Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-780/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X4, X3, X2, X1) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X4, X2, X1 və X3) qarşı “ünvan 1 ünv anında olan evin 05 fevral 2002-ci ildə tərtib edilmiş reyestr nömrəsi 30/300 olan texniki pasportunda göstərilən tikinti altındakı 116 kv.m torpaq sahəsinə və evə birgə mülkiyyət kimi çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 21(103)-3780/2023 nömrəli qərardadından üçüncü şəxslər X4 və X3 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Üçüncü şəxslər X4 və X3 məhkəmə iclas protokoluna dair qeydlər edilməsi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-3780/2023 nömrəli qərar dadı ilə qeydlər rədd edilərək, iş materiallarına əlavə edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-3780/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə, saat 14:11-də üçüncü şəxslərin vəkili və nümayəndəsinin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir.
3. Üçüncü şəxslərin vəkil və nümayəndəsi elektron kabinet vasitəsilə xx.xx.2023cü il tarixdə, saat 22:22-də həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və qeydlərin düzgünlüyünün təsdiq edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatı n təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulund an imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
5. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
6. Belə ki, kassasiya şikayətinin mümkünlüyünün əsasları dedikdə, kassasiya şikayətinin, İnzibati Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
7. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-3780/2023 nömrəli qərardadı, eləcə də inzibati işlər üzrə a pelyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah xx.xx.2023-cü il tarixdə, saat 14:11-də üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil3 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, üçüncü şəxslər tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük prosessual müddətin axımı da məhz, həmin tarixdən başlamış, xx.xx.2023-cü il tarixdə bitmişdir. Buna baxmayaraq, həmin qərardaddan kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, saat 22:22-də elektron kabinet vasitəsilə vermişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 4-cü bəndində istinad olunan qanunvericilik normalarının tələbləri baxımından, apellyasiya məhkəməsinin qəra rdadından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət üçüncü şəxslər tərəfindən buraxılmışdır. Üçüncü şəxslər şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə mübahisə açmamışlar. Odur ki, kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
9. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2-1(103)-3780/2023 nömrəli qərardadından üçüncü şəxslər X4 və X3 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.