Məhkəmə qərarları › İş №2-1(102)-774/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-774/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-774/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşının tamam olduğu xx.xx.2021ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2627/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən verilmiş 22 iyul 1982-ci il tarixli, Г seriyalı 605329 nömrəli diploma və 14 nömrəli Bakı Peşə Məktəbi tərəfindən verilmiş 9 sentyabr 2021-ci il tarixli, 23 nömrəli məktuba əsasən, iddiaçı 1 sentyabr 1979-cu ildə 177 nömrəl i Texniki peşə məktəbinə qəbul olunmuş və 19 iyul 1982-ci il tarixdə oranı bitirmişdir. 2. НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 3. ИТ-İ ******* nömrəli, xx.xx.1982-cu il tarixli əmək kitabçasının məlumatlarına əsasən iddiaçı: - xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Nərimanov adına Duvannı NQÇİ-də QPPU-da 59-a elektrik qaynaqçısı; - xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Nərimanov adına Duvannı NQÇİ-də qaynaqçı; - xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Duvannı Texnoloji nəqliyyat İdarəsində qaynaqçı; - xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək N.Nərimanov adına NQÇİ-də qaz qaynaqçısı; - xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tari xədək 2 saylı Təmir Emalatxanasında elektrik qaynaqçısı; - xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 4 saylı Təmir Emalatxanasında yoltikinti maşınlarının və traktorların təmiri üzrə çilingər; - xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək ARDNŞ-in 8 saylı Texnoloji nəqliyyat bölümünün 2 saylı Təmir Emalatxanasında yol-tikinti maşınlarının və traktorların təmiri üzrə çilingər; - xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ARDNŞ-in Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı Təmir Emalatxanasında yol-tikinti maşınlarının və traktorların təmiri üzrə çilingər işləmişdir. xx.xx.2015-ci il tarixdə 2 saylı Təmir Emalatxanasına elektrik-qaz qaynaqçısı peşəsinə keçirilmiş və hal-hazırda həmin peşədə fəaliyyətini davam etdirir.

4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********6 saylı imtina məktubunda bildirmişdir ki, SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin iddiaçıya dair xx.xx.2021-ci il tarixli, 51 nömrəli arayışında onun xx.xx.1985- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən X2 nəqliyyat İdarəsində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunsa da, sözügedən arayışda iddiaçının işlədiyi qaynaqçı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş qaz qayna qçısı vəzifəsinə uyğun olub-olmadığı barədə hər hansı məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 1 dekabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı ərizəsində əmək kitabçasının məlumatlarına istinad edərək qeyd etmişdir ki, onun xx.xx.2006-cı il tarixədək 26 il 1 ay 9 gün ümumi iş stajı, 21 il 1 ay 27 gün zərərli iş şəraitində xüsusi stajı vardır. İşlədiyi qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinet inin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsinin (35) qaz qaynaqçıları bəndinə aiddir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən etiraz təqdim etmişdir. Etirazda əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın “Ümumi peşələr” adlanan 35-ci bölməsində qaz qaynaqçı sı vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından və SOCAR-ın “Azneft” İBnin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifə istinad olunan Siyahıda öz əksini tapmamışdır və həmin arayışda istinad olunan Siyahının müvafiq bəndi ilə iddiaçının işlədiyi vəzifə arasında hər hansı uyğunluq mövcud deyildir.

9. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ tərəfindən məhkəmənin müvafiq sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli, **********-30020123X00003 saylı cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: - iddiaçı xx.xx.1982-xx.xx.1982-ci il tarixlərdə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində Duvannı Texnoloji nəqliyyat İdarəsində elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. İşlədiyi pe şənin xüsusiyyətləri kəsməkdə və əl ilə qaynaq işlərində məşğul olan elektrik-qaz qaynaqçısının işinin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının XXXİİİ bölməsinin (Ümumi peşələr) 23200000-19756 şifrəsinə əsasən bu peşə güzəştli sayılır; iddiaçı xx.xx.1985-xx.xx.1998-ci il tarixlərdə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Duvannı Texnoloji nəqliyyat İdarəsində qaynaqçı peşəsində işləmişdir. İşlədiyi peşənin xüsusiyyətləri kəsməkdə və əl ilə qaynaq işlərində məşğul olan elektrik-qaz qaynaqçının işinin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının XXXİİİ bölməsinin (Ümumi peşələr) 23200000-19756 şifrəsinə əsasən bu peşə güzəştli sayılır; iddiaçı xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə “Xəzərdənizneftqazçıxarma” İstehsalat Birliyinə tabe olan Duvannı Texnoloji nəqliyyat İdarəsində qaz qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXXİİİ saylı bölməsinin (Ümumi peşələr) 23200000-11620 şifrəsinə əsasən bu peşə güzəştli sayılır; iddiaçı xx.xx.2003-xx.xx.2009-cu il tarixlərdə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Duvannı Texnoloji nəqliyyat Sexində qaz qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının XXXİİİ saylı bölməsinin (Ümumi peşələr) 23200000-11620 şi frəsinə əsasən bu peşə güzəştli sayılır. Arayışa əsasən iddiaçının güzəştli əmək stajı 24 il 09 ay 11 (iyirmi dörd il doqquz ay on bir gün) gündür. Arayış müəssisə tərəfindən T-2 şəxsi vərəqəsinə və kadr üzrə əmrlərə əsasən yazılmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4214/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlər, hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olduğu iş materialları ilə öz təsdiqini tapmışdır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur.

13. İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

14. Belə olan halda, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə müvafiq olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixdə “Azneft” İB tərəfindən məhkəməyə təqdim olunmuş məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək N.Nərİmanov adına NQÇİ-nin Duvannı Texnoloji nəqliyyat İdarəsində elektrik-qaz qaynaqçısı, xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək N.Nərİmanov adına Neft və Qazçıxarma İdarəsinin Duvannı Texnoloji nəqliyyat İdarəsində qaynaqçı peşəsində işləmişdir. İşlədiyi peşənin xüsusiyyətləri kəsməkdə və əl ilə qaynaq işlərində, yarıavtomat və avtomat maşınlarda məşğul olan elektrik-qaz qaynaqçısı işinin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının XXXİİİ bölməsinin (Ümumi peşələr) 2320000019756 şifrəsinə əsasən bu peşə güzəştli sayılır. xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək “Xəzərdənizneftqazçıxarma” X1 Texnoloji nəqliyyat İdarəsində qaz qaynaqçısı, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixinədək N.Nərİmanov adına NQÇl -nin Duvannı Texnoloji nəqliyyat Sexində qaz qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının XXXİİİ bölməsinin (Ümumi peşələr) 23200000-11620 şifrəsinə əsasən bu peşə güzəştli sayılır.Bu peşədə çalışanların əmək funksiyaları konstruksion poladlardan, əlvan metal və ərintilərdən olan sadə detal, qovşaq və konstruksiyaların, karbonlu poladlardan orta mürəkkəbli detal, qovşaq, konstruksiya, əl ilə qövsü, plazma, qazla qaynaq, avtomat və yarımavtomat qaynaq edilməsindən ibarətdir. Onlar karbonlu və legirlənmiş poladlardan, əlvan metal və ərintilərdən metalın müxtəlif vəziyyətlərində sadə və orta mürəkkəbli detalların nişanlar üzrə əl ilə keçirici, stasionar və plazmakəsici maşınlarda, qaynaq tikişlərin bütün vəziyyətlərində, oksigen plazma düzxətt və əyrixətt kəsilməsi, əlvan metalların tullantılarını ayırmaqla və maşınların qovşaq və hissələrini saxlamaq və yaxud kəsməklə verilmiş ölçülərdə əl ilə oksigen kəsilməsi və benzin-kəsici, neft-kəsici aparatlarla kəsilməsini və sairə işləri həyata keçirirlər. Qeyd edilənlər nəzərə alınaraq, iddiaçının topladığı staja görə ona yaşa görə güzəşrli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2627/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4214/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı dəy işdirilmədən saxlanmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı bir daha müəyyən olundu ki, cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının güzəştli iş stajının kifayət qədər olması ilə bağlı iş yerinin təqdim etdiyi arayışlar, həmçinin məhkəmənin sorğusuna cavab məktublarına əsasən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi “qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömr əli Siyahısı”nın XXXİİİ Ümumi peşələr bölməsinin 2320000019756 şifrəsi altında göstərilən “kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” peşəsinə, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “qaz qaynaqçısı” peşəsi isə adı çəkilən Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-11620 şifrəsi altında göstərilən “qaz qaynaqçıları” peşəsinə uyğundur. Həmin dövrlər üzrə onun güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KA SSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik old uqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqq ında” Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

24. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bi lər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızd ır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhk əmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə mün asibətdə xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həm çinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

34. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 36. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaş a və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

37. Bu qərarın 22-23-cü bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il ya nvarın 1-dək qazanılması.

38. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

39. Cavabdehin kassasiya şikayətinin “SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən təqdim olunmuş arayışda iddiaçının işlədiyi peşənin müvafiq Siyahıda nəzərdə tutulmuş konkret vəzifəyə uyğunlaşdırılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin məlumatların nəzərdə tutulduğu müvafiq arayış iddiaçının işlədiyi müəssisə tərə findən məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə olunmuşdur.

40. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin ka ssasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2627/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar