Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-777/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-777/19 Bakı şəhəri 17 aprel 2019-cu il 17.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı vəkili Vəkil, üçüncü şəxs XXXin vəkili XXXnın iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2-1(103)-2407/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. T ƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 16 may 2012-ci il tarixli, 119 saylı sərənacamın rəsmi qaydada verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, XXXin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “Mənzilin ölçülərinin dəqiqləşdirilməsi haqqında” 16 may 2012-ci il tarixli, 119 saylı sərəncamının ləğv edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Bakı şəhəri, ünvan X ev 7, mənzil 21 onun mülkiyyətində olsa da, 16 may 2012-c i il tarixli, 119 saylı Cavabdeh Başçısının "Mənzilin ölçülərinin dəqiqləşdirilməsi haqqında” sərəncamı onun mülkiyyət hüququna dair hüquqlarını pozur. 2006-cı ildə Səbail rayon MİS onların uçulmuş pilləkanlarını beton pilləkanlarla əvəz etməsi ümumi aynabəndin giriş hissəsi və ümumi giriş qapısı olan dəhlizi qəzalı vəziyyətdə qoymuş, yerdə qalan təmir işlərini icra edə bilməmiş, dəfələrlə aidiyyəti təşkilatlara edilmiş müraciətlər isə nəticəsiz qalmışdır. Eyni ünvanın 22-ci mənzilində yaşayan üçüncü şəxs 2007-2008 illərdə onun heç bir razılığını almadan, müvafiq layihə sənədləri və tikintinin aparılması üçün sərəncam olmadan MİS bərkitmə işlərindən sonra tikdiyi beton pilləkanları sökərək, yerində 3 mərtəbəli ev tikmişdir ki, onun böyük bir hissəsi ümumi istifadədə olan pilləkan qəfəsəsin in və ümumi dəhlizin bir hissəsi hesabına aparılmışdır (giriş qapısı daxil olmaqla). Bu tikintidən sonra onlar bu evdə yaşaya bilmir. Hazırki vaxtadək keçirilmiş iki ekspertizanın hər ikisində də ekspertlər tikilinin onlara maneə yaratdığını yazmışdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, 26 yanvar 2016-cı il tarixdə Bakı şəhər Səbail rayon məhkəməsinin 2-1-15/2016 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı (hazırki iş üzrə üçüncü şəxs) özbaşına tikilinin sökülməsi tələbi təmin olunmuş və həmin iş üzrə əsas sübut mübahisələndirilən sərəncam olmuşdur. İddiaçının sərəncamdan 26 yanvar 2016-cı il tarixdə, yəni 1 il 4 ay əvvəl məlumatı olmuşdur. Buna görə də sərəncamın iddiaçıya təqdim olunmamasına dair iddiası əsassızdır. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, 2-1(81)1422/2017 saylı qərardadı (hakim Şərafət Məmmədova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və inzibati işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 may 2017-ci il tarixli, 2-1(103)-1437/2017 saylı qərardadı (sədrlik edən hakim Elşanə Vəliyeva, hakimlər Həmid Həmidov və Elmira Nağıyeva) ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 03 oktyabr 2017-ci il tarixli, 2-1(81)1422/17 saylı qərardadı (hakim Şərafət Məmmədova) ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 06 yanvar 2018-ci il tarixli rəy verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2-1(81)1422/17 saylı qərarı (hakim Şərafət Məmmədova) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, üçüncü şəxsin mənzilində olan dəyişikliklərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna hər hansı maneəçilik yaratmadığından iddia tələbi təmin edilə bilməz. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 may 2018-ci il tari xli, 2-1(103)-1312/2018 saylı qərarı ilə (sədrlik edən hakim Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və Raqib Qurbanov) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdehin 16 may 2012-ci il tarixli, 119 saylı sərəncamının ləğv edilməsi, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Qərardan üçüncü şəxs kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1617/18 saylı, 08 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və Xəqani Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, qərar ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2-1(103)-2407/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, mübahisələndirilən sərəncamla iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququna hər hansı maneəçiliklər yaratmadığından, sərəncamla iddiaçının hüquqlarının pozulması müəyyən edilməmişdir. Odur ki, cavabdehin mübahisələndirilən sərəncamı ilə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına dair iddianın mümkünlüyü şərti ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 35, 96.11-ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellaysiya məhkəməsi onun hüquqlarının pozulmaması nəticəsinə gəlmiş, halbuki, iddiasının faktiki əsası kimi gös tərdiyi hal ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli sərəncamının icrası nəticəsində mənzilindən istifadəni nəzərdə tutan, ümumi istifadələrində olan “pilləkən meydançası, pilləkən qəfəsi, dəhliz və şüşəbənddən” istifadəyə maneə yaradılmışdır və 11 oktyabr 2016-cı il tarixli ekspert rəyi ilə bu təsdiq olunmuşdur. Qeyd edilən halda apellaysiya məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsini səhv təvsir etməklə düzgün olmayan nəticəyə gəlmiş və iddianın mümkün sayılmaması barədə istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 4.1 və 4.2-ci maddələrin tələblərini nəzərə almamışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin “Mənzilin ölçülərinin dəqiqləşdirilməsi haqqında” 16 may 2012-ci il tarixli, 119 saylı Sərəncamına əsasən hazırki iş üzrə 3-cü şəxs X1 mülkiyyətində olan Bakı şəhəri, ünvan X 7 saylı evin 22 saylı mənzilinin, birinci mərtəbəsində yerləşən mövcud yaşayış sahəsi daxil olmaqla, altı otaqlı, yaşayış sahəsinin 128,4 kvadrat metr, köməkçi sahəsinin 17,95 kvadrat metr, ümumi sahəsinin 146,35 kvadrat metr olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2018-ci il tarixli 23406 saylı rəyində göstərilmişdir ki, tədqiq olunan 21 və 22 saylı mənzillərin ayrı-ayrılıqda müvafiq qaydada yaşayış və yardımçı otaqlarla təchiz olunduğu, eləcə də həmin mənzillərə ayrı-ayrılqda giriş-çıxış qapıları olduğunu, eləcə də 22 saylı mənzildəki dəyişikliklər nəticəsində 21 saylı mənzilə müdaxilə olunmadığını nəzərə alaraq, üçüncü şəxsə məxsus ünvan X 7 saylı evın 22 saylı mənzilindəki dəyişikliklərin iddiaçının mülkiyyətində olan ünvan X 7 saylı evin, 21 saylı mənzilindən istifadə hüququna hər hansı maneəçiliklər yaratmadığı müəyyən edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin iddiaçının cavabdehə qarşı irəli sürdüyü “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə qəbul etdiyi 26 yanvar 2016-cı il tarixli qətnaməsində Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 06 oktyabr 2015ci il tarixli, 14193 saylı ekspert rəyinə istinadən göstərilmişdir ki, cavabdeh (Ə.Q.XXX) tərəfindən sıxlaşdırılmış mənzillər daxilində aparılmış rekonstruksiya işləri nəticəsində iddiaçıya (İddiaçı) məxsus tikililərə ziyan dəyməsi müəyyən edilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyini apellyasiya məhkəməsi müəyyən etmiş və idd iaçı tərəfindən məsələ mübahisələndirilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sərəncamla iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququna hər hansı maneəçiliklər yaratmadığından, mübahisələndirilən sərəncamı ilə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına dair iddianın mümkünlüyü şərti ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, onun hüququnun pozulması ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli sərəncamının icrası nəticəsində ümumi istifadəni nəzərdə tutan sahələrin istifadəsi mümkün olmamıış və 11 oktyabr 2016-cı il tarixli ekspert rəyi ilə bu təsdiq olunmuşdur. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən qismən razılaşdığını qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələy ə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olmas ı, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Apellyasiya məhkəməsi iddiaçının mübahisələndirən sərəncamla hüquqlarının və qanunla qorunan maraqlarının pozulmamamasına istinadla iddianın əsaslılığı ilə bağlı məsələyə baxmış, lakin gə ldiyi nəticəni iddianın mümkünlük şərtinin mövcud olmaması ilə əlaqələndirmişdir. Halbuki, iddianın mümkünlük şərtinə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar iddiaçının iddia qaldırılmasında subyektiv hüququnun mövcud olub-olmamasını ehtiva edir. İddiaçının bu hüququ publik hüquqdan irəli gəlməlidir. Mübahisələndirilən sərəncamdan göründüyü kimi, iddiaçının qonşusu olan üçüncü şəxs tərəfindən mənzilində aparılmış təmir-tikinti işlərinin nəticəsinin rəsmiləşdirilməsi qərara alınmışdır. Qeyd edilmiş işlərin görülməsi Azərbayccan Respublikası Mənzil Məcəlləsinin 23-cü maddəsində müəyyən edilmiş yaşayış sahəsinin yenidən qurulmasının və ya yenidən planlaşdırılmasının növlərinə uyğun ola bilər ki, həmin Məcəllənin 24-cü maddəsi tikinti işlərinin razılaşdırılmış layihə əsasında, 27-ci maddəsi isə özbaşına aparılması hallarını tənzimləmişdir. Lakin hər iki hala münasibətdə yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının başa çatması Azərbayccan Respublikası Mənzil Məcəlləsinin 26-ci maddəsinə görə inzibati aktın qəbul edilməsini nəzərdə tutsada, bu prosedur zamanı tikinti işləri aparılan yaşayış sahəsinin qonşularının hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi müəyyən edilmişdir. Belə ki, Məcəllənin: - 25.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulmasını və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qa nuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); - 27.2-ci maddəsinə əsasən, razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə, aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan hallar aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidə n qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Maddələrin tələblərindən göründüyü kimi, yaşayış sahəsində yenidən qurulma və ya yenidən plnalaşdırma işlərinin aparılması zamanı qonşuların hüquqlarının və qanuni mənafelərinin pozulub-pozulmamasının yoxlanılması müəyyən edilmişdir. Qanunun göstərişi isə birbaşa olaraq tikinti işlərinin aparılması zamanı qonşuların mənzil hüququnun qorunmasını nəzərdə tutduğundan, iddiaçı mübahisələndirilən sərəncamın qeyd edilmiş əsas üzrə ləğv edilməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kol legiyası kassasiya şikayətində bildirilmiş əsasla razılaşaraq həmçinin bildirir ki, apellyasiya məhkəməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına istinad etsə də, lakin həmin qərarın 4.2-ci bəndinin tələblərini nəzərə almamışdır. Həmin tələblərə görə, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Kassasiya şikayətində iddiaçı həmçinin müxtəlif ekspert rəylərinə istinadən faktiki əsas kimi hüququnun pozulduğunu göstərmişdir. Məhk əmə kollegiyası yuxarıda bildirdiyi hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, bu məsələ işin faktiki hallarının araşdırılmasını ehtiva etdiyindən və iddianın əsaslılılığı ilə bağlı olduğundan, apellyasiya məhkəməsi isə mahiyyət üzrə iddiaya baxmadığından, kassasiya icraatı zamanı məsələyə münasibətin bildirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə ha qlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərardadın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti qismən təmine dilsin. Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2-1(103)-2407/2018 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-777/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-777/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver