Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-775/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dayandırılmış pensiyanın bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “dayandırılmış pensiyanın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3181/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən iddiaçıya 2008-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiya üzrə ödəniş cavabdeh inzibati orqan tərəfindən 1 iyun 2021-ci il tarixdə dayandırılmışdır.
2. İddiaçı məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, hər hansı cavab verilməmiş, eləcə də pensiyanın bərpa olunması ilə bağlı hərəkət aparılmamışdır. İddiaçı hazırda cavabdehin hərəkətləri ni mübahisələndirir və ona təyin olunmuş əmək pensiyasının bərpasını tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayandırılmış pensiyanın bərpa olunaraq verilməsi öhdəliyinin icrasını cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2008-ci ilin avqust ayından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq yaşa görə pensiyası təyin edilmişdir. Bunu DSMF Bakı şəhəri Səbail rayonu şöbəsi tərəfindən verilən 1/112936 saylı pensiya vəsiqəsi də təsdiq edir. Qanunvericiliyə uyğun olaraq ona 2008-ci ildən başlayaraq hər növbəti beş ildən 2013 və 2018-ci illərdə bank t ərəfindən kartlar verilmişdir. 2008-ci ildə 57 yaşdan ona yaşa görə əmək pensiyası ömürlük təyin edilmişdir. Ona təyin edilmiş pensiyanın ödənişi 2021-ci ilin iyul ayında heç bir səbəb olmadan dayandırılmışdır. Dəfələrlə müraciət etsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt” xidmətindən, DOST mərkəzindən heç bir cavab alınmamışdır. 10 noyabr 2021-ci il tarixdə verilmiş vəkil sorğusuna DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 8 dekabr 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, pensiya işinin araşdırılması zərurəti yarandığından pensiya işi dayandırılmışdır. Pensiya ödənildiyi 13 il ərzində Nazirlik tərəfindən bir neçə dəfə yoxlama aparılmış və onun pensiya işində heç bir nöqsan tapılmamışdır. İddiaçıya 2008-ci ildə yaşa görə pensiyası təyin edilmiş, amma DSMF onu dayandırmışdır. Onun 70 yaşı var, xəstəlikləri xüsusi müalicə, dərmanlar tələb edir. Onun gəliri pensiyasıdır və 7 ay almadığı dövrdə çətinlik çəkir. Bununla əlaqədar DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış 10 noyabr 2021-ci il tarixli vəkil sorğusuna 8 dekabr 2021-ci il tarixli cavab məktubunda onun əmək pensiyasının dayandırılmasına səbəb olan sənədlərin düzgünlüyünü araşdıran inzibati orqan 7 aydır heç bir hərəkətlilik göstərmir.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının iddiası tam əsassız hesab edilir və qanunazidd olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 19 oktyabr 2021-ci il tarixli məktubla cavabland ırılmış eyni məzmunlu 22 noyabr 2021-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan DSMF tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. İddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yara ndığından pensiya ödənişi dayandırılmışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5015/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçının 1 iyun 2021-ci il tarixdən dayandırılmış əmək pensiyasının bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətlər aparılarkən müvafiq qərar qəbul olunmaması ilə bərabər, həm də onun (iddiaçının) məlumatlandırılması da təmin edilməmişdir. Bundan başqa, cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının «Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddə sinin və «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3181/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması barədə 14 iyul 2 021-ci il tarixli, **********69 nömrəli qərarı ləğv edilmiş, İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı tarixdən, 2021-ci ilin iyul tarixindən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qərar qəbul edildiyindən, həmin qərar qanunsuzdur.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və inzibati işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, iddia çının pensiya işi araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhər sakini İddiaçı Fondun keçmiş Bakı şəhəri Səbail rayon şöbəsi (Şöbə) tərəfindən yaşa görə yüksək məbləğdə təyin olunmuş əmək pensiyasının qanunauyğunluğu Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, şöbənin “DSMF Bakı şəhəri Səbail rayon şöbəsi ƏSLİ İLƏ DÜZDÜR” ştampı ilə təsdiq edilmiş və pensiya işinə tikilmiş AZE seriyalı 03393023 Ns-li şəxsiyyət vəsiqəsinin surətinin ön hissəsindəki məlumatlarla İddiaçı barədə “Giriş-çıxış və qeydiyyat" X1 Axtarış Sistemi”ndə (İAMAS) tək sayda mövcud olan şəxsiyyət vəsiqəsinin məlumatları ilə uyğun olmadığı aşkar edilmişdir.
13. Belə ki, İddiaçı AZE seriyalı 03393023 №-li şəxsiyyət vəsiqəsi üzrə yaşayış yerinin ünvan 1 ünvanı oldu ğu təsdiqini tapsa da, İAMAS-da mövcud olan məlumatlarda onun təvəllüdünün xx.xx.1951-ci il olduğu müəyyən edilmişdir. Aşkar olunan faktlara görə İddiaçı təvəllüdünün 1 il 04 ay (16 ay) geri tarixə, yəni xx.xx.1950-ci il kimi qeyd edilməsi nəticəsində yaşa görə pensiya hüququ xx.xx.2007-ci il tarixdən yaradılmaqla və xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək olan dövr üzrə hesablanmış cəmi 16309,71 manatın 16160,94 manatı əsassız olaraq vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Qeyd olunanlardan əlavə, aşkar olunan fakt üzrə müəyyən edilmişdir ki, İddiaçı adından yazılmış və pensiya işinə tikilmiş xx.xx.2008-ci il tarixli ərizənin (1 nömrəli əlavə) “ doğulduğu tarix” qrafasında da doğum tarixi təhrif edilmiş şəxsiyyət vəsiqəsinin surətində olduğu kimi “ xx.xx.1950 ” qeyd edilmişdir. Araşdırma nəticəsində doğum tarixinin xx.xx.1951-ci il olduğu müəyyənləşdirilmiş İddiaçı pensiya işinə tikilmiş sənədlərdə qeyd olunmuş məlumatlar, o cümlədən əmək kitabçası üzrə iş stajları və əməkhaqqı arayışı nəzərə alınmaqla yaşa görə əmək pensiyası hüququ müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən 57 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən yaranmışdır. Bu səbəbdən də İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasına hüquq verən müvafiq sənədlərin saxtalaşdırılması faktlarına hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
14. Məruzənin davamında saxtalaşdırıldığı ehtimal olunan sənədlərin (ərizə, şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının surətləri) Fondun keçmiş Bakı şəhəri S əbail rayon şöbəsi tərəfindən nəzərə alınaraq, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi nəticəsində əsassız ödənildiyi müəyyən edilmiş 16160,94 manat məbləğin bərpasının təmin edilməsi, yaşa görə əmək pensiyası hüququ yaradan müvafiq sənədlərin düzgünlüyünün yenidən araşdırılması məqsədi ilə Fonda müvafiq tapşırıq verilmişdir.
15. Pensiya təyinatı zamanı vətəndaşın ümumi iş stajı hesablanarkən xx.xx.1996xx.xx.1998-cı il tarixlərində onun "xxxx" Co LTD MMC-də baş mühasib vəzifəsində işlədiyi dövrün nəzərə alınması məqsədi ilə həmin MMC-nin şöbəyə 1997-1998-ci illər üzrə təqdim etdiyi 4-DSMF formalı hesabatlarının surətləri və şöbənin hesabına 180000,0 AZM (36,0 AZN) məcburi dövlət sosial sığorta haqlarının bank vasitəsi ilə ödənilmiş bank qəbzinin surəti pensiya işinə əlavə edilmi şdir.
16. Əlavə olaraq vətəndaş İddiaçı yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1998-xx.xx.2000-ci il dövr ərzində qeyd olunan MMC-də işləməsi, əməkhaqqının hesablanması və ödənilməsi faktının düzgünlüyü Fondun 1 Saylı Regional Ərazi Filialının Abşeron rayon xidmət nümayəndəliyinin mütəxəssisi X4, X2 və "xxxx" MMC-nin kadrlar və inzibati məsələlər üzrə direktoru Rojkov Rüstəmin iştirakı ilə müəssisədə saxlanılan əmrlər kitabı və əməkhaqqı cədvəlləri ilə yerində qarşılıqlı yoxlanılmış, düzgünlüyü təsdiq edilməklə bu barədə xx.xx.2021-ci il tarixdə müvafiq akt tərtib olunmuşdur.
17. Araşdırmanın davamı olaraq müəyyən edilmişdir ki, doğum tarixinin xx.xx.1951-ci il olduğu müəyyənləşdirilmişdir. İddiaçı pensiya işinə tikilmiş sənədlərdə qeyd olunmuş məlumatlar, o cümlədən əmək kitabçası üzrə iş stajları və əməkhaqqı arayışı nəzərə alınmaqla yaşa görə əmək pensiyası hüququ müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən 57 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən yaranmışdır. Bu səbəbdən də saxtalaşdırıldığı ehtimal olunan şəxsiyyət vəsiqəsi əsasında Fondun keçmiş Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən 1 il 04 ay əvvəldən pensiya hüququnun yaradılması və yaşa görə əmək pensiyasının təyin edilməsi nəticəsində İddiaçı plastik kart hesabına cəmi 16160,94 manat vəsait əsassız köçürülmüşdür.
18. Beləliklə, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Həmin qərardan verilmiş a pellyasiya şikayəti də əsassız olaraq təmin edilməmişdir.
19. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8 və İPM-in 12.1, 58.7, 90.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə
60. İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 22. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 37 Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) Maddə 37.8. Bu Qanunla təyin edi lmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.2 İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6 İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10 Əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xü susilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 35.1. Maraqlı şəxs ş ikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. 35.3. Ərizə yalnı z o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. 35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Maddə 61.1 Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2 Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu ha lları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən d üşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5 Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti v axtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib h üquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı ap ellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. İddiaçıya cavabdeh tərəfindən 2008-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiya üzrə ödəniş cavabdeh inzibati orqan tərəfindən 1 iyun 2021-ci il tarixdə dayandırılmışdır.
31. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit edilmiş tənzimləmənin yalnız əmək pensiyasının onun tərəfindən təyin olunduğu hallara şamil olunduğunu nəzərə almalıdır. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit olunmuş qayda inzibati orqanın qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağ lı halları tənzimləyir. Bu mənada həmin tənzimləmənin nəzərdə tutulduğu norma yalnız inzibati orqanın qərarı ilə əmək pensiyasının təyin edildiyi hallara tətbiq mənasında təfsir olunmalıdır və məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyası üzrə ödənişin dayandırılması hallarına şamil edilə bilməz.
32. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının məhkəmə qərarı ilə təyin olunduğu, həmin məhkəmə qərarının qüvvədə və beləliklə də etibarlı olduğu müddətdə, məhkəmə qərarı əsasında təyin olunmuş əmək pensiyası ödənişinin cavabdeh tərəfindən dayandırılması, xüsusilə də hər hansı icraat aparmadan dayandırılması yolverilməzdir. Belə davranış dövlətin adından qəbul edilmiş məhkəmə qərarının hüquqi qüvvəsinə və etibarlığına ciddi ziyan vurardı.
33. Bu baxımdan, cavabdeh iddiaçıya pensiya ödənişi nin dayandırılması barədə məsələni həll edərkən istər qanuni qüvvəyə minmiş məhkəmə qərarı, istərsə də inzibati orqanın qərarı əsasında təyin edilmiş əmək pensiyası yuxarıda qeyd olunan yanaşmanı nəzərə almağa və ona uyğun davranmağa borcludur.
34. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
35. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
36. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənil mə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
37. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya ödənişi dayandırılmışdır.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ödənişinin dayandırılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apel lyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3181/2022 nömrə li, 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.