Məhkəmə qərarları › İş №2-1(102)-782/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-782/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-782/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; sığorta stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 21(103)-2972/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək (8 il 1 ay 21 gün) işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil almış, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (1 il 11 ay 13 gü n), xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək (6 ay 9 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (2 il 3 ay 17 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək (3 il 4 ay 14 gün), xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (1 il 2 ay), xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (7 ay 18 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (4 il 2 ay 18 gün) işləmişdir. 2. 100 saylı Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 25 nömrəli arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 100 saylı Təmir-Tikinti İdarəsində mühasib vəzifəsində işləmiş və ona 2002-ci ildə 14400000 manat, 2003-cü ildə 14400000 manat, 2004-cü ildə 14400000 manat, 2005-ci ildə 14400000 manat və 2006-cı ildə ******* manat əmək haqqı hesablanmışdır.

3. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən, iddiaçının sığorta stajı 19 il 5 ay təşkil edir. Əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1999- cu il tarixədək və xx.xx.2001-ci il tarixdən 01.01,2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən, əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək M.F.Axundov adına kolxozun inventarizasiya kitablarında iddiaçının adına rast gəlinmədiyindən həmin dövr sığorta stajına əlavə edilməmişdir. Həmçinin, Mərkəzi Filialın “X2” ASC-də xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən, əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X1 əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğundan, həmin dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əmək kitabçasında qeyd olunmuş xx.xx.2001- ci il tarixdən xx.xx.2006-cı il tarixədək 100 saylı TTİ-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmi n müəssisədə əmək haqqı alıb-almamasını müəyyən etmək mümkün olmamışdır. Əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2016-cı il tarixdən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edil məsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 30 may 2023-cü il tarixli, 2-1(112)4506/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunduğu kimi, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (62 yaş 06 a y) xx.xx.2022-ci il tarixdə çatmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş rəsmi məlumatdan müəyyən olunur ki, iddiaçının xx.xx.2001-cı il tarixdən xx.xx.2006-ci ilədək işlədiyi 100 saylı Təmir-Tikinti İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları olaraq 2006-cı il üzrə 131,30 manat ödəniş həyata keçirilmişdir ki, qeyd olunan hal da sonuncunun qanunda nəzərdə tutulmuş xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalına malik olduğunu sübut edir. İşin faktiki hallarını, qanunvericiliyin tələblərinə görə xx.xx.2001-cı il tarixdən xx.xx.2006-ci ilədək işlədiyi 100 saylı Təmir-Tikinti İdarəsi tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətd ə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə alınmasının sığortaçının vəzifəsi olduğunu və 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablandığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərin ə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 25 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2972/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(112)-4506/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının sığorta stajı 19 il 5 ay təşkil edir. Əmək kitabçasında qeyd olunmuş xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 100 saylı TTİ-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisədə əmək haqqı alıb-almamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının adı sığortaolunan kimi qeyd olunmamışdır. Belə olan halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminat ına imkan vermədiyindən iddia təmin edilə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ 38.1. Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqınd a” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar... 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.... 1.0.10. Pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.... Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensi ya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1 dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi d övrə uyğun olaraq 2 hissəyə bölünür - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kass asiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidi r. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmən in inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmi şdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının 100 saylı Təmir-Tikinti İdarəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi üçün həmin illər sosial sığorta stajın a daxil edilə bilməz. Bundan əlavə, iddiaçının iş stajı 25 ildən az olmaqla, 19 il 5 ay təşkil edir.

26. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçının 19 il 5 ay sosial sığorta stajı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmaqla cavabdeh inzibati tərəfindən də mübahisələndirilmir. Mübahisələndirilən dövrlər iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş stajıdır.

27. Cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, 100 saylı Təmir-Tikinti İdarəsinin 25 saylı xx.xx.2022-ci il tarixli arayışından göründüyü kimi, iddiaçı xx.x x.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi 100 saylı Təmir-Tikinti İdarəsində mühasib vəzifəsində işləmiş və ona 2002-ci ildə 14400000 manat, 2003-cü ildə 14400000 manat, 2004-cü ildə 14400000 manat, 2005-ci ildə 14400000 manat və 2006-cı ildə ******* manat əmək haqqı hesablanmışdır.

28. Həmçinin, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17 1/2-109831/2023 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri 100 nömrəli Təmir-Tikinti İdarəsi tərəfindən 2001-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta 0,00 manat; 2002-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta 314,40 manat, 2003-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta 80,00 manat, 2004-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta 326,00 manat, 2005ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta 931,52 manat və 2006-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta 131,30 manat təşkil etmişdir.

29. İş materiallarından olan sənədlərdən göründüyü kimi, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrdə işəgötürən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi həm müəssisənin özü tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır.

30. Bundan başqa, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi müəssisə tərəfin dən arxiv sənədlərinin təhvil verilməməsi ilə bağlı cavabdehin həmin illəri sığorta stajı kimi qəbul etməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, onun işlədiyi müəssisənin məsuliyyət sferasına aiddir və həmin sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı məsələ olmadığından, onun sosial təminat hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Halbuki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək M.F.Axundov adına kolxozda mühasib müavini vəzifəsində işləməsi ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır və cavabdeh tərəfindən bu halı təkzib edə biləcək hər hansı mötəbər sübut təqdim olunmamışdır.

31. İddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixə dək öz hesabına məzuniyyətdə olması səbəbindən həmin dövrün onun sosial sığorta stajına daxil edilməsinin mümkünsüz olması ilə bağlı cavabdeh inzibati orqanın imtina dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, yəni 5 ay təşkil edir və həmin müddətin onun iş stajına daxil edilməsi ilə bağlı hər hansı məhdudiyyət qanunla müəyyən edilməmişdir. Odur ki, həmin dövr iddiaçının iş stajına daxil edilməlidir.

32. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halına münasibətdə də apellyasiya instansiyası məhkəməsinin araşdırması və mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi hazırkı halda işin nəticəsinə təsir etmir. Belə ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqin i tapmışdır.

33. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmaqla 62 yaş 6 ayı xx.xx.2022-ci il tarixdə tamam olduğundan və həmin tarixdə iş stajı qanunvericiliklə müəyyən edilmiş həddən – 25 ildən artıq olduğundan, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir.

34. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 21( 103)-2972/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar