Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-783/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və qeyrilərinin “xxxx” ASC-yə və Cavabdeh4nə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı1 vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər “xxxx” ASC-yə, Sabunçu rayon Enerji Satışı şöbəsinə, Cavabdeh4nə və Sabunçu rayon X1rşı əlavə sayğacların quraşdırılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qərard adından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər “xxxx” ASC-yə, Sabunçu rayon Enerji Satışı şöbəsinə, Cavabdeh4nə və Sabunçu rayon X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ünvanda4 nəfərdən ibarət ailəsilə ayrıca yaşayan İddiaçı3 adına yeni abunə kodunun açılmasına və əlavə elektrik enerjisi sayğacının quraşdırılmasına cavabdehlər ASC-nin və şöbənin məcbur edilməsi; ünvan 1ünvanda4 nəfərdən ibarət ailəsilə ayrıca yaşayan İddiaçı3 adına yeni abunə kodunun açılmasına və əlavə elektron qay sayğacının quraşdırılmasına cavabdehlər Birliyin və Sahənin məcbur edilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli; iş № 2-1(82)-2335/2018) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən S.Seyidova, hakimlər A.Nuriyeva və V.Məmmədov; iş № 2-1(103)-2440/2018) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçılar kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin d əlilləri İddiaçıların kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işdə olan iddia tələbini və bu tələbin əsasını təşkil edən sübutları düzgün qiymtələndirmədiyindən maddi və prosessual hüquq normalarını pozmuş; nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən İddiaçı1 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, haz ırkı iş üzrə cavabdehlərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiy a instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddia tələbi 2 hissədən ibarətdir. Birinci tələb iddiaçıların yaşadıqları evə qaz və işıq təchizatı üzrə əlavə sayğacların quraşdırılmasıdır. Həmçinin iddia ərizəsində göstərilmiş cabdehlərdən ikisi, yəni "Cavabdeh4" İB və "xxxx" ASC təbii inhisarçı qurum kimi publik hüquq sahəsində inzibati orqan qismində çıxış etsə də, onların tabeliklərində (ayrı-ayrılıqda) olan Sabunçu Rayon Qaz İstismar Sahəsi və Sabunçu Rayon Enerji Satışı şöbəsi müstəqil şəkildə inzibati orqan kimi fəaliyyət göstərmirlər. İddiaçılar iki ayrı-ayrı məsələ, yəni yaşadıqları evə qaz və i şıq təchiizatı üzrə əlavə sayğacların quraşdırılması ilə bağlı iddia qaldırmışlar, hansı ki, bu Azərbaycan Respublikası İPM-in 30-cu və 37 maddələrinin tələbləri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 35.1- ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Ona görə də, iddiaçıların iddia tələbləri mümkün sayıla bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçıların kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. İş üzrə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən sayğacların quraşdırılması tələb olunan yaşayış sahələrinin hansı şəxsin mülkiyyətində olması barədə məhkəməyə hər hansı sənəd-sübut təqdim olunmamışdır. Belə olan halda, iddiaçıların hazırki tələblərlə məhkəmədə iddia qaldırmaq üçün suby ektiv hüququ yaranmır. Belə halda, cavabdehlər tərəfindən iddiaçıların hansı hüququqlarının pozulduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqin tapmır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutla rla əsaslandırılmalıdır Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35, 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-783/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-783/2019
23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver