Məhkəmə qərarları › İş №2-1(102)-780/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-780/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-780/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərəncamın qismən ləğvi, iddianın mümkünlük şərti, iddia müddəti Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (3-cü şəxs X5 və X2) qar şı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2-1(103)1295/2021 nömrəli qərardadından İddiaçı4 qız tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncama əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m olan Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidməti məqsədlə X3 müddətli istifadəsinə vermişdir (icarə müqaviləsinin bağlanması üçün siyahı təsdiq edilmişdir).

2. Bundan sonra satıcı kimi ƏMDK i lə alıcı X6 arasında bağlanmış 21 iyun 2013-cü il tarixli 4968 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 77,3 kv.m qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmış, daha sonra həmin əmlak X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

4. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 11 iyun 2013-cü il tarixli 199 saylı Sərəncamının dövlət əmlakın özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair müqavilələrin bağlanması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısında təsdiq edilmiş qeyri-yaşayış sahəsi kimi 77.3 və 36.6 kv.m zirzəmi sahəsi icarə obyekti kimi, ünvan 3 ünvanı kimi, balanssaxlayıcı təşkilatın adı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi kimi, icarəçi adı fiziki şəxs X1, istifadə t əyinatı xidməti kimi göstərilən hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyun 2012-cü il tarixli 199 saylı sərəncama əsasən iddiaçıların paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m olan Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidməti məqsədlə X3 müddətli istifadəsinə vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 24 oktyabr 2013-cü il tarixli **********49-05101-083001 saylı Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 66, qapı 1;2 ünvanına dair texniki pasportuna əsasən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərt əbə zirzəmidir, sahəsi 77,3 kv.m-dir. Bundan sonra satıcı kimi ƏMDK ilə alıcı X6 arasında bağlanmış 21 iyun 2013-cü il tarixli 4968 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 77,3 kv.m qeyriyaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmış, daha sonra həmin əmlak X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki Nəsimi rayonu MKTBnin 13 saylı MKİS-in Bakı şəhəri İcra Hakimiyyətinin, Bakı şəhəri Mənzil Kommunal Departamentinin və s. orqanların sənədlərinə əsasən Bakı şəhəri, ünvan 7 ünvanının olmaması öz təsdiqini tapır, ünvan 8ərdi yaşayış evinin zirzəmisinin hansı əsaslarla M.Qaşqay küçəsi 66 ünvanı adlandırılması barədə hər hansı bir rəsmi məlumat yoxdur. Belə olan halda iddiaçılar mübahisələndirilən Sərəncam ilə o nların paylı mülkiyyətində olan qeyriyaşayış sahəsinin dövlətə məxsus olduğunu göstərməsinin qanunsuz olduğu üçün həmin Sərəncamın ünvan 9 ünvanında yerləşən 77.3 və 36.6 kvm sahədən ibarət zirzəmiyə aid hissədə məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişlər.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçılar iddia ərizəsində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi paylı mülkiyyət hüququ üzrə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olduğunu, bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsinin həmin əmlakın icarəyə verilməsi ilə bağlı sərəncam vermək hüququna malik olmadığını qeyd etmişdir. Bildirilir ki, iddiaçıların hazırki iddiasının əsassızlığı, həmçinin, onların mübahisə predmeti olan qeyriyaşayış sahəsi üzər ində subyektiv hüquqa malik olmaması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(102)-2336/2018 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və X4 qarşı hazırda məhkəmə mübahisəsi predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin, icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, eyni zamanda qeyd olunan məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli sahə üzərində hər hansı subyektiv hüquqa malik deyil, həmin sahə üzərində sərəncam vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Bundan əlavə, iddiaçılar hazırda mübahisələndirdiyi inzibati aktın mövcudluğundan əvvəllər xəbərdar olduğu halda həmin aktı qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddətində mübahisələndirməmişlər, bununla da İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

7. Bakı İnzibаti Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı (hakim Aytən Oruczadə ) ilə iddiası mümkün sayılmamışdır.

8. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(102)- 2336/2018 saylı qərarından aydın görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıların mübahisə predmeti olan zirzəmi qeyriyaşayış sahəsinə dair hər hansı hüquqları müəyyən olunmamış və zirzəminin onların texniki pasportunda nəzərdə tut ulmadığı aşkar olduğu müəyyən olunmuşdur.

9. Belə ki, iddiaçılar mülki qaydada mübahisə zamanı sahəsi 77.3 kvm olan zirzəminin onların paylı mülkiyyətində olduğunu iddia etmişlər, 36.6 kvm sahədən ibarət olan zirzəmiyə dair mülki qaydada mübahisə olmasa da, mülki iş üzrə qəbul edilmiş qətnamələrdə və qərarlarda da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

11. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdən mübahisələndirilən sərəncamının iddiaçılara rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş qətnamələrdən görünür ki, iddiaçılar sözügedən zirzəmiyə dair icarə müqaviləsini mübahisələndirən zamanı həmin icarə müqaviləsinin bağlanmasına əsas olan Sərəncam barədə məlumatlı olmuşlar. Göründüyü kimi, iddiaçıların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 199 saylı sərəncamının mövcudluğundan, mülki qaydada mübahisəyə baxılan zamanı xəbərdar olmuşdurlar

12. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsinə, iddianın mümkün sayılmasına və yenidən araşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1295/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Azər Hüseynov ) qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-1295/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olar aq qeyd etmişdir ki, hazırki iddia ərizəsi ilə iddiaçıların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 199 saylı sərəncamının qismən ləğv edilməsini tələb etməkdə hər hansı bir subyektiv hüququ aşkar olunmamışdır, eyni zamanda iddiaçılar həmin sərəncamı qanunvericiliklə müəyyən olunmuş müddət ötdükdən sonra mübahisələndirmişlər.

15. İddiaçı4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və işə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsində işə baxarkən məhkəmə kollegiyası işin hərtərəfli, ədalətli araşdırılma sı üçün lazımı şərait yaratmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

17. Məhkəmə kollegiyası iddia verilməsi üçün müddətin buraxılmasını əsas götürərək iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Məhkəmə haqlıdır, iddia müddəti buraxılıb, ancaq bu üzürlü sayılmalıdır. Belə ki, inzibati məhkəmənin mövcudluğu barədə məlumatsız olmaları, həmçinin illərlə mülki məhkəmələrdə çəkişmələrdə olmaları müddəti buraxmaqlarına səbəb olub.

18. Həmçinin, ləğv olunmasını tələb etdikləri sərəncamın mövcudluğundan xəbərləri olmayıb. Belə ki, əvvəlki məhkəmələrdə həmin inzibati aktın adı çəkilsə də heç bir işdə həmin aktın surəti yoxdur və tələblərinə baxmayaraq həmin akt onlara verilməyib. Çünki həmin akt əslində mövcud deyil. Əgər varsa onun həqiqiliyi şübhə altında dır və bu yoxlanmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müs təqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində on un hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırı ldıqdan sonra qiymətləndirilir. (-) Maddə

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Ş ikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5. 2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

25. Apelyasiya inst ansiyası məhkəməsinin qərardadından iddiaçılardan yalnız İddiaçı4 kasasiya şikayəti verdiyindən apelyasiya məhkəməsinin qərardadı onun şikayətinə münasibətdə yoxlanılacaqdır.

26. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı iddia ərizəsi ilə iddiaçıların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli 199 saylı sərəncamının qismən ləğv edilməsini tələb etməkdə hər hansı bir subyektiv hüququ aşkar olunmamışdır, eyni zamanda iddiaçılar həmin sərəncamı qanunvericiliklə müəyyən olunmuş müddət ötdükdən sonra mübahisələndirmişlər. Bundan başqa qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıların mübahisə predmeti olan zirzəmi qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqları müəyyən olunmamış və zirzəminin onların texniki pasportunda nəzərdə tutu lmadığı aşkar olduğu müəyyən olunmuşdur.

27. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində verilə bilər.

28. Apellyasiya instansiyası məhkəməsi 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın İddiaçı4 nə vaxt təqdim (elan) olunduğunu müəyyən etməmiş, İddiaçı4 hüququn pozulduğu vaxtı qərardadında qeyd etməmişdir. İşdə olan sənədlərlə cavabdehin sərəncamının ona nə vaxt təqdim (elan) olunduğu aydın deyilir.

29. Apelyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqa malik olması ilə bağlı da araşdırma aparmamışdır.

30. İddiaçı4 şəxsiyyət vəsiqəsindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, ak Mir-Qasımov küçəsi 22-də qeydiyyatdadır. İddiaçının qeydiyyatda olduğu mənzilə, o cümlədən cavabdehin sərəncamı əsasında özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin üstündə olan mənzilə İddiaçı4 mülkiyyət, istifadə hüququ olması, İddiaçı4 həmin mənzillə hər hansı əmlak bağlılığı yoxlanılmamışdır.

31. Apelyasiya məhkəməsi qərardadında Ali Məhkəmənin 13 aprel 2018-ci il tarixli qərarına istinad edərək iddiaçıların mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqlarının müəyyən olunmadığını, nəticədə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyini və yenidən sübut edilmədiyini bildirmişdir.

32. Mülki Prosessual Məcəllənin 46-cı maddəsində işdə iştirak edən şəxslərin tərkibi müəyyən edilmişdir.

33. Apelyasiya in stansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmənin 13 aprel 2018-ci il tarixli qərarında hazırkı iş üzrə kasasiya şikayəti vermiş İddiaçı4 MPM-in 46-cı maddəsi ilə müəyyən edilmiş işdə iştirak edən şəxslərin tərkibində olmamışdır. İddiaçı4 həmin işdə fiziki şəxs olan iddiaçının nümayəndəsi qismində iştirak etmişdir. Məhkəmə qətnaməsinin preyudisiallığının fiziki şəxsin nümayəndəsinə şamil edilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. İPM-in 78-ci maddəsində də qanuni qüvvəyə minmiş məhkəmə qərarının fiziki şəxsin nümayəndəsi üçün məcburi olması nəzərdə tutulmamışdır.

34. Odur ki, İddiaçı4 mülki işdə məhkəmə icraatının iştirakçısı olmadığına görə həmin iş üzrə məhkəmə qərarının preyudisiallığının ona tətbiq olunması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.

35. İPM- in 12 və 58-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli, kasasiya şikayəti təmin edilməlidir.

36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1295/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar