Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-774/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş pensiya məbləğinin ödənilməsi) 06.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməyən hissəsinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-847/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin xx.xx.2010-cu il tarixli, 78 nömrəli qərarı ilə xx.xx.2009-cu il tarixdən 1 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır.
2. Eyni zamanda, iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsinin xx.xx.2009-cu il tarixli, 2292 nömrəli qərarı ilə xx.xx.2007-ci il tarixdən 1 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2009-cu il tarixdən ödənilməyə başlanılmışdır.
3. İddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən təyin edilmiş pensiyanın ödənişi bir müddət davam etmiş, sonradan xx.xx.2012-ci il tarixdən “ölmüş” olması səbəbi ilə pensiya ödənişi və şəxsi vərəqi ləğv edilmişdir.
4. Daha sonra isə cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********8 nömrəli qərarı ilə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən təyin edilmiş və ödənilməkdə olan pensiyanın ödənişi dayandırılmışdır.
5. Əmək pensiyasının dayandırılmasından narazı qalan iddiaçının müxtəlif vaxtlarda cavabdehə müvafiq müraciətləri olmuşdur.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparı lan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Ona vaxtilə pensiya təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda isə qeyd olunmuşdur ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələbləri nə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılarkən qanunazidd faktlar aşkarlanıb. Həmin faktlara hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Qeyd olunan faktlarla bağlı aidiyyəti orqanların yekun qərarı ilə bağlı məlumatlar daxil olduqdan sonra onun pensiya ödənişinin bərpa edilib-edilməməsinə baxılacaqdır.
8. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək pensiya ödənişinin bərpa edilməsini, eyni zamanda qanunvericiliyin tələblərinə zidd olaraq təyin olunmuş digər pensiya işi üzrə əsassız ödənilmiş məbləğin qanunvericiliyə müvafiq qaydada pensiya məbləğindən tutulmasını, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq hüquqi qiymətin verilməsindən sonra pensiyanın məbləğinə yenidən baxılması üçün göstəriş verilməsini xahiş etmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, təqdim etdiyi ərizəyə aidiyyəti üzrə rəsmi qaydada cavab verilməsinə ehtiyac yoxdur.
9. Bundan sonra iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən təyin edilmiş pensiya ödənişi xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. Həmçinin iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 175842,33 manat məbləğdən ona artıq ödənilmiş 155097,52 manat çıxılmış, qalan 20744,81 (175842,33-155097,52) manatdan ona 65 yaşının tamam olması ilə əlaqədar avtomatlaşdırılmış qaydada təyin olunaraq xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş 4080,7 1 manat və pensiya məbləğlərinin indeksləşdirilməsi nəticəsində texniki səhv nəticəsində ödənilmiş 11234,40 manat çıxılaraq büdcəyə bərpa edilmişdir. Nəticədə ona ödənilməli olan qalıq 5429,70 manat pul vəsaitinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada hər ay 319,39 manat olmaqla onun pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülməsinə başlanılmışdır.
10. İddiaçının pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa olunduğu xx.xx.2023-cü il tarixədək ona ödənilməyən pensiyanın ödənilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa olunduğu xx.xx.2023-cü il tarixədək ödənilməyən məbləğin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri yaş həddinə çatdığından, qanunla müəyyən edilmiş həm ümumi sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajına malik olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 12 il ərzində ona vaxtı-vaxtında həmin pensiya ödənişləri edilmişdir. Lakin 2020-ci ilin avqust ayında ona heç bir xəbərdarl ıq edilmədən əmək pensiyası ödənişi dayandırılmışdır. Pensiya ödənişlərinin dayandırılmasının səbəbləri ilə bağlı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun aidiyyəti qurumlarına çoxsaylı müraciətlər edilmiş, heç bir nəticə əldə edilməmiş, xx.xx.2021-ci il tarixli cavab məktubunda isə Nazirlik bildirmişdir ki, pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Ey ni zamanda, məktubda vurğulanmışdır ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə məxsus götürülmüş maddi sübutlar araşdırılarkən, iddiaçıya əmək pensiyası təyin olunması üçün zəruri sənədlərlə yanaşı onların surətləri və digər faktlar aşkar edilmiş, müvafiq qurumun müraciətinə əsasən aşkar olunmuş həmin sənədlər əsasında ona təyinat aparılaraq ödənilmiş pensiya işinin qanunvericiliyə uyğunluğunun Nazirlik tərəfindən araşdırılmasına başlanılmışdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən pensiya ödənişi qanunsuz dayandırılmaqla iddiaçının sosial təminat hüququ kobudcasına pozulmuş və bununla da ona maddi və mənəvi zərər vurulmaqla əlverişsiz şəraitə salınm ışdır. İddiaçı 2008-ci ildə pensiya hüququ yarandıqdan sonra əmək pensiyasının təyin olunması üçün müraciət etmiş və əmək pensiyası təyinatı üçün sənədlərə baxılaraq qanuni əsaslarla, yəni sığorta stajı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajı, yaşı nəzərə alınmaqla, işlədiyi peşə sahələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə uyğun gəldiyindən, pensiya hüququ yarandığı tarixdən həmin dövrdən qüvvədə olan qanunvericiliyə əsasən, ona müvafiq yaşdan pensiya təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşlər zamanı, şifahi olaraq qeyd edilən pensiya təyin edilərkən, təqdim olunmuş sənədlərin qaydasında olduğu və hər hansı bir qanun p ozuntusuna yol verilmədiyinin bildirilməsinə baxmayaraq, onun adına guya əlavə pensiya kartının olması əsas gətirilərək, pensiyası dayandırılmışdır. Lakin iddiaçı dəfələrlə onlara bildirmişdir ki, həmin kartdan onun xəbəri yoxdur. O, 12 il ərzində Beynəlxalq Bank tərəfindən təqdim edilən pensiya kartından istifadə etmiş və ödənişləri də həmin kartdan çıxarmışdır. Onun adından qanunsuz pensiya kartının açılmasının məsuliyyətini o daşıya bilməz, bu hal qeyd edilən pensiyanın dayandırılması üçün əsas ola bilməz. Eyni zamanda, iddiaçı hesab edir ki, hüquq mühafizə orqanlarının araşdırması dövründə onun pensiya ödənişinin dayandırılması qanunsuz bir hərəkətdir. Əgər iddiaçının təqsiri müəyyən edilməyibsə və ümumiyyətlə onun barəsində cinayət işi mövcud deyilsə, pensiyası dayandırıla bilməz. Qan unda belə bir əsas göstərilməyib. Buna görə də, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlər qanunsuz və əsassızdır. 1 ildən artıqdır ki, iddiaçının pensiya ödənişləri dayandırılmış və guya araşdırma aparıldığı bildirilir. Lakin həmin araşdırmanın nə vaxt başa çatacağı bəlli deyil. İddiaçının 64 yaşı var, heç bir yerdə işləmir və yeganə gəlir mənbəyi aldığı pensiyadır. Həmin pensiyanın kəsilməsi maddi çətinliklər yaratmaqdadır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilərək, qeyd olunanların nəzərə alınıb dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və bu müddətdə ödənilməyən məbləğin birdəfəyə ona ödənilməsi xahiş edilsə də, cavabdeh bu vaxtadək müraciətinə cavab verməmişd ir.
13. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılarkən qanunazidd faktlar aşkarlanıb. Həmin faktlara hüquqi qiymət verilməs i üçün müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, iddianın təmin olunmaması xahiş edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 04 sentyabr 2023-cü il tarixli, 2-1(112)-843/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2009-cu ildən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə və ödənilməsinə baxmayaraq, ona paralel olaraq Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən eyni əsaslarla xx.xx.2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2009-cu il tarixdən ödənişə başlanılmış, sonradan pensiya işi ləğv edilsə də, xx.xx.2012-ci il tarixədək onun bank hesabına 155097,52 manat məbləğində pensiya məbləği ödənilmişdir.
16. Qeyd edilən hallarla bağlı araşdırma ilə əlaqədar iddiaçıya pensiya işi üzrə ödənişlər dayandırılmış, bu barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçının çoxsaylı müraciətləri və inzibati orqanın apardığı inzibati icraat zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar araşdırılmış və iddiaçı xx.xx.2023-cü il tarixdə qanunvericiliyin tələblərinə zidd olaraq təyin edilmiş pensiya işi üzrə əsassız ödənilmiş məbləğin tutulmasına razılığını vermiş, ona verilməli olan pensiyanın məbləğinə qanunun tələbinə uyğun qiymət verilməsini xahiş etmişdir. Nəticə etibarı ilə iddiaçının ona əsassız olaraq ikinci pensiya işi üzrə ödənilmiş pensiya məbləğinin tutulmasına razılığı nəzərə alınaraq, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 175842,33 manat məbləğdən ona artıq ödənilmiş 155097,52 manat çıxılmış, qalan 20744,81 manatdan ona 65 yaşının tamam olması ilə əlaqədar avtomatlaşdırılmış qaydada təyin olunaraq xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş 4080,71 manat və pensiya məbləğlərinin indeksləşdirilməsi nəticəsində texniki səhv səbəbindən ödənilmiş 11234,40 manat çıxılaraq büdcəyə bərpa edilmiş, ödənilməli olan qalıq 5429,70 manat pul vəsaiti “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada hər ay 319,39 manat olmaqla iddiaçının pensiyanın üzərinə əlavə olunaraq onun pensiyasının ödənişi xx.xx.2023-cü il tarixində bərpa ed ilmişdir.
17. İddiaçının pensiyası dayandırılarkən inzibati icraat qaydalarına riayət edilməməsi barədə dəlillə bağlı birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş ol acağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından, inzibati orqanın dayandırma barədə hərəkətləri formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə qanunsuz hesab edilə bilməz. Beləliklə, işin sadalanan hallarını nəzərə alaraq birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiyasının dayandırılmasına qanuni əsaslar mövcud olmuş, iddiaçının da razılığı ilə həmin hallar aradan qalxdıqdan sonra inzibati orqan pensiya ödənişini bərpa etmişdir. Odur ki, cavabdehin pensiyanın xx.xx.2020-ci il tarixdən dayandırması və pensiya ödənişini xx.xx.2023-cü il tarixindən bərpa etməsi barədə hərəkətləri qanunazidd hesab edilə bilməz.
18. İddiaçı apellyasiya şikayəti verərək, həmin q ərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
19. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edildiyi xx.xx.2023-cü il tarixədək ödənilməyən pensiya məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş olunmuş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Elvin Əliyev) 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-847/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin ed ilmiş, iddiaçının pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməyən pensiya məbləğinin ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının razılıq ərizəsinə əsaslanaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq məhkəmə araşdırmasını daha geniş müstəvidə aparmışdır. Bu zaman iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli qərarla təyin olunmuş yaşa görə əmək pensiyası ödənişlərinin ona həqiqətən ödənilib-ödənilməməsi araşdırılmış və cavabdeh inzibati orqana iddiaçının plastik kart hesabına köçürüldüyü qeyd edilən 155097,52 manat artıq ödənilən məbləğin hansı müvəkkil bankın plastik kartı vasitəsilə ödənildiyini və həmin məbləğin ödənildiyini təsdiq edən sənədləri (bank hesabından çıxarışları, plastik kartın surəti) məhkəməyə təqdim etmək təklif olunmuşdur. Sorğuya cavab olaraq cavabdeh qurum təqdim etdiyi hesabdan çıxarış məlumatlarına əsasən bildirmişdir ki, iddiaçıya ilkin təyinat tarixi xx.xx.2009-cu il tarix olan yaşa görə əmək pensiyası ödənişləri "xxxx" ASC-yə aid plastik kartla ödənilmişdir. Cavabdeh qurum Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən iddiaçıya təyin edilən və ödənilən pensiya məbləğlərinin 2010-2012-ci illər üçün köçürülməsi barədə hesabdan çıxarış sənədlərini təqdim etmişdir.
22. Məhkəmə kollegiyası hazırkı iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması məqsədilə "xxxx" ASC-də (Ba ş Ofis və ya başqa filiallarında) iddiaçının bank hesabının (pensiyanın köçürülməsi üçün) olub-olmaması barədə məhkəməyə məlumat verilməsi, belə hesab olduğu halda isə həmin hesabdan çıxarışın məhkəməyə təqdim edilməsi zəruri olduğundan "xxxx" ASC-dən həmin sənədlərin məhkəməyə verilməsinin tələb olunması üçün xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Həmin qərardadın icrası ilə bağlı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, araşdırma nəticəsində iddiaçının adına bank əməliyyat sistemində hesab aşkar olunmamışdır. Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli qərarla təyin olunmuş yaşa görə əmək pensiyası ödənişlərinin "xxxx" ASC-y ə aid plastik kartla alındığını qeyd etsə də, "xxxx" ASC-də iddiaçıya məxsus hesab mövcud olmamışdır. Bununla da aparılan araşdırmalar və məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş sübutlar, ziddiyyətli olduğu üçün iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli qərarla xx.xx.2007-ci ildən təyin olunmuş yaşa görə əmək pensiyası üzrə ödənişlərin məhz iddiaçı tərəfindən 2012-ci il tarixədək alınması barədə birmənalı qənaətə gəlmək üçün əsas vermir.
23. İddiaçıya xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təyin edilmiş həmin pensiya cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********8 nömrəli qərarı ilə dayandırılmış, lakin həmin qərar qəbul edilərkən inzibati icraat aparılmamışdır ki, bu da, qəbul edilmiş qərarın inzibati akt olaraq formal hüquqi baxımdan düzgün qəbul edilməməsinə dəlalət edir. Həmin məsələyə hüquqi qiymət verilməsinə lüzum görməyən kollegiya qeyd edir ki, artıq həmin qərarın əhəmiyyəti qalmamışdır. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçının xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası əslində xx.xx.2023-cü il tarixdən bərpa edilməmiş, yəni cavabdeh qurumun xx.xx.2023-cü il tarixli qərarı ilə həmin təyin olunan pensiya yenidən hesablanmış və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü i l tarixli, 3-17-1/33-6705/2023 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın məzmununda da qeyd olunmuşdur ki, yenidən hesablanma Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin xx.xx.2009-cu il tarixdə qəbul etdiyi qərar əsasında təyin olunan pensiya ödənişinə aparılmışdır, yenidən hesablanmanın səbəbi kimi isə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi qeyd olunaraq, Nazirliyin DNAŞ 3-17/3-1-697/2023 nömrəli məktubuna əsasən bərpa edilməsi, artıqvermənin nəzərə alınması göstərilmişdir. Hazırkı işdə “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********8 nömrəli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi xidməti yoxlamanın (daxili araşdırmanın) aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
24. Həmçinin hazırkı işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan xx.xx.2023cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qəbul edərkən həm də iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsaslanmışdır. Halbuki iddiaçı həmin ərizəsində pensiya ödənişinin bər pa edilməsini, eyni zamanda qanunvericiliyin tələblərinə zidd olaraq təyin olunmuş digər pensiya işi üzrə əsassız ödənilmiş məbləğin qanunvericiliyə müvafiq qaydada pensiya məbləğindən tutulmasını, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq hüquqi qiymətin verilməsindən sonra pensiyanın məbləğinə yenidən baxılması üçün göstəriş verilməsini xahiş etmişdir. Dolayısı yolla, cavabdeh qurum iddiaçının ərizəsinin məzmununda ona Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən 2007-ci il tarixdən təyin edilmiş pensiyanın 2012ci ilədək (şəxsin “ölmüş” qeyd olunması səbəbi ilə 2012-ci ildə pensiya ödənişi dayandırılmış və şəxsi hesab vərəqi ləğv olunmuşdur) alınmış məbləğlərinin etiraf olunduğunu əsas gətirərək həmin məbləğlərin də ondan tutulmasına iddiaçının razılıq verdiyinə istinad edir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən 2007ci ildən pensiya təyin olunması barədə müvafiq qərar qəbul olunsa da, həmin pensiya ödənişlərinin məhz iddiaçı tərəfindən 2012-ci ilədək alınması iş üzrə tam sübuta yetirilmir. Digər tərəfdən, həmin ödənişlər iddiaçı tərəfindən alınmış olsaydı belə, bu hal, ona qanuni əsaslarla Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 2009-cu ildən təyin olunmuş digər pensiyanın xx.xx.2020-ci ildən dayandırılması üçün əsas yarada bilməzdi. İş üzrə müəyyən olunur ki, iddiaçı onun yeganə gəlir mənbəyi olan pensiyasından xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək əsassız olaraq məhrum olmuşdur.
25. Göründüyü kimi, iddi açının pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2023-cü il tarixli qərar qəbul edilənədək ödənilməyən pensiya məbləğinin ödənilməmə əsasları müəyyən olunmur. Bu halları cavabdeh qurum apellyasiya baxışı zamanı da əsaslandıra bilməmişdir. İnzibati orqanın qeyd olunan dövr üzrə iddiaçıya pensiya ödənişinin verilməsindən imtina etməsində gətirdiyi yeganə dəlil “iddiaçıya iki pensiya işi üzrə pensiya ödənişinin aparılması və iddiaçıya 155097,52 manat artıq ödəniş edildiyi” olmuşdur. Qeyd olunmalıdır ki, artıq ödəmə yaransa belə, cavabdeh qurum bu barədə ayrıca inzibati icraat aparmalı, artıq ödəmənin qaytarılması ilə bağlı iddiaçıya müraciət etməli, tələbi təmin olunmadığı halda isə bu barədə məhkəmədə iddia qaldırmalı idi. Bu qayd a “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir. Bu barədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya artıq pul vəsaitinin ödənildiyini müəyyən edən inzibati orqan həmin pul vəsaitinin geri qaytarılması ilə bağlı ayrıca inzibati icraat apararaq, bu artıq ödəmənin pensiyadan tutulmasına şəxsin razılıq verdiyi halda belə, yuxarıda sadalanan hərəkətləri, o cümlədən əvəzləşmələri və əlavə hesablamaları özbaşına və birtərəfli qaydada aparmaqda haqlı sayıla bilməz.
26. Cavabdeh qurumun istinad etdiyi iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə gəldikdə isə, həmin ərizədə iddiaçı qanunsuz ödənilmiş pul vəsaitinin tutulmasına razılıq verdiyini bildirsə də, həmin ərizə iddiaçının ona qanuni əsaslarla xx.xx.2009-cu ildən Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfi ndən təyin edilmiş pensiya məbləğindən ümumiyyətlə imtina etməsi kimi qiymətləndirilə bilməz. Həmin ərizənin məzmunundan da görünür ki, iddiaçının ona təyin edilmiş hər hansı pensiya məbləğinin ödənişindən ümumiyyətlə imtina etməklə bağlı iradə ifadəsi olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə bir qənaətə gəlir ki, iddiaçı pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməyən məbləğin ona ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
27. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
28. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya q arşı etirazının dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Madd ə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismə n) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şə rtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
36. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa olunduğu xx.xx.2023-cü il tarixədək ödənilməyən məbləğin ona ödənilməsinə nail olmaqdan ibarətdir.
37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən ödənilməyə başlanılmışdır. Eyni zamanda, iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən eyni əsaslarla xx.xx.2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2009-cu il tarixdən ödənilməyə b aşlanılmışdır. Sonradan iddiaçının həmin pensiya işi ləğv edilmiş və xx.xx.2012-ci il tarixdən müvafiq pensiya ödənişi dayandırılmışdır. Qeyd edilən hallarla bağlı araşdırma ilə əlaqədar cavabdeh tərəfindən müvafiq qərar qəbul edilərək iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən təyin edilmiş və ödənilməkdə olan pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçının çoxsaylı müraciətləri ilə bağlı və inzibati orqanın apardığı inzibati icraat zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar araşdırılmış və iddiaçı xx.xx.2023-cü il tarixdə qanunvericiliyin tələblərinə zidd olaraq təyin edilmiş pensiya işi üzrə əsassız ödənilmiş məbləğin tutulmasına razılığını vermiş, ona verilməli olan pensiyanın məbləğinə qanunun tələbinə uyğun qiymət veril məsini xahiş etmişdir. İddiaçının sözügedən ərizəsi nəzərə alınaraq cavabdeh tərəfindən müvafiq qərar qəbul olunmuş və iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən təyin edilmiş pensiya ödənişi xx.xx.2023-cü il tarixində bərpa edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 175842,33 manat müəyyən edilmiş, həmin məbləğdən Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən ikinci pensiyanın təyin edilməsi nəticəsində artıq ödənilmiş 155097,52 manat çıxılmış, qalan 20744,81 manatdan ona 65 yaşının tamam olması ilə əlaqədar avtomatlaşdırılmış qaydada təyin olunaraq xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş 4080,71 manat və pensiya məbləğlərinin indeksləşdirilməsi nəticəsində texn iki səhv səbəbindən ödənilmiş 11234,40 manat çıxılaraq büdcəyə bərpa edilmiş, ödənilməli olan qalıq 5429,70 manat pul vəsaitinin isə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada hər ay 319,39 manat olmaqla onun pensiyasının üzərinə əlavə olunmağa başlanılmışdır. Əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa olunduğu xx.xx.2023-cü il tarixədək ödənilməyən məbləğin ona ödənilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilmədiyindən, iddiaçı cavabdehə qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır.
38. İddianı təmin etməyən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiyasının dayandırılmasına qanuni əsaslar mövcud olmuş, iddiaçının da xx.xx.2023-cü il tarixdə verdiyi razılığı ilə həmin hallar aradan qalxdıqdan so nra inzibati orqan pensiya ödənişini bərpa etmişdir. Hazırkı halda maddi hüquq normaları cəhətindən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından, inzibati orqanın dayandırma barədə hərəkətləri formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə qanunsuz hesab edilə bilməz. Odur ki, cavabdehin iddiaçının pensiya ödənişini xx.xx.2020-ci il tarixdən dayandırması və xx.xx.2023-cü il tarixindən bərpa etməsi barədə hərəkətləri qanunazidd hesab edilə bilməz.
39. İddianı təmin edən apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli qərarla təyin olunmuş yaşa görə əmək pensiyası ödənişlərinin "xxxx" ASC-yə aid plastik kartla alındığını qeyd etsə də, aparılan araşdırma nəticəsində "xxxx" ASC-də iddiaçıya məxsus hesabın mövcud olmadığı müəyyən olunmuşdur. Bununla bağlı təqdim edilmiş sübutlar, ziddiyyətli olduğu üçün iddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli qərarla xx.xx.2007-ci ildən təyin olunmuş yaşa görə əmək pensiyası üzrə ödənişlərin məhz iddiaçı tərəfindən 2012-ci il tarixədək alınması barədə birmənalı qənaətə gəlmək üçün əsas vermir. İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin pensiya ödənişlərinin məhz iddiaçı tərəfindən 2012-ci ilədək alınması iş üzrə tam sübuta yetirilmir. Digər tərəfdən, həmin ödənişlər iddiaçı tərəfindən alınmış olsaydı belə, bu hal, ona qanuni əsaslarla Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 2009-cu ildən təyin olunmuş pensiyanın xx.xx.2020-ci ildən dayandırılması üçün əsas yarada bilməzdi. Həmçinin həmin ərizənin məzmunundan da görünür ki, iddiaçının ona təyin edilmiş hər hansı pensiya məbləğinin ödənişindən ümumiyyətlə imtina etməklə bağlı iradə ifadəsi olmamışdır. Eyni zamanda, iddiaçıya təyin edilmiş pensiyanın xx.xx.2020-ci ildən dayandırılması üçün cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi xidməti yoxlamanın (daxili araşdırmanın) aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya 2009-cu ildə eyni anda həm Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən, həm də Abşeron rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, həmçinin ona Abşeron rayon şöbəsi tərəfindən pensiyanın qanuni əsas olmadan təyin olunması işin mübahisəsiz halıdır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, "xxxx" ASC-d ə hesabı cavabdeh açmış və həmin hesaba da məhz iddiaçının 2012-ci ildə ləğv edilmiş pensiya işinin nömrəsi verilmişdir (911110 nömrəsi). Bu isə, iddiaçıya xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək pensiya ödənişinin həyata keçirildiyini təsdiq edir. İddiaçı həmin ödənişləri almadığını qeyd etsə də, həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
41. Bununla yanaşı, iddiaçının qanunvericiliyin tələblərinə zidd olaraq təyin olunmuş qeyd edilən pensiya işi üzrə ona əsassız ödənilmiş məbləğin qanunvericiliyə müvafiq qaydada pensiya məbləğindən tutulmasına razılıq verməsinə dair xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizə də bir daha sözügedən ödənişlərin iddiaçıya ödənildiyini təsdiq edir.
42. Qeyd edilən halların müəyyən edilməsi, “İnzibati icraat haqqında” Qanu nun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
43. Qeyd edilən halların müəyyən olunması həm də ona görə vacibdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən dolayısı ilə etimad hüququnun qorunması prinsipinə və “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təsbit olunmuş iddiaçının etimadının qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad etmişdir.
44. Nəzərə alınmalıdır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipin ə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn hamılıqla qəbul olunmuş ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüqu qunu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi.
46. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları araşdırmadan iddiaçının ona eyni anda iki pensiya işi üzrə ödənişin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli oldu ğunu istisna etməkdə və bunun üzərindən onun etimad hüququnun qorunduğuna əsaslanmaqla qərar qəbul etməkdə məhkəmə haqlı sayıla bilməz.
47. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin iddiaçının xx.xx.2020-ci il tarixdən dayandırdığı pensiya ödənişini xx.xx.2023-cü il tarixdən bərpa etməsi və ona həmin dövr üzrə ödənilməli məbləği müəyyən etməsi cavabdeh tərəfindən iddiaçının həmin dövr ərzində pozulmuş hüquqlarının bərpası istiqamətində göstərilmiş səy kimi qiymətləndirilməli və müəyyən edilmiş həmin məbləğdən məhz iddiaçının razılığı əsasında tutmaları həyata keçirdiyi də nəzərə alınmalıdır.
48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
49. Nətic ə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-847/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.