Məhkəmə qərarları › İş №2-1(102)-780/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-780/2019

21.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-780/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 21.05.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 və Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin bəndinin dəyişdirilməsi haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.09.2018-ci il tarixli qərarından cavabdeh Nazirliktərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binası nda, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 sentyabr 2017-ci il tarixli, 0676 saylı əmrinin dəyişdirilərək «j» bəndi ilə (öz xahişi ilə işdən azad) əvəz edilməsi öhdəliyinin cavabdeh Nazirliyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağyev; iş No 2-1 (82)-581/2018) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 sentyabr 2017-ci il tarixli, 0676 saylı əmrinin dəyişdirilərək “j” bəndi (öz xahişi ilə işdən azad) əvəz edilməsi vəzifəsinin cavabdeh Nazirliyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.09.2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 2-1(103)-1702/2018) cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 12.04.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Nazirlik kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Nazirliyin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, iş üçün əhəmiyyətli olan faktları araşdırmamış, maddi və prosessu al hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Nazirliyin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 18.09.2018-ci il tarixli qərarını ləğv edib, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Nazirliyin nümayəndəsi T.Həsənov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə birlikdə iştirak etmədiyindən məhkəmə kollegiyası tər əfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 07 may 2017-ci ildə öz arzusu ilə ehtiyata buraxılması barədə komandanqlığa müraciət etmiş, onun sənədləri müvafiq təqdimatla 10 avqust 2017-ci ildə komanda üzrə N saylı hərbi hissəyə göndərilmişdir. N avqust 2017-ci ildə N saylı hərbi hissədə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılan zabitlərlə söhbət aparılarkən iddiaçıya bir il hərbi xidmətdə qalıb xidmətini davam etdirməsi təklif olunmuşdur. Polkovnik-leytenant İddiaçı həmin təkliflə razılaşaraq xidmətini davam etdirmişdir. Lakin sonradan Azərbaycan Respublikası Müdafiə nazirinin 16 sentyabr 2017-ci il tarixli, 0676 saylı əmri ilə «Hərbi xdmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) N saylı hərbi hissənin 1713-cü motoatıcı taborunun komandiri polkovnik leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həmin əmri mübahisələndirmiş və əmrdə onun öz arzusı ilə fıəqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair dəyişiklik edilməsini xahiş etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə nazirinin 055t saylı, 25 iyun 2004cü il tarixli əmri ilə kapitan İddiaçı “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 040t saylı, 25 iyun 2004-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif edilmişdir. 12.11.2011-ci il tarixdə döyüş və ictimai-siyasi hazırlıq dərslərində fərqləndiyinə, nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə və Konstitusiya Günü münasibətilə İddiaçı Fərman oğlu fəxri fərman ilə təltif olunmuşdur; 2013-cü il tarixdə döyüş və ictimai-siyasi hazırlıq ərşlərində fərql əndiyinə, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə ə Novruzov bayramı günü münasibətilə kapitan İddiaçı fəxri fərman ilə təltif olunur. Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t saylı, 24 iyun 2013-cü il tarixli əmri ilə kapitan İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı ilə təltif edilmişdir. 28 iyul 2014-cü il tarixdə Ramazan bayramı münasibətilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi naliyyətlərə görə kapitan İddiaçı fərxri fərman ilə təltif olunmuşdur; 09 may 2015-ci il tarixdə döyüş və ictimai-siyasi hazırlıqda də etdiyi nailiyyətlərə və 9 may-faşizm üzərində qələbənin 70-ci il dönümü münasibətilə mayor İddiaçı fəxrri fərman ilə təltfi edilmişdir. Azərbaycan Respublikası Müdafiə na zirinin 052t saylı, 26.06.2015-ci il tarixli əmri ilə İddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal təqdim edilmişdir; İddiaçı 09.11.2015-ci ildən 04.12.2015-ci ilə kimi X3 komandanlığında kurs keçmişdir. Azərbayan Respublikası Müdafiə nazirinin 088t saylı 13 may 2016-cı il tarixli əmri ilə mayor İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) ” yubiley medalı ilə təltif edilmişdir. Azərbayan Respublikası Müdafiə nazirinin 0117t saylı 26.06.2016-cı il tarixli əmri ilə mayor İddiaçı “Qüsursuz Xidmətə görə” 1 dərəcəli medal eilə təklif edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh Nazirliyin mübahisələndirilən əmrinin veril məsinə əsas olmuş sənədlərə və bu sənədlərə əlavə olunmuş N saylı hərbi hissənin komandirinin N avqust 2017-ci il tarixli təqdimatına görə, polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 avqust 2017-ci il tarixli müvafiq əmri ilə taktiki səviyyədə olan komandir heyətinin peşəkar hazırlıq səviyyəsinin yoxlanması zamanı keçirilmiş nəzarət məşğələlərindən qeyr-kafi qiymət aldığına görə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Həmin təqdimatda göstərilənlərdən fərqli olaraq, cavabdeh Nazirlik iddiaçının 18 avqust 2017-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən keçirilən tabor komandirlərinin imtahanında iştirak etdiyi və göstərdiyi nəticəyə görə qeyri-kafi qiymətləndirildiyi göstərilmiş, 18 avqust 2017-ci il və ya 29 avqust 2017-ci il tarixlərində imtahanın keçirilməsinə və nəticələrinə dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasənmübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bundan əlavə, “Hərbi xidmətkeçmə haqqında” haqqında Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçular ilə onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılır. İşin materiallarında olan 30 iyun 2017-ci il tarixli, 1-ci söhbət vərəqəsində “Söhbət aparılan şəxsin cavab və mülahizələri” böl məsində göstərilmişdir ki, “verilən suallara hazır olmadığımıdan qeyri-kafi qiymət aldım”. Məhkəmə araşdırması zamanı avqust 2017-ci ildə keçirilən imtahanın nəticələrinin artıq 30 iyun 2017-ci ildə məlum olması və aparılan söhbət vərəqində göstərilməsinə cavabdeh Nazirlik tərəfindən aydınlıq gətirilməmişdir. Görünür ki, iddiaçının xidmətində peşəkarlığı qiymətləndirilərək, ona daha bir il ərzində hərbi xidmətdə qalması təklif olunmuşdur. Həmçinin cavabdeh Nazirliyin nümayəndəsinin və iddiaçının məhkəmə iclasında verdiyi izahatlarına görə, iddiaçıya 25 illik xidmət müddətinin tamam olması ilə bağlı «Silahlı Qüvvələrin Veteranı» medalının verilməsi üçün təqdimat göndərilmişdir. Ümumiyyətlə cavabdeh Nazirliyin istinad etdiyi imtahanın nəticələrinə dair hər hansı sübutun məhkəməyə təqdim edil məməsi, iddiaçının xidməti uyğunsuzluğa görə tərxis olunması sonuncunun xidmət etdiyi dövrlərdə döyüş və ictimai-siyasi hazırlıq dərslərində fərqlənməsi, nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə və qüsursuz xidmətlərinə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən fəxri fərman və medallarla təltif olunması hallarına uyğun deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 -ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Belə olana halda, iddiaçının 07 may 2017-ci ildə öz arzusu ilə ehtiyata buraxılması barədə komandanlığa müraciət etməsi və onun sənədləri müvafiq təqdimatla 10 avqust 2017-ci ildə komanda üzrə N saylı hərbi hissəyə göndərilməsi və iddiaçının 1992-ci ildən, yəni 25 il (güzəştlə 18 il 04 ay, 17 gün olmaqla, cəmi 43 il 05 ay 14 gün) xidmət etməsi işin mübahisələndirilməyən halı olduğundan 1-ci instansiya məhkəməsinin mübahisələndirilən 16 sentyabr 2017-ci il tarixli, 0676 saylı əmrin dəyişdirilərək “j” bəndi (öz xahişi ilə işdən azad) əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi aşağıdakı normaların tələblərinə uyğundur. Beləə ki, Azərbaycan Respublikası İPM-nin 32-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrin dən ehtiyata buraxılırlar: j) öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Həmin Əsasnamənin 159-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, idarələrə və onlara tabe olan idarələrə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçular bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslarla, həmin orqanların, idarə və təşkilatların təqdimatı ilə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Nazirliyin kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olmadığından qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar mə hkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntu suna yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 18.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar