Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-780/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə çıxarış verilməsindən imtina; bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1144/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Bakı-Hacı Həsən şossesi, 73 saylı bağı sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il ta rixli **********75 nömrəli imtina məktubunda bildirmişdir ki, “Şabandağ” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında şəxsin adının aşkar edilməməsi, bağ sahəsinin elektron kadastr məlumatına əsasən digər şəxsə X2 Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşməsi, torpaq sahəsinin “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmədiyinin müəyyən edilməsi, həmçinin bağ sahəsinin bir hissəsinin neft quyusunun mühafizə zolağında yerləşməsi səbəbindən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığ ı tərəfindən ayrılmış sahəsi 1200 kv. metr olan 73 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən, o, “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olm uşdur və ona Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 1200 kv metr olmaqla, 73 saylı sahə ayrılmışdır. Buna baxmayaraq, cavabdeh əsassız olaraq onun bağ sahəsi üzərində hüququnun qeydə alınmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan imtinasının əsası kimi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri sırasında onun adının aşkar edilməməsi, elektron kadastr baza məlumatlarında əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi və torpağın bir hissəsinin neft quyusunun mühafizə zolağına düşməsinə istinad edir. Halbuki, cəmiyyətin digər üzvlərinə ayrılmış bağ sahələrinə dair hüquqların qeydiyyatı ilə bağlı məhkəmə işlərində qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bağ s ahələrinin rəsmiləşdirilərək qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmçinin, həmin qərarlarla müəyyən edilmişdir ki, cavabdehin imtinasında qeyd edilən torpaq sahəsinin başqa hüquqi şəxsə (o cümlədən, universitet kompleksi) aid olması qeyd edilsə də, mübahisələndirilən hal öz təsdiqini tapmamışdır. Belə ki, həmin universitet kompleksi mübahisəli bağ massivindən 20 yanvar metrosuna istiqamətdə, 5 km-dən də uzaq olan məsafədədir, həmçinin, Bakı şəhər XDS İK-nin 07 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında mübahisəli «Şabandağ» bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində yerləşdiyi göstərildiyi halda, Bakı şəhər İcra Hakimiyyətinin 330 No- li, xx.xx.2003-cü il tarixli sərəncamın a əsasən, cavabdehin mübahisələndirdiyi həmin universitet kompleksinin tikintisi üçün ayrılmış ərazi Xocahəsən kəndinin şərqində yerləşən Xocahəsən gölünün şimalında yerləşir. Bundan əlavə, həmin ərazidə hər hansı neft quyusu mövcud deyil.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə qarşı yazılı etirazda, imtinanın dəlillərinə istinad olunmaqla iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) xx.xx.1991-il tarixli, 11/546 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmiş (sözügedən qərarla 26 Bakı komissarları adına Neft-qazçıxarma idarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu Lök-Batan-Hacıhəsən yolunun qərb hissəsind ə kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır), həmçinin bildirilmişdir ki, “Şabandağ” bağçılıq yoldaşlığının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
7. SOCAR “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş arxiv arayışına əsasən, iddiaçı xx.xx.1989-cu tarixində 26 Bakı Komissarı adına X5 İdarəsinin Mənzil Kommunal Təsərrüfatına anbardar peşəsinə qəbul edilmişdir; xx.xx.1990-cu il tarixində 26 Bakı Komissarı adına X5 İdarəsinin Mənzil Kommunal Təsərrüfatına ailəvi yataqxanaya komendant vəzifəsinə keçirilmişdir; xx.xx.2006-cı il tarixdən sosial-inkişaf idarəsinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir.
8. SOCAR “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və qazçıxarma idarəsi t ərəfindən verilmiş arxiv arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli 22 nömrəli qərarına, S.Vəzirov adına “Azneft” Birliyinin 07 fevral 1992-ci il tarixli əmrinə əsasən, 26 Bakı komissarları adına Neft və qazçıxarma İdarəsi Ə.C.Əmirov adına Neftçıxarma idarəsi adlandırılmışdır
9. Məhkəmənin “Şabandağ” bağçılıq yoldaşlıq təsərrüfatına torpaq sahəsinin ayrılması, ayrıldığı təqdirdə ayrıc aktının, ayrıc aktı daxilində yerləşən ərazinin neft quyusunun mühafizə zolağında yerləşib-yerləşməməsi barədə məlumatların, o cümlədən təsərrüfat üzvlərinin siyahısının təqdim edilməsinə dair sorğusuna X3 Ə.C.Əmirov adına Neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş cavab məktubunda tələb olunan sənəd və məlumatların İdarədə mövcud olmadığı bildirilmiş, bunu nla bağlı SOCAR-ın baş ofisinə müraciət edilməsi tövsiyə olunmuşdur.
10. Bundan sonra, müvafiq sorğu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) müraciət edilmiş və müraciətə cavab olaraq bildirilmişdir ki, sözügedən 1547 kv.m. torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il taixli, 330 nömrəli sərəncamı ilə “X4”na ayrılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin 16 metrliyində Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah yatağında qazılmış 732 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edil məsi haqqında 06 fevral 2017-ci il tarixli, 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Eyni zamanda, həmin torpaq sahəsinin bağ sahəsi kimi iddiaçıya ayrılması barədə sorğu olunan sənədlər SOCAR-da aşkarlanmamışdır.
11. Məhkəmənin “Şabandağ” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktının, üzvlərinin siyahısının, müayinə aktının, digər şəxsə verilmiş kadastr planının təqdim edilməsinə dair sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Qaradağ rayonu, Şaban qəsəbəsinin şərqində “Qaradağneft” bağçılıqyoldaşlıq təsərrüfatına 1986-cı ilin dekabr ayında 0.6 ha və 2.4 ha olmaqla, torpaq sahəsinin ayrılmasına dair cizgi-çertyoj və “Qaradağneft” bağçılıq-yoldaşlıq təsə rrüfatının üzvlərinin siyahısı təqdim edilmişdir (həmin siyahıda iddiaçının adı yoxdur). Sorğuya cavab olaraq o cümlədən, Binəqədi rayonu, Xocəsən kəndinin şərq hissəsində Xocəsən gölünün ətrafında Bakı şəhər İH Başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı ilə 17276776 kv.m. torpaq sahəsinin universitet kampusunun tikintisi üçün “X4”nun daimi istifadəsinə ayrılması barədə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-5920/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
13. Məhkəmə aşağıdakıları qeyd etmişdir: 13.1. Cavabdeh qurumun iddiaçının adının “Şabandağ” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmamasına dair dəlil əsassızdır. Belə ki, cavabdeh tərəfin dən təqdim edilmiş cizgi 1986-cı ilə aid olmaqla (halbuki, “Şabandağ” bağçılıqyoldaşlıq cəmiyyətinə torpaq sahəsi Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərara əsasən ayrılmışdır) “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aiddir və həmin “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aid üzvlərin siyahısı təqdim edilmişdir. 13.2. Bununla belə, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsi yerləşmə koordinatları üzrə başqa şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür və ləğv olunmuş olsa belə, neft-qaz quyusunun mühafizə zonasında yerləşməklə, həmin torpaq sahəsinin bağ sahəsi kimi iddiaçıya ayrılması barədə sənədləri müvafiq qaydada aşkar edilməmişdir. (İddiaçının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olması, həmin torpaq sahəsinin b ağ sahəsi kimi iddiaçıya ayrılması barədə sorğu olunan sənədlər SOCAR-da aşkarlanmamışdır). 13.3. Qeyd edilənlərə əsasən, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yoxdur.
14. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraatı
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli məhkəmə iclas protokoluna əsasən, “Heydər Əliyev” Fondu və “Azneft” İstehsalat Birliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadəməruzəçi, X.A.Cəmilova və A.P.Oruczadə) xx.xx.2022-ci il tarixli, 2-1(103 )-1144/2022 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5920/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq aşağıdakıları qeyd etmişdir: 17.1. Mübahisəli torpaq sahəsinin “Heydər Əliyev” Fondunun daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 330 nömrəli sərəncamı hər hansı qaydada mübahisələndirilməmişdir və hazırda qüvvədədir. 17.2. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən üzvlük siyahısı cavabdeh tərəfindən təqdim edilən üzvlük siyahısı ilə ziddiyyət təşkil edir. Lakin cavabdeh tərəfindən təqdim edilən siyahı “tərtib ed ilmə baxımından” “Şabandağ” bağçılıq, bostançılıq təsərrüfatının yaradıldığı və üzvlük siyahısının tərtib edildiyi dövrün tələbləri nəzərə alınmaqla daha mötəbər hesab olunur. Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, 1990-cı ildə “Şabandağ” bağçılıq, bostançılıq təsərrüfatı yaradılmışdır. İddiaçının iddia etdiyi kimi 1991-ci il tarixində yoldaşlığa üzv olması məqbul hesab olunsa, o zaman iddiaçının adının adının cavabdeh tərəfindən təqdim edilən həmin dövrə aid olan üzvlük siyahısında olmaması anlaşılan deyil.
18. İddiaçı həmin kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində işin hallarına, iddia tələbi nin əsaslandırılmasında irəli sürülən dəlillərə istinadən aşağıdakılar qeyd edilmişdir: 19.1. iddiaçı tərəfindən təqdim edilmiş üzvlük kitabçası və bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin iclas protokolundan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən bağ sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmçinin, Şabandağ” bağçılıq-bostançılıq- kollektivinin sədri L.Mirəliyeva tərəfindən imzalanaraq kollektivin möhürü ilə təsdiq edilmiş kollektiv üzvlərinin ümumi siyahısında iddiaçının adı 66-cı nömrədə qeyd olunmuşdur. 19.2. Digər tərəfdən, aşağı instansiya məhkəmələri, o cümlədən cavabdeh bağ sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtina edərkən kassatorun iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ilə “Heydər Əliyev” Fon dunun istifadəsi üçün verilmiş torpaq sahəsinin üst-üstə düşməsinə istinad etmiş, lakin sözügedən torpaq sahəsinin başqa şəxsə ayrılmasının qanuniliyi araşdırılmamış, həmçinin iddiaçının hüquqmüəyyənedici sənədlərinin qüvvədə olması halı nəzərə alınmamış və qiymətləndirilməmişdir. 19.3. Bundan əlavə, oxşar məhkəmə mübahisələri üzrə müəyyən edilmiş hallar (torpaq sahəsinin başqa hüquqi şəxsə aid olmasının öz təsdiqini tapmaması, həmin universitet kompleksinin mübahisəli bağ massivindən metronun “20 Yanvar” stansiyasına istiqamətdə, 5 km.-dən də uzaq olan məsafədə yerləşməsi, həmçinin Bakı şəhər XDS İKnin 07 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında “Şabandağ” bağçılıq-bostançılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində yerl əşdiyi göstərildiyi halda, Bakı şəhər İcra Hakimiyyətinin 330 №li, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən universitet kompleksinin tikintisi üçün ayrılmış ərazinin Xocahəsən kəndinin şərqindəki Xocahəsən gölünün şimalında yerləşməsi) nəzərə alınmamış və məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. 19.4. Həmçinin, birinci instansiya məhkəməsinin kollektivin üzvlərinin siyahısının və torpaq sahəsinin ayrıc aktının təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq cavabdeh tərəfindən verilmiş müvafiq sənədlər “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatına aid olmamış (Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aid olmuş), bu səbəbdən həmin sənədlər birinci instansiya məhkəməsi tərəfindən mötəbər hesab edilməməklə, iddiaçının adının üzvlərin siyahısında olmaması ilə bağlı cavabdehi n dəlili əsassız hesab edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin siyahıya istinadən cavabdehin imtinasını əsaslı hesab etmiş, hətta həmin siyahını iddiaçının təqdim etdiyi siyahıdan daha mötəbər hesab etmişdir. 19.5. Nəzərə alınmalıdır ki, kassator bağ sahəsinin ayrıldığı 1991-ci ildən indiyə kimi həmin torpaq sahəsindən istifadə edir, bunun üçün kommunal ödənişlər ödəyir və həmin ərazidə fərdi evi var. Odur ki, müvafiq sənədlərin arxivdə aşkar edilməməsi iddiaçının ziyanına şərh edilə, həmçinin onun təqsiri hesab edilə bilməz. 19.6. İşə baxan apellyasiya instansiyası məhkəməsi digər şəxsə torpaq sahəsinin ayrılması barədə olan sərəncamın mübahisələndirilmədiyini qeyd etsə də, kassatorun həmin sərəncamı mübahisələndirmək öhdəliyi yoxdur. Belə ki, torpaq sahəsini n ona ayrılması barədə sənədlər hələ də qüvvədədir. Bu səbəbdən sözügedən sərəncam “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsi rəhbər tutularaq, məhkəmə qərarı olmadan da 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz hesab edilə və kassatorun qeyd edilən əmlak üzərində hüquqlarının qeydiyyatı həyata keçirilə bilərdi. 19.7 Sonuncu olaraq, cavabdeh qurum mübahisəli torpaq sahəsinin bütünlüklə deyil, bir hissəsinin mühafizə zonasına düşdüyünü bildirir. Belə olduqda, cavabdeh qurum torpaq sahəsinin mühafizə zolağına düşməyən hissəsi üzərində kassatorun mülkiyyət hüququnu rəsmiləşdirməli idi. Həmçinin, mühafizə zonasını cavabdeh qurum 300 metr müəyyən etsə də, qanunvericilikdə ləğv edilmiş neft quyusu ilə bağlı minimum məsafə 75 metrdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlillər i
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasla 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə
10. Hüquqların d övlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-c ü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri, Bakı-Hacı Həsən şossesi, 73 saylı bağı sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan əsa slardan biri əlavə edilməlidir.
28. Məhkəmə kollegiyası kassatorun sözügedən Qanunun 8.0.7-ci maddəsinə istinadən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın qeydiyyat üçün əsas olması” ilə bağlı hüquqi mövqeyi razılaşsa da hesab edir ki, hazırkı iş üzrə cavabdehin imtinası qanunidir.
29. Belə ki, ilk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil etmişdir: - “Şabandağ” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında şəxsin adının aşkar edilməməsi; - bağ sahəsinin elektron kadastr məlumatına əsasən digər şəxsə X2 Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşməsi; - torpaq sahəsinin “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmədiyinin müəyyən edilməsi; - həmçinin, bağ sahəsinin bir hissəsinin neft quyusunun mühafizə zolağında yerləşməsi.
30. Göründüyü kimi, cavabdeh 4 fərqli əsasla iddiaçının müraciətinin icrasından imtina etmişdir.
31. Qeyd edilməlidir ki, Şabandağ” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında şəxsin adının aşkar edilməməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən şəxsin bağ sahəsi üzərində hüquqlarının qeydiyyatından imtina üçün əsasdır.
32. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddə sinə əsasən üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış qeydiyyat üçün əsas olsa da, normanın imperativ tələbinə əsasən üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas ola bilər.
33. Hazırkı iş üzrə Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı yoxdur. Belə ki, həmin siyahı həm cavabdeh tərəfindən təqdim edilməmiş (“Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aid üzvlərin siyahısı təqdim edilmişdir), həm arxivdə aşkar edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən “siyahı” təqdim edilsə də (iş v. 44), həmin siyahı kserosurət olmaqla, latın qrafikası ilə və kompyuter texnologiyasından istifadə edilməklə tərtib olunmuşdur. Həmi n sənəddən aydın olur ki, “siyahı” sonradan tərtib edilmişdir. Lakin bu “siyahı”nın hansı məlumatlar əsasında tərtib edildiyi bəlli olmamaqla, məhkəmə araşdırması zamanı mötəbərliliyi təsdiq edilməmişdir (məhkəmə sorğulari ilə üzvlərin siyahısının əldə edilməsi mümkün olmamışdır- bax hazırkı qərarın 6,9-11-ci bəndləri).
34. Məhkəmə kollegiyası kassatorun “apellyasiya instansiyası məhkəməsinin cavabdehin təqdim etdiyi siyahının iddiaçının təqdim etdiyi siyahıdan daha mötəbər olması ilə bağlı mövqeyinin əsassız olması”na dair dəlilləri ilə razılaşır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş siyahı digər təsərrüfata aid olmaqla, hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Buna baxmayaraq, yuxarıda qeyd edildiyi kimi, iddiaçının da təqdim etdiyi siyahı kserosurət olmaqla, həq iqiliyini müəyyən etmək mümkün olmamışdır.
35. Kassator həmçinin, şikayətində üzvlərin siyahısına dair arxivdə məlumatlarının aşkar edilməməsinin onun təqsiri olmamasını, hüquqmüəyyənedici sənədlər əsasında hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olduğunu bildirmişdir.
36. Məhkəmə kollegiyası bildirir ki, hazırkı halda, həm cavabdeh və iddiaçı tərəfindən kollektivin üzvlərinin siyahısının təqdim edilməməsi, həm də məhkəmə araşdırması ilə kollektiv üzvlərinin siyahısının aşkar edilməməsi halı iddiaçının xeyrinə o halda şərh edilə bilərdi ki, iddiaçıya məxsus üzvlük kitabçası və ya torpaq sahəsinin iddiaçıya ayrılması barədə iclas protokolunun həqiqiliyi şübhədənkənar olsun və mötəbərliliyi müəyyən edilsin.
37. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi üzvlük kit abçası ( iş v. 116-120) kserosurtədir (əsli və ya notarial təsdiqli surəti təqdim edilməmişdir), həmçinin, kitabçanın özü kiril qrafikalı olsa da, ora daxil edilən məlumatlar latın qrafikalıdır. Bundan əlavə, kitabçanın ilk səhifəsində iddiaçının 1991-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi qeyd olunsa də, sonrakı səhifədə xx.xx.1990-cı il tarixli 10 saylı iclas protokoluna əsasən üzv qəbul edildiyi qeyd olunmuşdur.
38. Digər tərəfdən, sözügedən xx.xx.1990-cı il tarixli 10 saylı iclas protokolundan çıxarış iş materiallarında olsa da (iş v. 15-16), həmin protokol da kserosurətdir, əsli təqdim edilməmişdir və protokoldan çıxarışın hansı əsasla verildiyi bəlli deyildir (belə ki, protokolun özünün mövcudluğu müəyyən edilməmişdir). Həmçinin, sözügedən protokolun məzmununda 50 nəfərdən i barət bağçılıq-bostançılıq təsərrüfatının yaradılması və təsərrüfatın üzvlərinə, o cümlədən iddiaçıya 1200 kv.m. torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur. Halbuki, hələ Bakı şəhər XDS İK-nin xx.xx.1991-il tarixli, 11/546 saylı qərarı ilə 26 Bakı komissarları adına Neft-qazçıxarma idarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu, Lök-Batan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Başqa sözlə, iclas protokolu ilə ayrılmış sahə hələ 1 ildən də artıq müddət keçdikdən sonra təsərrüfata verilmişdir.
39. Bir daha vurğulanmalıdır ki, iddiaçıya dair sənədlər (həm üzvlük kitabçası, həm sözügedən protokol və üzvlərin siyahısı) arxivdə, həmçinin 26 Bakı komissarları adına Neft-qazçıxarma idarəsinin varisi olan Ə.C.Əmirov adına Neftçıxarma idar əsində və digər müvafiq qurumlarda aşkar edilməmişdir (bax hazırkı qərarın 6,9-11-ci bəndləri).
40. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mötəbər hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən həmin sənədlər əsasında hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı deyildir. Həmçinin, iddiaçının hüquqmüəyyənedici sənədləri mötəbər olmadığından, onun digər kollektiv üzvləri ilə bağlı məhkəmə mübahisələrinin nəticələrinə istinadən hüquqlarının qeydə alınması ilə bağlı istinad olunan dəlili əsaslı hesab edilə bilməz və bu vəziyyətdə iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna yol verilməmişdir.
41. Beləliklə, iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsasla rdan hər hansı birinin mövcudluğunu təsdiq edən mötəbər sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.
42. Qeyd edilənlərə əsasən, kassatorun bağ sahəsinin ayrıldığı 1991-ci ildən indiyə kimi həmin torpaq sahəsindən istifadə etməsi, bunun üçün kommunal ödənişlər ödəməsi və həmin ərazidə fərdi evinin mövcudluğu ilə bağlı dəlilləri də hüquqların qeydə alınmasına əsas deyildir.
43. Həmçinin qeyd edilməlidir ki, hətta hüquqmüəyyənedici sənədlərin mövcudluğu halında belə, əgər şəxsin iddia etdiyi torpaq sahəsi ilə bağlı üçüncü şəxsin adına qeydiyyat aparılması müəyyən edilərsə, bu halda, şəxs ilk növbədə həmin qeydiyyatı və ya onun aparılmasına əsas təşkil etmiş hüquqmüəy yənedici sənədləri mübahisələndirməlidir.
44. Beləliklə, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən iddia tələbi əsaslı olmadığından, kassasiya şikayətinin digər dəlillərinə qiymət verilməsinə zərurət yoxdur.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1144/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.