Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-783/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(103)-2775/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli X3 xx.xx.2015-ci il tarixli 0031003AAA50 saylı göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif – Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş; Diaqnozun mətni: Sağ ağ ciyər v ərəmi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir.
2. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli X3 xx.xx.2016-cı il tarixli 0031003AAA69 saylı göndərişi əsasında xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: l Sinif – Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 Vərəm => A16 - Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Sol ağ ciyərin fibroz kavernoz vərəmi BK(+). Xroniki TÇ İİ dər.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9)” səbəbi ilə beş il müddətinə əlill ik dərəcəsi təyin edilmişdir.
3. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli X3 xx.xx.2021-ci il tarixli 0031003AABB2 saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sol ağ ciyərin fibroz-kavernoz vərəmi TDM(-). Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki respirator çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya. Xroniki respirator çatmamazlıq, İİ dərəcə. Dəqiqləşdirilməmiş ürək çatmamazlığ ı, Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə - əlavə ixtisaslaşmış müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı 26 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ikinci qrup əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və buraxılmış dövr ərzində əlilliyə görə əmək pensiyasının birdəfəlik olaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdən Sol ağ ciyərin fibroz kavernoz vərəmi, BK (+). Xroniki TÇ İİ dərəcə, ağır fiziki işlər əks göstərişdir diaqnozu ilə İİ qrup əlil olmuşdur. Lakin cavabdeh və onun tabe qurumları əsassız olaraq onun pensiyasını 5 il müddətində vermədikləri üçün 2016-cı il tarixdən 2021-ci il tarixədək olan müddətdə məhkəmələrdə olmuşdur. Nəhayət, yekun qərarla öz hüququna nail olmuşdur. 5 il müddətin tamamında yenidən təkrar müayinədə olarkən ona əlillik dərəcəsi verilməkdən əsassız olaraq imtina edilmiş, lakin imtina barəsində ona qərar təqdim edilməmişdir. Kompüter vasitəsi ilə imtina barədə məlumat çap etdirib götürə bilmişdir. İmtinanın səbəbi kimi onun guya əlavə müayinəyə ehtiyacı olduğu göstərilib. Halbuki, o, 2000-ci il tarixdən bu xəstəliyə düçar olmuşdur. Heç bir müayinənin xeyri olmadığından da ona əlillik dərəcəsi verilmişdir. Sonun cu müayinənin nəticəsi olaraq da görünür ki, onun səhhətində əsaslı şəkildə geriləmə getmiş, nəfəs darlığından ürəyində və başqa orqanlarında əlavə xəstəliklər baş vermişdir. Belə ki, hazırda ona qoyulan diaqnoz “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağ ciyərin fibroz-kavernoz vərəmi TDM (-). Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Xroniki respirator çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya. Xroniki respirator çatmamazlıq, İİ dərəcə dəqiqləşdirilməmiş ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı, İİİ dərəcə F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya”dır. Belə bir vəziyyətdə 5 ildə onun pensiyasını əsirgəyən inzibati orqan əlavə müalicə etdirməyi tövsiyə etmişdir.
6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli X3 xx.xx.2021-ci il tarixli 0031003AABB2 saylı göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlliliyin təyin edilməsindən imtina edilmişdir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı və rəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən və zifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imza lanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.
7. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında təqdim edilən sənədlərə əsasən iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli X3 xx.xx.2022-ci il tarixli 0031003AABDR saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Sol ağ ciyərin fibroz-kavernoz vərəmi TDM(-). Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Gen eralizə olunmuş bronxobstruksiya. Xroniki respirator çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya. Xroniki respirator çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİİ F.S. NYHA. Ritm pozğunluğu. Ekstrasistolik aritmiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9)” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir.
8. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya İİ qrup əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi vəzifəsi nin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1745/2022 nömrəli qərarı (hakim A.Ə.Əhədova) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əlillik dərəcəsinin təyini yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Eyni zamanda qeyd edilməlidir ki, 2 iyul 2021ci il tarixli Qanunla edilmiş dəyişikliklə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddətinin bitdiyi tarixdən rəsmiləşir. Yəni şəxsin əlillik müddəti bitdiyi tarixdən 6 ay keçənədək əlillik təyin olunarsa, ortada ötürülmüş mü ddət üçün də şəxs əlil hesab edilir. İddiaçı barəsində xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı barəsində növbəti dəfə Bakı 1 nömrəli X3 xx.xx.2022-ci il tarixli 0031003AABDR saylı yeni forma 88 göndərişi tərtib olunaraq Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edilmiş, TSEK tərəfindən xx.xx.2022-ci il tarixdən növbəti 5 il müddətinə əlillik təyin edilmişdir. TSEK-in əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı qərarı xx.xx.2022-ci il, əlillik dərəcəsi təyin etdiyi tarix xx.xx.2022-ci ildir. Yuxarıda da qeyd edildiyi kimi əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından iddiaçının əlillik təyinatının həmin qərardan əvvəlki tarixə təyin edilməsi qanuni hesab edilə bilməz. Eyni zamanda iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, növbəti dəfə əlillik dərəcəsinin təyini isə xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Beləliklə, iddiaçının növbəti əlillik dərəcəsinin təyini müddəti əvvəlki əlillik müddəti bitdikdən 6 ay ərzində deyil, 8 aydan çox müddət keçdikdən sonra təyin edildiyindən təkrar təyin olunan əlillik dərəcəsi əvvəlki müddətin bitdiyi aprel 2021-ci il tarixdən müəyyən edilə bilməz.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(103)-2775/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1745/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. İddiaçı qeyd edir ki, məhkəmə iddia tələbini hansı əsasla rədd etdiyini əsaslandıra bilməmiş, işin faktiki hallarını formal olaraq qərara köçürməklə, məsələnin hüquqi tərəflərinə münasibət bildirməmişdir. Qərarda istinad etdiyi hüquq norm alarının hər biri isə iddiaçının xeyrinə olmuşdur. Bütün məhkəmə iclaslarında təqdim edilən sənəd və sübutlar onu göstərmişdir ki, iddiaçının 2016-cı il tarixdən eyni xəstəlik üzrə əlil olması işin mübahisəsiz halıdır. İddiaçının əlil olması, məhkəmə mübahisəsi zamanı məhkəmənin öz təşəbbüsü ilə keçirilən məhkəmə ekspertizasında təkrar müayinə zamanı bir daha həmin xəstəliyin müəyyən edilməsi və imtinada verilmiş “müalicəyə ehtiyacı vardır” rəyinin yanlış olduğu təkzib edilə bilməz. Yəni iddiaçı əlillik müddətinin bitdiyi vaxt may ayında yoxlamada olmuş və həmin vaxt ona əlilliyi müəyyən edilərək İİ qrup əlillik dərəcəsi müəyyən edilməli idi. Hər hansı qanun pozuntularının və ya qanuna edilmiş dəyişikliyinin iddiaçının hüququnun pozulmasına heç bir aidiyyəti olmamalıdır. Əlillik müddəti bitdikdən sonra iddiaçı müayinə edilib və ona “müalicəyə ehtiyacı var” diaqnozu qoyulub. Müddət iddiaçı tərəfindən ötürülməmişdir və “təkrar müəyinəyə ehtiyacı vardır” rəyini mübahisələndirən iddiaçının iddia ərizəsi üzrə məhkəmə öz təşəbbüsü ilə ekspertiza keçirilməsi ilə bağlı qərar qəbul etmiş və nəticədə iddiaçının həqiqətən də İİ qrup əlil olması və müalicənin faydasız olması öz təsdiqini tapmışdır. Lakin məhkəmə bu halı nəzərə almamış, iddiaçının əlillik aldığı tarixin düzgün müəyyən edilməsi barədə iddiasını təmin etməmişdir. Cavabdeh iddiaçıya əlillik təyin etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı məhkəməyə müraciət etməsəydi, ona əlillik dərəcəsi də verilməyəcəkdir. Belə olan halda məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mar t 2016-cı il tarixli, 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1, 1.2 və 1.3-cü bəndlərinin, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələbləri baxımından əsaslı və ədalətli deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağı dakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs,... Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o c ümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”:
1. Ümumi müddəalar... 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə r azılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya his siyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması..
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.....
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır....
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. S übutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə q ərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə koll egiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cə fərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisənin əsasını iddiaçıya xx.xx.2022-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyi n edilməsi təşkil edir. Bununla bağlı, iddiaçının təkrarlanan dəlili ondan ibarətdir ki, o, 2016-cı il tarixdən eyni xəstəlik üzrə əlil olmuş, bu müddətdə xəstəliyində yaxşılaşma baş verməmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 17-19-cu bəndlərində istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
30. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur.
31. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçıya ilk dəfə əlillik xx.xx.2016-cı il tarixdə beş il müddətinə təyin edilmiş, növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılaraq “əlavə ixtisaslaşmış müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Bundan sonra, iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə yenidən baxılmış və ona 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir.
32. İddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 8 aydan çox müddətdə təyin edilmişdir. Yəni iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.
33. Kassasiya şikayətinin digər dəlili məhkəmənin öz təşəbbüsü ilə ekspertiza keçirilməsi ilə bağlı qərar qəbul etməsi, nəticədə iddiaçının həqiqətən də İİ qrup əlil olmasının və müalicənin faydasız olmasının öz təsdiqini tapması olsa da, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində iddiaçının əlillik vəziyyəti ilə bağlı ekspertiza keçirilməmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilən əlillik dərəcəsi məhkəmə araşdırması nəticəsində deyil, cavabdehin fəaliyyəti nəticəsində baş vermişdir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının müalicənin faydasız olması barədə dəlilini də əsassız hesab edir.
34. Belə olan halda, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 21(103)-2775/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.