Məhkəmə qərarları › İş №2-1(102)-777/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-777/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-777/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; elektrod çeşidləyicisi, elektrod istehsalı üyüdücüsü, qaynaq çubuqları briketləyicisi, xırdalayıcı; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması; pensiya kapitalı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx. xx.1962-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2654/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2022-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Mərkə zi Filiala təqdim etdiyi xx.xx.1983-ci il tarixli ******* nömrəli əmək kitabçasında onun xx.xx.1988-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Bakı dərin özüllər zavodu”nda çeşidləyici, üyüdücü, qarışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İdd iaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixinə kimi Spitak “Liftqayırma” zavodunda əmək fəaliyyətinə başlayaraq çalışmış, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək “Bakı Dərin Özüllər Zavodu”nda elektrod çeşidləyicisi vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-ci il tarixinə kimi həmin zavodda elektrod istehsalı üyüdücüsü vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək “Şelflayihətikinti” İstehsalat Birliyində (Bakı Dərin Özüllər Zavodu) üyüdücü vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixinədək həmin təşkilatda elektrod istehsalı üzrə qarışdırıcı vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək “X1” şirkətində fəhlə vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək “Caspian Ofşore fabrikators” şirkətində fəhlə vəzifəsində, xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda qaynaq çubuqları (elektrod) briketləyicisi vəzifəsində işləmiş bundan sonra həmin zavodda müxtəlif vəzifələrdə işləyərək xx.xx.2017-ci il tarixinə kimi əmək fəaliyyətini davam etdirmişdir.

5. Beləliklə, xx.xx.2017-ci il tarixinə kimi ümumi iş stajı 37 il 8 ay 4 gün təşkil etmiş, həmin staj illərindən 19 il 4 ay 12 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda və azı 25 il sığorta stajına m alik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla da, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də, 60 yaşına çatdığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Göstərilənləri nəzərə alaraq, ona hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazı lı etiraz təqdim etmişdir. Etirazda qeyd edilir ki, cavabdeh tərəfindən verilən imtina əsaslı və qanuni olmuşdur. Belə ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi xx.xx.1983-cü ii tarixli ******* nömrəli əmək kitabçasında onun xx.xx.1988-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Bakı dərin özüllər zavodu”nda çeşidləyici, üyüdücü, qarışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələrində işlədiyi qeyd olunmuşdur. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdı r. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən də iddiaçının "güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə sorğularına cavab:

7. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı işləmiş olduğu çeşidləyici, üyüdücü, breketləyici və xırdalayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 №-li və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı üzrə aşağıdakı peşə funksiyaları ilə eynilik təşkil edir: “Metal məmulatların istehsalı” adlı Vİ bölmənin (kod********), Ağır sürtülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı adlı 2-ci bəndinin (kod:********) “a” yarımbəndinin kod (2070200) - briketləşdiricilər (kod: 2070200a-11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyiciləri (kod: 2070200a-18705) və elektrodçu (kod:2070200A19760). Həmçinin, İddiaçı işləmiş olduğu çeşidləyici, üyüdücü, breketləyici və xırdalayıcı peşələrin in funksiyaları ilə eynilik təşkil edən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 №-li və qərarı ilə təsdiq edilmiş siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” xx.xx.2007-ci il tarixli, 12 saylı qərarın ilə təsdiq olunmuş siyahısında qeyd olunan sahə və peşələrin mövcudluğu barədə mötəbər sübut növü kimi müvafiq sahə üzrə mütəxəssis rəyinin alınmasını işin düzgün həlli üçün daha çox əhəmiyyəti olacağını məhkəmənin diqqətinə çatdırmaq istəyilər. birinci instansiya məhkəm əsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-904/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib ödənilməsi öhdəliyi qoyulmuşdur.

9. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2022-ci il il tarixdə 60 yaşı olmuş, həmin tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hü ququ qazanmışdır.

10. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə, iddiaçının 12 il 2 ay 27 gün güzəştli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda bildirilmişdir ki, iddiaçının işləmiş olduğu çeşidləyici, üyüdücü, breketləyici və xırdalayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 №-li və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı üzrə aşağıdakı peşə funksiyaları ilə eynilik təşkil edir: “Metal məmulatların istehsalı” adlı Vİ bölmənin (kod********), Ağır sürtülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı adlı 2-ci bəndinin (kod:********) “a” yarımbəndinin kod (2070200) briketləşdiricilər (kod: 2070200a-11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyiciləri (kod: 2070200a-18705) və elektrodçu (kod:2070200A-19760).

11. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır.

12. İddiaçının ümumi iş stajının 25 ildən artıq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının isə əmək pe nsiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halı işin mübahisəsiz halıdır. Sözügedən halları təkzib edəcək hər hansı bir sübut, dəlil məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və məhkəməyə təqdim edilməmişdir.

13. Göstərilənlərə əsasən iddiaçının xx.xx.2022-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, eləcə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2654/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Kollegiya əlavə olaraq qeyd edir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və p eşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər.

18. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

19. İş materiallarından müəyyən edilir ki, iddiaçının işlədiyi SOCAR-ın “Bakı dərin özüllər zavodu”nda çeşidləyici, üyüdücü, qar ışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələri işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsində nəzərdə tutulmasada, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli ş ərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə “Metal məmulatların istehsalı” adlı Vİ bölməsinin (kod********), Ağır sürtülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı adlı 2-ci bəndinin (kod:********) “a” yarımbəndinin kod (2070200) - briketləşdiricilər (kod: 2070200a11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyiciləri (kod: 2070200a-18705) və elektrodçu (kod:2070200A-19760) peşələri ilə uyğunluq təşkil edir.

20. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsin i və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. İddiaçının Mərkəzi filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli ******* nömrəli əmək kitabçasında onun xx.xx.1988-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Bakı Dərin Özüllər Zavodu”nda çeşidləyici, üyüdücü, qarışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələrində işlədiyi qeyd olunmuşdur. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sİyahısTnm Neftin qazılması və hasilatı, neft, qaz kondensatr, kömür və şistin emalı (10) bölmə sində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.

23. Həmçinin inzibati icraat zamanı iddiaçı tərəfindən təqdim edilmiş Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli arayışları sadəcə arxiv arayışı olub, məzmunu etibarilə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını müəyyən etməyə imkan vermir. Belə ki, qeyd olunan arayışda iddiaçının zərərli və ağır əmək şəraitinə görə 16% və 12% əlavə əməkhaqqı aldığı qeyd edilsə də, işlədiyi sahə, peşə və vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməmişdir.

24. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericili yin tələbləri baxımından mümkün hesab edilməmişdir.

25. Həmçinin H.Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-cİ il tarixli məktubda iddiaçının zavodun zərərli istehsal sahəsi hesab olunan “Qaynaq çubuqlarının istehsalı sexi”ndə “üyüdücü”, “xırdalayıcı”, “briketləyici” peşələrində işlədiyi, NK-nın xx.xx.2002-ci il tarixli 137 №-li qərarına əsasən tarif maaşının uyğun olaraq 16% və 12% əlavə əməkhaqqı ödənildiyi, lakin “Qaynaq çubuqlarının istehsalı” sahəsi üzrə “üyüdücü”, “xırdalayıcı”, “briketləyici” peşələrinin NK-nın xx.xx.1993-cü il və xx.xx.2007-ci il tarixli qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmadığı bildirilmişdir.

26. Bakı dərin özüllər zavodu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda iddiaçının işlə miş olduğu “çeşidləyici”, “üyüdücü”, “xırdalayıcı”, “briketləyici” peşələrinin NK-nın xx.xx.1993-cü il tarixli qərarları ilə təsdiq edilmiş 2 №li Siyahı üzrə “Metal məmulatların istehsalı” adlı Vİ bölmənin müvafiq peşələrinin peşə funksiyaları ilə eynilik təşkil etdiyinin hesab edildiyi, eyni zamanda mötəbər sübut növü kimi müvafiq sahə üzrə mütəxəssis rəyinin alınmasının işin düzgün həlli üçün əhəmiyyətli olacağı bildirilmişdir. Lakin məhkəmə xx.xx.2023-cü il tarixli məktubun məzmununu ətraflı və düzgün tədqiq etməmiş, sahə uyğunsuzluğunu nəzərə almamış, məktubda mötəbər sübut növü kimi müvafiq sahə üzrə mütəxəssis rəyinin alınmasının işin düzgün həlli üçün əhəmiyyətli olacağı qeyd edilsə də, müvafiq rəyi almamış, iddiaçının güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibiş ləmədiyini mötəbər qaydada müəyyən etməmiş, xx.xx.2023-cü İİ tarixli məktubu xx.xx.2022-ci il tarixli məktubla müqayisəli təhlil etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəmə si mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya i nstansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Kassasiya şikayətləri qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

33. İddiaçının xx.xx.2022-ci il tarixə 25 ildən artıq ümumi iş stajına malik olduğu mübahisəsizdir.

34. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə 12 il 6 aydan çox müddətdə işləməsinə gəldikdə, həmin şərtin mövcudluğu iddiaçının əmək kitabçası və iş yerindən verilən arayışlarla təsdiqlənir.

35. Məhkəmə kollegiyası razılaşır ki, briketləşdiricilər (kod: 2070200a-11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyiciləri (kod: 2070200a-18705) və elektrodçu (kod:2070200A-19760) peşələri, bu peşələr üzrə əmək vəzifələrinin hansı müəssiələrdə icra olunmasından asılı olmayaraq “Metal məmulatların istehsalı”na (hazırkı halda, “Ağır sürtülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı”na) aiddir və iddiaçının icra etdiyi əmək vəzifələrinin həmin peşələrə uyğunğuluğu mübahisələndirilməli deyil.

36. Bununla yanaşı, qeyd olunanlar iddia olunan məzmunda tələbin təmin olunmasına özü-özlüyündə ə sas vermir.

37. İddiaçının 60 yaşının xx.xx.2022-ci il tarixdə tamam olduğu nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi mübahisəni “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun həll uyğun həll etməli idi. Belə ki, normanın xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə... çalışmışlarsa və fərdi hesabın sığorta hissəsind ə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

38. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla tələb olunan yaş həddini, ümumi və güzəştli iş stajlarını nəzərə alsa da, fərdi hesabın sığorta hissəsində xx.xx.2022-ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtlə bağlı hər hansı araşdırma apardığına dair məlumat işdə yoxdur. Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməyib. Halbuki, işin bu halı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir.

39. Məhkəmə kollegiyası işin hallarının araşdırılma sı prinsipinin tələbləri baxımından qeyd edir ki, məhkəmə tərəflərin iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

40. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərinin hər birinin, hazırkı halda, həm də iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2022- ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin təmin olunduğunu, - cavabdehin bunu bildirməsindən asılı olmayaraq, - yoxlamalı idi. Belə ki, cavabdeh normada nəzərdə tutulan öncəki şərtin (hazırkı halda, güzəştli iş stajının) olmaması faktından çıxış edərək, artıq digər - növbəti şərtə münasibət bildirməyi zəruri hesab etməyə bilərdi. Bu isə, həmin şərtin mübahisəsiz olduğu qənaətinə gəlməyə özü-özlüyündə əsas vermir.

41. Beləliklə, İPM-nin 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2654/2023 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar