Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-781/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əqli Mülkiyyət Agentliyinin qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan R espublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “Əqli Mülkiyyət Agentliyinin qərarının ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021ci il tarixli, 2-1(103)-2560/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" İB ilə X5 arasında imzalanmış “Рачки-Морячки” adlı əmtəə nişanının təsvirinin yaradılması barədə 8 aprel 2014-ci il tarixli akta əsasən müəyyən olunmuşdur ki, “Рачки-Морячки” adlı təsvirin müəllifi X3 və tərəflər arasında bağlanmış əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikas ının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-nə keçmişdir.
2. Azərbaycan Respublikasında əmtəə nişanının qeydə alınması barədə 4 may 2018-ci il tarixli ərizə ilə İddiaçı1 cavabdehdən iddia sənədində göstərilmiş nişanın (işarənin) əmtəə nişanı kimi qeydə alınmasını xahiş etmişdir. Nişan şifahi və qrafik hissələrindən ibarətdir. Nişanın şifahi hissəsində rus dilində “Рачки-Морячки” sözləri yazılıb. Azərbaycan dilinə “Рачки-Морячки” sözləri “Xərçənglər-Dənizçilər” kimi tərcümə olunur. Nişanın qrafik hissəsinin sağ və sol tərəfindən xüsusi formalı zolaqlar müşahidə olunur. Nişanın qrafik hissəsinin mərkəzində isə xərçəng “Морячки” sözün “O” hərfin içində müşahidə olunur. Rəng və ya rəng kombinasiyası: ağ, göy, qırmızı, sarı, mavi, açıq mavi, tünd göy. Sinif 30: qənnadı məmulatları; konfet; karamel; karamel (konfet); şirniyyat; şokolad; pomadka (qənnadı məmulatları); praline; meyvəli jele məmulatları (qənnadı); şokoladda qoz.
3. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzi tərəfindən verilmiş 15 yanvar 2019-cu il tarixli, “Əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında” bildirişində qeyd edilmişdir ki, 2018 00538 nömrəli iddia ərizəsinın ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, o,( iddiaçı) 30-cu sinif əmtəələri üzrə əmtəə nişanı kimi qeydə alına bilməz. Belə ki, ekspertiza zamanı ƏXBT-nin 30-cu sinfi üzrə Azərbaycan Respublikasında öncə qeydiyyatdan keçmiş oxşar əmtəə nişanı aşkar edilmişdir. Şəhadətnamənin № 2016 1207, iddia sənədinin № 2016 00644, əmtəə nişanı “Креветка карамель”, il kinliyin tarixi 2 sentyabr 2016, ƏXBT-nin sinifləri 30, 35, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ 1040 Bakı şəhəri, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 17 A.
4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apelyasiya Şurasının A44-7 №-li, 17 dekabr 2019-cu il tarixli qərarı ilə "xxxx" MMC-yə məxsus 2016 1207 qeydiyyat nömrəli əmtəə nişanının 30-cu və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1, İddiaçı2 və “Ticarət Evi Konti məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Fuad Qəşəmov tərəfindən verilmiş etiraz ərizəsi təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar 16 mart 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Res publikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A44-7 saylı qərarının tamamilə ləğv olunması və "Креветка карамель" əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1207 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişlər.
6. İddiaçı tələbini aşağıdakı qaydada əsaslandırmışdır: - iddiaçılar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək, «Креветка карамель» adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1207 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A44-7 saylı qərar ilə etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Rusiya Federasiyası, Kursk şəhəri, Zolotaya küçəsi 13 ünvanında yerləşən İddiaçı1 (bundan sonra İddiaçı1) tərəfindən «Рачки-морячки» adlı əmtəə nişanı 30 iyul 2001-ci il tarixli iddia ərizəsinə əsasən 225576 nömrəsi ilə qeydiyyata alınmış və sonradan əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti 30 iyul 2021-ci il tarixədək uzadılmışdır. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi "xxxx" Xüsusi Səhmdar Cəmiyyəti (bundan sonra «Konti İB») tərəfindən Ukrayna Respublikasında «Рачки-морячки» adlı əmtəə nişanının qeydiyyata alınmasına dair 16 sentyabr 201 3-cü il tarixində iddia ərizəsi verilmişdir və 23 dekabr 2013-cü il tarixində «Рачки-морячки» adlı əmtəə nişanı 180304 nömrəsi ilə Ukrayna Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmışdır. “Рачки - морячки» adlı əmtəə nişanı 27 avqust 2013-cü il tarixdə tərəfindən Ümumdünya Əqli Mülkiyyət X4 üzrə beynəlxalq qeydiyyata alınmışdır. Əmtəə nişanının beynəlxalq qeydiyyatının tətbiq olunduğu ölkələr sırasına Azərbaycan da daxildir. Eyni zamanda, "xxxx" MMC tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 2 sentyabr 2016-cı il tarixində 2016 00644 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 12 dekabr 2016-cı il tarixində «Креветка карамель» adlı əmtəə nişanı 2016 1207 nömrəsi ilə qeydiyyata alınmışdır. - "xxxx" MMC «Креветка карамель» adlı əmtəə nişanını q eydiyyata alaraq, Konti İB-yə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Konti İB ilə X5 arasında imzalanmış «Рачки-морячки» adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında 8 aprel 2014-cü il tarixli aktlarda göstərilmişdir ki, «Рачкиморячки» adlı təsvirin müəllifi X3 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-yə keçmişdir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müq ayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən iddiaçılar hesab edirlər ki, «Рачки-морячки» adlı əmtəə nişanı və «Креветка карамель» adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1207 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, "xxxx" MMC-yə məxsus (“Креветка карамел”) təsviri əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 20 oktyabr 2016-cı il tarixdə "xxxx" MMC-nin adına Azərbaycan Resp ublikasında 20161207 nömrə ilə qeydiyyata alınmışdır. “Рачкиморячки” əmtəə nişanı 29-cu sinif: “marmelad” və 30-cu sinif: “qəhvə, çay, qəhvə əvəzləyicisi, kakao» əmtəələri üzrə 30 iyul 2001-ci il tarixli ilkinliklə Rusiya Federasiyasında "xxxx" QSC-nin adına 225576 nömrə ilə 25 oktyabr 2002-ci il tarixdə qeydiyyata alınmışdır. “Рачки-морячки” əmtəə nişanı 25 dekabr 2013-cü il tarixdə 180304 nömrə ilə 30-cu sinif əmtəələri üzrə Ukrayna Respublikasında İstehsalat Birliyi "xxxx" xüsusi səhmdar cəmiyyətinin adına qeydiyyata alınmışdır. “Рачки-морячки” sözlü əmtəə nişanı 28 avqust 2013-cü il tarixdə İddiaçı1 JOİNT STOCK COMPANY adına 30cu sinif əmtəələri üzrə ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 7 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisində id dia edilmişdir. Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. İddiaçı1 SC tərəfindən “Рачкиморячки” kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə qeydiyyata alınmasına dair 4 may 2018-ci il tarixdə iddia sənədi verilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və X1 Mərkəzi tərəfindən verilmiş əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında 15 yanvar 2019-cu il tarixli bildirişdə "xxxx" MMC-yə məxsus 2016 1207 qeydiyyat nömrəli oxşar (Креветка карамел) əmtəə nişanının aşkar olunduğu qeyd edilmişdir. İddiaçı1 QSC və "xxxx" MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə 30 dekabr 2010-cu il tarixdə 893 nömrəli müqavilə imzalanmışdır. Sonradan əlavə razılaşmalara müqavilənin müddət i 31 dekabr 2016-cı il tarixədək uzadılmışdır. Apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli məktuba əsasən, 2010-2016-cı illərdə İddiaçı1, “X11” və “Konti Ticarət Evi” tərəfindən “Рачки-морячки” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatları "xxxx" MMC, "xxxx" MMC və “NurQida“ MMC vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmamış və təqdim edilmiş 1 yanvar 2016 – 31 dekabr 2016-ci il tarixləri əhatə edən idxal sənədlərindən görünür ki, “Рачкиморячки” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatlar "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. İddiaçı1nə məxsus “Рачкиморячки” kombinasiya edilmiş əmtəə nişanı mənşə ölkəsi olan Rusiya Federasiyasında q eydiyyata alınmamışdır. Bu o deməkdir ki, ərizəçi "xxxx" Şirkəti “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin birinci hissəsinə istinadən o zaman nişanın etibarsızlığını tələb edə bilər ki, mənşə ölkəsində lazımi qaydada qeydiyyata alınmış olsun. Təsvirə dair müəlliflik hüquqlarının yaradılmasına münasibətdə isə Apellyasiya Şurası qeyd etmişdir ki, həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsinin b) bəndinə əsasən, müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentlərini təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Yalnız qeyd edilən halda əmtəə nişanının qeydiyyatı üçün müəlliflik hüquq u sahibinin və ya onun varisinin razılığı tələb olunur. Odur ki, yaradılmış əsər müəlliflik hüququ obyekti kimi əmtəə nişanına qarşı qoyulan zaman “Ədəbi və X8 haqqında” Bern Konvensiyasının müddəaları məhz bu kontekstdə nəzərdən keçirilməlidir. "xxxx" MMC tərəfindən 2019-cu ilin iyul-avqust ayında keçirilmiş sorğu nəticəsində respondentlərin böyük hissəsinin 3 ildən artıq həmin nişanı tanıması qeyd edilən əsaslardan irəli gələrək nişanın qeydiyyatının etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsini nəzərə alaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 29-cu maddələrini rəhbər tutaraq, Apellyasiya Sura sı etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(112)-4065/2020 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)-826/2021 nömrəli qərarı (hakim: X9) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A44-7 №-li, 17 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, “Креветка карамель” (təsviri) əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1207 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılara mənsub “РачкиМорячки” adlı kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Resp ublikasında qeydə alınmasa da, Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”na əsasən mühafizə olunur. Əmtəə nişanlarına qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Əmtəə nişanının mülkiyyətçisi Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə (distributoruna) onun istifadəsi üçün icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Əmtəə nişanı qüvvədə olduğu müddətdə “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, şəhadətn amə etibarsız sayılır. “Paris Konvensiyası”nın üzv ölkəsi olan Azərbaycan Respublikasında nişan sahibi olan üçüncü şəxs əvvəllər həm də iddiaçıların Azərbaycan Respublikasında distributoru olmuş, onlara mənsub malların satışı və dağıtımı ilə məşğul olmuşdur. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi iddiaçılar ilə aralarında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlandığını inkar edərək müqavilələrin etibarsız olduğunu bildirsə də, buna dair sübut təqdim edə bilməmiş, bununla yanaşı iş materiallarından, tərəflərin izahatlarından, həmçinin inzibati orqanda həyata keçirilmiş icraat zamanı toplanılmış icraat materiallarından da aydın olmuşdur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş və bu münasibətlər çərçivəsində təchiz olunan qənnadı məmulatları arasında iddiaçılara məxsus “Рачки-Морячки” konfetləri də olmuşdur. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında “Рачки-Морячки” adlı məhsulun iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Üçüncü şəxsə məxsus "Креветка карамель” əmtəə nişanı iddiaçılara mənsub “Рачки-Морячки” nişanın təqlidi olmuşdur. İddiaçıların üçüncü şəxsə verilmiş "Креветка карамель” nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan etmək hüququ olmuşdur. Üçüncü şəxs iddiaçıların razılığı olmadan onlara mənsub konfetin təsvirindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisində onun istehsalı ilə məşğul olaraq qanunsuz olaraq əmtəə nişanı almışdır. Azərbaycan Respublikasının 14 sentyabr 1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, 27 noyabr 1998-ci qoşulduğu “Ədəbi və X8 haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Ona görə də cavabdehin Apelyasiya Şurasının qərarının ləğv olunması və əmtəə nişanının üçüncü şəxsin adına qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız sayılması barədə iddia tələbi əsaslıdır.
11. Cavabdeh və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(103)-2560/2021 nömrəli qərarı (hakimlər: X14 (sədrlik edən və məruzəçi) X6 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında işin faktiki hallarına və işdəki sübutlara düzgün qiymət verilməmiş, işə birtərəfli qaydada yanaşılmış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə məhkəmə kollegiyası iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmənin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 6-cı maddəsinə istinadı da əsaslı hesab olunmamalıdır. Bu, Qanunun obyekti kimi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmənin həmin Qanuna istinadı əsaslı sayıla bilməz. Həmçinin, birinci instansiya məhkəməsinin “Ədəbi və X8 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə və həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab edilməməlidir. Konvensiyanın qeyd olunan maddəsi ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu Konvensiyanın predmeti kimi nəzərdə tutmamışdır.
16. Bundan başqa, «Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası»nın 6-cı maddəsinin A. (2) bəndində göstərilir ki, “Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ö lkəsi götürülür.” Hazırkı iş üzrə iddiaçı tərəfə məxsus olan “Konti MOUSSE” yalnız sözdən ibarət əmtəə nişanı 17 mart 2015-ci il tarixdə Qazaxıstan Respublikasında qeydiyyatdan keçmişdir. Lakin, iş materiallarında bu maddənin tələblərinə cavab verən, iddiaçı tərəfin həmin ölkədə hər hansı bir həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsinin yerləşdiyini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi hazırkı qərarı qəbul etməklə bu maddənin tələblərini də kobud şəkildə pozmuşdur. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli müşayiət məktubu ilə təqdim edil miş 2010-2016-cı illəri əhatə edən idxal sənədlərində “Raçkimoryaçki" adlı sözlü əmtəə nişanlı qənnadı məmulatlarının "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyi qeyd olunmuşdur. Bundan başqa, Apellyasiya Şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli məktubda 2010-2016cı illərdə İddiaçı1 (Rusiya Federasiyası), “X11” (Ukrayna) və “Konti Ticarət Evi” (Ukrayna) tərəfindən “Raçki-moryaçki” adlı sözlü əmtəə nişanlı qənnadı məmulatlarının "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmadığı qeyd olunduğu halda, birinci instansiya məhkəməsi bu hissədə də sübutlara özünəməxsus formada yanaşmış və sübutları düzgün qiymətləndirməmişdir. b. kassasiya şikayət inə etirazın dəlilləri
17. Cavabdeh məhkəməyə mülahizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(103)-2560/2021 nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının mübahisələndirilən qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Mülahizənin dəlillərinin əsasını iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun Maddə
3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə
6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:.a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğu n olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... Maddə
10. Əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə
25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam ve rməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə
29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: (...) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı ol an dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. (...) 20. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun Maddə
5. Müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin maddənin 2-ci bəndinin dördüncü hissəsinə görə isə müəlliflik hüququnun şamil edildiyi hə m açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formada mövcud ola bilər: “təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino, tele-, video-, yaxud fotokadr və s.)...” 21. “Ədəbi və X8 haqqında Bern Konvensiyası” Maddə 2. “«Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən:...rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini...”əhatə edir...” Həmin maddənin 6-cı bəndinə əsasən, “bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata ke çirilir.” 22. “Haqsız rəqabət haqqında” Qanun Maddə 4. “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. 23. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası Maddə
6. Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa, İttifaqın onun yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onla rla ictimaiyyəti çaşdırmaq olarsa, baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatı rədd edilə, yaxud etibarsız hesab edilə bilər
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət ə saslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri g östərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsə lələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan no rmalara görə, müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr) və sair obyektiv formada mövcud ola bilər. Müəlliflik hüququ ilə qorunma özözlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir.
31. Bu qərarın 21-24-cü bəndlərində istinad olunan normalara əsasən, mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşması kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilmiş şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. B elə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi, əgər onun İttifaq sərhədlərində belə müəssisəsi yoxdursa, onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o, İttifaq ölkəsinin vətəndaşıdırsa, onun vətəndaşı olduğu ölkə götürülür. 32. “Haqsız rəqabət haqqında” Qanunun yuxarıda istinad olunan 4-cü maddəsinə görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən hərəkətlərə, o cümlədən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu p ozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir.
33. Eyni zamanda, nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından, “Ədəbi və bədii əsərlər” termini, ifadə üsul və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur və tətbiqi sənət əsərlər ini əhatə edir. Həmin normaların tələbinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.
34. İş üzrə materiallarla müəyyən olunmuşdur ki, "xxxx" İB ilə X5 arasında imzalanmış “Рачки-Морячки” adlı əmtəə nişanının təsvirinin yaradılması barədə 8 aprel 2014-ci il tarixli akt ilə müəyyən olunmuşdur ki, Рачки-Морячки” adlı təsvirin müəllifi X3 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-nə keçmişdir.
35. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “РачкиМорячки” adlı məhsulun iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəy ə idxal edildiyi müəyyən edilmişdir. Üçüncü şəxsə məxsus «Креветка карамель» əmtəə nişanı iddiaçılara mənsub “Рачки-Морячки” nişanın təqlidi olmuşdur. İddiaçıların üçüncü şəxsə verilmiş «Креветка карамель» nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan etmək hüququ olmuşdur. Üçüncü şəxs iddiaçıların razılığı olmadan onlara mənsub konfetin təsvirindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisində onun istehsalı ilə məşğul olub qanunsuz olaraq əmtəə nişanı almışdır. 36. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əsasən, əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. Həmin Qanunun müddəalarına görə, əmtəə nişanı qüvvədə olduğ u müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Qeyd olunan Qanunun 31-ci maddəsinə (2-ci hissəsinə) əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.
37. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə görə, iddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması zamanı, məna etibarı ilə (semantik) oxşarlıq, nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi kimi əlamətlər əsasında müəyyən edilir.
38. Göründüyü kimi, qüvvədə olan əmtəə nişanları və coğrafi göstəricilər həm yerli qanunvericilik, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr baxımından eyni də rəcədə mühafizə olunur. Beləliklə, yuxarıda istinad olunan normalar və qeyd olunan səbəblər nəzərə alındıqda, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A44-7 №-li, 17 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməsini və "xxxx" MMC-nin adına cavabdeh tərəfindən aparılmış "Креветка карамель" əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1207 nömrəli şəhadətnamənin etibarsız hesab olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" MMC-nin k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(103)-2560/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.