Məhkəmə qərarları › İş №2-1(102)-776/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-776/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-776/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayətin səlahiyyətsiz şəxs tərəfindən imzalanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər X2, X3 və X1) “vergilərin, sos ial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində olan 31 mart 2021-ci il tarixli **********702000 nömrəli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və həmin borcun yaranmasına səbəb olan digər təqsirkar şəxslər in müəyyən edilməsi üçün xüsusi qərar çıxarılmaqla, hüquq-mühafizə orqanlarına məlumat verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1249/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)16/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmi n edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

6. İddiaçı kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət iddiaçının vəkili tərəfindən tərtib edilib imzalansa da, Vəkil verilmiş etibarnamənin müddəti bitmiş və kassasiya şikayətinə yeni etibarnamə əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessu al Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə ic raat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, id diaçının şikayəti üzrə kassasiya şikayəti mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

24. Bu Qərarın 7-ci bəndində qeyd edilən normaların tələbindən göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

25. Kassasiya şikayəti iddiaçının vəkili tərəfindən tərtib edilib imzalansa da, iddiaçı tərəfindən kassasiya şikayətini imzalayan Vəkil verilmiş etibarnamənin müddəti bitmiş və kassasiya şikayətini imzalayan vəkilə müvafiq səlahiyyətlərin verildiyini əks etdirən etibarnamə kassasiya şikayətinə əlavə olunmamışdır.

26. Məhkəmə kollegiyası tərəfindən müvafiq m əhkəmə bildirişi göndərilməklə, qeyd olunan çatışmazlıq iddiaçı və onun vəkilinin diqqətinə çatdırılmış, bu çatışmazlığın 21 fevral 2025-ci ilədək aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün hesab edilməyəcəyi barədə məlumat verilmişdir. Bildirişdə qeyd edilən tarixədək çatışmazlıq aradan qaldırılmamıışdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, iddiaçının şikayəti üzrə kassasiya şikayəti mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.

28. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-16/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar