Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-779/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın qismən ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 13.06.2022 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2nə qarşı (üçüncü şəxs X2) “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)687/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıd akı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 9 iyun 2015-ci il tarixdə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, üçüncü şəxsin adına Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisindən həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarının qismən, yəni üçüncü şəxsə həyətyanı torpaq sahəsinin verilməsi hissəsində etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. 3. 21 noyabr 2017-ci il tarixdə üçüncü şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir.
4. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-892/2015 nömrəli, 5 dekabr 2017-ci il tarixli qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-137/2018 nömrəli, 26 yanvar 2018-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərardadı ləğv edilmiş, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə üçüncü şəxsin ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır.
5. Qeyd olunan qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1170/2018 nömrəli, 3. iyul 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 21(104)-137/2018 nömrəli, 26 yanvar 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-892/2015 nömrəli, 7 sentyabr 2018-ci il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraat təzələnmişdir.
7. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-272/2019 nömrəli, 2 aprel 2019- cu il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-424/2019 nömrəli, 2 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərardadı ləğv olunmuş və iş təkrar baxılması üçü n Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
8. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1710/2019 nömrəli, 24 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı (üçüncü şəxs X2) Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarının qismən,yəni üçüncü şəxsə həyətyanı torpaq sahəsinin verilməsi hissəsində etibarsız sayılması tələbinə dair iddiası mümkün sayılmamışdır.
9. Məhkəmə hesab etmişdirki, hazırkı mübahisəyə müəyyən etmə və ya tanınma haqqında iddia növü üzrə deyil, mübahisələndirmə haqqında iddia kimi baxılmalıdır. Bundan əlavə, iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur.
10. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1710/2019 nömrəli, 24 dekabr 2019-cu il tarixli qərardadın dan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini vəişə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)317/2020 nömrəli,27 iyul 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Həmin qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-33/2021nömrəli, 9 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-317/2020 nömrəli, 27 iyul 2020-ci il tarixli qərardadı ləğvedilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Gəncə Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-418/2021 nömrəli, 3 may 2021-ci il tarixli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2-1(083)-1710/2019 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarını iddiaçı və üçüncü şəxs müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixlərdə almışlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
15. Bundan sonra iddiaçı 6 iyul 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsində göstərilən «etibarsız» sözünün «ləğv etmə» sözü ilə əvəz olunmaqla qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edi lmişdir.
16. Məhkəmə tərəfindən iddiaçıya 15 iyul 2021-ci il tarixli sərəncam göndərilmiş dəyişdirilmiş iddia tələbi, yəni üçüncü şəxsin adına Gədəbəy rayon Dəyirmandağı kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 senyabr 1998-ci il tarixli, 10 nömrəli qərarının qismən, yəni üçüncü şəxsə həyətyanı torpaq sahəsi verilməsi hissəsində ləğv edilməsi mübahisələndirilmə haqqında iddia növünə aid olduğundan buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təqdim edilməsi təklif olunmuşdur.
17. İddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
18. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarının qismən, yəni üçüncü şəxsə həyətyanı torpaq sahəsinin verilməsi hissəsində etibarsız sayılması barədə iddia tələbi üzrə məhkəmə mübahisəsi 2014-cü ildən hazıra kimi davam edir və ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin məhkəməyə verilmə müddətinin bərpa olunması barədə ərizə tərəfindən məhkəməyə təqdim olunmamışdır. Hesab etmişdir ki, eyni aktın uzun müddət məhkəmədə mübahisələndirilməsi iddia ərizəsinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsasdır və ona görə də buraxılmış müddətin üzürlü hesab olunması və mahiyyəti üzrə baxılması barə də qərardad çıxarılmasını xahiş etmişdir.
19. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)1393/2021 nömrəli, 2 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim A.V.İsgəndərova) iddiaçının müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən dəyişdirilmiş – üçüncü şəxsin adına Gədəbəy rayon Dəyirmandağı kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarının qismən, yəni X1 həyətyanı torpaq sahəsi verilməsi hissəsində ləğv edilməsi tələbi mübahisələndirilmə haqqında iddia növünə aiddir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olu nduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
21. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
22. Gəncə Apellyasiya Məhkəməsinin sədrinin 2-1(104)661/2021 nömrəli, 7 oktyabr 2021-ci il tarixli qərardadı ilə qeyd olunan inzibati iş üzrə məhkəmənin bütün hakimlərinin müvafiq qərardadların qəbul edilməsində iştirakı nəzərə alınaraq, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə başqa apellyasiya məhkəməsində baxılması məsələsinin həll edilməsi üçün inzibati işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərar a alınmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2331/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılması qərara alınmışdır.
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-687/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova-sədrlik edən və məruzəçi, M.N.Tağızadə və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)1393/2021 nömrəli, 2 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və işə mahiyyəti üzr ə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətidə işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərardad çıxararkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərini pozmuş və tətbiq olunmalı qanun normasının əksinə tətbiq olunması mümkün olmayan qanun normasını tətbiq etmişdir. Belə ki, həmin Məcəllənin 373-cü maddəsində iddia müddətinin həddi müəyyən olunur və 373.1-ci maddədə ümumi iddia müddəti 10 il müəyyən edilmişdir.
28. Bundan başqa, kassasiyaçı həmin Məcəllənin 384-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbinə, b u pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti tətbiq olunmur. Həmin Məcəllənin 384.0.5-ci maddəsində göstərilir ki, dövlət və bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mukiyyətçinin tələbləri üzrə iddialara müddət tətbiq olunmur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31.... İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu Maddə
48. İnzibati icraatda müddətlərin hesablanması -48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. -48.2. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.... -71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.... Maddə
73. İnzibati şikayətin verilməsi müddəti... 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun q üvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər....
32. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məc buretmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
35. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, eləcə də obyektiv araşdırma prinsipinin tələblərinə uyğun araşdırma aparılması təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Apelyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müddətin bərpası və iddianın mümkün sayılmaması ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya məhkəməsi mübahisənin mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
41. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim et dikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
42. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlər indən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
43. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərədə tutulmuş digər şər tlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilmişdir. Hazırkı mübahisə üzrə iddia tələbi qərarın ləğvinə yönəlmişdir. Başqa sözlə, qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir.
45. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 senyabr 1998-ci il tarixli, 10 nömrəli qərarının qismən, yəni üçüncü şəxsə həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv olunmasını tələb edir.
46. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
47. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, maraqlı şəxs (kassasiya şikayəti vermiş üçüncü şəxs) nəinki həmin dövrdə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə bax mayaraq, həmin qərarı mübahisələndirməmişdir. Halbuki, həmin dövrdə qüvvədə olan prosessual qanunvericilikdə də dövlət orqanlarının və vəzifəli şəxslərin qərarlarını məhkəmə qaydasında mübahisələndirmək hüququ təsbit edilmişdi və bununla bağlı müddət də nəzərdə tutulmuşdu. Şəxs onun hüquqlarını pozan qərar və hərəkətlərdən bu barədə ona məlum olduğu vaxtdan 1 ay ərzində məhkəməyə müraciət edə bilərdi.
48. İş üzrə materiallardan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının mübahisələndirilən qərarının 23 senyabr 1998-ci il tarixdə qəbul olunduğu müəyyən olunmuşdur. Mübahisələndirilən həmin inzibati aktdan iddiaçının əvvəldən məlumatlı olduğu iş materialları ilə tam təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Kassasiya şikayətində də, qeyd edilən qərarın iddiaçı tərəfindən müddət ötürülməklə mübahisələndirilməsinin ağlabatan səbəbləri göstərilməmişdir. Odur ki, məlumatlı olduğu halda, iddiaçı tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 senyabr 1998-ci il tarixli qərarının qəbul edildiyi tarixdən ən azı 15 il ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.
49. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
50. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına al maqda haqlı sayıla bilməzlər.
51. Beləliklə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-687/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.