Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-778/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ torpaq sahəsinə çıxarışın verilməsi və plan-ölçünün tərtib olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın verilmə si və plan-ölçünün tərtib olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2150/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarı ilə 45 üzvdən ibarət “Qafqazenerjiquraşdırma” trestinə Əzizbəyov (hazırda Xəzər) rayonu, Türkan qəsəbəsində Türkan üzümçülük sovxozunun keçmiş ərazisində torpaq sahəsi ayrılmışdır.
2. İddiaçının adına “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin üzvlük kitabçası (baş plana əsasən 3 saylı sahədə) tərtib olunmuşdur. 3. “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-y oldaşlığının 16 nömrəli, 18 avqust 1989-cu il tarixli protokolundan çıxarışdan görünür ki, iddiaçı “Zarya” BağçılıqYoldaşlıq Təsərrüfütının üzvlüyünə qəbul edilmiş və Bakı şəhəri Türkan bağ massivində sahəsi 1200.0 kv.m olan 3 saylı bağ sahəsi ona təhkim edilmişdir.
4. Sonradan, latın qrafikası ilə çap edilərək "xxxx" ASC-nin sədri R.Ə.Niftəliyev tərəfindən imzalanıb ASC-nin dairəvi möhürü ilə təsdiq olunmuş çıxarışın surətindən də görünür ki, həmin protokola əsasən 20 may 1988-ci il tarixində Nazirlər Sovetinin 102 №-li qərarı ilə daimi istifadə üçün Bakı şəhəri Türkan ərazisində,.“Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlığına bağ sahəsi ayrılmış və hər bir üzvünə, o cümlədən, iddiaçıya 1200 kv.m olmaqla bölünmüşdür.
5. İddiaçı torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir.
6. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, göstərilən bağ sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Bundan əlavə, “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi olmadığı üçün sahənin yerləşməsini araşdırmaq mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “3” saylı bağ sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunması və hüququnun daşınmaz əmlakın dövlə t reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 3 saylı baş plana əsasən “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına uyğun olaraq şərti bölgü sxeminin tərtib olunması və həmin üzvlərin siyahısına uyğun gələn bağ sahəsinə dair onun adına çıxarışın və plan və ölçü sənədinin verilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-1995-ci illər ərzində “Qafqazenerjiq uraşdırma” trestinin “Zarya” Bağçılıq -Yoldaşlıq Təsərrüfatında işləyib. 20 may 1988-ci il tarixində Nazirlər Sovetinin 102 nömrəli qərarı ilə daimi istifadə üçün Bakı şəhəri, Türkan qəsəbəsi ərazisində “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıqyoldaşlığına bağ sahəsi ayrılmış və hər bir üzvünə 1200.0 kv.m. olaraq bölünmüşdür. 18 avqust 1989-cu il tarixli 16 saylı protokola əsasən ona Türkan qəsəbəsində 3 nömrəli 1200.0 kv.m. bağ sahəsi ayrılmışdır. Həmin illərdən və daha sonra həmin torpaq sahəsinə nəzarət edib, lazımı bütün xərclərini çəkib, vergisini dövlətə ödəyib. Bağlanılan müqavilədə, protokollarda və Dövlət Arxivinin Bakı filialından təqdim olunan arayışlarda ona məxsus bu torpaq sahəsi tam göstərilmişdir. Bu torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İnzibati orqanın cavab məktubu ilə ona imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, göstərilən bağ sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Bundan əlavə, “Zarya” bağçılıqyoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi olmadığı üçün sahənin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd - protokol, protokoldan çıxarış, arxiv arayışları inzibati orqana təqdim edilmişdir.
11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazın dəlilləri imtina məktubu ilə eynilik təşkil edir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qərarı ilə (hakim: G.Sevdimalıyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 3 saylı plana əsasən “Qafqazenerjiquraşdırma” trestinin (“Zarya”) bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına uyğun olaraq şərti bölgü sxeminin tərtib olunması və həmin üzvlərin siyahısına uyğun gələn bağ sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, bağçılıq-yoldaşlıq cəmiyyətinə ayrılmış torpaq sahəsinin hüdudları bəlli olduğundan (bununla bağlı ayrıc aktı və miqyaslı plan arxiv qovluğunda mövcuddur) şəxsin həmin bağçılıq-yoldaşlıq cəmiyyətinin həqiqi üzvü olduğu müəyyən edildiyi təqdirdə, üzvlər arasında b ölgü sxemi olmaması əsası ilə hüququnun qeydə alınmasından imtina qanunun güddüyü məqsədə uyğun hesab edilə bilməz. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında bağçılıq-yoldaşlıq cəmiyyətinin ona ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində üzvlərinin şərti bölgü sxemi əsasında (məsələn, siyahıya əsasən üzvlərinin sıra ardıcıllığına uyğun) şəxslərin hüquqlarını təmin edə bilər.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2150 /2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddiaya dair etirazın dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğu qeyd edilir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yolda şlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) X1 Nizamnaməsi: 2.0.1. dövlət reyestrini tərtib etmək və a parmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. Dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16. Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağl ı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq...; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərar ını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNS TANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “M əzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması əmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, həmçinin apellyasiya və kassasiya şikayətlərində qeyd etmişdir ki, göstərilən bağ sahəsi bağçılıqyoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Bundan əlavə, “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi olmadığı üçün sahənin yerləşməsini araşdırmaq mümkün olmamışdır.
30. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkəmə sorğusuna əsasən alınmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “Qafqazenerjiquraşdırma” trestinin arxiv qovluğuna görə, həmin bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin Siyahısında iddiaçının adı 36-cı sırada təsbit olunmuşdur (Həmin qovluq materiallarında sözügedən bağçılıq yoldaşlıq birliyinə dair bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir).
31. Aşağı instansiya məhkəmələrində tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarı ilə 45 üzvdən ibarət “Qafqazenerjiquraşdırma” trestinə Əzizbəyov (hazırda Xəzər) rayonu, Türkan qəsəbəsində Türkan üzümçülük sovxozunun keçmiş ərazisində torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçının adına “Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin üzvlük bileti (baş plana əsasən 3 saylı sahədə) tərtib olunmuşdur.
32. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “Qafqazenerjiquraşdırma” trestinin arxiv qovluğu məhkəməyə təqdim edilmiş, arxiv qovluğuna əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 36-cı sırada İddiaçı (iddiaçının) adı qeyd olunmuşdur. Sözügedən bağçılıq yoldaşlıq birliyinə dair bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Qovluğa əsasən müəyyən olunur ki, “Qafqazenerjiquraşdırma” trestinin bağçılıq-yoldaşlıq cəmiyyəti yaradılmış və həmin cəmiyyətə ayrılmış 2.91 ha torpaq sahəsinin cizgizi və sərhədləri dəqiqləşdirilmişdir.
33. Beləliklə müəyyən edilmiş dir ki, 20 may 1988-ci il tarixində Nazirlər Sovetinin 102 №-li qərarı ilə daimi istifadə üçün Bakı şəhəri Türkan ərazisində həmin Trestin “Zarya” bağçılıq-yoldaşlığına 2.91 ha bağ sahəsi ayrılmış və hər bir üzvünə, o cümlədən, iddiaçıya 1200 kv.m olmaqla bölünmüşdür. (“Qafqazenerjiquraşdırma” trestinin “Zarya” bağçılıqyoldaşlığının 16 nömrəli 18 avqust 1989-cu il tarixli protokolundan çıxarış, sonradan, latın qrafikası ilə çap edilərək "xxxx" ASC-nin sədri R.Ə.Niftəliyev tərəfindən imzalanıb ASC-nin dairəvi möhürü ilə təsdiq olunmuş çıxarış, ayrıc aktı, bağçılıq-yoldaşlıq təsərrüfütının üzvlərinin Siyahısı).
34. Goründüyü kimi, 1200 kv m sahəyə malik mübahisəli bağ sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Qanunun qeyd edilən 8.0.7-ci maddəsində nəzərdə tutulan əsasları təsdiq edən sənədlər mövcuddur. Ümumiyyətlə, cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədlərə (əsaslara) malik olması da mübahisələndirilmir.
35. Qeyd edilməlidir ki, hazırkı qərarın 21-ci bəndindəki normaya əsasən, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, bağ istifadəçilərinin mülkiyyəti kimi rəsmiləşdirmək Nizamnamə ilə cavabdeh orqanın üzərinə düşən vəzifəsidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsaslar mövcud olduğu halda, cavabdeh orqan qanunvericiliyin qeyd olunan göstərişlərindən irəli gələn öhdəliyini əsassız olaraq yerinə yetirməmiş, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 21(103)-2150/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.