Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-776/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsi) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdlü: xx.xx.1974-cü il; FİN: 2MR70X5) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-3105/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 11/625 saylı, 18 noyabr 1988-ci il tarixli qərarına əsasən “Vətən” Cəmiyyətinin əməkdaşlarına, 16 nəfərə ayrılan Şüvəlan Şimal DRES rayonundakı bağ sahələrinin “Vətən” Cəmiyyətinin əməkdaşları arasında bölüşdürülməsi və onların siyahısının təsdiq edilməsi qərara alınmışdır, siyahıda 8-ci sırada iddiaçı – bağ №1 qeyd olunmuşdur.
2. İddiaçıya məxsus Bağçının üzvlük kitabçasına əsasən o, Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il ta rixli 03 nömrəli protokoluna əsasən Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş və Şüvəlan qəsəbəsi, “Şimal” DRES ərazisində sahəsi 600 kv.m olan bağ sahəsi onun daimi istifadəsinə verilmişdir.
3. X1 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanılmış xx.xx.2001-ci il tarixli, 30282 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 01/2368 nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2019-cu il tarixli **********68 n ömrəli imtina məktub ilə bildirmişdir ki, göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir və digər fiziki şəxslər tərəfindən istifadə edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11/625 saylı qərarı ilə Azərbaycan Memarlıq İttifaqı ilə birgə “Vətən” Cəmiyyətinin 68 üzvünə Bakı şəhəri keçmiş Əzizbəyov rayonu Bağçılıq Massivinin “Şimal” DRES-də torpaq sahəsi ayrılmışdır. Daha sonra Azərbaycan Memarlar İttifaqı “Memar” Bağçılıq Birliyi üzvlərinin ümumi yığıncaq iclasının xx.xx.1998-ci il tarixli, 1 saylı protokolu ilə Bakı şəhər Sovetinin xx.xx.1988-ci il tarixli 11/625 saylı qərarının Şüvəlan Şimal DRES rayonunda Azərbaycan Memarlar İttifaqına və Vətən Cəmiyyətinə Bağçılıq üçün ayrılmış torpaq sahələrinin bölüşdürülməsinə dair gündəliyindən göründüyü kimi 11 may 1988-ci ildə təsdiq olunmuş bağçılıq üzvlərinin bir çoxunun Bakıdan getdikləri üçün Bağçılıq Birliyinin həmin tarixli üzv siyahısı ləğv edilmiş və bağçılıq birliyi üçün ayrılmış torp aq sahələri tərtib edilmiş, siyahının 1-dən 16-dək olan hissəsi “Vətən” Cəmiyyətinin üzvlərinə ayrılmışdır. “Vətən” bağçılıq yoldaşlıq birliyi nəzdində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES ərazisində 0,06 ha torpaq sahəsi olan baş plan sxeminə əsasən 01 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 01/2368 nömrəli bağ sahəsinin iddiaçının icarəsinə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə iddiaçı arasında xx.xx.2001-ci il tarixli, 30282 nömrəli müqavilə bağlanmışdır. xx.xx.1998-ci il tarixdə iddiaçı “Vətən” Cəmiyyəti Asiya və Afrika ölkələri şöbəsində referent vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə iddiaçı öz xahişi ilə işdən azad edilmişdir. Torpaq sahəsi iddiaçıya ay rıldıqdan sonra iddiaçı dərhal oranı hasara almış, mütəmadi ora gedərək abadlıq işləri aparmış, zeytun, müxtəlif meyvə ağacları əkmişdir. Lakin daha sonralar iddiaçı bağ sahəsinə getdikdə oranın başqa şəxs tərəfindən zəbt edildiyini, hasarlandığını görmüş, iddiaçının öz bağına daxil olmağı qeyri-mümkün olmuşdur. Cavabdehin imtina məktublarından da göründüyü kimi, həmin idarənin əməkdaşları belə torpaq sahəsinə daxil ola bilmirlər. Sonradan müəyyən edildi ki, iddiaçıya məxsus torpaq sahəsi üçüncü şəxs tərəfindən zəbt edilmişdir. İddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 01/2368 nömrəli bağ sahəsi üzərində (baş plan sxeminə əsasən 01 nömrəli bağ sahəsi kimi nömrələnmiş) iddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması ilə bağl ı müxtəlif tarixlərdə cavabdeh orqana müraciətlər etmişdir. Cavabdeh orqan tərəfindən ünvanlanmış 30 iyun 2016-cı il tarixli məktubda idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin aparılması üçün şəraitin yaradılmadığı əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdehin 14 may 2019-cu il tarixli məktubunda ərizəyə əlavə olunmuş sənədlərin surət olması, bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi və digər fiziki şəxslər tərəfindən istifadə edildiyi göstərilmişdir. Bağ sahəsinin bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsinə dair cavabdeh inzibati orqanın mövqeyi ziddiyyətlidir. Belə ki, cavabdehin 30 iyun 2016-cı il tarixli məktubunda imtina əsası kimi idarənin mütəxəssislərinə çöl-ölçmə işlərin in aparılmasına şəraitin yaradılmaması halı göstərilmişdir. 14 may 2019-cu il tarixli məktubda isə bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşdiyi və digər fiziki şəxslər tərəfindən istifadə edildiyi qeyd edilmişdir. Bağ sahəsinin başqa şəxslərin istifadəsində olduğu və çöl-ölçmə işlərini aparmağın mümkün olmadığı təqdirdə torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsinin hansı qaydada müəyyən edilməsi təəccüb doğurur. Göründüyü kimi, xüsusilə ayrıc akta dair hissə əsaslandırılmamış, formal mülahizə ilə kifayətlənilmişdir. Cavabdeh 14 may 2019-cu il tarixli məktubunda sözügedən bağ sahəsinə dair çıxarışın verilməsindən imtinaya dair daha bir əsas kimi həmin bağ sahəsinin digər fiziki şəxslər tərəfindən istifadə edilməsi göstərilmişdir. Halbuki mövcud q anunvericilikdə bu hal belə iddiaçıya məxsus torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün imtinaya əsas ola bilməz. Cavabdeh orqanın imtina məktubunda iddiaçıya məxsus bağ sahəsinin digər fiziki şəxslər tərəfindən məhz hansı hüquqmüəyyənedici sənəd əsasında istifadəsinin qeyd edilməsi deyil, ümumi şəkildə digər fiziki şəxslər tərəfindən istifadə edildiyinin göstərilməsi diqqətçəkici məqamdır. Göründüyü kimi, digər fiziki şəxsin həmin torpaq sahəsindən istifadəsinə dair hüquqmüəyyənedici sənədi olarsa cavabdeh həmin sahənin hansı əsasla üçüncü şəxsin istifadəsində olmasına münasibət bildirmiş olardı.
8. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz xx.xx.20 19-cu il tarixli imtina məktubuna uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, kənardan göstərilən ərazi digər fiziki şəxslər tərəfindən mişar daşı ilə hasarlanmış, qapısı və ya darvazası olmadığından daxil olub texniki baxış keçirmək mümkün olmamışdır.
9. Üçüncü şəxs iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Şimal Dres qəsəbəsi ərazisində “Vətən” Cəmiyyəti üzvlərinə ayrılmış torpaq sahələri onun istifadəsində olan Şüvəlan qəsəbəsi ərazisində yerləşən bağ sahəsi ilə üst-üstə düşmür, o cümlədən iddiaçıya ayrılmış torpaq sahəsinin ona məxsus bağ sahəsi olmasına dair iddiaçının dəlilləri heç bir əsasa malik deyil, iddiaçı öz torpaq sahəsinin harada yerləşməsini illər sonra dəqiq müəyyən edə bilmir. İddiaçıya üçüncü şəxsin bağ sahəsinin yerləşdiyi Şüvəlan qəsəb əsində deyil, qonşu şimal Dres qəsəbəsində torpaq sahəsi ayrılsa da, torpaq sahəsini istifadə etmədiyi üçün 3 ildən sonra onun müqaviləsi ləğv edilmişdir.
10. Bakı inzibati məhkəməsinin 8 iyun 2020-ci il tarixli, 2-1(112)-1351/2020 nömrəli qərardadı ilə üçüncü şəxsin vəkilinin vəsatəti təmin edilərək iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ-torpaq sahəsinin koordinatları müəyyən edilsin.
2. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ-torpaq sahəsi hər hansı başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşürmü (Həmin şəxs in adı və torpaq sahəsi qeyd edilməklə)?
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/113 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ-torpaq sahəsinin koordinatları naturaya uyğundur: X- 435151.02; 435168.83; 435183.93; 435166.12; Y4482414.88; 4482424.02; 4482398.93; 4482388.96. İddiaçıya ayrılmış, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ-torpaq sahəsi hər hansı başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür.
12. Bakı İnzibati Məhkəməsinin 7 iyun 2022-ci il tarixli, 2-1(112)-89/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilər ək Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,06 ha olan 01/2368 saylı bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh həmin torpaq sahəsinin digər fiziki şəxslər tərəfindən istifadə edildiyini qeyd etsə də, hansı əsasla və hüquqmüəyyənedici sənədlərlə digər şəxslərin istifadəsində olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən qeyd olunan qərar, protokol, üzvlük kitabçası, müqavilə və digər sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin sənədlər isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır.
14. Cavabdeh və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-3105/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətini imtina məktubu ilə oxşar məzmunda tərtib etmiş və öz mövqeyini əsaslandırmaq üçün “Torpaq islahatları haqqında” Qanunun 9- cu maddəsinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 7.1, 8.0.7, 9.1.2 və 11.1-ci maddələrinə istinad etmişdir. b. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
19. Üçüncü şəxs kassasiya şikayətini iddiaya tələbinə qarşı yazılı etirazla oxşar məzmunda tərtib etmiş və öz mövqeyini əsaslandırmaq üçün Torpaq Məcəlləsinin 55, 65 və 68-ci maddələrinə istinad edərək əlavə olaraq qeyd etmişdir ki, torpaq üzərində hüquqların yaranması müvafiq hüquq müəyyənedici sənəd, plan, ölçü, həmin sənədlərin dövlət qeydiyyatına alınması əsasında yaranır. İddiaçıya Vətən Cəmiyyətinin üzvü kimi ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinə verilməsini təsdiq edən müvafiq sənədlər yoxdur, iş materillarında olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının sahəsi Şimal Dres qəsəbəsində yerləşir, məhkəmə qanunvericiliyin tələbini pozaraq yanlış olaraq iddiaçının hüquqlarının üçüncü şəxsin istifadəsində olan sahəyə qeydiyyata alınmasına dair qərar qəbul etmişdir. Məhkəmə qərarlarının əsasında dayanan ekspert rəyi isə mötəbər deyil.
20. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən ilkin olaraq təyin edilmiş ekspertiza yarımçıq qalmışdır. Yəni, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti cəlb edilməklə ekspertiza tədqiqatının aparılmasını qərara almışdır, lakin, həmin xidmətin mütəxəssis rəyi məhkəməyə daxil o lmadan məhkəmə digər özəl ekspertiza qurumunun mütəxəssis rəyinin verilməsinə şərait yaratmış, həmin özəl qurumun mütəxəssisinin yanlış verdiyi mütəxəssis rəyi əsasında düzgün olmayan nəticəyə gəlmiş, iddiaçının başqa ərazidə yerləşən torpaq sahəsinin onun hüquqmüəyyənedici sənədində və cavabdehin təqdim etdiyi sxemlərdə göstərilən əraziyə deyil, üçüncü şəxsin istifadəsində olan ərazidə hüququnun qeydiyyata alınması barədə qanunsuz qərar qəbul etmişdir. Halbuki, iddiaçının sahəsi dəniz kənarından Şimal Dres qəsəbəsi ərazisində ən azı 300 metr məsafədə yerləşir, üçüncü şəxsin istifadəsində olan yer isə dəniz kənarından Şüvəlan qəsəbəsində 170 metr kənarda yerləşir. Yəni Vətən Cəmiyyətinin ərazisi Şüvəlan qəsəbəsinin mayak massivində yerləşmir. X4 qəsəbəsi elektrik stansiya ərazisində yerləş ir. c. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: a) Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orde rlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... b) Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 24. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
25. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzi bati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansi yası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etmə klə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
33. Hazırkı qərarın 22b bəndində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyya tına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.
34. Daşınmaz əmlaka çıxarış və plan-ölçü sənədinin verilməsi tələbinə dair iddialarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi də bundan ibarətdir ki, belə işlərə baxarkən məhkəmələr ilk növbədə inzibati orqanın imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olub-olmadığını araşdırmalıdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1971/2020 nömrəli qərarı).
35. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmada n və yuxarıda qeyd edilən əsaslara istinad etmədən iddiaçının ərizəsini təmin etməmişdir.
36. Halbuki, inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi.
37. Lakin cavabdeh hazırkı qərarın 24-cü bəndində göstərilən maddi hüquq normalarının tələblərinə zidd olaraq hər hansı araşdırma aparmadan (bu barədə cavabdeh hər hansı sübut təqdim etmədi) hərəkətsizliyə yol vermiş və məhkəmə araşdırması zamanı iddia ilə razılaşmayar aq öz etirazını əsaslandıra bilməmişdir.
38. Həmçinin qeyd edilməlidir ki, hazırkı qərarın 22a bəndində qeyd olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbinə görə bağ torpaq sahəsi üzərində hüququn əmələ gəlməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər əsas hesab olunur
39. İşin müəyyən edilmiş hallarına görə, Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli 03 nömrəli protokoluna əsasən iddiaçı Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmiş və Şüvəlan qəsəbəsi, “Şimal” DRES ərazisində sahəsi 600 kv.m olan bağ sahəsi onun daimi istifadəsinə verilmişdir, eyni zamand a X1 və İstismarı Birliyi ilə iddiaçı arasında imzalanmış xx.xx.2001-ci il tarixli, 30282 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi olan 01/2368 nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir.
40. İddiaçı cavabdeh orqana müraciət edərkən də həmin sənədləri təqdim etmişdir. Odur ki, cavabdehin iddiaçıya məxsus bağ sahəsinin onun adına hüquqi qeydiyyatının aparılması ilə bağlı hərəkətsizliyi qanunsuz və əsassızdır.
41. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/113 nömrəli ekspert rəyindən də görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli ba ğ-torpaq sahəsinin koordinatları naturaya uyğundur və iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 01/2368 nömrəli bağ-torpaq sahəsi hər hansı başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür.
42. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 25a bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh sözügedən torpaq sahəsinin dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir.
43. Belə olan halda cavabdeh və üçüncü şəxsin kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 21(103)-3105/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.