Məhkəmə qərarları › İş №2-1(102)-780/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-780/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-780/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüq uqi şəxsin Zaqatala rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)46/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı 1973-1975-ci illərdə hərbi xidmətdə olduğu 2 il müddətin, 1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, 1982-1987-ci illərdə Zaqatala Kolxozlararası tikinti təşkila tında 5 il, 1987-2005-ci illərdə isə X2 18 il olmaqla ümumilikdə 27 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona pensiya hüququnun yarandığı xx xxxxx 2019cu il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Zaqatala rayonunun Kebeloba kəndində anadan olmuşdur. xx.xx.1973-xx.xx.1975ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. 1975-1977-ci illərdə 2 il 16 gün sürücülük məktəbində təlimçi, xx.xx.1982-xx.xx.1987-ci illərdə Zaqatala Kolxozlararası tikinti təşkilatında, xx.xx.1987-xx.xx.2005-ci illərdə X2 sürücü işləmişdir. İddiaçı hüquq unun yarandığı zaman cavabdeh orqana ona pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-76/2020 nömrəli, (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdehin üzərinə iddiaçının 1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X2 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi iş üzrə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Kon stitusiyasının 12, 38, 71-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 19.1, 46.3-cü maddələrinə, Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2021-ci il tarixli 2-1(107)-46/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmanverdi Şükürov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-76/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarına istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, cavabdehin üzərinə iddiaçının 19751977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X2 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini qoymaqla düzgün nəticəyə gəlmişdir, və bununla da iddiaçının tələbi qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-46/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarı qanunazidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qə bul edilməlidir. 9. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

10. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

11. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pen siyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

12. İddiaçı, İddiaçı 1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün təhsil almasına dair hər hansı mötəbər sübut olmamasına baxmayaraq, yalnız cinayət işində keçən məlumat iddiaçının həmin məktəbdə təhsil alması və eyni zamanda dəqiq olaraq 2 il 16 gün təhsil alması məhkəmə tərəfindən əsas kimi götürülmüşdür. Bununla yanaşı, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X2 işlədiyi müddətə dair əmək kitabçasında qeyd olsa da, həmin qeyd təsdiqləyən işdən çıxma möhürü kiril qrafısında olmuş, girmə və çıxma əmrlərinə dair qeydlər olmamış və müəssisə tərəfində n həmin əmrlərin toplandığı əmrlər kitabı müəssisədə çıxan yanğın zamanı yandığı iddia edilsə də, müəssisə tərəfindən iddiaçının göstərilən tarixlərdə orada işləməsinə dair arayış verilmişdir (halbuki, verilən arayışdakı məlumatlar rəsmi sənədlərə əsaslanıb verilməli idi, hər hansı müəssisədə çalışan işçilərin şahidliyi ilə deyil).

13. Buna görə, cavabdeh DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialının müvafiq imtina məktubu əsaslıdır. Bu səbəbdən, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 46/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı əsassızdır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inz ibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

16. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

17. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

19. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-4 6/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

22. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı i məhkəmə iclasına gəlmədiyi üçün işə onlnun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

25. Ali Məhkə mənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, cavabdehin vəkilinin çıxışını dinliyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

28. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

29. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kasasiya şikayəti 4 səhifədən ibarət olsa da, onun əksər hissəsini maddi hüquq normalarının (3 maddi hüquq norma) və prosessual hüquq normalarının (8 prosessual h üquq norma) mətnlərinin yazılaraq sadalanması təşkil edilir.

30. Lakin buna baxmayaraq həmin maddi və prosessual hüquq normalarının işin hallarına münasibətində apelyasiya instansiyası məhkəməsi tərəfindən, cavabdehin qənaətinə görə pozulmasının konkret olaraq nədən ibarət olması və həmin hüquqi normalarının düzgün tətbiq edilməməsinin özünü nədə ifadə edilməsi kasasiya şikayətində göstərilməmişdir.

31. Beləliklə cavabdehin kasasiya şikayətində faktiki olaraq 2 dəlil qeyd edilmişdir ki, birinci dəlil ondan ibarətdir ki, İddiaçı 1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün təhsil almasına dair hər hansı mötəbər sübut yoxdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, işdə olan (iş səh. 24) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Ça ğırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Zaqatala rayon filialının məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 44 saylı arayışında deyilir ki, İddiaçı həqiqətən Zaqatala avtomobil məktəbində xx.xx.1975-ci il tarixdən (əmr №81) xx.xx.1977-ci il (əmr №78) tarixədək ştatdan kənar sürücü vəzifəsində işləmişdir.

33. Həmin arayış sözügedən filialın direktoru H.K.Məmmədov tərəfindən imzalanaraq, gerbli və dairəvi möhürlə təsdiqlənmişdir.

34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən arayışın mötəbər olmayan sənəd hesab edilməsi üçün heç bir əsas yoxdur.

35. Cavabdehin kasasiya şikayətində ki, ikinci və sonuncu dəlili ondan ibarətdir ki, cavabdehin kasasiya şikayətində özünün yazdığı kimi (yazıların mətni və stilistikası olduğu kimi göstərilir-qeyd Ali M əhkəmənin), “xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X2 işlədiyi müddətə dair əmək kitabçasında qeyd olsa da, həmin qeydi təsdiqləyən işdən çıxma möhürü kiril qrafısında olmuş, girmə və çıxma əmrlərinə dair qeydlər olmamış və müəssisə tərəfindən həmin əmrlərin toplandığı əmrlər kitabı müəssisədə çıxan yanğın zamanı yandığı iddia edilsə də, müəssisə tərəfindən iddiaçının göstərilən tarixlərdə orada işləməsinə dair arayış verilmişdir (halbu ki, verilən arayışdakı məlumatlar rəsmi səndələrə əsaslanıb verilməli idi, hər hansı müəssisədə çalışan iççilərin şahidliyi ilə deyil)”.

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, əvvəla İPM-nin 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə t utulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

37. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Yəni, “hər hansı müəssisədə çalışan işçilərin şahidliyi”nin mötəbərliliyinin şübhə altına alınması üçün cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir.

40. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirilən sığorta stajı 2 il 16 gün sürücülük məktəbində təlimçi işlədiyi və 17 il 7 ay 16 gün X2 sürücü işlədiyi müddətlərdir. Arxivdə mübahisələndirilən iş yerlərinə dair sənədlər saxlanılmadığından arxiv arayışına əsasən müddətlərin təsdiq edilməsi mümkün olmamışdır. Lakin iddiaçının əmək kitabçasında onun həmin müəssisələrdə işlədiyi qeyd edilmiş, həmçinin X3 xx.xx.2020-ci il tarixli arayışı ilə iddiaçının mebel fabrikində yanğın söndürən maşının sürücüsü işləməsi faktı təsdiq edilmişdir. Cavabd eh orqan Zaqatala rayon DYMH-nin xx.xx.2019-cu il tarixli 37/P-365 nömrəli arayışına istinad edərək sözügedən mebel fabrikinin xx.xx.1996-cı il tarixdə yanmasından sonrakı dövrünə aid maliyyə uçot sənədlərinin arxivə təhvil verilməməsi və fabrikin mühasibatlığında saxlanılmamasını qeyd etmişdir. 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən AVİS məlumat bazasında X3 ********* nömrəli VÖEN-lə xx.xx.1998-ci ildə vergi uçotuna alınması barədə məlumat vardır.

41. Belə olan halda apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, fabrik 1987-ci ildən fəaliyyətə başlamışdır, 1996-cı ildə yandıqdan sonra yenidən fəaliyyətini bərpa edə bilmiş və iddiaçı fabrikdə xx.xx.2020-ci il tarixli arayışa əsasən xx.xx.2005-ci il tarixədək işləmişdir.

42. Həmçinin apelyasiya m əhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1978-ci il tarixli 126 nömrəli məhkəmə hökmünə və tələbnaməyə əsasən, iddiaçı Zaqatala Sürücülük Məktəbində avtomobil sürmək üzrə təlimatçı vəzifəsində işləmişdir və həmin vəzifədə işlədiyi müddətdə cinayət törətdiyi üçün 4 il müddətinə azadlıqdan məhrum edilmişdir.

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya aməhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, işlədiyi müddətlər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır.

44. Belə olan halda apelyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları da düzgün tətbiq edilmişdir.

45. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

46. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxa rışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. 47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmiş dir ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəssisənin sənədləri arxivə təhvil verilməməsi vətəndaşın iradəsindən kənar baş vermiş haldır və onun ziyanına təfsir edilməməlidir. 49. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatlar ın tələb olunması qadağandır.

50. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-46/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar