Məhkəmə qərarları › İş №2-1(102)-781/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-781/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-781/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadına yaşa görə əmək pensiyasının təyin edilməsi; işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosia l Müdafiə Fondunun Şəki şəhər şöbəsinə (hazırda: Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı) qarşı “6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 yanvar tarixli, 2-1(107)-82/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 22 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqd im olunmuş sənədlərə baxılmış, vətəndaşın tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-cu il 14 sentyabr tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 1990-ci il 04 fevral tarixdən 1993-cü il 04 fevral tarixədək, 1994-cü il 18 aprel tarixdən 1997-ci il 18 aprel tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1963-cü il 16 yanvar tarixdə anadan olmuşdur. 2006-cı il 01 dekabr tarixdən ha l-hazıradək Şəki şəhər 14 nömrəli uşaq bağçasında işləməkdədir. 5 uşaq anasıdır. 1982-ci il 30 avqust, 1984-cü il 08 iyul, 1988-ci il 11 mart, 1990-cı il 04 fevral və 1994-cü il 18 aprel tarixlərdə övladları dünyaya gəlmişdir. «Əmək pensiyaları haqqında» Qanunun həm 8.1, həm də 8.2 maddələrinə əsasən onun 56 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası almaq hüququ vardır. Ona yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional «Asan Xidmət» Mərkəzi vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə təqdim etmişdir. Lakin şöbə tərəfindən göndərilmiş məktubda tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İddiaçı hesab etmişdir ki, imtina əsassızdır. Belə ki, o, 5 u şaq doğub onları 8 yaşınadək tərbiyə etmişdir. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun iş stajına daxil edilir. Bu maddəyə əsasən Aysel və İbrahim adlı uşaqlarına görə 1990-ci il 04 fevral tarixdən 1993-cü il 04 fevral tarixədək, 1994-cü il 18 aprel tarixdən 1997-ci il 18 aprel tarixədək olan 6 il müddət işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət kimi sosial sığorta stajına daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinadən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq m əsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Əmək kitabçasına və fərdi uçot məlumatlarına əsasən onun 2006-cı il 01 dekabr tarixdən 2019-cu il 01 yanvar tarixədək 12 il sosial sığorta stajı vardır. Həmçinin 1997-ci il 22 avqust tarixdən 2006-cı il 01 dekabr tarixədək sağlamlıq imkanları məhdud əlil uşağına 8 il 4 ay qulluq etmişdir. İşləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi 6 il sığorta stajına əlavə olunduqda, onun cəmi 26 il 4 ay sosial sığorta stajı olur. Belə olduqda isə 25 il sosial sığorta stajı tamamlandığından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ yaranır. Cavabdehin et irazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən qanunvericilikdə qeyd olunan qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inz ibati ərazi dairələri üzrə nümayəndələrinin arayış şöbəyə təqdim edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 06 noyabr tarixli, 2-1(116)-1436/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının 1990-ci il 04 fevral tarixdən 1993-cü il 04 fevral tarixədək, 1994-cü il 18 aprel tarixdən 1997-ci il 18 aprel tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1990-ci il 04 fevral tarixdən 1993-cü il 04 fevral tarixədək, 1994-cü il 18 aprel tarixdən 1997-ci il 18 aprel tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqla rına qulluq etdiyi müddət iş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan müddət iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 25 il stajı tamamlanacaqdır. 2006-cı il 01 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Məhkəmə qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibə tdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 yanvar tarixli, 2-1(107)-82/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 06 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ O NA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalar Siyahının məzmunundan da göründüyü kimi, işləməyən ananın üç yaşadək uşağına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Maddi hüquq no rmalarının tələblərinə əsasən, iddiaçının Qanunla tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, qanun mübahisə edilən illəri iddiaçının sosial sığorta stajına daxil edilməsini istisna edir. Bu səbəbdən cavabdehin imtinası əsaslı olduğu üçün kassasiya şikayəti təmin edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin e bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayara q) iş stajına daxil edilir. İnzibati və Apellyasiya Məhkəmələri düzgün olaraq hesab etmişdir ki, iddiaçının 1990-cı il 04 fevral və 1994cü il 18 aprel tarixlərdə uşaqları doğulduğundan və həmin tarixlərdən etibarən körpə uşaqlarına qulluq etdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, hazırkı mübahisədə cavabdeh iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək körpə uşaqlarına qulluq müddətinin sosial sığorta stajına daxil etməməsi iddiaçının Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçının körpə uşaqlarına qulluq müddətinin sığorta stajına daxil edilməsi körpə uşaqlarına qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazan ılmış hüquqdur. Belə ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, eləcə də körpə uşaqlara qulluq etdiyi müddət və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün "qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayı b, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Həmçinin “körpə uşaqlara qulluq müddətinin əmək stajına daxil edilməsi” məsələsi körpə uşaqlara qulluq edilən vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan körpə u şaqlara qulluq müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Vətən daşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67....İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.1.Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə ça tmış şəxslərə) qulluq edilməsi müddəti...

18. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsasl ılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. «Əmək pensiyaları haqqında» Qanunun 8.1-ci maddəsinin tələbindən göründüyü kimi, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

23. İşin materialları ilə təsdiq olunur ki, iddiaçı beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmişdir.

24. İddiaçının 1963-cü il 16 yanvar tarixdə doğulduğu nəzərə alındıqda, onun yaşa görə əmək pensiyası hüququ 56 yaşının tamam olduğu 2019-cu il 16 yanvar tarixdən («Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sosial sığorta stajına və ya pensiya kap italına dair şərtlər nəzərə alınmaqla) yaranmış olur.

25. Cavabdeh birinci instansiya məhkəməsinə cavab məktubunda təsdiq edir ki, iddiaçının fərdi uçot məlumatlarına əsasən, 2006-cı il dekabrın 1-dən 2019-cu il iyulun 1-dək 12 il 6 ay sosial sığorta stajı vardır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə istinadən 10 №-li əlavə tərtib edildikdən sonra 1997-ci il avqustun 22-dən 2004-cü il martın 11-dək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq müddəti 6 il 6 ay 19 gün nəzərə alındıqda, iddiaçının cəmi 19 il 19 gün sosial sığorta stajı olar.

26. Cavabdeh, həmçinin hesab edir ki, iddiaçının tələb etdiyi 1990-cı il 4 fevral 1993-cü il 4 fevral və1994-cü il 18 aprel - 1997-ci il 18 aprel tarixlərdə işləməyərək 3 yaşınadək körpə uşaqlarına qulluq etdiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmamışdır.

27. Məhkəmələr “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin yuxarıda istinad edilən müddəalarına əsasən haqlı olaraq hesab etmişlər ki, iddiaçının 1990-cı il 4 fevral - 1993-cü il 4 fevral və1994-cü il 18 aprel - 1997-ci il 18 aprel tarixlərdə işləməyərək 3 yaşınadək (cəmi 6 il) körpə uşaqlarına qulluq etdiyi müddətlər sosial sığorta stajına daxil edilməlidir. Belə ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olara q uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsip lərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

28. Cavabdehin etirazında qeyd etdiyi “iddiaçının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı şöbəyə təqdim edilməmişdir.” məzmunda dəlili də əsaslı deyil. Belə ki, cavabdehin nümayəndəsinin, yerli icra hakimiyyəti başçısının məhəllə nümayəndəsinin və qonşuların iştirakı ilə tərtib olunm uş akt, bundan sonra isə “Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq müddəti barədə” Akt cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.

29. Beləliklə, iddia olunan müddətlərin sosial sığorta stajına daxil edilməli olduğu nəzərə alındıqda, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün 25 il sığorta stajının tamamlandığı vaxtdan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 8.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər ödənilmiş olur. Buna görə də onun hazırkı məzmunda tələb hüququ vardır. 30 Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 2021-ci il 29 yanvar tarixli, 2-1(107)-82/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar