Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-782/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 Böyük-Kişi qızı və İddiaçı1 Böyük-Kişi oğlu cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 Böyük-Kişi qızı və İddiaçı1 Böyük-Kişi oğlu cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2024-cü il tarixli, 2-1(103)2288/2024 nömrəli qərardadından X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı2 Böyük-Kişi qızı və İddiaçı1 Böyük-Kişi oğlu cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünv anında yerləşən 7 saylı mənzilə dair X1 adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş qeydiyyat vəsiqəsinin (xx.xx.2000-ci il tarixli reyestr kitabı 1112, səhifə 167068, qeydə alınma 3/167068 üzrə qeydə alınmış) ləğv olunmasını xahiş etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1181/2016 nömrəli, xx.xx.2016- cı il tarixli qərarı ilə iddia təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilə dair X1 adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş xx.xx.2000-ci il tarixli (reyestr kitabı 1112, səhifə 167068, qeydə alınma 3/167068 üzrə qeyd ə alınmış) Qeydiyyat vəsiqəsinin ləğv edilməsi qərara alınmışdır.
4. Həmin qərar icra edilərək X1 adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş xx.xx.2000-ci il tarixli (reyestr kitabı 1112, səhifə 167068, qeydə alınma 3/167068 üzrə qeydə alınmış) qeydiyyat vəsiqəsi ləğv olunmuşdur.
5. Eyni zamanda, İddiaçı2 Böyük-Kişi qızın və İddiaçı1 Böyük-Kişi oğlunun “X3 ilə X7 arasında Bakı şəhəri, Azərbaycan prospekti (H.Hacıyev) 3 saylı evin 7 saylı mənzilinə dair bağlanmış xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması”na dair iddia tələbi Səbail rayon Məhkəməsinin 2(009)2836/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.
6. Bu qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən cavabdeh tərəfindən üçüncü şəxs X4 adına olan MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilmişdir.
7. Üçüncü şəxs X7 xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1181/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarının rəsmi olaraq ona təqdim olunmasını xahiş etmiş, xx.xx.2024-cü il tarixdə qərarın surətini almışdır.
8. Qərardan narazı qalan üçüncü şəxs X7 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə/sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.R.Səlimova) 20 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2288/2024 nömrəli qərardadı ilə X8 və X6 iş üzrə İddiaçı2 Böyük -Kişi qızının prosessual hüquq varisləri kimi tanınmışlar.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə/sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və N.X.Nəbizadə) 15 noyabr 2024cü il tarixli, 2-1(103)-2288/2024 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1181/2016 nömrəli, xx.xx.2016- cı il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. X6 həmin qərardan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Məhkəmə qərardadı qəbul edərkən apellyasiya şikayətinin mümkünlüy ü ilə bağlı məsələni hərtərəfli araşdırmamışdır. Belə ki, üçüncü şəxs Rusiya Federasiyasında yaşadığını, 2023-cü ildə Azərbaycan Respublikasına ildə gələrkən şəxsiyyət vəsiqəsi alan zaman ona məxsus evin çıxarışının ləğv edildiyindən məlumatlı olduğunu qeyd etsə də, o, mütəmadi olaraq Azərbaycana gəlib-getmiş və sözügedən məhkəmə aktlarından da məlumatlı olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçiri lən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblə r 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qə bul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlay a bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar apellyasiya baxışına qaytarılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
18. Hazırkı iş üzrə kassatorun əsas dəlili apellyasiya şikayətinin mümkünlüyünə apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməməsi barədədir.
19. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına ş ikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.
20. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdır. Eləcə də, istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdud laşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir.
21. Belə prosessual məhdudiyyətlərdən biri də şikayət vermək üçün qanunla nəzərdə tutulan müddətlərdir.
22. Yuxarı instansiya məhkəməsinə müraciət üçün prosessual müddətlərin müəyyən olunması hüququn mühüm prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır. Hüquqi müəyyənlik prinsipi hüquqi sabitliyin vacib elementi olmaqla, qanunvericilik aktlarının və məhkəmə qərarlarının aydın və qabaqcadan proqnozlaşdırıla bilən olmasını, həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyini və onların dəyişdirilməzliyini nəzərdə tutur.
23. Hazırkı iş üzrə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iş üzrə üçüncü şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarından təxminən 08 (səkkiz) il sonra apellyasiya şikayəti vermişdir.
24. İşdəki sənədlərdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-1181/2016 nömrəli işin icraatı zamanı X7 üçüncü şəxs kimi cəlb edilsə də, icraat zamanı göndərilmiş məhkəmə sənədləri (bildiriş, məhkəmə aktı və s.) ona təqdim edilməmişdir.
25. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən hüquqi müəyyənlik prinsipi baxımından, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin ötən 08 il ərzində mübahisələndirilən qərardan məlumatlı olub-olmaması ilə bağlı işin hallarını İPM-in 12.1-ci maddəsinin tələ bləri baxımından qiymətləndirməli idi.
26. Belə ki, üçüncü şəxsə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1181/2016 nömrəli işin icraatı zamanı məhkəmə sənədləri təqdim edilməmiş olsa da, iş materiallarından görünür ki, inzibati məhkəmə icraatından sonra bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı tərəflər arasında mülki məhkəmə icraatı olmuş və hazırkı iş üzrə üçüncü şəxs həmin iş üzrə cavabdeh olmuşdur. Həmin işdə bağışlama müqaviləsinin etibarsızlığına əsas, məhz hazırkı iş üzrə qeydiyyat vəsiqəsinin ləğv edilməsi olmuşdur.
27. İşə baxan apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin həmin mülki iş üzrə cavabdeh olmasını nəzərə almaqla, həmin işin icraatı zamanı hazırkı işin nəticəsi barədə məlumatlı olub-olmamasını, hazırda mübahisələndirilən qərarın həmin mülki iş ma teriallarında olub-olmamasını, beləliklə də üçüncü şəxsin işdən məlumatlı olubolmamasını araşdırmalı idi.
28. Bundan əlavə, üçüncü şəxs apelyasiya şikayətində Rusiya Federasiyasında yaşadığını, məhkəmə mübahisələri zamanı Azərbaycan Respublikasında olmadığını, 2023-cü ildə ölkəyə gəlişi zamanı şəxsiyyət vəsiqəsi almaq istəyərkən adına olan çıxarışın ləğv edilməsindən, dolayısı ilə mülki və inzibati məhkəmə icraatından məlumatlı olduğunu bildirmişdir.
29. Lakin iş materiallarında üçüncü şəxsin həmin dövrdə Rusiya Federasiyasında olmasını, uzun illər Azərbaycana gəlməməsini, adına olan çıxarışın ləğv edilməsi ilə bağlı məlumatlı olmamasını təsdiq edən hər hansı sübut yoxdur.
30. İşin hallarına əsasən, üçüncü şəxsin mülkiyyətçi olaraq mülkiyyət hüququndan irəli gələn hərəkətləri yerinə yetirə rkən (kommunal xərclərin ödənilməsi, dövlət orqanlarından müvafiq arayışların alınması və s.) mübahisəsi gedən əmlaka – mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsindən kifayət qədər uzun müddət (təxminən, 8 il) ərzində məlumatsız olması inandırıcı və ağlabatan görünmür.
31. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə hüquqi qiymət verməmiş, mübahisələndirilən qərarın qəbul edilməsindən kifayət qədər uzun müddət keçdikdən sonra verilmiş şikayət üzrə apellyasiya icraatının mümkün sayılmasını əsaslandırmamış, bununla bağlı işin hallarını hərtərəfli araşdırmamışdır.
32. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi tərəfindən Bakı Ape llyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən, İddiaçı2 Böyük-kişi qızının adına xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində vərəsəlik işinin açıldığı müəyyən edilmişdir. Həmin iş üzrə X5 (Bakı şəhəri, R.Rza küçəsi, ev 85, mənzil 4), X8 (Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 86, mənzil 119) və X6 (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86, mənzil 12) qanun üzrə vərəsə kimi tanınmış, lakin hazırkı tarixədək vərəsəlik şəhadətnaməsi verilməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-1(103)2288/2024 nömrəli qərardadı ilə X8 və X6 iş üzrə İddiaçı2 Böyük-Kişi qızının pr osessual hüquq varisləri hesab edilmiş, X2 iş üzrə prosessual hüquq varisi hesab edilibedilməməsinə münasibət bildirilməmişdir.
34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2-1(103)311/2024 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
35. İşə təkrar baxan məhkəmə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
36. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2024-cü il tarixli, 2-1(103)-2288/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.