Məhkəmə qərarları › İş №2-1(102)-78/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-78/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-78/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4 cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: doğum akt qeydinin ləğv olunması və doğum haqqında şəhadətnamənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X6 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X7 və üçüncü şəxs X13 vəkili Vəkil iştirakı ilə, iddiaçı X4 cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə (üçüncü şəxslər X23 və X15) qarşı “doğum haqqında qey din ləğv edilməsi və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1199/2020 nömrəli qərarından üçüncü şəxs X23 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı milliyyətcə qırğız olmaqla Qırğızıstan Respublikası vətəndaşıdır. Üçüncü şəxs X23 isə milliyyətcə azərbaycanlı olmaqla Azərbaycan Respublikası vətəndaşıdır. X23 ilə Merim Beişekeyevanın nikahları X18 X31 İbtidai Şəriət Məhkəməsində xx xxxx 2011-ci il tarixdə rəsmiləşdirilmiş və onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə ABŞ-nın NyuYork şəhərində Ceyla adlı uşaqları anadan olmuşdur. Dubay Ali Məhkə məsinin xx.xx.2017-ci il tarixli 250/2016 saylı qərarı ilə onların nikahı pozulmuşdur.

2. Üçüncü şəxs D.Bağırov Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, özünün işi ilə əlaqədar Dubay şəhərində, arvadı Merim Beişekeyeva isə ABŞ-da olduğundan, xx.xx.2012-ci ildə Nyu-York şəhərində doğulmuş qızı Ceylanın doğumunun bacısı X8 müraciətinə əsasən qeydə alınmasını xahiş etmişdir.

3. Həmin xahiş əsasında, X14 doğum haqqında Cavabdeh tərəfindən doğum akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1479 nömrəsi ilə qeydiyyat aparılmış, atası X23, anası Merim Beişekeyeva, doğum tarixi xx.xx.2012-ci il, doğum yeri X9 Nyu-York şəhəri qeyd edilmişdir.

4. Bu qeydin əsasında X16 xx.xx.2012-ci il tarixdə AZ-İİ N970077 saylı doğum haqqında şəhadətnamə verilmişdir.

5. Hazırda iddiaçı birgə nikahdan doğulmuş Ceyla Bağırovanın adına Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən aparılmış doğum qeydinin ləğv edilməsini və həmin qeyd əsasında verilmiş doğum haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Beişekeyeva Merim Ulanbekovna cavabdehlər Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və 3-cü şəxslər X20 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci cavabdeh şöbə tərəfindən X1 adına xx xxxxxx 2012-ci il tarixində 1479-cu nömrə ilə verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılmasına və ləğv edilməsinə, həmçinin 2-ci cavabdeh İdarə tərəfindən X1 adına sənədləş dirilmiş AZ 11667312 nömrəli şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz sayılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, azyaşlı X24 iddiaçı Merim Beişekeyevanın (anası) xəbəri olmadan Dubaydan İstanbula, oradan da Bakıya gətirilmişdir. xx xxxxxx 2012-ci il tarixdə uşağa Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən milliyyəti azərbaycanlı yazılmaqla doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı hesab edir ki, onun icazəsi olmadan və azyaşlı Ceyla Bağırovaya xx xxxxxx 2012-ci il tarixdə ABŞ Nyu-York şəhərində doğum haqqında şəhadətnamə mövcud olduğu halda, həmçinin ABŞ vətəndaşı olmasına dair pasport verildiyi halda, uşağın atasının Azərbaycan Respublikasında olmadığı halda, onun adından doğum haqqında şəhadətnamənin alınması qanunsuz və əsassızdır. 8. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(81)- 2670/2017 saylı qərardadı ilə (hakim M.Bayramov) iddianın cavabdehə qarşı X1 adına sənədləşdirilmiş AZ 11667312 nömrəli şəxsiyyət vəsiqəsinn fəaliyyətsiz sayılmasına dair hissəsinin mümkün sayılmaması qərara alınmışdır. 9. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(81)- 2670/2017 saylı qərarı ilə (hakim M.Bayramov) iddia, Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən X1 adına xx xxxxxx 2012-ci il tarixdə 1479-cu nömrə ilə verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılması və ləğv edilməsi hissəsində təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Ceylanın valideynlərindən biri olan və hazırkı iş üzrə üçünc ü şəxs X23 Azərbaycan Respublikasının vətəndaşı olduğundan, bununla da xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Ceyla vətəndaşlığına görə Azərbaycan Respublikası vətəndaşı olduğundan, qanuna və normativ akta əsasən uşağın valideynləri olmadıqda isə doğum qeydə alınmasının qohumların, qonşuların, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyətinin və yaxud başqa şəxslərin müraciəti əsasında həyata keçirilməsi nəzərdə tutulduğundan, doğumun qeydə alınması uşağın valideynlərindən biri olan və həm də Azərbaycan Respublikası vətəndaşı olan və hazırkı iş üzrə üçüncü şəxs X13 ərizəsində göstərdiyi şəxsin müraciəti əsasında həyata keçirildiyindən və belə qeydə alma qanuna və normativ akta uyğun olduğundan, beləliklə də, xx xxxxxx 2017-ci il tarixdə anadan olmuş Ceylanın doğumunun qeydə alınmasının və buna müvafiq olaraq doğum haqqında şəhadətnamənin verilməsinin qanuniliyi sübut olunduğundan və bununla da iddianın əsassızlığı sübuta yetirildiyindən iddia rədd edilməlidir.

11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. İş üzrə yuxarı instansiya məhkəmələrindəki icraat İş üzrə apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-2041/2017 nömrəli qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), S.Hüseynov və V.Məmmədov) iddiaçının apelyasiya şikayətinin təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üz rə Ali Məhkəmədəki birinci icraat.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)492/18 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir.

14. Ali Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Ceylanın valideynlərindən biri olan və hazırkı iş üzrə üçüncü şəxs X23 Azərbaycan Respublikası vətəndaşı olduğundan, xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş Ceyla vətəndaş lığına görə Azərbaycan Respublikası vətəndaşıdır. Odur ki, iddiaçı X2 xx xxxxxx 2012-ci il tarixdə ABŞ-da anadan olmasına və X9 Nyu-York şəhərinin X5 X3 Nyu-York şəhəri Səhiyyə və Psixogigiyena İdarəsi tərəfindən qızı Bağırov Ceylaya xx xxxxxx 2012-ci il tarixdə doğum haqqında şəhadətnamə verilməsinə və buna görə də qızı Ceyla Bağırovanın X9 vətəndaşı olmasına dair dəlilləri əsassızdır.” Ali Məhkəmə daha sonra qeyd etmişdir ki, “X22 Əmirliklərinin Dubay Məhkəməsində Davud Bağırovaya qarşı boşanmanın rəsmiləşdirilməsi, azyaşlı qızı Ceylanın pasportunun əslinin, olmadığı təqdirdə onun notariat qaydasında təsdiq edilmiş surətinin, həmçinin doğum haqqında şəhadətnaməsinin əslinin, şəxsiyyət vəsiqəsinni, sağlamlıq vəziyyəti haqqında arayışın, iddiaçının təhsili haqqında sənədlərin və azyaşlı qı zı Ceylanın tibbi sığortasının təhvil verilməsinin cavabdehin üzərinə qoyilması və sair tələbinə dair iddiası olmuş, Dubay Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə ilkin qərar ləğv edilməklə yeni qərar qəbul edilmiş, Dubay Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, № 250/2016 saylı qərarı ilə apelyasiya məhkəməsinin qərarında qismən dəyişiklik edilməklə alimentin tutulmasının, qəyyuma mənzil üçün ödənişlərinin verilməsinin Ceylanın anasına verilməsi anından icra olunması, nikah xərclərinin nikahın ləğv olunması haqqında qəti qərar çıxarıldıqdan və ya uşağın anasına faktiki təhvil verilməsi anından tutulması, tərəflərin üzərinə müştərək qaydada iki instansiyanın məhkəmə rüsumlarını ödəmək vəzifəsi qoyulmuşdur. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə xx x xxxxx 2017-ci il tarixli qərar qəbul etdiyi zaman Azərbaycan Respublikasının Ali Məhkəməsini Mülki Kollegiyası tərəfindən çıxarılmış xx xxxxxxx 2017-ci il tarixli, 10(102)-80/17 saylı qərardadı mövcud olmuşdur ki, həmin qərardadla X10 Dubay Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 250/2016 saylı qərarı Azərbaycan Respublikasında tanınmış və onun məcburi icra edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, X10 Dubay Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, №250/2016 saylı qərarı Azərbaycan Respublikasında tanınmış və onun məcburi icra edilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı işüzrə kasasiya şikayəti təmin edilməli, apelyasiy a instansiyası məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.” İş üzrə Apelyasiya Məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və M.Məmmədov; iş № 2-1(103)1130/2018) iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə Ali Məhkəmədəki ikinci icraat.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1998/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Bədəlov, hakimlər S.Hüsey nova və İ.Dadaşov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və apelyasiya şikayətində azyaşlı qızına artıq ABŞ-da doğum şəhadətnaməsinin verildiyini və bu əsasla hazırda verilmiş şəhadətnamənin etibarsız olduğunu iddia etsə də, apelyasiya qaydasında işə baxılarkən bu hal ümumiyyətlə araşdırılmamış, apelyasiya şikayətinin qeyd edilən dəlilinə hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan Nyu-York şəhəri Səhiyyə və Psixogigiyena İdarəsi tərəfindən verilmiş N1xx-xx-103272 saylı xx.xx.1012-ci il tarixli doğum haqqın da 6 şəhatnamənin tərcümə edilmiş surətindən görünür ki, Ceyla Bağırova xx.xx.2012-ci il tarixdə X9 Nyu-York şəhəri, Manhetten rayonunda “Bet İsrail” Tibb Mərkəzi xəstəxanasında doğulmuşdur. Ata qrafasında Bağırov Davud, ana qrafasında X11 qeyd edilmişdir. Bundan əlavə, işə apelyasiya qaydasında baxılarkən azyaşlı Ceyla Bağırovanın Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti ilə bağlı məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin, azyaşlı X25 Birləşmiş Ştatları tərəfindən xx.xx.2012-ci il tarixdə pasport verilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə və iş materiallarında olan həmin pasportun kserosurətinə hüquqi qiymət verilməmişdir. Pasportun əsli iş materiallarına əlavə edilməsə də, Azərbaycan Respublikasının Dubaydakı Baş Konsulluğu tərəfindən Azərbaycan Respublika sı Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfirinə ünvanlanan xx.xx.2017-ci il tarixli məktubda qeyd edilir ki, ABŞ vətəndaşı BCD qızı üçün 2013-cü ilin mart ayından 2014cü ilin avqust ayınadək olan müddətdə Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğuna 1 dəfə viza rəsmiləşdirilməsi üçün müraciət edilmişdir. Başqa sözlə, həmin məktubdan məlum olur ki, azyaşlı Ceyla Bağırova ABŞ vətəndaşı olduğundan onun Azərbaycan Respublikasına gəlməsi üçün viza alınması tələb edilmişdir. Lakin işə apelyasiya qaydasında baxılarkən qeyd edilən sübutlar ümumiyyətlə araşdırılmamış və lazımi hüquqi qiymət verilməmişdir. İş üzrə Apelyasiya Məhkəməsindəki üçüncü icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-895/19 saylı xx xxx 2019-cu il tarixli qər ardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilərək, iddia mümkün saylmamışdır.

19. Həmin qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin materiallarında olan sübutlar əsasında yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə Ali Məhkəmədəki üçüncü icraat.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)446/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən A.Hüseynov, hakimlər Ə.Əhmədov və H.Nəsibov) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli 2-1(103)-895/19 saylı qərardad ı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir.

21. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin maddədən və ona uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx xxxxxxx 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «X5 dövlət qeydiyyatı Qaydası»ndan birmənalı olaraq göründüyü kimi, ilk öncə doğum barədə dövlət qeydiyyatı aparılır və bunun nəticəsi olaraq da doğum haqqında şəhadətnamə verilir. Başqa sözlə, doğum haqqında şəhadətnəmə doğum haqqında akt qeydi əsasında verilir. İşin materiallarında olan azyaşlı C.Bağırovanın mübahisələndirilən doğum haqqında şəhadətnaməsindən də görünür ki, onun verilməsinə əsas – uşağın xx xxxxxx 2012-ci ildə ABŞ-ın Nyu-York şəhərində doğulması barədə, doğum haqqında qeydlər kitabında 2012-ci ilin dekabr ayının 12-ci günündə 1479 No ilə qeydin edilməsi təşkil edir. Deməli, həmin qeyd mövcud olduğu halda, şəhadətnamınin etibarsız və ya ləğv edilməsi mümkünsüzdür. Belə olan halda, iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə nə 1-ci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmamış, onunla müzakirə aparmamış, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şə rait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmiş və nəticədə prosessual qanunla üzərilərinə qoyulan vəzifələri yerinə yetirməmişlər. Bəhs olunan məsələlər işin düzgün həlli üçün əhəmiyyət daşıdığından, onların apelyasiya instansiya məhkəməsi tərəfindən yenidən dəqiq araşırılması zəruridir. İş üzrə Apelyasiya Məhkəməsindəki dördüncü icraat

22. Apelyasiya instansiyasında işə təkrar baxılarkən məhkəmə, kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmənin yardım etmək vəzifəsindən çıxış etməklə iddiaçı tərəfə iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək, məhkəmədən xx xxxxxx 2012-ci il təvəllüdlü ABŞ vətəndaşı X29ya Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixində 1479 nömrəsi ilə v erilmiş qeydin ləğv olunması, həmçinin bununla əlaqədar həmin doğum şəhadətnaməsinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

23. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-1199/2020 nömrəli qərarı ilə (hakimlər M.Tagizadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və X.Cəmilova) iddiaçı X4 apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2670/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X1 adına Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixd ə 1479-cu nömrəsi ilə aparılmış doğum haqqında qeyd ləğv olunmuş və bununla əlaqədar verilmiş AZ-İİ N970077 saylı doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır.

24. Üçüncü şəxs X23 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri MƏHKƏMƏ

25. Kassasiya şikayətində deyilir ki, əvvəla iddiaçı tərəfi tələbini dəqiqləşdirsə də, iddia tələbinin əsaslarını dəyişdirməmiş, eləcə də yeni tələblə bağlı iddiaçı tərəfindən əlavə dəlillər təqdim edilməmişdir. Hesab edir ki, apelyasiya məhkəməsi hələ işə mahiyyəti üzrə baxmazdan əvvəl bir sıra məsələlərə aydınlıq gətirilməli idi.

26. Hazırkı iş üzrə iddia ərizəsi apely asiya məhkəməsi tərəfindən bir neçə əsasla qeyrimümkün hesab edilməli idi. Hər bir əsas üzrə ayrıca vəsatətlə məhkəmələrə müraciət etmiş, lakin verdiyi vəsatətlərə məhkəmə kollegiyası münasibət bildirilməmişdir.

27. Nəzərə alınmalıdır ki, İPM-nin 13-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına görə «yanlış iddia növlərinin münasibləri ilə əvəz edilməsi» müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apelyasiya icraatında tətbiq edilə bilməz.

28. Buna görə də iddiaçınən doğum haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə iddia ərizəsində düzəliş etməsi də Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü ii tarixli Qərarına ziddir.

29. Həmçinin hazırkı halda iddianın məhkəmədə baxılmasının mümkünlüyü məsələsi də araşdırılmamışdır. Çünki iddia eyni zamanda başqa bir əsasla qeyri-mümkün hesab edilməli idi və bu halda iddiaçı tərəfə İXM-nin 13-cü maddəsinə əsasən yardım etmək də prosessual cəhətdən mümkün deyildir.

30. Beləki, İPM-nin 38.1 maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

31. İddiaçı iddia ərizəsinin 3-cü abzasında göstərir: «..Hələ 2013-cü ildə Cəmilə Bağırova mənə bildirmişdi ki, Azərbaycanda alınan doğum haqqında şəhadətnamə heç bir yerdə göstərilməməlidir...» Göründüyü kimi hazırda mübahisələndirilən doğum haqqında şəhadətnamənin verilməsi iddiaçıya özünün etirafına görə hələ 2013-cü ildə məlum olmuşdur. Buna görə də İPM-nin 38.1-ci maddəsinə əsasən iddiaçı iddia qaldırmaq hüququnu itirmişdir və buraxılmış prosessual müddətin bərpası barədə müraciət etməmişdir.

32. Bundan başqa, İPM-nin 38.2 maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən görünür ki, ididiaçı iddia verərkən və əlavə cavabdeh cəlb edilməklə tələbinin həcmini artırarkən hər bir halda mübahisələndirdiyi inzibati aktları qəbul etmiş inzibati orqanlara həmin aktların ləğvi barədə müraciət etməmiş və buna müvafiq imtina almamışdır. Belə halda iddiaçının iddia tələbi yenə də qeyri mümkün hesab olunmalıdır. Çünki nəzərə almaq lazımdır ki, iddiaçı inzibati orqan olan Səbail Qeydiyyat şöbəsinə müraciətlərində doğum haqqında şəhadətnamənin, yaxud indiki tələbi əsas götürsək doğum haqqında akt qeydinin etibarsız hesab edilməsi, ləğv edilməsi üçün müvafiq tədbir görülməsini xahiş etməmişdir. İddiaçı sorğuməktubunda yalnız iki suala cavab verilməsi inzibati orqandan xahiş etmişdir və iddiaçının sorğusuna inzibati orqan cavab vermiş, qeydiyyata əsas olmuş sənədlərin surətlərini də iddiaçıya təqdim etmişdir. Başqa sözlə şəxsin inzibati orqana müraciəti təmin edilmişdir. İddiaçı hazırkı xahişlə, tələblə inzibati orqana müraciət etməmişdir. Nəticədə İPM-nin 35.1 və 38-ci maddəsinin tələbinə əməi edilməmişdir. Ona görə də qeyd et diyi kimi iddia bu əsaslar da nəzərə alınmaqla qeyri-mümkün hesab edilməlidir.

33. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 №li Qərarının 9.2 bəndinə görə VVA qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə, (indiki halda doğum haqqında şəhadətnamənin və doğum haqqında akt qeydinin etibarsızlığı) mülki məhkəmə icraatı qaydasında baxılır. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2014-cü il tarixli qərarında da qeyd edilmişdir. Beləki, həmin qərarda DƏDR-dən çıxarışın etibarsızlığı ilə bağlı mübahisəni mülki məhkəmə icraatına aid olduğu göstərilmişdir. Həmin işdə də alqı-satqı müqav iləsi mübahisə edilməmiş olmuşdur. Hansı ki, hazırkı iddia da əvvəlcə doğum haqqında akt qeydi mübahisə edilməmişdir.

34. Qeyd edir ki, maddi hüquq normasının ən ciddi pozuntusu işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticə üçün istinad etdiyi məhkəmə qərarının qüvvədə olmaması, ləğv edilmiş olmasıdır. Belə ki, məhkəmə kollegiyasının qərarının əsaslandırıcı hissəsində göstərilir «...işin müəyyən edilmiş hallarından görünür ki, Dubay Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 250/2016 saylı Qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 10(102)-80/17 saylı qərardadı ilə Azərbaycan Respublikasının ərazisində tanınmış və onun məcburi icra edilməsi qərara alınmışdır... Göründüyü kimi Azərbaycanda xx.xx.2012-ci il tarixədək, doğum haqqında qeyd aparılanadək azyaşl ı Ceyla Bağırovanın ABŞ-da doğum qeydinin aparılması faktı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli, 10(102)-80/17 saylı qərardadı ilə də öz təsdiqini tapır.»

35. Bundan başqa, iş üzrə Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarında işə yenidən baxılarkən iş materiallarındakı azyaşlı C.Bağırovaya aid sənədlərin həqiqiliyinin araşdırılması göstərilmişdir. Lakin bu xüsusat işə apelyasiya qaydasında baxan nə əvvəlki, nə də hazırkı məhkəmə kollegiyası tərəfindən araşdırılmamış, iddiaçı tərəfindən təqdim edilmiş C.Bağırovaya aid işdəki sənədlərin həqiqiliyi lazımi qaydada yoxlanmamış və heç bir əsas olmadan ABŞ-da akt qeydi aparılması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə iş materaillarına deyil, tərəfin şifahi izahatına əsaslanmışdır. ABŞ -da hər doğulan uşağa pasport verilir. Ona görə də pasportun verilmə tarixi məhkəmənin doğum şəhadətnaməsi hesab etdiyi sertifikatın tarixindən əvvəldir. Eyni zamanda iş materiallarına təqdim edilmiş sertifikatın doğum haqqında şəhadətnamə olması nəticəsinə gəlməyə əsas yoxdur. Bu xüsusat lazımi qaydada sübuta yetirilməmişdir. Ona görə də məhkəmə kollegiyasının guya azyaşlı Ceyla Bağırovaya artıq ABŞ-da doğum qeydinin aparılması nəticəsinə gəlməsi əsassızdır.

36. Məhkəmə kollegiyası heç bir qanuni əsas olmadan C.Bağırovanın guya ABŞ vətəndaşı olması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə bağlı qeyd edir ki, xaricdə doğulmuş uşağın doğumu haqqında tibbi şəhadətnaməsi əsasında valideynləri, yaxud valideynlərindən biri Azərbaycan Respublikası vətəndaşı olduqda ona doğum haqqınd a şəhadətnamə verilməsi qanuna uyğundur. İndiki halda uşağın atası D.Bağırov Azərbaycan Respublikası vətəndaşıdır və uşaq da Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı hesab edilir. X1 Azərbaycan Respublikası vətəndaşı olması DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən tələbkara verilmiş xx.xx.2017-ci il tarixli arayışla, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışa və nəhayət Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş «Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında» xx.xx.2019-cu il tarixli qərarla təsdiq edilir. Həmin qərardan şikayət verilməmiş və qüvvədədir. b. Kassasiya şikayətinə etirazlar

37. Kassasiya şikayətinə qarşı yazılı etirazda gostərilmişdir ki, şikayətdə apelyasiya instansiyasının guya İPM 13-cü maddəsinə əməl etmədiyi, ağlabatan müddət təyin etməməsi barədə dəlilləri əsassızdır. Belə ki, ilk iclas xx xxxx 2020-ci il tarixə təyin edilmiş, nə cavabdeh, nə üçüncü şəxslər, nə də onların nümayəndələri hər hansı bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında Bağırov Davud və vəkili iştirak etmiş, cavabdeh Səbail rayon qeydiyyat şöbəsi və digər üçüncü şəxs Bağırova Cəmilə üzrlü səbəblər olmadan iştirak etməmişdir. Məhz xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında bu məsələ bir daha müzakirə edilərək iddiaya dəqiqləşmə verilmişdir. Həmin dəqiqləşmə xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında üçüncü şəxslərdən D.Bağırova və vəkilinə təqdim edilmiş, həmçinin cavabdeh Səbail rayon qeydiyyat şöbəsinin və digər üçüncü şəxs C.Bağırovanın ünvanlarına göndərilmişdir. Lakin cavabdehin dəqiqləşdirilmiş iddiaya münasibəti məhkəməyə daxil olmamışdır. A.Qulyev isə işə aidiyyətı olmayan vəsatətlər verərək işin icrasını dayandırmaqda maraqlı olmuşdur. Belə ki, D.Bağırov tərəfindən İddiaçı qarşı “valideynlık hüququndan məhrum edilməsi” tələbinə dair Sabunçu rayon məhkəməsinin icratında olmuş mülki işə görə bu inzibati işin icraatının dayandırılması tələb edilmiş, onun vəsatəti rədd edilmişdir.

38. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə” xx xxxxxx 2019-cu il tarixində çıxarılmış qərarın mövcud olması belə apelyasiya instansiyasının çıxardığı qərara təsir etmir. Çünki xx xxxxxx 2012 il tarixdə X9 Nyu-York şəhərində anadan olan, həmçinin həmin ölkənin vətəndaşı olan azyaşlı Ceylaya ilk olaraq xx xxxxxx 2012-ci il tarixdə doğum haqqında şəhadətnamə, xx xxxxxx 2012-ci il tarixdə isə ABŞ vətəndaşına dair pasport verilmişdir. Həmçinin azyaşlı Ceylanın X9 vətəndaşlığı ləğv edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Üçüncü şəxs X13 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.

40. İddiaçının vəkili X17 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, şikayətin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə

158. X5 qeydə alınması 158.1. X5 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X5 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə

159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. X5 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X5 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Maddə

160. Akt kitabları, X5 qeydə alınma qaydaları 160.1. X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X5 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. X5 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə

161. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinə etiraz etmə qaydası 161.1. X5 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə

163. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi 163.1. X5 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Maddə

166. Doğumun qeydə alınması qaydası 166.1. Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sistemin ə ötürülür. 42. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı Qaydası”

2. Doğumun qeydə alınması 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olm adıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.

42. İnzibati icraat haqqında Qanun Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdı r. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. İş üzrə üçüncü şəxs apelyasiya məhkəməsinin qərarının bütö vlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, mahiyyəti üzrə düzgün nəticəyə gəlinmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarına görə, iş materiallarında olan Nyu-York şəhəri Səhiyyə və Psixogigiyena İdarəsi tərəfindən verilmiş N1xx-xx-103272 saylı xx.xx.1012-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, Ceyla Bağırova xx.xx.2012-ci il tarixdə X9 Nyu-York şəhəri, Manhetten rayonunda X34 Mərkəzi xəstəxanasında doğulmuşdur. Ata qrafasında Bağırov Davud, ana qrafasında X11 qeyd edilmişdir.

48. Apelyasiya instansiyası məhkəməsi işin bu faktiki halı əsasında qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən azyaşlı Ceyla Bağırovanın adına xx.xx.2012-ci il tarixdə doğum haqqında qeyd aparılarkən sonuncuya artıq ABŞ-da doğum şəhadətnaməsi verildiyi nəzərə alınmamışdır. İddiaçının qızı Ceyla Bağırovanın adına doğum qeydi ABŞ-da aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda cavabdeh inzibati orqanın yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə olan halda həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir.

49. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “X5 dövlət qeydiyyatı Qaydası”nn yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, X5 qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur.

50. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəs ində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

51. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. 52. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin xx xxxx 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur).

53. İddiaçının uşağı ABŞ-da doğulmuş və onun doğulması sözügedən Paktın t ələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda yenidən (təkrar) qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının uşağının doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamışdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, uşağın vətəndaşlığı ilə bağlı kassasiya şikayətində, habelə iddiaçının izahatlarında açılan mübahisənin hazırki iddianın həlli çərçivəsində həllinə zərurət yoxdur. Çünki doğum qeydiyyatı vətəndaşlıq hüququndan deyil, vətəndaşlıq hüququ doğumdan asılı ola bilər. 55. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində də göstərilir k i, hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir.

56. Nəzərə alınmalıdır ki, həmin Qanunun preambulasına görə bu Qanun, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

57. Kassatorun iddianın mü mkünsüzlüyü barədə dəlillərini də məhkəmə kollegiyası qəbul etmir. Belə ki, iddianın növünün apelyasiya icraatında dəqiqləşdirilməsinin mümkünsüzlüyü və doğum akt qeydinin ləğvi barədə ilkin olaraq inzibati orqana müraciətin olmaması barədə dəlillər araşdırılarkən işin bəzi halları nəzərə alınmadan bu dəlillərə qiymət verilə bilməz.

58. Həqiqətən də Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apelyasiya icraatında tətbiq edilməsi yol verilməzdir.

59. Lakin hazırda baxılan işin spesifik xüsusiyyəti ondan ibarətdir ki, Ali Məhkəmədə üçüncü icraata qədər məhkəmələrin baxdığı iddia “xx xxxxxx 2012-ci il tarixdə 1479-cu nömrə ilə verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılmas”ndan ibarət olsa da, əslində məhkəmlərin çıxardığı yeddi qərarda məhkəmə araşdırmasının predmeti, mahiyyət və məzmun baxımından tamamilə akt qeydinin düzgünlüyü ilə bağlı hüquqi məsələlərə aid olmuş, həm iddiaçının, həm cavabdehin, həm də üçüncü şəxslərin dəlilləri qeydiyyat qaydalarına əsaslanmış, məhkəmələrin hüquqi əsaslandırması da məhz doğum akt qeydinin aparılmasının qanuni əsasları ilə bağlı olmuşdur. İlkin iddianın araşdırma predmetinin şəhadətnamə ilə yanaşı həm də akt qeydini təşkil etməsi, iddia şrizəsinin əsaslandırılmasından və iddia ərizəsinin sonunda irəli sürülən tələbin məzmunundan da görünürdü. Belə ki, “xx xxxxxx 2012ci il tarixdə 14 79-cu nömrə ilə verilmiş doğum haqqında şəhadətnamə” yoxdur. Doğum haqqında şəhadətnamə AZ İİ 970077 nömrəsi ilə verilmişdir. xx xxxxxx 2012-ci il tarixi və 1479 nömrəsi isə akt qeydinin nömrəsidir.

60. Nəzərə alınmalı olan əsas xüsusatlardan biri isə ondan ibarətdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin birinci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

61. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, iddia üzrə məhkəmə icraatı xx.xx.2017-ci ildə başlanmış, iddianın dəqiqləşdirilməsi barədə ərizə verilə nədək iş üzrə yuxarıda göstərilən yeddi məhkəmə qərarı çıxarılmışdır. İşin bu vəziyyətində iddianın dəqiqləşdirilməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə göndərilməsi, ədalətli məhkəmə araşdırması hüququn baxımından qənaətbəxş sayıla bilməzdi.

62. Bundan başqa, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun «“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxx 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərdən hərəkət edib hazırki işin halları üzrə qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaların mümkünlü k meyarlarının tətbiqi məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması əsaslarındandır. Mümkünlüklə bağlı prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

63. Məhkəmə kollegiyası “akt qeydinin ləğv olunması” tələbi üzrə məhkəməyə qədər cavabdehə müraciət olunmaması barədə kassatorun dəlilinə həm də bu mövqedən yanaşmağı zəruri sayır. İlkin müraciətin mahiyyəti tərəflər arasında mübahisənin olub-olmamasının, mübahisə olduğu halda cavabdehin dəlillərinin müəyyən olunması baxımından önəmlidir ki, baxılan işdə də cavabdehin akt qeydinin ləğvinə münasibəti, onun dəlilləri aydındır və iddia tələbi ilə razılaşmaması şübhəsizdir. Bu halda və 4 il eyni əsaslarla məhkəmə çəkişməsinin davam etdiyi vəziyyətdə iddiaçnın akt qeydinin ləğvi barədə ilkin müraciətin olmaması əsası ilə iddianın mümkün sayılmaması, prosessual normaların icraatın ədalətliliyinə mənfi təsir edə biləcək dərəcədə, ifrat formal tətbiqi deməkdir.

64. İddiaçının akt qeydinin mövcudluğundan 2013-cü ildə məlumatlı olması barədə kassatorun dəlili də qəbul edilən deyil. Belə ki, iddia müddətlərinin axımının başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi faktlar (inzibati aktın təqdim edilməsi və ya bu barədə yazılı məlumatın verilməsi) mövcud deyildir.

65. Dubay məhkəməsinin qərarının tanınması ilə bağlı dəlillər hazırki iddianın həlli, yəni cavabdehin hərəkətlərinin qanuniliyinin qiymətləndirilməsi üçün əhəmiyyətli deyil dir. Apelyasiya məhkəməsinin Dubay məhkəməsinin qərarının tanınmasına istinadı, qərar üzrə gəlinən nəticəyə təsir etmir və bu hal apelyasiya məhkəməsinin qərarının ləğvinə əsas vermir.

66. Çünki İPM-nin 96.7-ci maddəsinə görə mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

67. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsas hesab olunmur. Apelyasiya instansiyası məhkəməsi qərarını bir qədər fərqli əsaslandırsa da, mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.

68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Üçüncü şəxsin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1199/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar