləşmədiyi müəyyən edilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən bu hallar düzgün qiymətləndirilməmiş, iddiaçının torpaq sahəsi isə mühafizə zolağından kənarda yerləşdiyi, ümumilikdə iddiaçının torpaq sahəsi ilə hava limanı arasındakı məsafənin 2 70 metr təşkil etdiyini və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatdan keçirilməsi üçün imtinaya əsas olmadığını nəzərə almamış, ekspertin rəydə gəldiyi nəticəni maddi və prosessual hüquq normalarına istinad edilməklə və konkret səbəbləri göstərilməklə təkzib etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)-2120/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli ərazinin iddiaçıya ayrılması haqqında ilkin hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluğun olması, həmin ərazinin konkret yerləşmə koordinatlarının iş materialları il ə müəyyən edilməməsi və ərazinin ekoloji və təhlükəsizlik nöqteyi-nəzərdən insan həyatı üçün zərərli hesab olunması səbəbindən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alına bilməz. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 13 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 25 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmənin qərarında Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il 16 aprel tarixli, 096 saylı Sərəncamı verilərkən iddiaçının yetkinlik yaşına çatmamış olması əsas gətirilmişdir. Bundan əlavə, göstə rilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1-(101)-147/2010 nömrəli, 2010-cu il 19 oktyabr tarixli hökmü ilə x2 və qeyriləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək, məhkum edilmişdir. Həmin hökmdə müəyyən edilmişdir ki, x2 1999-cu il 10 sentyabr tarixdən 2002-ci il 1 noyabr tarixə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində Bakı şəhəri, Buzovna qəsəbəsində fəaliyyət göstərən əvvəlki adı “Təsərrüfatı Müəssisəsi”nin direktoru vəzifəsində işləyərkən başqaları ilə cinayət əlaqəsinə girərək, vəzifə səlahiyyətlərindən tamah məqsədilə, fərdi mənzil tikmək üçün torpaq ayırmağa hüquq verən rəsmi sənədləri saxtalaşdıraraq onlardan 18.500 ABŞ dolları rüşvət almışdır. Qeyd olunan hal iddiaçının istifadəsində olan torpaq sahəs inin 1999-cu il tarixli, 096 saylı Sərəncam ilə 50 ailəyə ayrılmış torpaq sahəsinə aid olması faktını sual altına qoyur. Məhkəmə qərarında göstərilən bu faktlar bir daha onu göstərir ki, həqiqətən məhkəmə aşdırması zamanı toplanmış sübutlara deyil, fərziyələrə əsaslanaraq qərar qəbul edilmişdir. Belə ki, göstərilən sovxozun direktoru x2 2002-ci il 1 noyabr tarixədək vəzifəsini icra edib. İddiaçıya isə 0,10 ha torpaq sahəsi 2003-cu il 21 may tarixdə 28 saylı əmrə əsasən ayrılmışdır. İddiaçının anası x3 mövsümü işlərlə əlaqədar Buzovna Tərəvəzçilik-südçülük sovxozunda işə cəlb olunduğundan, ona ayrılmış torpaq sahəsini oğlu x1 adına rəsmiləşdirməyi rəhbərlikdən xahiş etmiş və onun xahişi yerinə yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsin in 60 saylı, 2017-ci il 27 fevral tarixli məktubunda qeyd olunmuşdur ki, beynəlxalq tələblərə əsasən uçuş-enmə zolağının mərkəzi oxundan hər iki tərəfə 150 metr məsafədə sıfır səthi və 150 metrdən sonra 14,3% yüksəlişlə, yəni uçuş enmə zolağının mərkəzi oxundan hər iki tərəfə 250 metr məsafədə hündürlüyü 14.3 metrdən çox olmamalıdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, hava limanının uçuş enmə zolağından mühafizə zolağına 140 metr məsafə var, iddiaçının torpaq sahəsi mühafizə zolağından 120 metr aralı məsafədə yerləşir, ümumilikdə iddiaçının torpaq sahəsi ilə hava limanı arasındakı məsafə 270 metr təşkil edir ki, bu da beynəlxalq tələblərə zidd deyildir. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2018-ci il 5 fevra l tarixli, 29163 saylı ekspert rəyində iddiaçıya ayrılmış torpaq sahəsinin hava limanının uçuş zolağının mərkəzi oxundan 272,9 metr məsafədə yerləşməklə mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur. Göstərilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 a y müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsinin özünün də qeyd etdiyi kimi, işin yeni apellyasiya baxışına göndərilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 iyul tarixli 2-1(102)-1368/2018 nömrəli qərarında kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2018-ci il 5 fevral tarixli, 29163 saylı ekspert rəyində iddiaçıya ayrılmış torpaq sahəsinin hava limanının uçu ş zolağının mərkəzi oxundan 272,9 m məsafədə yerləşməklə mühafizə zonasında yerləşmədiyi müəyyən edilsə də, apellyasiya məhkəməsi tərəfindən bu hallar düzgün qiymətləndirilməmiş, iddiaçının torpaq sahəsi isə mühafizə zolağından kənarda yerləşdiyi, ümumilikdə iddiaçının torpaq sahəsi ilə hava limanı arasındakı məsafənin 270 m təşkil etdiyini və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatdan keçirilməsi üçün imtinaya əsas olmadığını nəzərə almamış, ekspertin rəydə gəldiyi nəticəni maddi və prosessual hüquq normalarına istinad edilməklə və konkret səbəbləri göstərilməklə təkzib etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, apellyasiya məhkəməsinin iddianın təmin etməməsi üçün gətirdiyi dəlillər o zaman əhəmiyyətli olardı ki, iddiaçıya mə xsus torpaq sahəsi hava limanın uçuş zolağının mühafizə zonasında yerləşmiş olsun, hazırkı halda isə mübahisəli torpaq sahəsi mühafizə zonasından kənarda yerləşdiyindən, bu dəlillər iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas ola bilməzdi. İPM-in 96.11-ci maddəsinin tələbinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmin normanın tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən əvvəlki icraatlarda məhkəmə araşdırmasının predmeti olmamış digər hallara da istinad etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsin in 1(101)-147/2010 saylı, 2010-cu il 19 oktyabr tarixli hökmünə istinadla qeyd etmişdir ki, x2 1999-cu il 10 sentyabr tarixdən 2002-ci il 1 noyabr tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin nəzdində Bakı şəhəri, Buzovna qəsəbəsində fəaliyyət göstərən əvvəlki adı «Tərəvəzçilik və Südçülük»xxxx“Kənd Təsərrüfatı Müəssisəsi”nin direktoru vəzifəsində işləyərkən başqa şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs formasında vəzifə səlahiyyətlərindən tamah məqsədi ilə istifadə edib «Tərəvəzçilik və Südçülük» sovxozunda işləmiş əlli nəfər şəxsə fərdi mənzil tikmək üçün torpaq ayırmağa hüquq verən rəsmi sənədləri, o cümlədən də Abşeron rayon İcra hakimiyyəti başçısının «Vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında» 1999-cu il 15 aprel tari xli 096 saylı sərəncamını müəssisəyə aidiyyəti olmayan şəxslərə müəssisənin ərazisindən torpaq sahəsi ayırıb satmaq məqsədi ilə saxtalaşdırıb, «Kənd Təsərrüfatı Müəssisəsi»nin direktorunun adından əmrlər verib, müəssisəyə aidiyyəti olmayan şəxslərin müəssisənin işçisi olması barəsində özündə saxta məlumatları əks etdirən müxtəlif tarixli arayışlar hazırlayıb, müəssisənin möhürü ilə təsdiqləyib, müəssisənin Buzovna və Şağan qəsəbələrinin ərazilərində yerləşən 1681,4 hektar torpaq sahəsindən qanunsuz olaraq müxtəlif şəxslərin adına torpaq sahələri ayıraraq, onlardan rüşvət almışdır... 2002-ci ilin noyabr ayının 1-də x2 tutduğu vəzifəsindən azad edilmiş, həmin tarixdə də bu vəzifəyə x4 təyin edilmişdir. O da Kənd Təsərrüfatı Müəssisəsinin balansında olan ərazidən başqa şəxslərə qanunsuz olara q torpaq sahələri ayırmaq məqsədi ilə Kənd Təsərrüfatı Müəssisəsindən həmin qaydada icarəyə torpaq götürüb istifadə etmiş, Müəssisənin əməkdaşlarından və digər şəxslərdən ibarət dəstə yaradaraq müxtəlif şəxslərdən rüşvət almaqla həmin şəxslərə qanunsuz torpaq sahələri ayırmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hökmdə qeyd edilən hal iddiaçının istifadəsində olan torpaq sahəsinin həqiqətən, Abşeron rayon İcra hakimiyyəti başçısının 1999-cu il 15 aprel tarixli, 096 saylı Sərəncamı ilə 50 ailəyə ayrılmış torpaq sahələrinə aid olması faktını sual altında qoyur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin istinadı və qənaəti ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş, lakin təsdiq edilməmiş hökmdən çıxarışa əsaslanmışdı r. Həmin hökmün qüvvəyə mindiyinə dair məlumat yoxdur. Hökmün elektron yazısına dair işə əlavə olunmuş disk isə istifadə üçün yararsızdır. Nəhayət, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi hökmün (əgər həmin hökm istinad edilən məzmunda qüvvəyə minmişsə) hazırkı iş üçün hansı preyudisial əhəmiyyət kəsb etdiyini əsaslandırmamışdır. İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. İPM-in yuxarıda qeyd edilən normalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qər arı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 13 noyabr tarixli 2-1(103)-2120/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-773/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-773/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver