Məhkəmə qərarları › İş №2-1(102)-78/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-78/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-78/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, alqı-satqı müqaviləsinmin ləğv olunması, işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi, X4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, müqavilənin və çıxarışın ləğv olunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 21(103)-1630/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 2013-cü il ta rixli 20s saylı sərəncamının surətindən müəyyən olunur ki, ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin balansında olan Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş ARDNŞ-nin Nizamnaməsinin 2.4 bəndinə əsasən və SOCARSS – 005.2010 standart sənədinin 01.5-ci bəndi ilə müəyyən edilmiş şərtlərlə Sİİ MKTİTTD-nin balansındakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən 238,50 kv.metr qeyri-yaşayış sahəsinin (keçmiş 5/2 saylı idman malları mağazası) İddiaçı icarəyə verilməsi qərara alınmışdır. 2. xx.xx.2019-cu il tarixli 26/01 saylı Hərrac protokolunun surətindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli 105 №li sərəncama əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 110B ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanın satışı ilə bağlı keçirilən hərracın qalibi X4 olmuşdur.

3. Müəssisənin (obyektin) alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 4377 №li müqavilənin surətindən müəyyən olunur ki, həmin müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (budan sonra “Satıcı” adlandırılacaq), digər tərəfdən X4 (ş/vi AZE № 17521317, xx.xx.2019-cu ildə Qaradağ RPİ tərəfindən verilib) (bundan sonra “Alıcı” adlandırılacaq) arasında bağlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə və üçüncü şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km, 110B ünvanda yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi,10 iyul 2019-cu il tarixli 4377 saylı müqavilənin, X2 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km 110B ünvanda yerləşən ümumi sahəsi 227.9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/01 nömrəli hərracın nəticələrinə dair protokolunun etibarsız hesab e dilməsi, sözü gedən dükanın alqı-satqısına dair 10 iyul 2019-cu il tarixli 4377 nömrəli müqavilənin və X2 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli 569156 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli 2(103)-4193/2021 saylı qətnaməsilə Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və ona yeni iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mübahisəli dükan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 203 saylı 28 yanvar 2013-cü il tarixli sərəncamı ilə onun icarəsinə verilmişdir. Bədbəxt h adisə haqqında tərtib edilmiş 4 saylı aktın məzmunundan məlum olur ki, istehsalat qəzası nəticəsində aldığı xəsarətlərin nəticəsi olaraq, dükan maddi vəziyyətinin yaxşılaşdırılması üçün ayrılmışdır. Uzun müddət icarə müqaviləsi əsasında məlum obyektdə fəaliyyət göstərmişdir. Hazırda obyekt onun sahibliyində və istifadəsindədir. Lakin cavabdeh təşkilat ona məlumat vermədən, obyektə baxış keçirmədən, X1, bir neçə il keçməsinə baxmayaraq alıcı obyektə gəlməmiş və görmədiyi bir qeyri-yaşayış sahəsinə küllü miqdarda vəsait ödəmişdir.

6. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 58-ci km, 110B ünvanında yerləşən 227.9 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixində keçirilmiş hərracda X4 tə rəfindən özəlləşdirilmiş və sonuncuya mülkiyyət hüququ haqqında xx.xx.2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixli sərəncam verilmişdir. Qeyd edilən əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Komitə tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-cı yarımbəndinə əsasən: icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Yuxarıda qeyd olunduğu kimi mübahisənin predmeti olan əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında icarə müqaviləsi bağlanılmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlakın icarəçiyə təklif olunması öhdəliyini daşımamış və əmlakın hərrac vas itəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9730/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərardadı ilə iddia tələbi X2 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

9. Həmin qərardaddan apellyasiya və kassasiya şikayətləri verilməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(11 2)-2115/2022 nömrəli qərarı ilə (hakim: N.Abıyev) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 28 yanvar 2013-cü il tarixdən İddiaçı icarəyə verilmiş, 2014-cü ildən həmin daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmiş, iddiaçı ilə adı çəkilən Komitə arasında mübahisəli daşınmaz əmlaka dair icarə müqaviləsi bağlanmamış, sonuncu tərəfindən həmin daşınmaz əmlakın özəlləşdirilməsi haqqında qərar qəbul edilmiş, qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraca dair iddiaçıya rəsmi qaydada bildiriş təqdim olunmuş, hərrac haqqında məlumat Komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində qanun la müəyyən olunmuş müddətdə dərc olunmuşdur. Lakin iddiaçı hərracda iştirak etmək hüququndan istifadə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla mübahisəli daşınmaz əmlakın satışı ilə bağlı hərrac keçirilmiş və hərracı udmuş şəxslə alqı-satqı müqaviləsi bağlanmış, bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-1630/2022 nömrəli qərarı ilə (sədrlik edən – S.İ. Bəktaşi, hakimlər – A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-1630/2022 nömrəli qərarının ləğv edilməsini, xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri işin halları, iddia tələbi və apellyasiya şikayətinin məzmunu ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ 18. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun. Maddə 1.0.1 Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 2.1 Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Maddə 8.1 Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir. Maddə 15.1 Dövlət əmlakının özəlləşdiri lməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir. Maddə 16.1.6 Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır. Maddə 22.1 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı: 1.1 İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq döv lət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. 2.2. Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər 2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər 2.3.1. Topdansatış və pərakəndə ticarət müəssisə və obyektləri (o cümlədən istehsaltexniki təyinatlı məhsullar satan müəssisə və obyektlər). 2.3.2. İctimai iaşə və məişət xidməti müəssisələri və obyektləri (idarə tabeli açıq pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektləri daxil olmaqla). 2.3.3. Xarici ticarət birlikləri və dövlət təchizatının topdansatış müəssisələri. 2.3.4. Tikinti və təmir-tikinti idarələri, inşaat materialları sənayesi müəssisə və obyektləri (dövlət əhəmiyyətli t ikinti və tikinti materialları sənayesi müəssisə və obyektləri istisna olmaqla), yerli sənaye kombinatları. 2.3.5. Tikintisi dondurulmuş obyektlər, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlər. 2.3.6. Yeyinti sənaye müəssisələri. 2.3.7. Şərab, şampan və konyak zavodları, pambıqtəmizləmə zavodları, tütün fermentləşdirici fabriklər və tütün kombinatları, çay və çayçəkici fabrikləri. 2.3.8. Çörək və çörək məhsulları, qarışıq yem və qida konsentratları istehsalı üzrə müəssisələr. 2.3.9. Kənd təsərrüfatı istehsalına xidmət edən və onu istehsal-texniki və təyinatlı məhsullarla təmin edən müəssisələr. 2.3.10. Yüngül sənaye müəssisələri. 2.3.11. Ağac emalı və kağız-sellüloz sənaye müəssisə və obyektləri, tara istehsalı və qablaşdırma müəssisələri də daxil olmaql a. 2.3.12. Yun emalı müəssisələri. 2.3.13. Avtomobil nəqliyyatı müəssisələri. 2.3.14. Ümumi istifadədə olan yolları təmir edən və xidmət göstərən müəssisələr. 2.3.15. Hamamlar və camaşırxanalar. 2.3.16. Mərasim xidmətləri göstərən müəssisə və obyektlər. 2.3.17. Lombardlar. 2.3.18. Turizm təşkilatları. 2.3.19. Apteklər və aptek bazaları (anbarları), tibb texnikası bazaları. 2.3.20. Zibil emalı zavodları və stansiyaları. 2.3.21. İcarəyə verilmiş dövlət əmlakı (özəlləşdirilməsi qadağan olunan müəssisələrin əmlakı, habelə ərazi və texnoloji cəhətdən müəssisədən ayrı özəlləşdirilməsi mümkün olmayan əmlak istisna olmaqla). 2.3.22. Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sa hələri. 2.3.23. Sanatoriya-kurort və mehmanxana təsərrüfatı müəssisə və obyektləri, idarə tabeliyindən asılı olmayaraq qonaq evləri. 2.3.24. Neft və neft məhsullarının pərakəndə satışı üzrə müəssisə və obyektlər. 2.3.25. Hüquqi varisi müəyyən edilmədən ləğv olunmuş dövlət müəssisə və təşkilatlarının əmlakı.... 4.6.5 Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdi kdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2020-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamə:

5. İcarəyə verilmiş dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi haqqında qərarlar İİ Dövlət Proqramının 2.2-ci və 2.3-cü bəndlərində müəyyən edilmiş təsnifatdan asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir....

18. Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələri əsasında icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair belə amillər nəzərə alınmaqla, Dövlət Xidməti tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bəndində nəzərdə tutulmuş qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydaları; 1.1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında " Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının habelə dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və dövlət əmlakının hərraclar vasitəsi ilə satışının keçirilməsi qaydalarını, alıcıların hərracda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. 1.2. Hərraclar vasitəsi ilə dövlət ə mlakının habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. 1.3. Özəlləşdirilən dövlət əmlakının habelə torpaq sahələrinin satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Satıcı) çıxış edir. 2.1. Satıcı hərraca hazırıq mərhələsində: hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – İqtisadiyyat Nazirliyi) rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təmin edir; hərracların keçirilməsi üzrə komissiya təşkil edir və zəruri hallarda onun işinə müstəqil ekspertlər cəlb edir; əmlakı hərraca çıxarılan müəssisə və obyektin, dövlətə məxsus səhmin habelə torpaq sahələrinin start qiymətini müvafiq qaydada müəyyən edir; hərracın iştirakçıları ilə hesablaşmalar aparır; hərraclarda iştirak etmək istəyən şəxslərdən sifarişləri və ona əlavə olunmuş sənədləri qəbul edir, onların qeydiyyatını aparır. 2.2. Hərracların keçirilməsi haqqında məlumatda aşağıdakılar öz əksini tapmalıdır: hərracın keçirilməsi forması; hərraca çıxarılan əmlakın tam adı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan; müəssisənin, obyektin və ya onların səhmlərinin habelə torpaq sahələrinin start qiyməti; özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası, onların öhdəliklərlə yüklənməsi (əgər mövcuddur sa); müəssisənin digər müəssisələrdə iştirak payının (səhmlər, hissələr) həcmi; qeyri-maddi aktivlər (patent, ticarət markası və s.); müəssisənin öhdəlikləri (müqavilə, büdcə, kredit və digər öhdəlikləri); müəssisənin buraxdığı məhsulların (işlərin, xidmətlərin) əsas çeşidi; işçilərin sayı; müəssisənin ekoloji vəziyyəti; buraxılmış səhmlərin nominal dəyəri; müəssisənin səhmlərinin satışı üsulu; səhmlərin satışına qoyulan məhdudiyyətlər (bu cür məhdudiyyətlər müəyyən edilmişsə); satışa çıxarılan səhmlərin ümumi miqdarı və növü; bir səhmin nominal dəyəri; sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri; sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları (zərurət olduqda mərtəbə, otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə); hərraclarda iştirak etmək üçün sifarişçilərin sifariş i lə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər; hərracların keçirilməsi tarixi, vaxtı və ünvanı; satıcı və komissiyanın qərargahının telefon nömrələri və ünvanı; ilkin satış qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin keçirilməsi üçün müvafiq bank hesabı; alıcıları maraqlandıran digər məlumatları almaq qaydası.... 4.1. Hərracın keçirilməsi məqsədilə satıcı tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiya 5 (beş) nəfərdən ibarət olmaqla onun tərkibinə satıcının, satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının, yerli maliyyə və ədliyyə orqanlarının nümayəndələri daxil edilir. Komissiyanın sədri satıcının nümayəndələrindən təyin olunur.

6. Özəlləşdirmə əqdləri A zərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir.

19. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində bax ır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. 23. "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 2013-cü il tarixli 20s saylı sərəncamı ilə müəyyən olunur ki, onun balansındakı Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən 238,50 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının icarəsinə verilmişdir.

24. Cavabdeh Dövlət Xidmətinin sərəncamına əsasən əmlakın hərracla satılmasına qərar verilmiş, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən hərracda hərracın qalibi X4 olmuş, bu barədə protokol və alqı-satqı müqaviləsi bağlanmışdır.

25. İddiaçı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və alqısatqı müqaviləsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış və iddia r ədd edilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 28 yanvar 2013-cü il tarixdən iddiaçıya icarəyə verilmiş, 2014-cü ildən daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmiş, iddiaçı ilə adı çəkilən Komitə arasında mübahisəli daşınmaz əmlaka dair icarə müqaviləsi bağlanmamış, Komitə tərəfindən həmin daşınmaz əmlakın özəlləşdirilməsi haqqında qərar qəbul edilmiş, qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraca dair iddiaçıya rəsmi qaydada bildiriş təqdim olunmuş, hərrac haqqında məlumat Komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində qanunla müəyyən olunmuş müddətdə dərc olunmuşdur. Lakin iddiaçı hə rracda iştirak etmək hüququndan istifadə etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla mübahisəli daşınmaz əmlakın satışı ilə bağlı hərrac keçirilmiş və hərracı udmuş şəxslə alqı-satqı müqaviləsi bağlanmış, bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.

27. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, sözügedən obyektin satışa çıxarılması barədə icarəçi olaraq ona nə rəsmi, nə də qeyri-rəsmi heç bir məlumat verilməmişdir, obyekti satın almaq üçün ona heç bir təklif edilməmişdir.

28. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

29. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, eyni dəlilləri iddiaçı apelyasiya şikayətində bildirmiş, lakin ap elyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək qərarında apelyasiya şikayətinin dəlillərinə ətraflı münasibət bildirməmişdir.

30. Kollegiya qeyd edir ki, mübahisə olunan əmlak hərraca çıxarılarkən iddiaçının icarəsində olduğu halda “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin tələblərinə, iddiaçının icarəsində olmadığı halda isə “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın tələblərinə uyğun araşdırma aparılmalıdır.

31. Apelyasiya instansiyası məhkəməsi bu barədə, o cümlədən əmlak hərraca çıxarılarkən iddiaçının icarəsində olub-olmaması ilə bağlı araşdırma aparmamışdır. 32. “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən, icarəyə verilmiş dövlət müəssisələrinin (oby ektlərinin) özəlləşdirilməsi haqqında qərarlar İİ Dövlət Proqramının 2.2-ci və 2.3-cü bəndlərində müəyyən edilmiş təsnifatdan asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.

33. Apelyasiya məhkəməsi mübahisə olunan əmlakın Əsasnamənin 5-ci bəndinin təsir dairəsinə aid olmasını müəyyən etməmiş, əmlakın cavabdeh Dövlət Xidmətinin balansında olub-olmamasını və qəbul etdiyi xx.xx.2016-ci il tarixli sərəncamın qanuniliyini yoxlamamış, əmlakın SOCAR tərəfindən iddiaçının icarəsinə verilməsi və cavabdeh tərəfindən hərrac keçirilməsi barədə sərəncam qəbul edilərkən və hərraca çıxarılarkən əmlakın iddiaçının icarəsində olub-olmamasını, daha sonra isə Əsasnamənin 18-ci bəndinin tələbinə uyğun ətraflı araşdırma aparmamış, əmlak özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı ol madığı və iddiaçının icarəsində olduğu halda, icarəyə verilmiş əmlakın 100 faiz dəyəri ilə icarəçiyə təklif olunması, təklifin və təklifdən imtinanın hansı mötəbər sübutlarla təsdiq olunmasını araşdırmamışdır.

34. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının 2.1-ci bəndində əmlak hərraca çıxarılarkən hazırlıq mərhələsində görülən işlər, 2.2-ci bənddə isə hərracın keçirilməsi barədə məlumatlarda nələrin göstərilməli olması qeyd edilmişdir.

35. İşdən görünür ki, əmlak 3 dəfə hərraca çıxarılmışdır.

36. Əmlak 3 dəfə hərraca çıxarılarkən Qaydaların 2.1 və 2.2-ci bəndlərində göstərilən tələblərə cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əməl edibetməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. 37. “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının 4.1-ci bəndinə cavabdeh Dövlət Xidməti tərəfindən əməl edilməsi yoxlanılmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12 və 58-ci maddələrinin tələbləri təmin olunmadığından iddiaçının kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qəbul etdiyi qərar ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı cavabdehlərin hərəkətləri yuxarıda sadalanan hüquq normalarına uyğun yoxlanılmalı və qiymət verilməlidir.

39. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: K assasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli 21(103)-1630/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar