Məhkəmə qərarları › İş №2-1(102)-779/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-779/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-779/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi N.Rəsulbəyova, məhkəmə iclas katibi F.Rəsulova, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2263/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəy yən etdi: İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-1842/2018 saylı 07 iyun 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2263/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsi 2-1(81)-1842/2018 saylı 07 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2263/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və vəkil vəkil kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2263/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərarı ilə təmin olunduğundan həmin qərardan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən kassasiya şikayəti verilə bilməz. Bununla da məhkəmə kollegiyası hesab edir ki, tələbi Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2263/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərarı ilə təmin edilmiş cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 1.2., 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21(103)2263/2018 saylı 13 noyabr 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilsin və kassasiya şikayəti cavabdehə qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar