Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-776/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək kitabçasına əsasən iş stajının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1487/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı XX.XX.1945-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasından məlum olur ki, o, xx.xx.1968-ci ildə Dəmirbeton trestinin 2 nömrəli Sənaye kombinatının 1 nömrəli sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, xx.xx.1968-ci ildə iddiaçıya 4-cü dərəcəli, xx.xx.1969-cu ildə 5-ci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, iddiaçı xx.xx.1971-ci i ldə 5-ci dərəcəli elektrik qaynaqçılarının briqadir təyin edilmişdir. Az SSR Tikinti Sənayesi Nazirliyinin 261 nömrəli əmrinə və “Dəmir-beton” trestinin 011 1/269 nömrəli məktubuna əsasən zavodun adı dəyişdirilərək “Təcrübə eksperimental zavodu” adlandırılmış, iddiaçıya xx.xx.1975-ci ildə EQKS tətbiq edilməsi ilə əlaqədar olaraq 3-cü dərəcəli əl qaynaqçısı dərəcəsi, xx.xx.1976-cı ildə 4-cü dərəcəli əl qaynaqçısı dərəcəsi verilmiş, iddiaçı xx.xx.1979-cu ildə 2 il müddətinə xaricə- Liviyaya ezam olunmuş, xx.xx.1983-cü ildə xaricdən ezamiyyətdən qayıdaraq işə başlamış, xx.xx.1987-ci ildə 4-cü dərəcəli əl qaynaqçılarının briqadiri təyin edilmiş, xx.xx.1989-cu ildə 4-cü dərəcəli elektrik qaynaqçısı növbə peşəsi verilmişdir. İddiaçı xx.xx.1989-cu ildə İraqda işləmək üçün 6 ay müddətinə ezam olun muş, xx.xx.1991ci ildə xaricdən ezamiyyətdən qayıdaraq işə başlamış, xx.xx.1991-ci ildə AR ƏQM-nın 37ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1991-ci ildə Nərimanov rayonu mənzil təsərrüfat idarəsinə cari təmir xidmətinə ekspeditor təyin edilmiş, xx.xx.1992-ci ildə AR ƏQM-nın 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1992- xx.xx.1993-cü illərdə Bakı mənzil təmir-tikinti trestini 6 nömrəli İxtisaslaşdırılmış podrat təmir-tikinti idarəsində 1-ci kateqoriyalı mühəndis, xx.xx.1993xx.xx.1995-ci illərdə "xxxx" kiçik müəssisəsində elektrik qaynaqçısı, xx.xx.2004xx.xx.2006-cı illərdə Virgin adalarının “X6 LTD” Şirkətinin filialında qaynaqçı kimi işləmişdir.
3. İddiaçı xx.xx.2003-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2003-cü il tarixli 18/17 saylı qərarı ilə xx.xx.2003-cü il tarixdən ona ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək onun 2 oktyabr 1993-cü il tarixdən 25 sentyabr 1995-ci il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Virgin Adalarının “X3 Ltd” şirkətinin filialında işlədiyi dövrlərin əmək stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir.
6. Cavabdeh 21 sentyabr 2021-ci il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Mərkəzi Filialda aparılmış araşdırmaya əsas ən "xxxx" kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsini və ya yenidən hesablanmasını, ödənilməmiş məbləğin bərpa edilməsini, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, əvvəllər ona təyin edilmiş əmək pensiyalarının bərpa edilməsini və ya yenidən hesablanmasını xahiş etmişdir. Ərizəsində ona pensiya təyin edilən zaman 26 manat pensiya hesablandığını, lakin bunun əvəzinə cəmi 8 manat ödəniş edilməsini qeyd etmişdir. Həmin vaxt baş vermiş xətanı aradan qaldırmağı, ödənilməmiş məbləğin bərpa edilməsini və bu barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. İddiaçıya cavab olaraq 01 yanvar 2006-cı il tarixindən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq ona həmin tarixdən 26.20 manat m əbləğində yaşa görə əmək pensiyası təyin edilərək ödənildiyi bildirilmişdir. Həmçinin müraciəti ilə əlaqədar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək 01 yanvar 2021-ci il tarixdən 259.78 manat müəyyən edilməsi bildirilmişdir. X7 aparılan araşdırmaya əsasən "xxxx" Kiçik Müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından əmək kitabçasının surətində qeyd edilmiş 02 oktyabr 1993-cü il tarixindən 25 sentyabr 1995-ci il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Qa nunlarının tələbləri pozulduğu səbəbindən iddiaçı məhkəməyə müraciət edir. Cavabdeh uzun müddət iddiaçının pulunu qanunsuz saxlamaqla iddiaçıya vurduğu zərərin əvəzini ödəməlidir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “hərbi xidmətdə olduğu, 2 oktyabr 1993-cü il tarixdən 25 sentyabr 1995-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Virgin adalarının “X6 Ltd” Şirkətinin filialında işlədiyi dövrlərin əmək stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3124/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə iddia tələbin in dəyişdirilməsi qəbul edilmişdir.
11. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3124/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim X1) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
13. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə bi ldirmişdir ki, iddiaçının 2 oktyabr 1993-cü il tarixdən 25 sentyabr 1995-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlər iddiaçıya məxsus əmək kitabçasında qeyd edildiyindən həmin dövr onun əmək stajına daxil edilməlidir.
14. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı onun hərbi qulluq keçdiyi dövrün iş stajına daxil edilməsini xahiş etsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən həmin dövrün araşdırılması ilə bağlı aidiyyəti qurumlara sorğu verilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi iddiaçının hərbi xidmət keçməsi barədə İdarənin arxiv uçot sənədlərində heç bir məlumat olmadığını bildirmiş, aidiyyəti üzrə A zərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə müraciət edilməsi göstərilmiş, Suraxanı rayon idarəsi də müvafiq məlumatları təqdim etməmişdir. Buna görə də iddiaçı nə cavabdehə, nə də məhkəməyə hərbi xidmət keçməsi barədə sübut təqdim etmədiyindən həmin dövrün onun iş stajına daxil edilməsi mümkünsüzdür.
15. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2005- ci il tarixədək Virgin Adalarının “X3 Ltd” şirkətinin filialında işlədiyi dövrlərin əmək stajına daxil edilməsinə tələb etsə də, işdən görünür ki, cavabdeh həmin müddəti iddiaçının iş stajına daxil edərək onun 27 il 1 ay 23 gün sığorta stajına əsasən pensiya hesablamışdır.
16. İddiaçı və cavabdeh birinci instansiya məhkəməsinin qəra rından şikayət vermişlər. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində isə qərarın ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1487/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X2) verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3124/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Apelyasiya instans iyası məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.
20. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-776/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır.
21. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun əmək pensiy alarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1-ci bəndinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
23. Cavabdeh bildirmişdir ki, işin mübahisələndirilən halı İddiaçı xx.xx.1993xx.xx.1995-ci illər ərzində “X8”ndə işlədiyi dövrdür. Mübahisələndirilən dövrlər ərzində “X8”nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlər sosial sığorta stajına daxil edilə bilməz. Belə olan halda İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafiq deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublika sının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsi ndə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək f əaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsas ən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, ida rələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı i şə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəri lməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhk əmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Bununla yanaşı, məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
37. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçının xx.xx.1993xx.xx.1995-ci illər ərzində “X8”ndə işlədiyi dövrlərlə bağlı arxiv sənədlərinin saxlanılmadığını əsas gətirərək həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkünsüzlüyünü mübahisələndirir.
38. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin bu yanaşması qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
39. Eyni müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qayd ası barədə” Əsasnaməsində də təsbit edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
40. İş materiallarından görünür ki, iddiaçının 1993-1995-ci illərdə işləməsi barədə qeydlər ona məxsus olan əmək kitabçasında öz əksini tapmışdır. Bu əmək kitabça sındakı qeydlər cavabdeh tərəfindən mübahisələndirilmir. Hətta əlavə olaraq onu qeyd etmək lazımdır ki, iddiaçıya məxsus əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya 2003-cü ildə əmək pensiyası təyin edilərkən əmək stajını təsdiq edən mötəbər sənəd kimi qəbul edilmiş və məhz bu əmək kitabçası əsasında iddiaçıya əmək pensiyası təyin edilmişdir.
41. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini (qeydlərin natamam olması, imza və ya möhürün olmaması) də mübahisə etmir. Odur ki, orada olan qeydlər əksi sübut edilməyənə qədər mötəbərdir və iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmur.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əm əl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
43. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1487/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.