Məhkəmə qərarları › İş №2-1(102)-774/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-774/2019

30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-774/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X5, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şirkətinin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirl iyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1580/18 saylı, 10 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı Vergilər Departamentinin 29.06.2015-ci il tarixli **********842239 saylı “Səyyar vergi yoxlaması” aktından görünür ki, 19.11.2014-cü il tarixli **********829577 nömrəli qərara əsasən iddiaçı şirkət üzrə oktyabr 2011 – avqust 2014-cü illər üzrə əlavə dəyər ver gisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, əmlak vergisi, mənfəət vergisi, ödəmə mənbəyindən tutulan vergi, torpaq vergisi, mədən vergisi, sadələşdirilmiş vergi, yol vergisi, aksiz vergisi, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlanılan dövrdə iddiaçı şirkət faktiki olaraq daşınmaz əmlakın istismara və kirayəyə verilməsi ilə məşğul olmuşdur (1.8-ci bənd). Yoxlanılan dövrdə iddiaçı tərəfindən mənfəət vergisinin 2011-ci il üzrə 50,42 manat azaldılması və ona uyğun 25,21 maliyyə sanksiyası; 2012-ci il üzrə 16.535,17 manat azaldılması və ona uyğun 826.159 manat maliyyə sanksiyası; 2013-cü il üzrə 23.372,23 manat azaldılması və ona uyğun 11.686,12 manat maliyyə sanksiyası; ƏDV-nin 2011-ci il üzrə 4.823,40 manat azaldılması və ona uyğun 2.411,70 manat maliyyə sanksiyası; ƏDV-nin 2012-ci il üzrə 19.659,72 manat azaldılması və ona uyğun 9.829,86 manat maliyyə sanksiyası; ƏDV-nin 2013-cü il üzrə 21.856,32 manat azaldılması və ona uyğun 10.928,16 manat maliyyə sanksiyası; ƏDV-nin 2014-cü il üzrə 15.181,04 manat azaldılması və ona uyğun 7.590,52 manat maliyyə sanksiyası olmaqla, cəmi 101.478,3 manat verginin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 50.739,16 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azəreksper tiza” Birliyinin 3 fevral 2015-ci il tarixli ekspert rəyinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2529-cu məhəllə ünvanında yerləşən 327 kv.m ofis tikilisindən ibarət olmaqla aylıq icarə haqqının məbləği 01.10.2011-ci ildən 10.000 manat, 2012-ci il üzrə 10.000 manat, 2013-cü il üzrə 11.000 manat, 01.10.2014-cü il tarixədək 11.500 manat, 80,0 kv.m “Kardeşlər” un məmulatları və kafe üçün aylıq icarə haqqı 01.10.2011-ci ildən 2.000 manat, 2012-ci il üzrə 2.200 manat, 2013-cü il üzrə 2.400 manat, 01.10.2014-cü ilədək 2.400 manat olması müəyyən edilmişdir. Vergi Auditi Departamentinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə ” **********997300 saylı tələbnamədən görünür ki, vergi orqanı tərəfindən büdcəyə ödənilməli olan 101.478,30 manat əlavə hesablanmış verginin və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 43.387,32 manat məbləğində maliyyə sanksiyasının, cəmi 144.865,62 manat vergi borcunun 5 gün müddətində yerli xəzinə orqanına ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı 2 fevral 2016-cı il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı barəsində Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən tərtib olunmuş 29.06.2015-ci il tarixli **********842239 saylı aktın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatət verərək, cavabdeh Azərbaycan Respublikası V ergilər Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin 15.02.2016-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunmuş 29.06.2015-ci il tarixli **********842239 saylı akta əsasən qəbul edilmiş 05.08.2015-ci il tarixli **********928960 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv olunmasını xahiş etmiş və məhkəmənin 07.03.2016-cı il tarixli qərard adı ilə vəsatət təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X17, 2-1(82)-1095/2016 saylı iş) 8 iyun 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 05.08.2015-ci il tarixli **********928960 saylı qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X6 və X4, 2-1(103)-58/2017 saylı iş) 3 mart 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qərarı qismən – Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2015-ci il tarixli **********928960 saylı qərarının ləğv edilməsinin təmin edilməsi hissəsində qismən – mənfəət vergisi üzrə 1.525,44 manat, ƏDV üzrə 1.372,80 manat və onlara hesablanmış 1.449,12 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qərar çıxarılmaqla iddianın təmin edilməməsi, qərarın qalan hissədə - iddianın Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.08.2015-ci il tarixli **********928960 saylı qərarı üzrə mənfəət vergisi üzrə 38.432,38 manat, ƏDV üzrə 60.147,59 manat və onlara hesablanmış maliyyə sanksiyasının hesablanmasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtis adi kollegiyasının (hakimlər Sevda Hüseynova-məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov, 2-1(102)-1195/17 saylı iş) 1 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 3 mart 2017-ci il tarixli qərarı iddia müddəti ilə bağlı iddianın mümkünlüyünə münasibət bildirilmədiyindən ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X8 və X12, 2-1(103)-301/2018 saylı iş) 13 fevral 2018-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 iyun 2016-cı il tarixli qərarı ləğv edilmiş və işin yenidən bax ılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X9 və X10, 2-1(102)-1011/18 saylı iş) 8 may 2018-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 fevral 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X11məruzəçi, X13 və X4, 2-1(103)-1580/18 saylı iş) 10 oktyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 iyun 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamışdır. İddiaçı 21 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddia ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi bir neçə məhkəmə qərarları qəbul etmişdir. Məhkəmə araşdırmalarında hazırkı işə mahiyyəti üzrə baxılmış, mübahisənin predmeti, mübahisə edilən hüquq münasibətləri və işin halları araşdırılmış, məhkəmələr tərəfindən təqdim edilmiş sübutlara və mübahisənin predmetinə hüquqi mövqelər bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası özünün 2-1(103)1580/2018 saylı 10 oktyabr 2018-ci il tarixli qərardadı ilə bütün bunların üstündən xətt çəkm iş, iddia tələbini mümkün saymamış, həmin nəticəyə gələrkən isə gəldiyi nəticəni hüquqi cəhətdən tam və düzgün əsaslandırmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 92.0.6-cı maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda, bu məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır. Məhkəmənin gəldiyi nəticə ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblərə riayət olunmamışdır. İddiaçı tərəfindən iddia ərizəsinin məzmununa dair bütün tələblərə əməl edilmişdir. Əgər belə olmasaydı, indiyədək iddia tələbi məhkəmələr tərəfindən araşdırılmaz, mübahisənin predmetinə münasibət bildirilməzdi. Bundan başqa, məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçıya, iddiaçının hüquqi marağına uyğun iddia növü ilə məhkəməyə müraciət etməsi təklif edilmiş, iddianın dəqiqləşdirilməsi barədə ərizə verilməkdən imtina edildiyi üçün iddia tələbi mümkün sayılmır. Məhkəmənin hazırkı iddianı mümkün saymamaq üçün belə qənaətə gəlməsi əsassızdır, həm də qanunsuzdur.Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual qanunvericiliyində bu əsaslarla iddia tələbinin mümkün sayılmaması nəzərdə tutulmamışdır. tərəflərin izahatları: İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərinə görə çıxışlarda iştirak etməmişlər. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olund uğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı onu vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edən cavabdehin 5 avqust 2015-ci il tarixli qərarını müba hisələndirir. Qərarda iddiaçının 101.483 manat vergi azaldılması qeyd edilmişdir. İşin 1-ci cild 102-ci səhifəsində cavabdeh tərəfindən təqdim edilmiş rabitə xidmətinin 142527 saylı qəbzinin surətindən görünür ki, 5 avqust 2015-ci il tarixli, **********928960 saylı qərar həmin tarixdə rabitə xidmətinə təqdim edilmiş və onun iddiaçının ünvanına çatdırılması tapşırılmışdır. Qəbzdən görünür ki, məktub “almaqdan imtina edilmişdir” qeydi ilə qaytarılmışdır. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmir sə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Qanunvericiliyin bəhs edilən normasına görə inzibati orqanın qərarı 5 avqust 2015-ci il tarixdə iddiaçıya təqdim edilmiş hesab edilir. Bundan başqa, işin 1-ci cild 192-ci səhifəsində iddiaçı şirkətin təsisçisi Q.Mehdiyevin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə ünvanladığı 25 noyabr 2015-ci il tarixli ərizəsində bildirmişdir ki, 101.478 manat vergini tamamilə ödədiyinə görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin 1-ci cild 193-cü səhifəsində olan 27 noyabr 2015-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, 101.478,30 manat verginin dövlət büdcəsinə ödəməsindən yayındığına görə cinayət işi başlan araq istintaqı aparılmış, cinayət hadisəsi istintaq zamanı təsdiqini tapmış, iddiaçının təsisçisi həmin məbləği dövlət büdcəsinə ödədiyindən cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd edilən sənədlər təsdiq edir ki, iddiaçı barəsində cinayət işi istintaq edilən dövrdə də cavabdehin onu 101.478,30 manat vergi məsuliyyətinə cəlb etdiyini bildirmişdir. Lakin iddia ərizəsi 2 fevral 2016-cı il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan in zibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsasl ılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan iba rətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qo runаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İddiaçı hüququn pozulduğu bаrədə onа məlum olаn gündən sonra 30 gün müddətində məhkəmədə iddia qaldırmadığından, iddia müddəti buraxıldığına görə iddianın mümkün sayılmamasına dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə doğrudur. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın əsaslılığının yoxlanılması istisna olunur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz və təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1580/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar