Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-78/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əsasında duran hüquqmüəyyənedici sənəd mübahisələndirilmədən daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatının mübahisələndirilməsi, xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi, iddianın qeyri-mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəç i), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair X1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2-1(107)-409/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyinin ünvan 1 ünvanında yerləşən 0,75 ha torpaq sahəsinə mülkiyyət hüququnu məhdudlaşdıran cavabdeh tərəfindən X1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Şəki İnzibati Məhkəməsinin 08 may 2024-cü tarixli, 2-1(116)-130/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2-1(107)-409/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, iddiaçıların hüquqi marağı ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair X1 adına aparılmış qeydiyyatın ləğv edilməsindən ibarətdir. İddiaçılar iddia tələbində həmin qeydiyyatın etibarsız hesab edilməsini xahiş etsələr də, onların hüquqi marağı və məqsədi həmin qeydiyyatın ləğv edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə mübahisə predmeti qismində cavabdeh tərəfindən mülkiyyət hüququna dair aparılmış ilkin qeydiyyat çıxış etmişdir.
5. Aparılmış qeydiyyatın əsasında olan ilkin sənədlər məhkəmə tərəfindən araşdırılmışdır. Müəyyən edilmişdir ki, Ağsu XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 15 nömrəli qərarı ilə Ağsu şəhər sakini, DİŞ-nin sürücüsü X2 31-ci kvartaldan 23 nömrəli xidməti evin həyətindəki istifadəsiz qalmış ərazidən 48 kv.m yaşayış, 35 kv.m qeyri-yaşayış sahəsi olan iki otaqlı, bir mərtəbəli ev tikmək üçün 0,05 ha həyətyanı torpaq sahəsi t əhkim edilmişdir. İnşa olunan fərdi yaşayış evi həmin torpaq sahəsi üzərindədir. Aqrar islahat zamanı hüquqmüəyyənedici sənəd verilməməsinə baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 135 nömrəli məktubu nəzərə alınmaqla həmin torpaq sahəsi üzərində X1 adına qeydiyyat aparılmışdır. Ağsu RPŞ-nin ərazisində inşa olunan fərdi yaşayış evindən iddiaçıların məlumatlı olmaması ağlabatan deyildir.
6. Ağsu XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 15 nömrəli qərarında X2 torpaq sahəsinin təhkim edilməsinin qeyd olunması, onun mülkiyyətinə verilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrün normaları baxımından torpağın özəl mülkiyyətə verilməsi anlayışı mövcud olmadığından, sonrakı özəlləşdirmə prinsipləri baxımından eynilik t əşkil edir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi Ağsu rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 15 nömrəli iclas qərarı əsasında cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Həmin qərar mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, qeydiyyatın aparılmasına əsas olan sənədlər qüvvədə olduğu və mübahisələndirilmədiyi halda qeydiyyatın mübahisələndirilməsi mümkün deyildir.
7. Digər tərəfdən həmin sənədin mübahisələndirilməsi də müddətlər baxımından mümkün olmadığından prosessual qənaət prinsipi baxımından iddia mümkünlük şərtlərinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzi bati orqanların xx.xx.2011-ci il tarixədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi xx.xx.2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, həmin Məcəllə də qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
8. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, əd alət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxş ar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməm işdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-384/2024 nömrəli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində hüquq dövlət reyestrində hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınır, cavabdeh həmin sənədlərin məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənədlərin qüvvədə və etibarlı olduğu müddətdə cavabdeh tərəfindən sözügedən hüquqmüəyyənedici s ənədlərə əsasən aparılmış qeydiyyatın ləğvi tələb oluna bilməz. Bu baxımdan iddiaçılar ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə nail olmalı idilər.
13. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı a radan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2985/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-2940/2023 nömrəli qərarları).
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı mə hkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnziba ti Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2024-cü il tarixli, 21(107)-409/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.