Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-779/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “çıxarışın verilməsi” tələbinə dair inzibati i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-1671/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 417 saylı maliyyə arayışına əsasən iddiaçı MTK-ya məxsus ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasının həyətində giriş 4 ümumi sahəsi 100 kv.m qeyri-yaşayış tam payı dəyəri ödənilmişdir. 2. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 417 nömrəli protokoldan Çıxarışın surətinə əsasən iddiaçı "xxxx" MTK-ya üzv qəbul olunmaqla, MTK-nın ünvan 2 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasının 4-cü giriş 1-ci mərtəbəsində ünvan sahəsi 100 kv.m qeyri yaşay ışın payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 100 kv.m qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin daşınmaz əmlaka dair reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.
4. Cavabdeh 25 fevral 2021-ci il tarixli, **********39 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim olunmuş razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda qeyri-yaşayış sahəsinin bir hissəsi binanın konturundan kənarda yerləşir. Həmçinin, 1-ci mərtəbənin qeyri-yaşayış sahəsi olması X1 qeyd edilmədiyindən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 100 kv.m qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin daşınmaz əmlaka dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15-ci maddəsinin tələbinə zidd olaraq qeyri-dəqiq, formal mülahizələr ilə əsaslandırmağa çalışmışdır. Belə ki, imtina bildirişində göstərilir: 1) Təqdim olunmuş razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, lakin hansı uyğunsuzluq göstərilmir. 2) Qeyri- yaşayış sahəsinin bir hissəsi binanın konturundan kənarda yerləşir, lakin hansı hissədə qeyd olunmur. 3) 1-ci mərtəbənin qeyri-yaşayış sahəsi olması X1 qeyd edilməmişdir, lakin həmin sahənin təyinatı və ya hansı məqsəd üçün nəzərdə tutulmasına aydınlıq gətirmir. İmtina məktubunun məzmunundan görünür ki, qeyd olunan əmlakın yerləşdiyi bina istismara qəbul olunmuşdur, cavabdeh yalnız binanın konturlarından kənara çıxmalar olmasını bildirmiş, lakin onların nədən ibarət olmasını, hansı hissədə kənara çıxma olmasını göstərməmiş və qeyri-müəyyən formal mülahizələr əsasında imtina vermişdir. Bundan əlavə cavabdeh 1-ci mərtəbənin qeyriyaşayış və ya yaşayış olmasına dair istismara icazə aktına qeyd olunmadığını bildirməklə qeyr i-müəyyən münasibətini davam etdirməklə ərizənin icrasının əsassız olaraq mümkün olmadığını göstərmişdir. Halbuki binanın istismara qəbul edilmə zamanı xüsusi dövlət komissiyası həmin binanı təftiş etmiş, müvafiq yoxlamalar və ekspertizalar keçirməklə bina istismara qəbul edilmiş, binanın konturları, yaşayış və qeyri-yaşayış sahələri dəqiq öyrənilərək bununla bağlı müvafiq akt tərtib olunmuş və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq edilmişdir. Eyni zamanda analoji işlər üzrə cavabdeh orqanın artıq inzibati praktikası mövcuddur və həmin binada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqları digər vətəndaşların adına dövlət qeydiyyatına alınmışdır. Bu da onu deməyə əsas verir ki, eyni əsaslar üzrə başqa fiziki şəxslərin mülkiyyət hüquqları cavabde h inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmışdırsa, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından analoji iş üzrə iddiaçının tələbi də təmin edilməlidir. Artıq həmin binada yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən çoxu xüsusi mülkiyyət hüququ əsasında vətəndaşların adına dövlət qeydiyyatına alındığından inzibati orqanın inzibati praktikasına vətəndaşların etimadı qanunla qorunmalıdır. "xxxx" MTK üzvlərinin ümumi iclasının 11 yanvar 2021-ci il tarixli, 417 saylı protokolundan çıxarışına əsasən, iddiaçı kooperativ üzvlüyünə qəbul olunmaqla MTK-nın ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü giriş, 1ci mərtəbəsində ümumi sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin payçı olması təsdiq edilmiş və bu barədə qərar qəbul olunaraq hüquqların dövlət qeydiyyatına alınması üçün "xxxx" MTK tərəfindən aidiyyəti sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 417 saylı, 11 yanvar 2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, sözügedən qeyri-yaşayış sahəsinin razılaşdırılmış dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və "xxxx" MTK-ya hər hansı qalıq borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktına əsasən ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binası mövcud vəziyyətdə istismara qəbul edilmişdir. Bu zaman müv afiq icazənin verilməsi üçün sənədlər və faktiki vəziyyət yerində baxış, ekspertizalar keçirilməklə bu sahədə xüsusi bilikləri olan şəxslər tərəfindən öyrənilir və qiymət verildikdən sonra binanın istismarına icazə verilir. Həmin icazədə tikintinin layihə üzrə ölçülərə və faktiki ölçüləri, ünvanı, döngə nöqtələrinin koordinatları, istismar təyinatı (yaşayış və qeyri-yaşayış) dəqiq göstərilməklə təsdiq edilir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə dair 4 fevral 2021-ci il tarixli imtina məktubuna uyğun etiraz təqdim etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(112)-5351/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qeyriyaşayış sa həsinin yerləşmə mövqeyi layihədəki binanın konturundan 5 metr çöldədir, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 89,0 kv.m-dir, həmin 89,0 kv.m sahənin 28,7 kv.m hissəsi isə binanın konturundan çöldə yerləşməklə layihədə öz əksini tapmamışdır. Belə olan halda, cavabdehin imtinası əsaslıdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2022-ci il tarixli, 2-1(103)-1671/2022 saylı qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin xx.xx.2019-cu il tarixdə təsdiq etdiyi X1 çoxmənz illi yaşayış bina kompleksinin qeyd olunan döngə nöqtələrinin koordinatları ilə həmin kompleksin tərkib hissəsi olan İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki yerləşmə koordinatları arasında fərq var mı, əgər varsa hansı istiqamətdə və hansı ölçüdə fərq var?
2. İddiaçı məxsus qeyri-yaşayış sahəsinin divarlarının daxilindən ölçəndə neçə kvadrat metr sahə olur, divarların çöldən-çölə məsafəsi ilə ölçüldükdə neçə kvadrat metr sahə olur?
3. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin xx.xx.2019-cu il tarixdə təsdiq etdiyi X1 çoxmənzilli yaşayış bina kompleksinin qeyd olunan döngə nöqtələrinin koordinatları ilə həmin kompleksinin qeyd olunan döngə nöqtələrinin koordinatları ilə həmin tikilinin ilkin layihəsi arasında fərq varmı?
4. Əgər əmlak kompleksinin faktiki ölçülərində k ənara çıxmalar varsa həmin kənara çıxmalar yükdaşıyan konstruksiyaların dayanıqlığına, köməklik baxımından istismara yararlığına mənfi təsir göstərə bilərmi? 12. 10 oktyabr 2022-ci il tarixli, 190 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir:
1. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin xx.xx.2019-cu il tarixdə təsdiq etdiyi X1 çoxmənzilli yaşayış bina kompleksinin qeyd olunan döngə nöqtələrinin kordinatları ilə həmin kompleksin tərkib hissəsi olan İddiaçı məxsus qeyriyaşayış sahəsinin faktiki yerləşmə koordinantları arasında fərq yoxdur.
2. İddiaçı məxsus qeyri-yaşayış sahəsinin divarlarında daxildən ölçəndə 95,00 kv.metr, divarların çöldən-çölə məsafəsi ilə ölçüldükdə 100 kv.metr sahə olur.
3. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin xx.xx.2019-cu i l tarixdə təsdiq etdiyi X1 çoxmənzilli yaşayış bina kompleksinin qeyd olunan döngə nöqtələrinin koordinatları ilə həmin kompleksinin qeyd olunan döngə nöqtələrinin koordinatları ilə həmin tikilinin ilkin layihəsi arasında fərq yoxdur.
4. Əmlak kompleksinin faktiki ölçülərində kənara çıxmalar olmadığı üçün qərardadın 4-cü sualı üzrə tədqiqat aparılmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-1671/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(112)-5351/2021 nömrəli qərarı ləğv edilərək iddia təmin edilmiş, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 100 kvadrat metr qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin daşınmaz əmlaka dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən bina daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və araşdırma nəticəsində müəyyən edilmişdir ki, oradakı, yəni birinci mərtəbədə olan qeyri-yaşayış sahəsinin üzərində yerləşən yuxarı mərtəbələrdə olan mənzillərə çıxarışlar verilmişdir. Bu isə o deməkdir ki, həmin bina istismara qanuni əsaslarla qəbul edilmişdir. Hər hansı kənaraçıxma, çatışmazlıqlar olmadığından sənədləşdirilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən halların heç biri mövcud olmadığndan, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın kontu rları təqdim olunmuş layihəyə uyğun gəldiyindən, başqa sözlə kənaraçıxmalar mövcud olmadığından cavabdeh təşkilatın imtinası əsassız hesab edilməlidir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri 25 fevral 2021-ci il tarixli imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunur ki, qeyri-yaşayış sahəsi sənəd üzrə 100 kv.m. qeyd olunsa da, faktiki 89 kv.m-dir. b) kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 n oyabr 2022-ci il tarixli, 2-1(103)-1671/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və ş ikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qə rarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);...
24. Normanın məz munundan göründüyü kimi, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi həmin yaşayış (qeyri-yaşayış) sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının əsası kimi təsbit olunmuşdur. 25. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 417 nömrəli iclas protokolundan çıxarışa əsasən, iddiaçı "xxxx" MTK-ya üzv qəbul olunmuş və MTK-nın ünvan 2 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış binasının 4-cü giriş 1-ci mərtəbəsində sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmiş və həmin qeyri-yaşayış sahəsinin tam pay dəyəri ödənilmişdir.
26. Cavabdehin kassasiya şikayətinin təkrarla nan dəlilləri ondan ibarətdir ki: 1) razılaşdırılmış layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, 2) qeyriyaşayış sahəsinin bir hissəsi binanın konturundan kənarda yerləşir, 3) qeyri-yaşayış sahəsi sənəd üzrə 100 kv.m. qeyd olunsa da, faktiki 89 kv.m-dir.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, 1) qeyri-yaşayış sahəsinin faktiki yerləşmə koordinatları arasında fərq yoxdur, 2) çoxmənzilli yaşayış bina kompleksinin qeyd olunan döngə nöqtələrinin kordinatları ilə həmin kompleksinin qeyd olunan döngə nöqtələrinin koordinatları ilə həmin tikilinin ilkin layihəsi arasında fərq yoxdur, 3) mütəxəssis tərəfindən müvafiq ölçmə işləri aparılaraq ti kilinin sahəsi arakəsmə divarları nəzərə alınmadan 95,00 kv.metr, divarların çöldən-çölə məsafəsi isə 100 kv. metr təşkil etdiyi müəyyən olunmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən, həmçinin müəyyən edilmişdir ki, sözügedən bina daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və araşdırma nəticəsində müəyyən edilmişdir ki, birinci mərtəbədə olan qeyri-yaşayış sahəsinin üzərində yerləşən yuxarı mərtəbələrdə olan mənzillərə çıxarışlar verilmişdir. Bu isə o deməkdir ki, həmin bina istismara qanuni əsaslarla qəbul edilmişdir. Hər hansı kənaraçıxma, çatışmazlıqlar olmadığından sənədləşdirilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-1671/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.