Məhkəmə qərarları › İş №2-1(102)-777/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-777/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-777/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Səyyar vergi yoxlaması; bazar qiyməti; İPM 70-ci maddə; təsisçi ilə hüquqi şəxs arasında borc münasibətləri; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv ed ilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 21(103)-2676/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********146797 nömrəli Qərarına əsasən "xxxx" MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.

2. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericil iyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167533 nömrəli qərarına əsasən MTK-ya 2018, 2019, 2020, 2021-ci illər üzrə ümumilikdə ƏDV üzrə 2 160 090,74 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1 080 045,37 manat maliyyə sanksiyası; 2018, 2019, 2020-ci illər üzrə ümumilikdə Mənfəət vergisi üzrə 443 400,19 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 221 700,10 manat maliyyə sanksiyası; 2019-cu il BTFSV üzrə 70685,46 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 35 342,73 manat maliyyə sanksiyası; 2018, 2019, 2020 və 2021-ci illər üzrə ümumilikdə ÖMV üzrə 55796,02 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 27898,01 manat maliyyə sanksiyası, Vergi Məcəlləsini n 57.1-ci maddəsinə əsasən 440,00 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MTK cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 25 noyabr 2022-ci il tarixli **********146861 saylı “Səyyar vergi yoxlaması” aktı əsasında qəbul edilmiş 19 yanvar 2023-cü il tarixli **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, 2.160.090,74 manat ƏDV və 1.080.045,37 manat maliyyə sanksiyası, 443.400,19 manat mənfəət vergisi və 221.700,10 manat maliyyə sanksiyası, 70.685,46 manat BTSFV və 35.342,73 manat maliyyə sanksiyası, 54.872,02 manat ÖMV və 27.436,01 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərarında formal olaraq VM-nin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, yoxlamanın başlanması üçün əsas olan mənbəyi bəlli məlumatın nədən ibarət olduğunu, bu məlumatı təsdiq edən zəruri sənədlərə və ya sübutlara əsaslanmamış, ümumiyyətlə yoxlamanın qeyd olunan əsasla həyata keçirilməsini əsaslandırmamışdır. xx.xx.2021-ci il tarixli Qərarla 30 gün müddətinə uzadılsa da, yoxlama qərara əsasən xx.xx.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda 30 gündən artıq müddətdə, yəni 13 gün sonra xx.xx.2021-ci il tarixdə dayandırılmışdır ki, bununla da, ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211578114 saylı çıxarışdan görünür ki, vergi orqanının xx.xx.2022-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Rəy vermiş mütəxəssislər rəyi vermə sahəsinə aid olan heç bir sertifikata və ya hüquqa malik olması rəydə göstərilməmişdir. Ekspert bazar qiymətinin müəyyən edilməsi üçün müqayisəli üsuldan istifadə etmiş və 3 (üç) əmlak bazarına aid olan internet elanından istifadə etmiş, həmin elanların şəkillərini rəyində əks etdirmişdir. Həmin elanları isə Analoq 1, 2, 3 kimi qeyd etmişdir. Həmin elanların məhz yoxlanılan dövrə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrə aid edilməsi görsənmir. Mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. - Tikinti aparılan ərazidə vergilərin hesablanması zamanı hüquqi və fiziki şəxslərin mülkiyyətindəki obyektlərin, torpaqların, sakinlərə məxsus müxtəlif yaşayış binaları və tikililərin vergi hesablanması üçün azaldılan ümumi sahəsi 10.573.8 kv.m (yaşayış sahəsi - 3 023.4, yaşayışın torpaq sahəsi - 3 1 27.38, qeyri-yaşayış sahəsi - 2 508.58 və qeyri-yaşayış torpaq sahəsi - 1 914.5) olduğu halda, yoxlama zamanı illər üzrə gəlir məbləğləri müəyyən edilərkən ümumiyyətlə nəzərə alınmamışdır. Pilot layihə çərçivəsində MTK orada yerləşən yaşayış və qeyri - yaşayış sahələri öz vəsaiti hesabına sökür və yeni inşa edilən binalarda sakinlərə sökülən sahə və (müvafiq olaraq 2007-ci il 26 dekabr tarixli 689 nömrəli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-NİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-maddəsinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.) əlavə olaraq 20% sahədən ibarət olan yeni yaşayış və qeyri-yaşayış sahələri verir ki, bu halda da MTK xərc çəksə də, hər hansı gəlir əldə etmir. Yoxlama aktında isə 19-cu səhifəsində ƏDV-aid hissədə Pilot layihəsi üzrə vergi hesablanması üçün azaldılan sahə 5.356.48 kv.m qeyd edilmişdir. Lakin yoxlama aktında mənfəət vergisinin hesablanması zamanı nə faktiki sökülmüş 10573.8 kv.m., nə də qanunla müəyyən olunmuş əlavə 2114.76 kv.m., cəmi 12688.56 kv.m. olan sahə gəlir məbləğləri müəyyən edilərkən nəzərə alınmamışdır. - Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin MTK-ya ünvanlanmış 20 avqust 2018-ci il tarixli 3/10-811 saylı məktubla MTK-nın mülk sahiblərinə sökülən mülklərin əvəzinə verilmiş 5460,53 kv.m mənzi l və 2352,92 kv.m qeyri-yaşayış sahələrinə görə gəlir əldə etmədiyini təsdiq edərək MTK-nın gəlirlərindən çıxarılması üçün AR Vergilər Nazirliyinə müraciət edilməsini tövsiyə etmişdir - Tofiq Məmmədov küçəsi 1-3 və 3-5 ünvanlarında MTK tərəfindən inşa edilən yaşayış binaları üzrə mənzil fonduna təqdim edilən 3 869.45 kv.m yaşayış sahəsi verginin hesablanması üzrə azaldılan sahə kimi nəzərə alınmamışdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, Yoxlama zamanı mənzil satışından əldə edilmiş gəlirlərə uyğun xərcləri birbaşa müəyyənləşdirmək mümkün olmadığından VM-nin 83.9-cü maddəsinə və Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabellik tətbiq edilərək 443 4 00,19 manat mənfəət vergisinin az hesablandığı müəyyən edildi. MV üzrə hesablama cəmi 655 100,30 manat, əlavə vəsait 443 400,19 min manat, m/s 221 700,11 manat tətbiq edilmişdir. Vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Bu maddənin müddəalarından görünür ki, vergilərin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanması vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda mümkündür. Lakin, bu Məcəllənin 83.9-cu maddəsinin tətbiqi il bağlı hər hansı ardıcıllığın gözlənilməsi ilə bağlı imperativ norma mövcud deyil. MTK tərəfindən mənzillər 2017-2019-cu illərdə təqdim edildiyi üçün bu müddəanın tətbiqi vergi ödəyicisinin vəziyyətini ağırlaşdırmışdır. Qey d edilən hal ilə bağlı bildirilir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1704VQD nömrəli Azərbaycan Respublikasının Qanununun keçid müddəalarının 2.3-cü maddəsinə əsasən 2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı 2020-ci il 31 yanvar tarixinədək vergi orqanına təqdim edirlər. Həyata keçirilən yoxlama zamanı isə vergi ödəyicisi tərəfindən təqdim edilən sənədlərdən göründüyü kimi MTK ilə tərəflər arasında payın təqdim edilməsi ilə bağlı müqavilələr yoxlamaya təqdim edilməmişdir və buna əsasən iddiaçının qe yd etdiyi mənzillərin 2017-2019-cu illərdə təqdim edilməsi halı müəyyən edilmir. Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Fiziki və ya hüquqi şəxs təsisçisi olduğu digər hüquqi şəxsə borc məbləğlərini, habelə qarşılıqlı surətdə asılı olmayan fiziki və hüquqi şəxs digər hüquqi şəxsə borc məbləğlərini faizsiz verdiyi halda, verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla vergitutma məqsədləri üçün faizlər hesablanmalı və həmin faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

6. Məhkəmə Ekspertizası Mərkəzi tərəf indən 14 dekabr 2023-cü il tarixli 3-1616/2-10/4736-9/4939-9/4943 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, Mənfəət vergisi üzrə: Məhkəmə tikinti-texniki ekspertizanın rəyinə əsasən ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binada satışa yararlı sahə ümumilikdə 23968.92 kv.m. (o cümlədən yaşayış sahəsi 17959.73 kv.m. və qeyri-yaşayış sahə 6009.19 kv.m.) və pilot layihə üzrə əmlakları sökülən mülk sahiblərinə verilən sahə 12931,00 kv.m. təşkil edir. Tikinti-texniki ekspertiza ilə müəyyən edilmiş satışa yararlı ümumilikdə 23968.92 kv.m. sahədən əvvəlki yoxlama ilə əhatə edilmiş 4788,00 kv.m. sahə və pilot layihə çərçivəsində mülk sahiblərinə verilən 12931,02 kv.m sahə nəzərə alındıqda qalıq sahə 6249.92 kv.m təşkil edir. Qeyd edilən qalıq sahə yox lama aktında göstərilən satışa yararlı qalıq 6305,08 kv.m. sahədən az olduğu üçün mənfəət vergisinin hesablanması üçün vergiyə cəlb edilən əlavə dövriyyə müəyyən edilmir. Beləliklə, ekspertiza tədqiqatı zamanı mənfəət vergisinin az hesablanması müəyyən edilmir. Əlavə dəyər vergisi üzrə: Məhkəmə tikinti-texniki ekspertizanın rəyinə əsasən ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binada satışa yararlı sahə ümumilikdə 23968.92 kv.m. (o cümlədən yaşayış sahəsi 17959.73 kv.m. və qeyriyaşayış sahə 6009.19 kv.m.) və pilot layihə üzrə əmlakları sökülən mülk sahiblərinə verilən sahə 12931,02 kv.m. təşkil edir. Tikinti-texniki ekspertiza ilə müəyyən edilmiş satışa yararlı ümumilikdə 23968.92 kv.m. sahədən əvvəlki yoxlama ilə əhatə edilmiş 4788,00 kv.m. sahə və pilot layihə çərçivəsində mül k sahiblərinə verilən 12931,02 kv.m. sahə nəzərə alındıqda qalıq sahə 6249.90 kv.m. təşkil edir. Qeyd edilən qalıq sahə yoxlama aktında göstərilən satışa yararlı qalıq 6305,08 kv.m. sahədən az olduğu üçün ƏDV-nin hesablanması üçün vergiyə cəlb edilən əlavə dövriyyə müəyyən edilmir. Beləliklə, yoxlama zamanı ƏDV-nin az hesablanması müəyyən edilmir. BTFSV üzrə: Məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən MTK tərəfindən T.Məmmədov 1- 3 ünvanında inşa edilən binanın ümumi sahəsinin hər bir blok üzrə ümumilikdə 16229,20 kv.m olduğu müəyyən edilmişdir. Ümumilikdə 2 blok üzrə (A və B blokları) 32458.40 kv.m müəyyən edilmişdir. Beləliklə, ümumilikdə 5279,82 kv.m. sahənin artıq bəyan edildiyi müəyyən edilmişdir. Nəticədə MTK tərəfindən dövlət büdcəsinə 375 827,04 manat məbləğində BTFSV üzrə artıq hesablama aparılmışdır. ÖMV üzrə: Yoxlama materiallarında MTK-nın təsisçisinin verdiyi borca görə MTK tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi (faizlərin ödənilməsini təsdiq edən sənədlər) iş üzrə mövcud olan sənədlərdə öz təsdiqini tapmamışdır. Beləliklə, təsisçinin MTK-ya verdiyi borca görə ÖMV üzrə vergilərin hesablanması hissəsində kənarlaşma aşkar edilməmişdir. İcarə obyektinə görə icarə haqqından 14% ÖMV hesablanıb dövlət büdcəsinə ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə MTK tərəfindən dövlət büdcəsinə ÖMV üzrə 924,00 manat məbləğində verginin azaldılması müəyyən edilmişdir. Ekspert rəyinə əsaslandırıcı sənədlər əlavə edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-844/2024 nömrəli qərarı (X1) ilə iddia təmin edilmiş, cavabdehin 19 yanvar 2023-cü il tarixli **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, 2.160.090,74 manat ƏDV və 1.080.045,37 manat maliyyə sanksiyası, 443.400,19 manat mənfəət vergisi və 221.700,10 manat maliyyə sanksiyası, 70.685,46 manat BTSF və 35.342,73 manat maliyyə sanksiyası, 54.872,02 manat ÖMV və 27.436,01 manat maliyyə sanksiyası hissəsində ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericili k, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutmuşdur ki, həmin istisnalarda Vergi Məcəlləsinin 38.2-ci maddəsində təsbit edilmiş, həmçinin yoxlamanın hansı hallarda dayandırıla biləcəyi VM-nin 38.7-ci maddəsində öz əksini tapmışdır. Hazırkı halda isə cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu tam olaraq əsaslandırmamışdır. Məhkəmə mübahisəli vergi borcu məbləğinin əsaslılığına münasibətdə ekspert rəyinə əsaslanaraq qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli **********147921 saylı qərar mübahisələndirilən hissədə, qismən ləğv edilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2676/2024 nömrəli qərarı (X3 (sədrlik edən və məruzəçi), X4 və X5) ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olar aq qeyd etmişdir ki, növbədənkənar səyyar vergi yoxlaması VM-nin 38.3.5-ci maddəsində qeyd edilmiş əsasla başlasa da, həmin əsasların olmasını təsdiq edən sənədlər mövcud olmamışdır. Vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərarında formal olaraq VM-nin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, yoxlamanın başlanması üçün əsas olan mənbəyi bəlli məlumatın nədən ibarət olduğunu, bu məlumatı təsdiq edən zəruri sənədlərə və ya sübutlara əsaslanmamış, ümumiyyətlə yoxlamanın qeyd olunan əsasla həyata keçirilməsini əsaslandırmamışdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211578114 saylı çıxarışdan görünür ki, vergi orqanının xx.xx.2022-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlə rinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. - “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.1-ci bəndinə görə mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Tikinti sahəsinin hesablanması Qaydalarına görə lift, kommunikasiya (e lektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar mərtəbənin sahəsinə daxil edilməsə də, VM-nin 219.3-cü maddəsinə görə vergitutma obyektinə daxil edilir və vergilərin hesablanması zamanı həmin sahələr də nəzərə alınır. Ekspertiza rəyinin 6-cı sualına cavabında olan cədvəldən görünür ki, “Pilləkən, lift, havalandırma, dəhliz” sütununda vergi orqanın cəlb etdiyi mütəxəssis 11574,96 kv.m müəyyən etdiyi halda, ekspertiza 6871,06 kv.m müəyyən etmiş, nəticə etibarı ilə 4703,9 kv.m sahə həcmində fərq yaranmışdır. Göründüyü kimi, tikinti sahəsinin hesablanması Qaydalarına görə “lift, havalandırma, dəhliz” mərtəbənin sahəsinə daxil edilmədiyi halda, ekspertiza öz cədvəlində həmin sahələri nəzərə almış, lakin sahənin hesablanmasının düzgün olmadığını müəyyən etmişdir. - Borc müqaviləsi faizlərin verilməsi ilə şərtlənirsə, faiz məbləği tərəflərin razılığı ilə müqavilədə nəzərə tutulmalıdır. Əgər borc verən gəlir əldə etmək məqsədi ilə müntəzəm olaraq, habelə bir çox subyektlərə pul vəsaitlərin borc verilməsini istəyirsə, bu halda yalnız kreditlərin verilməsi fəaliyyətini həyata keçirməsi hüququna malik olan şəxs (misal olaraq bank, kredit təşkilatı və s.) olmalıdır. Hazırkı halda isə, MTK-nın təsisçisi ilə MTK arasında bağlanmış borc müqavilələrində faizlərin ödənilməsi şərtləri mövcud olmamış, eyni zamanda borc verən təsisçi isə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirməsi hüququna malik olan şəxs olmamışdır. Bu səbəbdən də yoxlama ilə vergi orqanı tərəfindən təsisçiyə MTK tərəfindən q aytarılan borc məbləğlərinə görə faizlər hesablanaraq həmin faizlərə görə də ÖMV üzrə vergilərin hesablanması da qanunsuz və əsassızdır. Həmçinin, təsisçiyə verilən borca görə faizlərin ödənilməsi müqavilədə şərtləndirilmədiyi halda əlavə ÖMV vergilərin hesablanmasının qanunsuz olmasına dair vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmə qərarları hazırda mövcuddur.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, rəydə 2018, 2019 və 2020-2021-ci illər üzrə yaşayış mənzilləri ü zrə 1 kv.m ərazinin dəyəri müvafiq olaraq 910, 676, 1125 manat qeyd edilmişdir. Nəinki sözügedən ünvanda bu cür qiymətlərin müəyyən edilməsi absurddur, hətta Bakı şəhərində dəyəri ən aşağı olan zonalarda yaşayış sahələri üzrə 1 kv.m ərazinin dəyəri ekspert rəyində qeyd edilən qiymətlərdən yüksəkdir.

14. Əvəzləşmə məqsədilə sökülən mülk sahiblərinin sahələri müəyyən edilərkən yaşayış sahələri ilə yanaşı torpaq sahələri də nəzərə alınmışdır. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə pilot layihə çərçivəsində yaşayış və qeyri-yaşayış obyektlərinin sökülərək yerində yeni bina inşası ilə əlaqədar binanın əvvəlki mülkiyyətçilərinə mülkiyyət sənədlərində müəyyən edilən sahənin 20 faizi həddində əlavə kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələrinin (torpaq sahələrinin deyi l) verilməsinin dövlətə ayrılan hissəyə bərabər tutulması nəzərdə tutulmuşdur. Beləliklə əvəzləşmə aparılarkən yaşayış və qeyri-yaşayış obyektlərinin mülkiyyət sənədlərində göstərilən ölçülər nəzərə alınmalıdır.

15. Ekspert məhkəmənin səlahiyyətinə aid edilmiş, hüquq normalarının tətbiqi ilə bağlı məsələ barəsində rəy verə bilməz və verməməlidir. Başqa sözlə, vergi qanunvericiliyinin, o cümlədən digər qanunvericilik normalarının tətbiqinə hüquqi qiymət verilməsi ekspertin səlahiyyətindən kənardır və ekspert rəyinin əsasını təşkil edə bilməz.

16. Ekspert rəyinin BTFSV ilə bağlı nəticə hissəsinə nəzər saldıqda aydın görünür ki, ekspert tərəfindən vergitutma bazası 32.458,40 kv.m müəyyən edilmişdir. Lakin ekspert rəyinin 6-ci sualla bağlı hissəsinə nəzər saldıqda ünvan 4 ünvanda inşa edilən A və B blokları üzrə sahələr üzrə müəyyən edilən ölçünün 37.738,22 kv.m (972+3038.06+21558.40+11574.96+594.8) olduğu aydın görünür. Bu hal bir daha ekspert rəyinin ziddiyyətli formada qəbul edilməsini sübut edir.

17. Vergi ödəyicisi əvvəlki təməl qoymalar üzrə ƏDV MV vergitutma metodunu seçdiyi üçün ödəyici tərəfindən BTFSV metodu üzrə seçdiyi dövrdə əldə etdiyi qaiməfakturalar üzrə aparılmış əvəzləşmələrin və digər risklərin yoxlanılması məqsədilə SVY keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 3-5 ünvanda yerləşən A bloku üzrə təməlin 2017-ci ilin 2-ci rübündə, B bloku üzrə təməlin 2017-ci ilin 4-cü rübündə qazıldığını və vergitutma metodunun ƏDV-MV olduğunu nəzərə alsaq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində bina tikintisi ilə əlaqədar 2018-ci ilin avqust ayından sonra ƏDV və mənfəət vergisi üzrə ödənişlərin olmadığı aydın görünür. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərarın reyestrdən çıxarışda əks etdirilməsi nəzərdə tutulmamışdır.

18. Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Fiziki və ya hüquqi şəxs təsisçisi olduğu digər hüquqi şəxsə borc məbləğlərini, habelə qarşılıqlı surətdə asılı olmayan fiziki və hüquqi şəxs digər hüquqi şəxsə borc məbləğlərini faizsiz verdiyi halda, verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla VM-in 123-cü maddəsinin müddəalarını səviyyəsi nəzərə al ınmaqla VM-in 123-cü maddəsinin müddəalarını nəzərə almaqla vergitutma məqsədləri üçün faizlər hesablanmalı və həmin faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. K assasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı ha llarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən t am və hərtərəfli qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edə n həcmdə araşdırma aparılmamışdır. Növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərar ilə bağlı

27. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərarında formal olaraq VM-nin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, yoxlamanın başlanması üçün əsas olan mənbəyi bəlli məlumatın nədən ibarət olduğunu, bu məlumatı təsdiq edən zəruri sənədlərə və ya sübutlara əsaslanmamış, ümumiyyətlə yoxlamanın qeyd olunan əsasla həyata keçirilməsini əsaslandırmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan iddianın mahiyyəti üzrə qiymətləndirilməsi zamanı, yəni inzibati aktın qanuniliyinə qiymət verilərkən sahəvi qanunvericilik normalarının düzgün tətbiq edilib-edilməməsi ilə yanaşı, inzibati icraat haqqında qanunvericiliyin tələblərinin gözlənilib-gözlənilmədiyi də müəyyən edilməlidir. Başqa sözlə, iddianın əsaslığının yoxlanılması çərçivəsində məhkəmələr tərəfindən mübahisələndirilən qərarın (hərəkət və ya hərəkətsizliyin) həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan qanunauyğunluğu yoxlanılır.

29. Bu zaman İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsinin tələbi də nəzərə alınmalıdır. Həmin normaya əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.

30. Göründüyü kimi, inzibati icraat ın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati akt digər əsaslar üzrə yoxlanılmadan ləğv edilə bilər. Hazırkı iş üzrə isə, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən vergi orqanı tərəfindən inzibati icraatın qaydalarının pozulmasına (növbədənkənar səyyar vergi yoxlamasının başlanılmasının əsaslandırılmamasına) istinad etsə də, başlama qərarının əsaslandırılmasına riayət edilməməsinin mübahisələndirilən qərara təsiri araşdırılmamışdır. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olması ilə bağlı

31. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211578114 saylı çıxarışdan görünü r ki, vergi orqanının xx.xx.2022-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Göründüyü kimi, əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanunsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir.

32. İşin hallarına görə, cavabdehin “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarı ilə iddiaçı barəsində əlavə yoxlama tədbirlərinin həyata keçirilməsi qərara alınmış, lakin həmin yoxlama yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qey diyyatdan keçirilməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə bu nəticəyə gələrkən əlavə vergi yoxlamasının həmin tarixdə reyestrdə yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməsinin texniki mümkünlüyü araşdırılmamışdır. Bazar qiyməti ilə bağlı

34. İşin hallarına görə, səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş məlumat, AZƏRİQAZ, AZƏRİŞİQ, AZƏRSU-ya göndərilmiş müvafiq sorğular nəticəsində əldə edilmiş binalarda sayğaclaşdırılmış abonentlər barədə məlumat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmiş sorğuya cavab olaraq əldə edilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlər və digər sənədlər əsasında s atışlar müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən satış müqavilələri yoxlamaya təqdim edilməmiş, bununla əlaqədar olaraq satış qiymətləri ekspert qiymətinə əsasən nəzərə alınmışdır.

35. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Tofiq Məmmədov 3-5 ünvanda inşa edilən binaların təməli 2017-ci ildə qoyulsa da, tədiyyə növü olaraq ƏDV-Mənfəət seçilmiş və mənzillərin satışı əsasən 2019, 2020 və 2021-ci illərdə satılmışdır.

36. Belə ki, Tofiq Məmmədov 3-5 ünvanda inşa edilən yaşayış binaları və qeyri yaşayış sahəsinin ümumi sahəsi 35453.0 kv.m o cümlədən yararlı zirzəmi sahəsi 2921.62 kv.m, yararlı qeyri yaşayış sahəsi 2985.66 kv.m yararlı yaşayış sahəsi 18478.47 kv.m təşkil edir (ƏDV-MV metodu). Tofiq Məmmədov 1-3 ünvanda inşa edilən 2 mərtəbəli qeyri yaşayış binasının ümumi sahəsi 1600.37 kv. m o cümlədən yararlı zirzəmi sahəsi 540.0 kv.m, yararlı qeyri yaşayış sahəsi 301.36 kv.m təşkil edir (ƏDV-MV metodu). Tofiq Məmmədov 1-3 ünvanda layihədə təsdiq edilən faktiki inşa edilməmiş həyətaltı avtodayanacağın ümumi sahəsi 533.2 kv.m o cümlədən yararlı sahəsi 288.0 kv.m təşkil edir (ƏDV-MV metodu).

37. Yoxlanılan dövr üzrə inzibati icraatda təqdim edilmiş ekspert rəyinə əsasən, real bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: – yaşayış sahəsi üzrə 1 kv.m – 1.200 manat, – qeyri-yaşayış sahəsi üzrə 1-ci mərtəbədə 1 kv.m – 4.000 manat, – qeyri-yaşayış sahəsi üzrə 2-ci mərtəbədə 1 kv.m – 2.000 manat, – qaraj sahəsi üzrə 1 kv.m – 1.200 manat.

38. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, ekspert rəylərində 2018, 2019 və 2020–2021-ci illər üzrə yaşayış mənzilləri üçün 1 kv. m-in dəyəri müvafiq olaraq 910, 676 və 1.125 manat səviyyəsində müəyyən edilmişdir. Cavabdehin fikrincə, bu cür qiymətləndirmə qeyri-real və absurd xarakter daşıyır, çünki Bakı şəhərinin ən aşağı dəyərə malik zonalarında belə, yaşayış sahələrinin 1 kv.m-i üzrə qiymətlər ekspert rəyində göstərilənlərdən yüksəkdir.

39. Məhkəmə icraatı zamanı aparılmış ekspertiza nəticəsində 2018, 2019 və 2020–2021-ci illər üzrə yaşayış mənzillərinin 1 kv.m-i üçün müəyyən edilən qiymətlər yenidən 910, 676 və 1125 manat olaraq göstərilmişdir. Həmin ekspert rəyində bazar qiymətinin müəyyən olunmasında əsas mənbə kimi internetdə yerləşdirilmiş mənzil alqı-satqısı elanları göstərilmişdir.

40. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə icraatında təqdim edilən ekspert rəyini möt əbər hesab edərkən, inzibati icraat zamanı müəyyən edilmiş bazar qiymətləri ilə müqayisəli təhlil aparmamış, yalnız internet elanlarına əsaslanan məlumatlarla kifayətlənmiş, həmçinin həmin ərazidə bağlanmış notarial qaydada təsdiqlənmiş müqavilə qiymətləri ilə müqayisə aparılmasına zərurətinin olub-olmamasını araşdırmadan iş üzrə keçirilmiş ekspert rəyini əsassız şəkildə hüquqi dəlil kimi qəbul etmişdir. ÖMV ilə bağlı

41. Apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, MTK-nın təsisçisi ilə MTK arasında bağlanmış borc müqavilələrində faizlərin ödənilməsi şərtləri mövcud olmamış, eyni zamanda borc verən təsisçi isə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirməsi hüququna malik olan şəxs olmamışdır. Bu səbəbdən də yoxlama ilə vergi orqanı tərəfindən təsisçiyə MTK tərəfindən qaytarılan borc məbləğlərinə görə faizlər hesablanaraq həmin faizlərə görə də ÖMV üzrə vergilərin hesablanması da qanunsuz və əsassızdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, təsisçiyə verilən borca görə faizlərin ödənilməsi müqavilədə şərtləndirilmədiyi halda əlavə ÖMV vergilərin hesablanmasının qanunsuz olmasına dair vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmə qərarları hazırda mövcuddur.

43. Lakin iş üzrə məhkəmə kollegiyası təsisçi ilə iddiaçı arasındakı borc münasibətini ətraflı araşdırmamış, həmin şəxslər arasında müqavilələrin mövcudluğu, müqavilə şərtləri və verilən borca görə faizlərin ödənilib-ödənilməməsi məhkəmə baxışının araşdırma predmeti olmamışdır.

44. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin yalnız ümumi hüquqi mövqeyə əsaslanaraq vergi orqanının qərarını ləğv etməsi, lakin konkret iş üzrə faktiki halları, tərəflər arasında bağlanmış müqavilələrin mövcudluğunu, şərtlərini və real ödənişlərin olub-olmamasını araşdırmadan nəticəyə gəlməsi düzgün hesab edilə bilməz.

45. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2676/2024 qər arı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar