Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-782/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 21.05.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.09.2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 09.05.2016-cı il tarixindən başlayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2-1 (82) -2479/18) iddia tələbinin təmin edilməsi, iddiaçının 15.07.1969-cu ildən 01.02.1978-ci ilədək Gürcüstan SSR-i Tbilisi şəhəri Bağçılıq-park Təsərrüfatı təmir-tikinti idarəsində fəhlə, 14.04.1978-ci ildən 28.06.1994-cü ilədək anbar müdiri, 12.03.1999-cu ildən 24.08.2005-ci ilədək mühəndis vəzifələrində işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona 09.05.2016-cı il tarixindən başlayaraq yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.09.2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 21(103)1813/2018)cavabdeh şöbənin apelyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018- ci il tarix li qərarının ləğv edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərar ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur k i, iddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. İşin materiallarında olan 14.04.1978-ci il tarixli ZT-İ ******* nömrəli əmək kitabçası və 01.09.1993-cü il tarixli 94 nömrəli arayışa əsasən iddiaçı 15.07.1969 – 01.02.1978-ci illərdə Gürcüstan SSR-i Tbilisi şəhəri Bağçılıq-park ısərrüfatı təmir-tikinti idarəsində fəhlə, 14.04.1978 -28.06.1994-cü illərdə anbar müdiri, 12.03.1999 - 24.08.2005-ci illərdə mühəndis peşə və vəzifələrində çalışmışdır. Bu məlumata əsaslanan iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müvafiq ərizə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmn inzibati orqanın 02.11.2016-cı il tarixli cavab məktubu ilə iddiaçının müraciətnin təmin edilməsindən imtin edilmiş və buna əsas kimi, iddiaçının istədiyi pensiyanın təyin edilməsi üçün tələb olunan sığorta staj ının çatmaması göstərilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, 01.01.2006cı il tarixədək sığorta stajı əmək kitabçası əsasında müəyyən edilir. Əmək kitabçasında göstərilən iş stajı dövlət arxivinin arayışı ilə təsdiq edildikdə əmək pensiyası təyin edilir. Lakin iş üzrə müəyyən edilir ki, iddiaçı əmək kitabçasında onun 14.04.1978 - 28.06.1994-cü illərdə anbar müdiri, 12.03.1999 - 24.08.2005-ci illərdə mühəndis vəzifələrində işləməsinə dair qeydlər mövcud olsa da, burada 14.04.1978 – 28.06.1994-cü illər üzrə vurulmuş möhür ümumiyyətlə oxunaqlı deyil, 12.03.1999 – 24.08.2005-ci illər üzrə isə iddiaçının Bakı şəhəri 16 saylı İ.İ.T.İ İdarəsində işləməsi g östərilsə də, möhür «xxxx» MMC-yə məxsusdur. İddiaçı tərəfindən həmin qeydlərin düzgünlüyünə, eləcə də Bakı şəhəri 16 saylı İ.İ.T.İ və «xxxx» MMC arasında hər hansı hüquqi bağlılığın olmasına dair sübuttəqdim olunmadığı üçün, cavabdeh şöbə tərəfindən iddiaçının sosial sığorta stajının olmaması əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi düzgün olmuşdur. Bundan əlavə, pensiya işinə iddiaçının adına açılmış digər ******* saylı əmək kitabçasında iddiaçının 1988 - 1990-cı illərdə də, əmək fəaliyyətinin olması göstərilmişdir. 01,09.1993-cü il tarixli 94 nömrəli arayışına əsasən iddiaçı 15.07.1969 - 01.02.1978ci illərdə Gürcüstan SSR-i Tbilisi şəhəri Bağçılıq-park təsərrüfatı təmir-tikinti idarəsində fəhlə işləmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya vaxt verils ə də, arayışda göstərilən həmin dövrün arxiv əsasları məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, həmin dövrün sosial sığorta stajına daxil edilməsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 31.2-1 -ci maddəsinin tələblərinə ziddir. Ona görə də, iddiaçının iddia ğələb əsaslı və qanun olmadığından, həmin tələb təmin edilə bilməzdi. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, (01.01.2017-ci il tarixinədək olan redaksiyada) əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına i mkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləs i (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1 sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar ırixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi alda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını jyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş "«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pens iyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Kassasiya şikayəti ilə əlaqəar o da qeyd olunmalıdır ki, iddiaçının qeyd etdiyi kimi, əmək kitabçası yeganə sübut vasitəsi olsa da və qanun tərəfidnən qəbul edilsə də, sözügedən əmək kitabçası lazımi qaydada və eyni zamnda qanunun tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-782/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-782/2019
21.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver