Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-775/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(102)-775/2024 (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-398/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir.
2. Sumqayıt 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 0531003AALBS nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir.
3. T.Quliyev adına Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, o, xx.xx.2020-xx.xx.2020-ci il və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “Sol aşağı ətrafın angiodisplaziyası“ diaqnozu ilə müalicə edilmişdir.
4. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0529003AAHK6 saylı göndərişi əsasında verilmiş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı “Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya. Diffuz şəkildə yayılmış Venodisplaziya. Xroniki venoz çatmamazlıq lll dərəcə. Hər iki aşağı ətrafda ikincili limfostaz. Sağ tərəfli konduktiv tip ağır eşitmə. Hər iki aşağı ətrafda ikincili limfostaz. Xroniki venoz çatmamazlıq İİİ dərəcə. Yerişin pozulması. Sağ tərəfli xroniki otit. Sağ tərəfli radikal mastoidektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Xroniki anemiya. OU-Zəif dərəcəli miopiya. VİZUS OU0.4 k/ilə-1.OD =1.0. Burun çəpərinin əyriliyi. Asteno-nevrotik sindromu” diaqnozu qoyulmuş, diaqnoz və müayinələr əlillik təyininə əsas verməməsi səbəbi ilə imtina verilmişdir.
5. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0529003AAHK6 saylı göndərişi əsasında verilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli digər qərarından görünür ki, Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya. Diffuz şəkildə yayılmış Venodisplaziya Xroniki venoz çatmamazlıq İİİ dər. Hər iki aşağı ətrafda ikincili limfostaz. Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, sağ tə rəfli konduktiv tip ağır eşitmə, müalicə müddəti yetərli deyil, əlavə müalicə səbəbi ilə imtina verilmişdir. 6. 1 nömrəli Şəhər Poliklinikası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0529003AAHK6 nömrəli göndərişdə (Forma 88) aşağıdakı diaqnoz qoyulmuşdur: əsas diaqnoz: Q27-periferik damar sisteminin digər anadangəlmə anomaliyaları. Anadangəlmə ailəvi-irsi vazoangiopatiya. Diffuz şəkildə yayılmış venodisplaziya. Xroniki venoz çatmamazlıq İİİ dərəcə. Hər iki aşağı ətrafda ikincili limfostaz. Ağırlaşma H90.7- birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, sağ tərəfəli konduktiv tip ağır eşitmə, yanaşı xəstəliklər-H65.0- kəskin seroz orta otit. Sağ tərəfli xroniki otit, “Sağ tərəfli radikal mastoidektomiya” cərrahi əməliyyatdan sonrakı vəziyyət; ağı rlaşma-İ89.0- digər rubrikalarda təsnif olunmayan limfa ödemi. Hər iki aşağı ətrafda ikincili limfostaz., ağırlaşma-187.2- (xroniki)periferik venoz çatmamazlıq. Xroniki venoz çatmamazlıq İİİ dərəcə, ağırlaşma-R26-hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması, yanaşı xəstəliklər-D64-digər anemiyalar, Xroniki anemiya, yanaşı xəstəliklərH52.1- Miopiya, OU-zəif dərəcəli miopiya, VİZUS OU-0.4 k/ilə-1.0D=1.0; yanaşı xəstəliklər J34- burun və burun ciblərinin digər xəstəlikləri. Burun çəpərinin əyriliyi; yanaşı xəstəliklərF48.9-dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar. Astenonevrotik sindrom. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-So sial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci il təvəllüdlüdür. xx.xx.2008-ci il tarixdən “Sol aşağı ətrafın angiodisplaziyası, anadangəlmə ailəvi irsi vazoangiopatiya, xroniki anemiya” xəstəliyinin daşıyıcısıdır. Qeyd edilən xəstəliyə görə ona xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi xəstəliklə əlaqədar 3-cü dərəcəli əlillik verilmişdir. Növbəti əlilliyin təyin edilməsi müddəti zamanı xx.xx.2013-cü ildə qeydiyyatda olduğu Sumqayıt şəhər 3 saylı poliklinikası tərəfindən xəstəlik durumu ilə əlaqədar TQS 088 formalı Tibbi Sosial Ekspert Komissiyasına gönd əriş ünvanlanmışdır. Onun xx.xx.2018-xx.xx.2018-ci ilədək, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tartixədək xəstə olmasını təsdiq edən vərəqləri vardır. xx.xx.2020-ci ildə göndəriş rəsmişləşdirilmiş, lakin cavabdeh göndərişdən imtina etmişdir. İmtinaya səbəb kimi “Dopler və bel test müayinələrinin olmaması” qeyd edilmişdir”, xx.xx.2021-ci il tarixdə göndəriş yenidən rəsmiləşdirilmiş, bu dəfə isə göndərişin natamam doldurulması əsas kimi göstərilərək imtina cavabı verilmişdir. Bundan başqa səbəb kimi “əlavəyə müalicəyə ehtiyacın olması və müalicə müddətinin yetərli olmaması qeyd edilmişdir”. Təkrarən 88 № forma arayışı qiymətləndirərkən imtinaya səbəb kimi “Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir” göstərilmişdir. Beləliklə, c avabdeh eyni gündə müxtəlif əsaslarla ona imtina cavabları vermişdir.
9. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Sumqayıt 2 saylı Uşaq poliklinikasının xx.xx.2008ci il tarixli göndərişi əsasında baxılmış və beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli 0531003AAJQ5 saylı göndərişi əsasında baxılmış və “İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AAJWR saylı göndərişi əsasında baxılmış və “Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 05310Q3AAJ1Z saylı göndərişi əsasında baxılmış və “Xəstəlik vərəqələrinin günləri reyestrdə göstərilməyib. Dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AAKR4 saylı göndərişi əsasında baxılmış və “Xəstənin adına əmək müqaviləsi olduğu halda. Xəstəlik vərəqələrinin günləri reyestrdə göstərilməyib dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0529003AAHK6 saylı göndərişi əsasında baxılmış və “Səbəbi:Ümumi xəstəlik; X2:XVİİ Sinif-Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları=> Q20-Q28-Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları]=>Q27-Periferi...;Diaqnozun mətni: Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya. Diffuz şəkildə yayılmış Venodisplaziya. Xroniki venoz çatmamazlıq lll dərəcə. Hər iki aşağı ətrafda ikincili limfostaz, sağ tərəfli konduktiv tip ağır eşitmə. Hər iki aşağı ətrafda ikincili limfostaz. Xroniki venoz çatmamazlıq İİİ dərəcə. Yerişin pozulması. Sağ tərəfli xroniki otit. “Sağ tərəfli radikal mastoidektomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət. Xroniki anemiya. OU-Zəif dərəcəli miopiya. VİZUS OU0.4 k/ilə-1.OD =1.0. Burun çəpərinin əyriliyi. Asteno-nevrotik sindromu diaqnozu və aparılmış müayinələr əlillik təyininə əsas verməməsi səbəbi ilə imtina verilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əz izova) 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-608/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı uşaqlıqdan qandamar xəstəliklərindən əziyyət çəkir və onun məruz qaldığı diaqnozlar forma N 88-də X1 uyğunlaşdırılaraq qeyd olunmuşdur.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-398/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və G.İ.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(118)-608/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli 0529003AAHK6 nömrəli Forma 88 göndərişdəki yanaşı xəstəliklər kimi qeyd edilmiş H52.1 ikinci dərəcə əlilliyin, F48.9 diaqnozlu xəstəlik üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X1 da daxil edilmişdir. 2015-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inz ibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Agentlikdə əyani müayinədə olmuş və barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Həmçinin iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X3 t/429 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. Bütün bu diaqnozlar nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı əyani müayinədə müəyyən olunmuş xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşməmişdir. Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç bir i məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək ciddi qanun pozuntusuna yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdə n sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 19. “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetini n 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdə n yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. bənd. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40H40.9, H47-H47.5, H52-H53.9); 2.3. bənd. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48F48.9). 4.1. bənd. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. bənd. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsi z olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektro n sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və s əmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanı n sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olun muşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, el əcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri iddiaçı barəsində tərtib olunmuş 0529003AAHK6 göndərişdə qeyd olunan diaqnozun əlillik əlaməti təyin etməməsidir.
32. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X3 t/429 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin verilməsində cavabdeh Dövlət Tibbi-Sosia l Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti X4 da iştirak etmişdir.
33. Əvvəlki ekspertizanın eyni zamanda hazırkı iş üzrə cavabdehin tibbi sosial ekspertinin iştirakı ilə keçirildiyi müəyyən edildiyindən, həmçinin ekspert rəyində qərardadda qoyulan suallar tam cavablandırılmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin başqa ekspertlərinə tapşırılmış, Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T359/2023 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı 08 iyun 2023-cü il tarixdə təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən xx.xx.2022-ci il tarixdə dediklərini təsdiq etdi. 1995-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli, 0529003AAHK6 saylı göndərişində qeyd edilən “Anadangəlmə ailəvi-irsi vazoangiopatiya, diffuz şəkildə yayılmış venodisplaziya, xroniki venoz çatmamazlıq İİİ dərəcə, hər iki aşağı ətrafda ikincili limfostaz, sağtərəfli konduktiv tip ağır eşitmə, hər iki aşağı ətrafda ikincili limfostaz, xroniki venoz çatmamazlıq İİİ dərəcə, yerişin pozulması, sağ tərəfli xroniki oti t, “sağ tərəfli radikal mastoidektomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət, xroniki anemiya, OU-zəif dərəcəli miopiya, VİZUS OU0,4 k7ilə- 1.0D=1.0, burun çəpərinin əyriliyi, asteno-nevrotik sindrom” diaqnozunda “Q27- periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, anadangəlmə ailəvi-irsi vazoangiopatiya, diffuz şəkildə yayılmış venodisplaziya” əsas xəstəlikdir, “R26-hərəkətin və yerişin pozulmaları, İ87.2-(xroniki) (periferik) venoz çatmamazlıq, xroniki venoz çatmamazlıq İİİ dərəcə, İ89.0-digər rubrikalarda təsnif olunmayan limfa ödemi, hər iki aşağı ətrafda ikincili limfostaz, R90.7- birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağıreşitmə, sağ tərəfli konduktiv tip ağıreşitmə” əsas xəstəliyin ağırlaşmalarıdır. Əsas xəstəlik və onun ağırlaşmalarından başqa “Xroniki anemiya, OU-zəif dərəcəli miopiya, VİZUS OUO, 4 k/ilə-1. OD=1.0, burun çəpərinin əyriliyi, asteno-nevrotik sindrom” yanaşı xəstəliklərdən əziyyət çəkdiyi də Forma 088-də öz əksini tapmışdır. Əsas xəstəlik və ağırlaşmaları irsi olduğundan onlar sağalmırlar, yalnız müalicə ilə kəskinləşməsinin qarşısı alınır.
34. Göründüyü kimi ekspert rəyi ilə hazırda iddiaçıda 0529003AAHK6 nömrəli göndərişdə qeyd edilmiş yanaşı xəstəliklər-H52.1, yanaşı xəstəliklər-F48.9 kodlu diaqnozlu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2, 10 və 2.3.9-cu bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir.
35. Rəydən həmçinin görü nür ki, əsas xəstəlik və ağırlaşmaları irsidir, onlar sağalmır, yalnız müalicə ilə kəskinləşməsinin qarşısı alınır. 36. 1 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib olunmuş göndərişdə iddiaçıda olan xəstəliklər (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) ayrı ayrılıqda müvafiq XBT-10 kodlarına uyğun olaraq göstərilmişdir.
37. Kollegiya qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən, “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.10-cu bəndinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (yanaşı xəstəlik lər. H52.1-Miopiya, OU-zəif dərəcəli miopiya, VİZUS OU-0.4 k/ilə-1.0D=1.0), 2.3.9-cu bəndinə əsasən, üçüncü dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (yanaşı xəstəliklər. F48.9-dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar. Astenonevrotik sindrom) göstərilməsinə baxmayaraq İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir.
38. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
39. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əl illiyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
40. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfi ndən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə bo rcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
41. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
42. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olma sı və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
43. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
44. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsip inə əsaslanır və həmin prinsipdən irəli gəlir.
45. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-398/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.