Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-778/2019 05.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı oğlunun və vəkili qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs «xxxx» MMC-yə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 2-1(103)-1376/2018 saylı iş üzrə 18 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 20 aprel 2007-ci il tarixli ***** saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan ****a saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən 16 aprel 2016-cı il tari xli, **********63 saylı məktubla cavab verilərək göstərilmişdir ki, İdarənin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin ərazisi digər hüquqi şəxsə məxsus ərazi ilə üst-üstə düşür. Cavabdehin digər **********36 saylı, 16 yanvar 2018-ci il tarixli məktubunda Ləhiş bağ massivi, ****a saylı bağ sahəsinin «xxxx» MMC-nin ayrıc aktının hüdudları daxilində yerləşdiyi qeyd olunmuşdur. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha sahəsi olan ****a saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilərək, həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2-1(82)60/2018 saylı qərarı (hakim – İ.H.Bayramova) ilə iddia tələbi təmin olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha sahəsi olan ****a saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilərək, həmin bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərarda n cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1376/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – Ü.A.Mayılov və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd olunmuşdur. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıl mışdır. Apellyasiya məhkəməsinin qərarından göründüyü kimi iddianın rədd edilməsinin yeganə arqumenti ondan ibarət olmuşdur ki, mübahisəli bağ sahəsinin digər hüquqi şəxsə məxsus ərazi ilə üst-üstə düşməsi səbəbindən, həmin torpaq sahəsi ilə bağlı hüquq subyektinə münasibətdə mübahisənin mövcud olmasını nəzərə alınaraq cavabdehin imtinası əsaslı hesab edilmişdir. Həmin hüquq subyekti dedikdə məhkəmənin məhz hansı subyekti nəzərdə tutması məlum deyildir. Əgər məhkəmə hüquq subyekti dedikdə məhz «xxxx» MMC-ni nəzərdə tutursa, o zaman nəzərə alınmalıdır ki, «xxxx» MMC həmin əraziyə dair heç bir mübahisə irəli sürmür. Çünki «xxxx» MMC-nin əməkdaşları həmin əraziyə baxış keçirərək oranın onlara aid olmadığını iddiaçıya bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş «xxxx» MMC-nin nümayəndəsi də verdiyi izahatında torpaq sahəsinin onlara heç bir aidiyyətinin olmadığını bildirmişdir. Lakin məhkəmə qərar qəbul edərkən bu halları nəzərə almamışdır. Bununla da, məhkəmə İPM-in 12-ci maddəsində təsbit edilmiş işin hallarının araşdırılması prinsipini pozmuşdur. Məhkəmənin istinad etdiyi ekspert rəyinə münasibətdə isə nəzərə alınmalıdır ki, cavabdeh qurumun verdiyi cavab elə üst-üstə düşür kimi təkrarlanmalı idi. Çünki üst-üstə meyarı kadastr-baza məlumatlarından götürülmüşdür ki, iddiaçıya imtinanın əsasını təşkil edən səbəb də həmin kadastr baza məlumatlarına əsaslanmaqla verilmişdir. İş üzrə təyin edilmiş ekspertiza rəyində ziddiyyətlər olduğundan təkrar ekspertiza təyin edilməli idi. Tərəflərin izahatları İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətind ə göstərilən məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİHİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Apellyasiya məhkəməsi iddianın rədd edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsinin digər hüquqi şəxsə məxsus ərazi ilə üst-üstə düşməsi səbəbindən, həmin torpaq sahəsi ilə bağlı hüquq subyektinə münasibətdə mübahisənin mövcud olması nəzərə alındığında cavabdehin imtinası əsaslı hesab edilməlidir. Apellyasiya məhkəməsi bu zaman aşağıdakı sübutlara əsaslanmışdır: - Birinci instansiya məhkəm əsi tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2017-ci il tarixli 20338 saylı ekspert rəyində göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 20 aprel 2007-ci il tarixli ***** saylı icarə müqaviləsində sonuncunun icarəsinə verilməsi nəzərdə tutulmuş ****a saylı bağ torpaq sahəsinin müqavilə bağlanan dövrdə və hal-hazırda bağlar üçün ayrılmış ərazi olmaqla, dövlət mülkiyyətindədir. Qeyd edilən bağ sahəsinin texniki sənədi (sxem, plan-ölçü və s.) olmadığından, həmin bağın hansı bağ sahəsinin olmasını və yerləşməsində nə kimi uyğunsuzluq təşkil e tməsini müəyyən etmək mümkün olmadı. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr-baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, iddiaçının mübahisələndirdiyi 0,12 ha bağ sahəsi “xxxx” MMC-nin 101 ha ərazisinə düşür. - Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində (i.v 93-94) göstərilmişdir ki, «Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlar daxilində ümumi sahənin 0,12 ha hissəsi **********061 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. 0,12 ha hissəsi «xxxx» MMCnin 101,0 ha ərazisi ilə üst-üstə düşür. Eyni zamanda bildiririk ki, ****a bağ nömrəsi bağların bölgüsünə dair sxematik x əritədə aşkar olunmamışdır». - Həmin ekspertizanın keçirildiyi dövrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri XidmətininYerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsi tərəfindən çəkilmiş, iddia olunan torpaq sahəsinin sxemində (i.v.95) torpaq sahəsinin xxxx MMC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı qeyd olunan sxemi tərtib etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifov izahatında bildirmişdir ki, hazırkı məhkəmə iclasına gəlməmişdən əvvəl, bir daha elektron baza məlumatları və çəkiliş məlumatlarını müqayisə etmişdir. Müəyyən edilmişdir ki, texniki səhv olaraq, iddia olunan torpaq sahəsinin sxemində (i.v 95) məlumat əksinə göstərilmişdir. Əslində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, iddiaçının mübahisələndirdiyi 0,12 ha bağ sahəsi “xxxx” MMC-nin 101 ha ərazisinə düşür. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllən in 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, iş üzrə bütün sübutların toplanılaraq əlaqəli şəkildə qiymətləndirilməsi həyata keçirilməmişdir. Kollegiya qeyd edir ki, işin hallarından müəyyən olunduğu kimi iddiaçının istifadəsində faktiki olaraq 0,24 ha torpaq sahəsi vardır. Onun 0,12 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Həmin sahə ilə qonşuluqda yerləşən digər 0,12 ha bağ-torpaq sahəsi isə hazırkı iş üzrə mübahisəli olan sahədir. İlk növbədə nəzərə almaq lazımdır ki, işdəki sənədlərdən də müəyyən olunduğu kimi sözügedən sahə iddiaçının istifadəsinə qanuni əsaslara ayrılmışdır, əksinə dəlalət edən hər hansı sübut işdə yoxdur və cavabdeh tərəfindən belə bir etiraz da bildirilməmişdir. Mübahisəli 0,12 ha torpaq sahəsini iddiaçının adına qeydə almaqdan cavabdehin imtinasının və apellyasiya məhkəməsinin bununla razılaşmasının yeganə səbəbi ondan ibarətdir ki, həmin sahə iş üzrə üçüncü şəxs “xxxx” MM C-yə ayrılmış 101 ha ərazi ilə üstüstə düşür. Cavabdeh bu zaman İdarənin elektron baza məlumatlarına əsaslanmışdır. İş üzrə verilmiş mütəxəssis və ekspert rəylərində də yenə elektron baza məlumatlarının əsas götürüldüğü görünür. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsindəki icraatda iştirak etmiş “xxxx” MMC-nin nümayəndəsi iddiaçının torpağının onlara aidiyyətinin olmadığını bildirib (i.v.116). Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi həmin izahatdan irəli gələn halların lazımi qaydada araşdırılmasını təmin etməmişdir. Bunun üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin ayrıc aktları tələb edilib tədqiq edilməklə həmin sahələrin konkret olaraq harada yerləşdiyi, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin həqiqətən həmin sahələrlə üst-üstə düşüb-düşmədiyi dəq iq müəyyən olunmalıdır. Bu halın aydınlaşdırılmalı olması ona görə vacibdir ki, “xxxx” MMC kassasiya məhkəməsinə təqdim etdiyi yazılı izahatında bir daha göstərmişdir ki, İddiaçı məxsus torpaq sahəsi “xxxx” MMC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür və həmin sahəyə dair mülkiyyət hüququnun İddiaçı adına rəsmiləşdirilməsi “xxxx” MMC-nin hüquqlarına təsir etmir və marağına toxunmur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1376/2018 saylı iş üzrə 18 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya in
Məhkəmə qərarları › İş №2-1(102)-778/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-778/2019
05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver