Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-773/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Döv lət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-3017/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o: -xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı şəhəri 95 nömrəli orta texniki peşə məktəbində təhsil almış; -xx.xx.1979-cu ildə Qaz Sənayesi Nazirliyinin “X3” Neft və Qaz Hasilatı üzrə X1 “Neftqazdonama” İdarəsinin Abşeron rayon idarəsində PC-174 biri nci radiooperator şagirdi olmuş; -xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək PC-174 birinci radiooperator işləmiş; -xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş; -xx.xx.1982-ci il tarixdən Hidrometrologiya və təbii mühitə nəzarət üzrə İdarənin “Şkval” teploxodunda radiooperator; -xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Qaraboğazgöl Hidrometeorologiya stansiyasında texnik-radiooperator; -xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin Elmi-tədqiqat ekspedisiya donanmasının “Əlif Hacıyev” ETG-də böyük motorist-elektrik; -xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissədə radiooperator; -xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X5 Xilaset mə İdarəsinin Gəmilərdə radiostansiya rəisi; -xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək Karvan Xidmətində rabitə operatoru; -xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək X5 Xilasetmə Xidmətində dispetçer işləmişdir.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2008-ci il tarixli əmri ilə iddiaçı Nazirliyin X5-xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə işləyir.
3. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Xəzər Hövzə ixtisaslaşdırılmış Qəza-xilasetmə X4 Cəmiyyəti”nin arxiv fondunda mühafizə edilən əmr kitablarına əsasən iddiaçı (əmr nömrə 30, xx.xx.2006-cı il) “Qo ryaçi” gəmisində radiostansiya rəisi və “Karvan xidmətin”də (əmr nömrə 46, xx.xx.2006-cı il) rabitə operatoru vəzifəsində işləmişdir.
4. X5-xilasetmə Xidməti tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışa əsasən, iddiaçı xx.xx.2008-ci il tarixdən hazıradək Fövqəladə Hallar Nazirliyi X5-xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsində işləyir.
5. Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı 26 iyul 1982-ci il tarixindən işlədiyi “Şkval” elmi-tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir. İddiaçının işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur. UQD (ultra qısa dalğalar ), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində (ümumi peşələr) nəzərdə tutulur.
6. Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1994-cü il tarixədək işlədiyi “Şkval” elmi-tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir. İddiaçının işlədiyi radiooperator vəzif əsindəki işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə qərarının Ümumi peşələr bölməsində UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) nəzərdə tutulmuşdur. Həmçinin iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Elmi-tədqiqat ekspedisiya donanmasının “Əlif Hacıyev” elmi tədq iqat gəmisində 1-ci dərəcəli matros vəzifəsində işləmiş və işlədiyi “Əlif Hacıyev” elmi tədqiqat gəmisi xidmət gəmisi olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə qərarının Nəqliyyat bölməsində b) Üzən heyət-dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) daxil olan vəzifə kimi qəbul edilmir.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5-xilasetmə Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddi açının xx.xx.1997-xx.xx.2006-cı illərdə Gəmilərdə radiostansiya rəisi vəzifəsində işləmiş olduğu ASPTR KMP (Kaspiyskoe basseynovoe avariyno-spasatelğnoe speüializirovannoe upravlenie) idarəsi 1994-cü ildən “X2 Qəza-Xilasetmə” ASC adı altında fəaliyyət göstərmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2018-ci il tarixli 131 nömrəli Qərarı ilə ləğv edilmişdir. Həmin dövrdə, Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilmiş ASC-yə aid arxiv sənədlərini X5xilasetmə Xidmətindən götürərək Milli Arxiv İdarəsinə təhvil vermişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən hal-hazıradək Fövqəladə Hallar Nazirliyi X5- xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsində işləyir.
8. İddiaçı cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtl ərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
9. Cavabdeh iddiaçının müraciətini təmin etməmiş, bu barədə xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin iddiaçıya dair 23 fevral 2021-ci il tarixli xx/xx-00052 nömrəli arayışında onun xx.xx.2008-ci il tarixdən bu günədək “X5-xilasetmə Xidməti”nin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı göstərilmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTL ARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 22 iyun 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02 fevral 2018-ci ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
11. İddiaçı ərizəsində əmək kitabçasının məlumatlarına istinad edərək qeyd etmişdir ki, onun zərərli iş şəraitində işləməklə xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. xx.xx.2021-ci ildə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmişdir. Bu imtina əsassız və qanunsuzdur. Onun iş stajı Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətlə məhdudlaşmır, 1976-cı ildən peşə təhsili almaqla, sonrakı müddətdə müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuş, hazırda 44 ildən artıq iş stajı mövcuddur. İş rejiminin əksər hissəsi dənizdə və geoloji kəşfiyyatda keçmişdir ki, həmin müddət qanunvericilikdə güzəştli iş stajı kimi nəzərdə tutulmuşdur. Cavabdehin etirazları:
12. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq, pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsinə münasibətdə qe yd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(112)-1325/2022 nömrəli (hakim S.İ.Salahova) qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı əmək kitabçasına əsasən, (hərbi xidmət və təhsil illəri də daxil olmaqla), (təhsil müddəti - 1979.xx.xx-1976.09.01=2 il 9 ay 20 gün) + (1980.xx.xx-1979.09.01=7 ay 21 gün) + (hərbi xidmət dövrü – 1982.xx.xx-1980.04.27=2 il 1 ay 1 gün) + əmək fəaliyyəti dövrü - (1984.04.10- 1982.07.26=1 il 8 ay 14 gün) + (1986.xx.xx-1993.12.31= 7 il 3 ay 2 gün) + (1995.xx.xx-1994.02.8= 1 il 2 ay 17 gün) + (1997.xx.xx-1995.05.15= 1 il 11 ay 16 gün) + (2006.xx.xx-1997.05.07 = 9 il 7 ay 24 gün ) = 27 il 3 ay 25 gün olmu şdur. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilə qədər toplanmış 25 ildən çox ümumi əmək stajı mövcuddur.
15. İddiaçının xx.xx.1982-xx.xx.1986-cı illərdə (4 il 2 ay 4 gün) Şkval elmi tədqiqat gəmisində işlədiyi müddət və “Qoryaçi” gəmisində radiostansiya rəisi vəzifəsində işlədiyi müddət (xx.xx.1997-xx.xx.2005, 8 il 7 ay 24 gün) nəzərə alındıqda iddiaçının ümumilikdə xüsusi stajı 12 il 9 ay 29 gün gündür. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı və 12 il 6 aydan çox güzəştli şərtlərlə iş stajı olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Beləliklə, iddiaçının tam əmək stajı xx.xx.2006cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların p ensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalar ının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3017/2022 nömrəli qərarı ilə (hakimlər: M.N.Tağızadə - sədrlik edən və məruzəçi, A.P.Oruczadə və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1( 112)-1325/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digə r materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini ) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntu lar səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikay əti üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhk əmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
27. Apellyasiya məhkəməsi iddiaçının güzəştli iş stajı ilə bağlı gəldiyi nəticənin əsası kimi Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli, 20/915 nömrəli və xx.xx.2022-ci il tarixli, 20/56 nömrəli məktublarına istinadla qeyd etmişdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr, 23200000—1753q - UQD (ultra qısa dalğal ar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) bəndinə aiddir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifə lərin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ bölməsində “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər” nəzərdə tutulmaqla yanaşı, Siyahıda həmin peşə (vəzifə) sahiblərinin işlərin (vəzifələrin) icrası zamanı şüalanma dərəcəsindən asılı olaraq fərdi mühafizə vasitələrindən mütləq istifadə edilməsi də qeyd olunmuşdur. Başqa sözlə, burada, söhbət elə həddə şüalanma mənbələrində görülən işlərdən (vəzifələrdən) gedir ki, onların icrası fərdi mühafizə vasitələrindən mütləq istifadəni nəzərdə tutur.
29. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalan ma mənbələrində işlədiyi istisna edilmir. Lakin Siyahının istinad edilən müddəasının məzmunundan göründüyü kimi, həmin məzmunda (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) şərtin ödənilməsi tələb olunur. Bu zaman, nəzərə alınmalıdır ki, işçinin fərdi mühafizə vasitələrindən faktiki istifadə edib-etmədiyi əhəmiyyət kəsb etmir. Müəyyən edilməli hal ondan ibarətdir ki, həmin iş yerlərində şüalanmadan fərdi mühafizə vasitələrinin mütləq tətbiqi normativ qaydada nəzərdə tutulmuş olsun. Belə ki, işin icra yerində şüalanma mənbəyinin sağlamlıq üçün zərərli həddə olduğu digər göstəricilərlə yanaşı, həm də həmin şərtin nəzərdə tutulması ilə müəyyən edilə bilər.
30. Həmin şərtin ödənildiyinin müəyyən edilmədiyi halda, iddiaçının hazırkı məzm unda tələbi Siyahıdakı 23200000—1753q koda istinadla təmin oluna bilməzdi.
31. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə a lınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaları n tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 21(103)-3017/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.