Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-78/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (hərbi qulluqçunun pensiyasının pensiya hüququnun yarandığı vaxta görə hesablanması) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı nda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1525/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx xxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təy inat İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək pensiyasının xx xxxxxx 2017-ci il tarixdən yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 03/89/02-647 saylı, xx xxxxxxxx 2016-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 37.7-ci maddəsinin mənasına görə əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun pensiyasına əlavə olunmuş artım fərqinin 2007-ci ilin yanvar ayının 1-dən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 1993-cü ilin yanvar ayından 2003-cü ilin avqust tarixinə qədər (Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi-Əks-Kəşfıyyat Xidməti və MTN) hərbi xidmətdə olmuşdur. 2003-cı ilin avqust ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarı ilə) əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən iddiaçıya 33 il 02 ay 13 gün güzəştli hərbi xidmət ili hesablanmışdır. Lakin onun 2002-2003-cü illərdə döyüş bölgəsində hərbi xidməti düzgün hesablanmadığı üçün 2017 -ci ildə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsində cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə və 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və Xüsusi Rütbəlilərlə İş Departamentinə qarşı iddia qaldırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1 (82)-1962/2017 qərarı ilə iddia təmin edilmiş, onun güzəştli xidmət illəri 35 il hesablanmışdır. Qərar qüvvəyə minmiş icra edilməsi üçün cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmişdir. Cavabdeh Dövlət Təhlükəsizlik Xidməti tərəfindən xx xxxxxx 2017-cı tarixli 21/1176 nömrəli məktubla yenilənmiş “məlumat vərəqəsi” cavabdehə göndərilmişdir. Yenilənmiş “məlumat vərəqəsinə" əsasən pensiya məbləği az hesablandığı üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizəyə cavab olaraq cavabdeh qurumdan bildirilmişdir ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən xx xxxxxx 2017-ci il tarixli 21/1176 nömrəli məktubla yenilənmiş məlumat vərəqəsinə əsasən onun cəmi təminat xərcliyi 1251,50 manat təşkil edir. Ona 35 il xidmət müddətinə görə 1176,24 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq ödənilir. “Əmək pensiyaları haqqında” AR Qanununun 37.7 və 32.1-1-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çox üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq xx xxxxxxxx 2014-cü il tarixdən ona əmək p ensiyası yenidən hesablanaraq ödənilir. Həmin tarixdən hesablanmış 2423,30 manat fərq məbləğinin ödənilməsi 2017-ci ilin sentyabr ayından başlayaraq xx xxxx 2018-ci il tarixədək hər ay 242,33 manat olmaqla hissə-hissə pensiya hesabına köçürülmüşdür. İddiaçının pensiyasına əlavə olunan artım 3 il müddətinə, yəni xx xxxxxxxx 2014-cü il tarixədək geriyə verilmişdir. İddiaçı hesab edir ki, ona ödənilməli olan pensiya məbləği geriyə 11 il müddətinə, yəni 2003-cü ilin avqust ayına qədər hesablanmaqla verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsində də qeyd edilir ki, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Cavabdehin əsas gətirdiyi “Əmək pensiyaları haqqında” AR Qanununun 37.7-ci və 32.1-1-ci maddələri onun pensiyasının hesablanmasına şamil edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında ” AR Qanununun 37.7-ci və 32.1-1-ci maddələri x xxxx 2017-ci il tarixdən qüvvəyə minmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərarı isə xx xxxx 2017-ci il tarixdə qəbul olmuşdur. Odur ki, onun pensiyasının artım fərqinin hesablanması vəzifəsi cavabdehə həvalə edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4697/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının adına yenidən məlumat vərəqi İdarəyə xx.xx.2017-ci il tarixdə daxil olmuş və əmək stajı 35 il olaraq göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə görə həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən son 3 il nəzərə alınmaqla pensiya fərqi hissə ilə ödənilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1056/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia tələbi qismən təmin edilmiş, iddiaçının pensiyasına əlavə olunmuş artım fərqinin 2007-ci ilin yanvar ayının 01-dən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə - pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının pensiyasına əlavə olunmuş artım fərqinin 2007-ci il yanvar ayının 1-dən ödənilməsindən imtinası əsassız olmuş və iddiaçının pensiya hüququnu pozmuşdur. İddiaçı qərarla razılaşmış, ondan apelyasiya şikayəti verməmiş, birinci instansiya məhkəməsinin qərarını iddianın təmin edilməyən hissəsi ilə bağlı mübahisələndirməmişdir. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-15 25/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1056/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1 -1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan maddə xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçıya aid yeni məlumat vərəqəsi xx.xx.2017-ci il tarixdə, yəni qeyd olunan maddə qüvvəyə mindikdən sonra cavabdehə çatdırılmışdır. Buna görə də iddiaçının yeni məlumat vərəqəsinə uyğun olaraq pensiya almaq hüququ həmin tarixdən əmələ gəlmiş və iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən düzgün olaraq “Əmək pensiyal arı haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları tətbiq edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin kollegiya kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Az ərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qoru nması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın əsaslı olduğundan təmin olunması nəticəsinə gələrkən haqlı olaraq aşağıdakı hüquq normalarına istinad etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (xx xxxx 2017- ci ilədək olan redaksiyası): 31.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən (xx xxxxxx 2006-cü il) tez olmayaraq ömürlük təyin edilir. 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qal dıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblər inə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” Hazırki halda, iddiaçının pensiya hüququ 2003-cü ildən yarandığından, cavabdeh tərəfindən ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci ildən qüvvədə olan redaksiyasının tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə xx xxxxxx 2007-ci ildən qoyulması həm də onunla şərtlənir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-111 QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azə rbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 saylı Fərmanın 2.2 və 4-cü bəndlərinə əsasən xx xxxxxx 2007-ci il tarixdən hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasi ya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1525/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tari
Məhkəmə qərarları › İş №2-1(102)-78/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-78/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver