Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-774/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnun xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1951) cavabdeh xxxnun xxxna qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2-1(103) -1921/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X8 ilə xx.xx.1970-ci ildə nikaha daxil olmuşdur.
2. İddiaçının əri X5 əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: -xx.xx.1957-ci ildə Qara-qala kənd klubunun müdiri təyin edilmişdir, xx.xx.1960-cı ildə işdən azad edilmiş; -xx.xx.1960-cı ildə Qaraqala kəndi 37 nömrəli mağazanın müdiri təyin edilmiş, xx.xx.1964-cü ildə işdən azad edilmişdir; -xx.xx.1964-cü ildə müvəqqəti kənd dəmirçilər mağazasının müdiri təyin edilmiş, xx.xx.1964-cü ildə işdən azad edilmiş; -xx.xx.1965-ci ildə Kalinin adına Kalinin Sovxozu 2 nömrəli sahə briqadasına briqadir müavini təyin edilmiş, xx.xx.1965-ci ildə sahə müh asibi keçirilmiş, xx.xx.1967-ci ildə işdən azad edilmişdir; -xx.xx.1967-ci ildə Kalinin rayon dövlət gəlirləri idarəsinə böyük iqtisadçı təyin edilmiş, xx.xx.1970-ci ildə Rayon MŞ dövlət gəlirləri müfəttişliyinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir; -xx.xx.1989-cu ildə Lenin rayon Maliyyə şöbəsi iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə dövlət gəlirləri müfəttişliyinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir; -xx.xx.1990-cı ildə Lenin rayonu üzrə dövlət vergi müfəttişliyi Dövlət müəssisə və təşkilatlarının mənfəətinin vergiyə cəlb edilməsi şöbəsinə rəis təyin edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir; -xx.xx.1991-ci ildə Lenin rayonu üzrə dövlət vergi müfəttişliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyin in xx.xx.1991-ci il tarixli K-264 nömrəli əmrinə əsasən Dövlət müəssisələri, təşkilatları və birliklərinin mənfəətinin (gəlirinin) vergiyə cəlb edilməsi şöbəsinə dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş; -xx.xx.1992-ci ildə “Turan” EİKŞ iqtisadiyyat üzrə prezidentin köməkçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1992-ci ildə işdən azad edilmişdir; -xx.xx.1992-ci ildə “Aqşin” firmasına iqtisad məsələləri üzrə direktor müavini təyin edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir; -xx.xx.1996-cı ildə “MMM” firmasına baş mühasib qismində işə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir.
3. X6 19 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)4341/2017 saylı qərarına əsasən, iddiaçı X6 pensiyanın hesablanması üçün əsas götürülən vəzifə maaşına uyğun üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15% məbləğində təyin edilən və ödənilən əlavə haqq və dövlət qulluğundakı ixtisas dərəcəsinin pensiya hesablanarkən nəzərə alınaraq dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxxnun Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
6. İddiaçı ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə baş çısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. İmtina əsası o olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanl arında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı’’nda mərhum Əli Əliyevin Ermənistan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Həmin Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi sözügedə n Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, mərhum Əli Əliyevin dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ olmadığından iddiaçıya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından tətbiq edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 10 fevral 2022-ci ildən dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X8 onun həyat yoldaşı idi. Həyat yoldaşına 19 sentyabr 2005-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, sonuncu 10 fevral 2022-ci ildə vəfat etmişdir. Onun ərinin vəfatından sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, mərhum əri 19 sentyabr 2005-ci il tarixindən vəfatına qədər dövlət qulluqçusu kimi yaşa gö rə əmək pensiyası almışdır. 2017-ci ildə hətta mərhum əri dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanması barədə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş, həmin müraciət məhkəmə tərəfindən təmin edilmiş və ərinin pensiyası yenidən hesablanmışdır.
9. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2-1(112)-8080/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya, onun əri X5 vəfat etdiyi xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının əri X6 xx.xx.2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaş a görə əmək pensiyası təyin edilmiş, daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-4341/2017 saylı qərarına əsasən iddiaçı X6 pensiyanın hesablanması üçün əsas götürülən vəzifə maaşına uyğun üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15% məbləğində təyin edilən və ödənilən əlavə haqq və dövlət qulluğundakı ixtisas dərəcəsinin pensiya hesablanarkən nəzərə alınaraq dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxxnun Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının əri X5 dövlət qulluqçusu kimi tələb olunan iş stajının olması faktı öz təsdiqini tapmış, ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiya məbləği yenidən hesablanmışdır. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Apellyasiya məhkəməsi tərəfindən X5 1967-1988-ci illərdə müxtəlif vəzifələrdə iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsini müəyyən etmək üçün X4 sorğu verilmiş, sorğuya cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 9-3/2-2068/2023 nömrəli məktubda aşağıdakılar qeyd edilmişdi r: -Təqdim edilmiş sənədlərə əsasən Ə.H.Əliyevin 1967-1970-ci illərdə Ermənistan SSR Kalinin rayon maliyyə şöbəsi dövlət gəlirləri idarəsində, 1970-1988-ci illərdə Ermənistan SSR Kalinin rayon maliyyə şöbəsi dövlət gəlirləri müfəttişliyində işlədiyi müəyyən edilmişdir. “Zəhmətkeş deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri (idarələri) haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 17 may tarixli 149 nömrəli Qərarına əsasən rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin maliyyə şöbəsi Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin maliyyə şöbəsi Azərbaycan SSR Maliyyə Nazirliyinə, X7 Vilayəti ərazisində isə X7 X1 Soveti İcraiyyə Komitəsinin maliyyə şöbəsinə tabe olmuşdur. Əl avə olaraq bildirilmişdir ki, yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndinə əsasən Azərbaycan SSR rayon (şəhər) X2 icraiyyə komitələrinin idarə və şöbələrində mövcud olmuş analoji vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1921/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir k i, iddiaçının mərhum həyat yoldaşı X6 xx.xx.2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və daha sonra rəhmətə getdiyindən hazırkı iş üzrə iddiaçı olan mərhumun həyat yoldaşı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır.
16. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 7, 12.1, 14.1, 17.1, 20.1.8-ci maddələrinə istinad etmişdir.
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti imtina məktubu eləcə də iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Lakin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısın”da mərhum Əli Əliyevin Ermənistan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr nəzərdə tutulmamışdır.
19. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7, 20.1.8, 20.11.1 və 20.11.2-ci, “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci, eləcə də İPM 12.1-ci maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qar şı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1921/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Dövlət qulluğu haqqında” Qanun: Maddə
17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlə t qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı Maddə 23.1. dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23. “Əmək pensiyaları haqqında” Qanun Maddə
3. Əmək pensiyası təminatı hüququ Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları "Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
4. Əmək pensiyasının növləri və tərkibi Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə
5. Pensiya seçmək hüququ Maddə 5.1. Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilmə si şərtləri Maddə 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə
14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavəl ər Maddə 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla );
24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”: Maddə
4. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
25. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”: Maddə
6. Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.
26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”
27. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulu nu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hə rtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hü quq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
36. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 10 fevral 2022-ci ildən dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
37. Cavabdehin imtinasının, eləcə də apellyasiya və kassasiya şikayətinin əsas və yeganə dəlili ondan ibarətdir ki, iddiaçının mərhum ərinin işlədiyi vəzifələr həmin dövr qanunvericiliyinə, həmçinin mövcud qanunvericiliyə əsasən, dövlət qulluğu vəzifələri hesab edilmir.
38. Apellyasiya məhkəməsi tərəfindən bu dəlillə bağlı araşdırma aparılmış və həmin dəlilin əsassız olması sübuta yetirilmişdir. Belə ki, hazırkı qərarın 13-cü bəndindən aydın olur k i, işin obyektiv araşdırılması məqsədi ilə X5 1967-1988-ci illərdə müxtəlif vəzifələrdə iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsini müəyyən etmək üçün X4 sorğu verilmiş və sorğunun nəticəsi olaraq X3 22.09.23-cü il tarixli, 9-3/22068/2023 saylı məktubundan müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X5 işlədiyi vəzifələr dövlət qulluğunda qulluq stajına daxil edilir.
39. X5 işlədiyi vəzifələrin dövlət qulluğunda qulluq stajına daxil edilməsinin digər təkzibolunmaz sübutu ondan ibarətdir ki, hazırkı qərarın 4-cü bəndində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-4341/2017 saylı qərarı ilə X6 pensiyanın hesablanması üçün əsas götürülən vəzifə maaşına uyğun üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müa vinətin hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15% məbləğində təyin edilən və ödənilən əlavə haqq və dövlət qulluğundakı ixtisas dərəcəsinin pensiya hesablanarkən nəzərə alınaraq dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxxnun Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur.
40. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının əri X5 dövlət qulluqçusu kimi tələb olunan iş stajının olması faktı öz təsdiqini tapmış, ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiya məbləği yenidən hesablanmışdır.
41. Bu səbəbdən iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə gör ə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlər in mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 21-27(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1921/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.