Məhkəmə qərarları › İş №2-1(102)-782/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-782/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-782/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi; dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “64 yaş 6 aydan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-3325/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1978-xx.xx.1992-ci il tarixədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin milis orqanlarında, xx.xx.1992-xx.xx.2002-ci il tarixədək AR Ali Dövlət Hakimiyyəti və X2 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək Dövlət Mühafizə Xidmətində, xx.xx.2008-xx.xx.2021-ci il tarixədək Azərbayca n Respublikası Prezidentinin İşlər İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır.

2. İddiaçı 8 dekabr 2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 17 dekabr 2021-ci il tarixli, **********9 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının dövlət qullu ğu stajı 15 ildən az, 13 il 7 ay 16 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı 25 yanvar 2022-ci il tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 45 ild ən artıq dövlət qulluğu stajı mövcuddur. Belə ki, o, xx.xx.1978-xx.xx.1992-ci il tarixədək milis orqanlarında, xx.xx.1992xx.xx.2002-ci il tarixədək Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və X2 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək Dövlət Mühafizə Xidmətində, xx.xx.2008-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində dövlət qulluğu vəzifələrində çalışmışdır. Cavabdehin etirazları:

6. Cavabdeh tərəfindən iddia ərizəsinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçının xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işlədiyi dövr dövlət qulluğu stajına daxil edilmişdir. Lakin onun xx.xx.1978ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin milis orqanları nda, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və X2 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyi dövrlərin dövlət qulluqçusu kimi iş stajına daxil edilməli olduğunu iddia etsə də, həmin dövrlər dövlət qulluğunda qulluq stajına daxil deyildir.

7. Məhkəmə sorğusuna cavab olaraq X3 xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-645 nömrəli məktubunda göstərilmişdir ki: - İddiaçının 1978-2008-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikası Ali Dövlət hakimiyyət və X1 İdarəsində, Azərbaycan Respublikası Ali Dövlət hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizəsi İdarəsində və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyi müddət dövlə t qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxildir. - İddiaçının 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Prezident İqamətgahı”nda baş mühəndis-böyük məsləhətçi, 2009-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Ulduz” Qonaq Evində baş mühəndisböyük məsləhətçi və 2019-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Ulduz” Qonaq Evinin texniki məsələlər üzrə direktor müavini vəzifələrində işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-5546/2022 nömrəli qərarı (hakim O.X.Həsənov) ilə iddia təmin edilmiş, iddiaçıya 64 yaş 6 aydan, yəni 16 may 2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən vəzifələrdə fəaliyyət göstərməsi mübahisə doğurmur. Hazırkı mübahisə iddiaçının işlədiyi həmin vəzifələrin dövlət qulluğu vəzifəsi olub-olmaması ilə bağlıdır. Cavabdeh iddiaçının təkcə xx.xx.2008-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində tutduğu vəzifələri dövlət qulluğu vəzifəsi hesab edir.

10. Dövlət qulluğuna dair qanunvericiliyə yeni tənzimləmələr nəticəsində Qanun və Qaydanın son redaksiyasından da görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüs usi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-3325/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) ilə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 21(112)-5546/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya in stansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Dövlət qulluğu 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlər inin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsas ında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.... Maddə

14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qull uğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.... Maddə

22. Dövlət məvacibi... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti o rqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.... Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.... 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qull uğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəy yən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir....

19. Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. K assasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkü n hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Hazırkı iş üzrə iddia tələbi iddiaçıya 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsindən ibarətdir. İddiaçı tələbinin əsası kimi xx.xx.1978-xx.xx.1992-ci il tarixədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin milis orqanlarında, xx.xx.1992-xx.xx.2002-ci il tarixədək AR Ali Dövlət Hakim iyyəti və X2 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək Dövlət Mühafizə Xidmətində, xx.xx.2008-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində müxtəlif vəzifələrdə çalışdığını göstərir.

24. Cavabdehin imtinasının və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az, 13 il 7 ay 16 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. Cavabdeh iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin milis orqanlarında, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və X2 İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2008-ci ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyi dövrləri dö vlət qulluqçusu kimi onun iş stajına daxil edilməməli olmasını göstərir.

25. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan göründüyü kimi, iddiaçının 1978-2008-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikası Ali Dövlət hakimiyyət və X1 İdarəsində, Azərbaycan Respublikası Ali Dövlət hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizəsi İdarəsində və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyi müddət dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxildir.

26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirilən xx.xx.1978xx.xx.2008-ci illərdə işlədiyi müddət dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərini dövlət qulluğunda qulluq stajına daxil edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçıya 64 yaş 6 aydan, yəni 16 may 2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə səhv nəticəyə gəlmişdir.

27. Belə ki, “Dövlət qulluğu haqqında” Qanuna 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir) ilə yeni məzmunda 22.7-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin tələbinə görə dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

28. Qanunvericiliyin tələbindən göründüyü kimi dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dö vlət qulluğu stajına hesablanması 16 iyul 2021-ci il tarixdən qüvvəyə minən qanunla tənzimlənmiş, həmin vaxta qədər dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına hesablanması qanunvericiliklə müəyyən edilməmişdir.

29. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 16 may 2020-ci il tarixdə yaransa da, həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbləri baxımından dövlət qulluğundakı qulluq stajı, cavabdehin də qeyd etdiyi kimi 15 ildən az (xx.xx.2008xx.xx.2020-ci il tarixləri arasındakı dövr) olmuşdur. 30. “Dövlət qulluğu haqqında” Qanuna 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 22.7-1-ci maddəyə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu staj ına hesablanması nəticəsində iddiaçının məhz 16 iyul 2021-ci il tarixdən, yəni qanunda dəyişikliklərin qüvvəyə mindiyi tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

31. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-3325/2022 nömrəli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli və cavabdehin üzərinə iddiaçıya 16 iyul 2021-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qoyulmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-c i il tarixli, 21(103)-3325/2022 nömrəli qərarı ləğv edilir. İddia qismən təmin edilir. Cavabdehin üzərinə iddiaçıya 16 iyul 2021-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar