Məhkəmə qərarları › İş №2-1(102)-777/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-777/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-777/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiya hüququnun yarandığı N8.N2.20N9-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-426/2022 nömrəli iş üzrə N2 yanvar 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V - ********, FİN –xxxxxxx) xx xxxxxx N962-ci ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhəri, Aydınbəyov küçəsi, N-döngə, ev 4N, mənzil 4-də yaşayır.

2. İddiaçının əmək kitabçasına əsasən 8 noyabr N980 – 23 aprel N98Nci illərdə X2 çilingər işləmişdir. 4 may N98N-ci ildən N2 may N983-cü ilədək Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Müddətli həqiqi hərbi xidmətini başa vurd uqdan sonra yenidən Gəncə şəhər Vaqon Deposuna çilingər peşəsinə qəbul olunmuşdur. 6 iyun N983 - NN sentyabr N985-ci illərdə X2 çilingər işləmişdir. N oktyabr N985 - N0 yanvar N989-cu illərdə N saylı hərbi hissədə konservləşdirici işləmişdir.

3. İş materiallarına əlavə edilmiş 24 may 202N-ci il tarixli, 3NN nömrəli arayışda qeyd edilmişdir ki, iddiaçı xx xxxxxx N962-ci il təvəllüdlü, N nömrəli (N yanvar N993-cü ilədək 36978 nömrəli, N dekabr 20N5-ci ilədək N nömrəli) hərbi hissədə qalvanik vəzifəsində N0 yanvar N989-cu il tarixdən hal-hazıradək işləyir (iş səh. 40).

4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün N5 dekabr 2020-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən N fevral 202N-ci il tarixli, **********7 nömrəli imtina mək tubu ilə onun ümumi iş stajının 25 ildən az olduğu üçü güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun olmadığı bildirilmişdir.

5. İmtinanın əsası kimi isə göstərilir ki, “Mərkəzi filiala təqdim etdilmiş 28 dekabr N980-ci il tarixli əmək kitabçanızdan göründüyü kimi N yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 24 il NN ay 28 gün təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı gündən-N8.N2.20N9-cu il tarixdən ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

7. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08.NN.N98023.04.N98N-ci illə rdə X2 çilingər işləmişdir. 04.05.N98N-ci ildən N2.05.N983-cü ilədək Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən Gəncə şəhər Vaqon Deposuna çilingər peşəsinə qəbul olunmuşdur. 06.06.N983-NN.09.N985-ci illərdə X2 çilingər işləmişdir. 0N.N0.N985N0.0N.N989-cu illərdə N saylı hərbi hissədə konservləşdirici işləmişdir. N0.0N.N989-cu ildən bu günədək N saylı (0N.0N.N993-cü ilədək 36978 nömrəli, 0N.N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə qalvanik vəzifəsində işləyir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün N5.N2.2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 0N.02.202N-ci il tarixdə **********7 saylı imtina məktubu verilmişdir.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd edir ki, ümumi əmək stajı ilə bağlı hissədə: iddiaçının əmək kitabçasından və hərbi biletindən görünür ki, o, N yanvar 2006-cı il tarixinədək 25 il ümumi stajı toplamamışdır. Belə ki, iddiaçı 08 noyabr N980-ci il tarixdə əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır: 08.NN.N980-23.04.N98N-ci illər (çilingər): 05 ay N5 gün; 04.05.N98N-N2.05.N983 (hərbi xidmət): 02 il 08 gün; 06.06.N983-NN.09.N985 illər (çilingər): 02 il 03 ay 05 gün; 0N.N0.N985-0N.0N.2006-cı illər (fəhlə, konservləşdirici, halvanik): 20 il 03 ay. Göründüyü kimi, iddiaçının 2006-cı ilin yanvar ayının N-dək olan iş stajı ümumilikdə, 24 il NN ay 28 gün təşkil edir. Güzəştli iş stajı ilə bağlı: iddiaçı, N0.0N.N989-0N.0N.2006-cı illərdə N saylı hərbi hissədə “halvanik” peşəsində çalışdığını, bu peşə nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.0N.2007-ci il tarixli. N2 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının NN.7-ci Bölməsinin “a” bəndində öz əksini tapdığını iddia edir. Aydındır ki, 0N yanvar 2006-cı il tarixədək ümumi və güzəştli iş stajını topladığını iddia edən iddiaçı, NK-nın adı çəkilən N2 saylı Qərarına deyil, NK-nın 2N.06.N993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısına istinad etməli idi. Ancaq iddia edilən peşə hər iki siyahıda öz əksini tapdığından etirazın bu dəlili hər iki siyahı üçün keçərlidir. Məlum olduğ u kimi, NK-nın 2N.06.N993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahının XİV Bölməsi (“Metal emalı” adlanır). İddiaçının istinad etdiyi peşə - “halvaniklər” (kod: 2N50500a—NN629) hərbi hissə ilə heç bir bağlılığı olmayan və istehsalat sahəsini nəzərdə tutan N4-cü bölməyə aiddir. Çünki, həmin bölmənin 5-ci bəndi “Halvanik üsulla metallara üzçəkmə istehsalı” adlanır.

9. Bakı İnzibati Məhkəməsinin N sentyabr 202N-ci il tarixli, 2-N(NN2)4933/202N nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya N8 dekabr 20N9-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cav abdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 20N7-ci il iyulun N-dək 25 il sığorta stajına malik olduğundan və bu müddətin azı N2 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, həmçinin N8.N2.20N9-cu il tarixdə 57 yaşı tamam olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20N7-ci il iyulun N-dək qüvvədə olan 9.N-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının N2 yanvar 2022-ci il tarixli, 2-N(N03)-426/2022 nömrəli (hakimlər Xəyalə Cəmilova -sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Cahangir Yusifov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti iddia ərizəsinə etiraz ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.N. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifə lərin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N2 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı N0 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvəd ə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 2N.N. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 2N.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (N992-ci il yanvarın N-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə N3. a) bəndi. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan N nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı N0 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı N5 il iş stajı oldu qda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı N2 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun N3-cü maddəsinə N997-ci il N3 iyun tarixli 32N-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən N3-cü maddədə nəzərdə tutulmuş yaş həddi N997-ci il avqustun N-dən başlayaraq 2000-ci ilin avqustun N-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67 “v” bəndi. Hərbi (alternativ) xid mət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir.

19. Nazirlər Kabinetinin 2N.06.N993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”: XİV bölməsinin “Metal emalı” bölməsinin 5-ci bəndinin 2N50500a-NN629 şifrəsinə (halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa) aid edilmişdir.

20. İnzibati Pro sessual Məcəllə: Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansi yası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdır malarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İddiaçıya hazırkı qərarın 3-cü bəndində istinad edilən normaya əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: N) İddiaçının 0N.0N.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 0N.0N.2006-cı ilə qədər azı N2 il 6 ay güzəştli iş stajının mövcud olması.

27. Hazırkı işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi və xüsusi iş stajının, eləcə də pensiya kapitalının kifayət qədər olmaması mübahisələndirilir.

28. İş üzrə təqdim edilmiş sənədlərdəndə göründüyü kimi, İddiaçı xx xxxxxx N9 62ci il tarixdə anadan olmuş, ББ seriyalı N4787N nömrəli Hərbi Biletin surətinə əsasən, İddiaçı 04.05.N98N-ci il tarixdən N2.05.N983-cü il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.

29. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının müvafiq təsdiqli surətinə görə, 08.NN.N980-23.04.N98N-ci illərdə X2 çilingər, 06.06.N983NN.09.N985-ci illərdə X2 çilingər, 0N.N0.N985-N0.0N.N989-cu illərdə N saylı hərbi hissədə konservləşdirici, N0.0N.N989-cu ildən hal-hazıradək N saylı (0N.0N.N993-cü ilədək 36978 nömrəli, 0N.N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə qalvanik vəzifəsində işləyir.

30. İddiaçı 0N.0N.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan N2 il 6 ay güzəştli iş stajının toplanmas ına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.06.N993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən az, yəni 24 il NN ay 28 gün olması, güzəştli iş stajının və pensiya kapitalının tələb olunan həcmdə olmaması əsası ilə tələbin təmin olunmasından imtina etmişdir

31. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının N2.05.N983-cü il tarixdə hərbi xidmətdən azad olunduqdan sonra işə daxil olduğu 06.06.N983-cü il tarix arasındakı fasilə 3 aydan artıq olmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, həmin dövr də iddiaçının ümumi iş stajına daxil edilməklə onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmış hesab olunur.

32. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan, o cümlədən apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə 8N4 saylı 08.N2.202N-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı N nömrəli ( 0N.0N.N993-cü ilədək 36978 nömrəli, 0N.N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə qalvanik vəzifəsində N0.0N.N989-cu il tarixindən hal – hazıradək işləyir. N nömrəli (0N.0N.N993-cü ilədək 36978 nömrəli, 0N.N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə N94N-ci ildən başlayaraq fəaliyyət göstərən, indiki zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin tabeliyində olan aviasiya təmir müəssisəsidir və həmin nazirliyə məxsus olan hərbi aviasiya və digər texnikanın əsaslı təmiri ilə məşğul olur. N nömrəli hərbi hissədə təmir müəssisəsinə aid olan bütün texnoloji proseslər mövcuddur, metalların kəsmə yolu ilə emalı, qaynaq işləri, çilingər işləri ( sökmə, təmir və yığma) qalvinik üsulla metallara üzçəkmə, rəngləmə işləri, təmirdən sonra texnikanın xüsusi quraşdırılmış stendlərdə sınaqlardan keçirilməsi və s). N nömrəli hərbi hissədə qalvanik emal prosesləri yerli yan sorma ventilyasiyası olan avtomatl aşdırılmamış açıq vannalarda aparılır. Texnoloji prosesə görə qalvinik bütün iş vaxtı (növbə vaxtı) təhkim edildiyi qalvanik emal prosesi üzrə bütün texnoloji əməliyyatları detalın emal üçün hazırlanması onun asılıb vannaya yüklənməsi, qalvanik emal prosesinə nəzarət edilməsi, detalın vannadan çıxarılması, onun texnoloji prosesə görə sonrakı zəruri olan emalı, texniki nəzarət işçilərinə təqdim edilməsi ilə məşğul olur. İş zamanı qalvanik müxtəlif kimyəvi maddələr və birləşmələr buxarlarının təsirinə məruz qalır. Əlverişsiz iş şəraitlərinə görə qalvanikə aşağıdakı imtiyazlar şamil edilmişdir. Tarif qoyuluşuna N2% məbləğində əlavə ödənc (SSRİ Müdafiə Nazirinin NN.04.N987-ci il tarixli N5 nömrəli əmrinin A- İV- N4, A-İV- NN7 bəndləri, Azərbaycan Respublikası Müdafiə nazirinin 07.08.20N8-ci il tarixli, N6 nömrəli Qərarı əsasında təyin olunmuşdur. Pulsuz südün verilməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4.N2.20N7-ci il tarixli 550 nömrəli Qərarı). Əlavə məzuniyyət – ildə N2 iş günü (SSRİ Nazirlər Sovetinin əmək və əmək haqqı üzrə Dövlət Komitəsinin və XN Mərkəzi Komitəsi Rəyasət Heyətinin 25.N0.N974-cü il tarixli 298\P-22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən zərərli əmək şəraiti peşələrin və vəzifələrin Siyahısı”nın Xİİ-79, 80a, 80b bəndləri). hal hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli 92 nömrəli Qərarının Xİİİ-N bəndinə əsasən ildə 6 təqvim günü müddətində əlavə məzuniyyət təqdim olunur. İmtiyazlı pensiya təminatı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.06.N993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XİV bölməsinin 2N50500a-NN629 şifri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.0N.2007-ci il tarixli N2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın NN.7.a bəndinin 2-ci abzası).

33. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisədə işlədiyi “qalvanik” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, v əzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” N993-cü il 2N iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XİV bölməsinin “Metal emalı” bölməsinin 5-ci bəndinin 2N50500aNN629 şifrəsinə (halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı N2 ildən artıq təşkil edir.

34. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilinə münasibətdə qeyd olunur ki, i ddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 0N.0N.2006-cı ilədək yarandığı üçün və 0N.07.20N7-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun N2.N-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 0N.07.20N7-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 0N.07.20N7-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 0N.0N.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiya ya çıxmaq üçün hüquq əldə etmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. İddiaçı tələb olunan yaş həddinə çatmış, əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 0N.0N.2006-cı il tarixədək qazanmışdır.

36. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

37. Nəticə etibarı ilə, mübahisələndi rilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N2 yanvar 202N-ci il tarixli, 2N(N03)-426/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar