Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-783/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" QSC) “köçürüləcək evlərin siyahısından çıxarılma və fərdi yaşayış sahəsinin sökülən hissəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü i l tarixli, 2-1(103)-2148/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Bakı Metropoliteninin Perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin X5” və “Bakı Metropolitenin 2011-2015-ci illərdə İnkişafına dair Dövlət Proqramı”nda İİİ yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposu, “Avtovağzal”, B-02, B03, B-04 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 158 saylı, 21 iyun 2013-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xoc əsən” elektrik deposunun tikintisi üçün 21,92 ha torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan kimi "xxxx" QSC müəyyən edilmişdir. 3.. Bakı şəhəri xxx başçısının 01 oktyabr 2016-cı il tarixli, 212 saylı sərəncamında qeyd olunmuşdur ki, “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinə maneə törədən fərdi yaşayış evləri və qeyriyaşayış obyektləri "xxxx" QSC-nin müraciəti əsasında qiymətləndirilmiş və həmin tikililərə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğləri Maliyyə Nazirliyi tərəfindən razılaşdırılmışdır. 4. "xxxx" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən X2 məxsus olan fərdi yaşayış evinin bazar dəyəri 128.925 manat olmaqla sökülməsinə görə ödəniləcək kompensasiyanın məbləği Azərbaycan Respublikası Prezidentinin 506-İİİQD nömrəli, xx.xx.2007-ci il tarixli Fərmanına əsasən hesablanmış bazar dəyərinə 20% əlavə edilməklə 154.710 manat təşkil edir. 5. xxx ilə X3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən X3 154710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən Bakı şəhər Binəqədi RİH-in xeyrinə imtina etmişdir. Müqaviləni İddiaçıanın adından etibarnamə əsasında nümayəndəsi kimi oğlu İddiaçı imzalamış və dövlət büdcəsindən 154.710 manat məbləğində vəsait onun tərəfindən qəbul edilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-96/2022 nömrəli 30 iyun 2021ci il tarixli qətnaməsi ilə iddiaçı xxxnin cavabdeh İddiaçı qarşı iddia tələbi təmin olunaraq, xxx ilə X3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etməklə, Bakı şəhəri Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, motodrom yaşayış massivində (qiymətləndirmə hesabatında A və C tikililəri kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyi cavabdeh X1 hüquqi varisi İddiaçı üzərinə qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Xocahəsən motodrom yaşayış massivi ünvanında yerləşən 141.76 kv.m sahəsi olan fərdi yaşayış evinin Xocahəsən Avtovağzal arası metro tunellərinin və Xocahəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı ç ərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılmasının və fərdi yaşayış evinin sökülən hissəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus Xocahəsən motodrom yaşayış massivi ünvanında yerləşən 141.76 kv.m sahəsi barəsində müqavilə bağlanılmamış, kompensasiya ödənilməmişdir. Kompensasiya «C» tikilisi ilə bağlı olmuş, onun tikilisi isə «A» tikilisidir. «B» tikilisi isə Sevinc Məmmədova məxsus olmuşdur. Hazırda ona məxsus «A» tikilisinin sökülməsi zərurəti də yoxdur.
9. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2-1(112)-2023/2023 nömrəli qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır.
10. Məhkəmə hesab etmişdir ki, A və C adlandırılmasından asılı olmayaraq iddiaçının da iştirakı ilə tərəflər arasında kompensasiyanın ödənilməsi üçün müqavilə bağlanılmış iddiaçının anası tikililərə münsibətdə bütün hüquqlarının cavabdehə ötürülməsinə razılıq vermiş, kompensasiyanı müvafiq kv.m-lik əmlaka uyğun olaraq əldə etmişdir ki, həmin müqavilə qüvvədə olduğu, ləğv edilmədiyi müddətdə həmin əmlakla bağlı hər hansı tələb, eləcə də iddia ərizəsində qeyd edildiyi kimi köçürüləcək evlərin siyahısından çıxarılma və fərdi yaşayış evinin sökülən hissəsinin bərpa edilməsi iddiasına münasibətdə iddiaçının hər hansı hüququnun mövcudluğundan söhbət gedə bilməz.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-2148/2023 nömrəli qərardadı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı hazırkı «metro tunellərinin və Xocahəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılmasının və fərdi yaşayış evinin sökülən hissəsinin bərpa edilməsini tələb etdiyi Xocahəsən motodrom yaşayış massivi ünvanında yerləşən 141.76 kv.m sahəsinin də daxil olduğu «A» və «B» tiklilərinə görə həm in əmlakın istifadəçisi X1 etibarnaməsi əsasında 154710,00 manat kompensasyia almış və bununla da bir daha həmin sahəni mübahisəlndirmək hüququnu itirmişdir.
14. Apellyasiya məhkəməsi İPM-in 35.1-ci maddəsinə istinad etmişdir.
15. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İş üzrə üçüncü şəxs "xxxx" QSC kassasiya şikayətlərinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)2148/2023 nömrə li qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. M addə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk nö vbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüqu q normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
28. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümum i və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.
30. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış i ddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl apa rılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsas lanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
33. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
34. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı iki hissədən ibarətdir: 1) ona məxsus Xocahəsən motodrom yaşayış massivi ünvanında yerləşən 141.76 kv.m sahəsi olan fərdi yaşayış evinin Xocahəsən Avtovağzal arası metro tunellərinin və Xocahəsən elektrik deposu na dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılmasının və 2) fərdi yaşayış evinin sökülən hissəsinin bərpa edilməsi.
35. Qeyd edilməlidir ki, işin araşdırılmış hallarına əsasən, Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 158 saylı qərarının icrasını təmin etmək məqsədilə iddiaçının mərhum anası X1 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən, ümumi sahəsi 318.43 kv.m yaşayış evinin hazırkı cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmış və bu barədə qeyd edilən daşınmaz əmlakın istifadəçisi X3 ilə cavabdeh arasında notarial qaydada xx.xx.2016-cı il tarixli müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən həmin müqaviləyə notarial qaydada yazılı razılıq verilmiş və o m üəyyən edilmiş 154710.00 manat kompensasiya məbləğini X1 nümayəndəsi kimi etibarnamə əsasında almışdır. Bu hal iddiaçı tərəfindən də təkzib edilmir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2016-cı il tarixli notarial qaydada bağlanılmış müqaviləyə əsasən söküntüyə görə 154710.00 manat məbləğində kompensasiyanı almaqla müvafiq daşınmaz əmlakdan cavabdehin xeyrinə imtina etmiş və bunun nəticəsində bir daha həmin sahəni mübahisələndirmək hüququnu itirmişdir.
37. Belə olan halda, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması və bu səbəbdən, iddianın mümkünsüzlüyü barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə hazırki qərarın 18(a), 20 və 21-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur. Odur ki, kassasi ya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 21(103)-2148/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.