Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-784/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə 10.04.2019 İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı vurulmuş maddi və mənəvi zərərin tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2584/2018 saylı 14 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 aprel 2019-cu il t arixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 26 dekabr 2006-cı il tarixli 644 və 645 saylı sərəncamları ilə xxxxya və xxxxa məxsus xxxx küçəsində yerləşən köşklərin rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. xxxx və xxxx köşkələrinin yerində rekonstruksiya edərək tikdikləri 20 kv.m və 120 kv.m qeyri-yaşayış sahələrini 02 oktyabr 2007-cı il tarixdə 42.000 ABŞ dol larına iddiaçıya satmışlar. Əzizbəyov rayon Buzovna Bələdiyyəsinin 16 oktyabr 2007-ci il tarixli 545 saylı qərarı ilə iddiaçının aldığı qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə ona 400 kv.m torpaq sahəsi ayrılmışdır. 27 yanvar 2009-cu il tarixdə iddiaçı həmin torpaq sahəsini mülkiyyəti kimi dövlət reyestrində qeydə aldırmışdır. Bundan sonra, iddiaçı həmin ərazidə 340 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi inşa etdirmişdir. Həmin obyekt '"Rəvan” kafesi olaraq fəaliyyət göstərmişdir. Bundan əlavə tikililərdən birində təndirxana, digərində stolüstü oyunlar zalı fəaliyyət göstərmişdir. Tikilidən azad həyətyanı sahə hasara alınmaqla həyətə giriş 2 ədəd dekorativ darvazadan ibarət olmuşdur. Həyətdə 30 ədəd ağac, o cümlədən 6 evkalip, bir şam və qalanları meyvə ağacları əkilmişdir. Azərbaycan R espublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən Pirallahı, Binə, Buzovna, Şağan, Qala, Çilov, Zirə, Gürgan, Mərdəkan, Neft Daşları, Türkan və Şüvəlan qəsəbələrarası və qəsəbədaxili asfalt yollarının bərpası nəzərdə tutulmuş və bu işlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər RİH-ə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011 - 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və həmin Proqram çərçivəsində həyata keçiriləcək Tədbirlər Planına əsasən Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmiri və 40 əlavə sinif tikintisi nəzərdə tutulmuş və bu işlərin görülməsi Təhsil Nazirliyi və Cavabdehnə həvalə edilmişdir. Xəzər RİH-in sifarişi ilə bu işlərin görülməsi "xxxx” MMC-yə həvalə edilmişdir. 15 iyun 2011-ci il tarixdə “xxxx” MMC 26 saylı orta məktəbin qonşuluğunda olan iddiaçıya məxsus 400 kv.m qeyri-yaşayış sahəsinin ərazisini mülkiyyətçiyə məlumat vermədən, əmlakı ondan almadan tam şəkildə sökmüşdür. Ərazinin əksər hissəsi 26 saylı orta məktəbə qatılmış, qalan hissəsi xxxx küçəsinə daxil edilmişdir. 12 dekabr 2011-ci il tarix də iddiaçı Xəzər RİH-ə və “xxxx” MMC-yə qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırmış və onun mülkiyyəti olan 400 kv.m. torpaq sahəsinin və onun üzərində yerləşən 340 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi ilə ona vurulmuş 500.000 manat maddi ziyanın və 500.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. 22 iyul 2014-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli qərardadını ləğv etmiş və həmin hissədə eyni səbəblərdən iddialar üzrə icraata xitam vermişdir. İddiaçı onun əmlakının zəbt edilməsi və sökülməsi ilə ona vurulmuş zərərin ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh heç bir cavab verməmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, Azə rbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair” 27 fevral 2006-cı il tarixli 1338 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Bakı şəhərinin rayonlarında olduğu kimi Xəzər rayonunda, o cümlədən Buzovna qəsəbəsində də quruculuq, abadlıq, yaşıllıq və s. işlər həyata keçirilmişdir. Həmçinin, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2910 nömrəli, 08 iyul 2008-ci il tarixli Sərəncamına əsasən X1 Hava Limanı - Mərdəkan dairəsi Buzovna - Bilgəh qəsəbəsi istiqamətində magistral yolun yenidən qurulması işləri aparılmışdır. Göstərilənlərlə əlaqədar yeni salınmış magistral yolun kənarında h əmçinin Buzovna qəsəbəsinin ərazisində abadlaşdırma və yenidənqurma işləri ilə bağlı primitiv şəkildə olan tikililər sökülmüş, yaşayış evləri, qeyri-yaşayış obyektləri yenidən rekonstruksiya olunaraq milli memarlıq üslubunda inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində iddia etdiyi tikililər Cavabdeh tərəfindən sökülməmişdir. Bu səbəbdən də iddia rədd edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2470/2018 saylı, 25 iyul 2018-ci il tarixli qərardadı ilə (hakim: R.L.Kərimli) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona məxsus əmlakların məhz cavabdeh inzibati orqan Xəzər RİH tərəfindən sökülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən cavabdeh inzibat i orqan Xəzər RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi məhkəmə icraatında öz təsdiqini tapmır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2584/2018 saylı 14 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2470/2018 saylı, 25 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək onunla razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2584/2018 saylı 14 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına və həmin Proqram çərçivəsində həyata keçiriləcək Tədbirlər planına əsasən Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmiri və 40 əlavə sinif tikintisi nəzərdə tutulmuş və bu işlərin görülməsi Təhsil Nazirliyi və Cavabdeh s ifarişi ilə “xxxx” MMC-yə həvalə edilmişdir. 15 iyun 2011-ci ildə “xxxx” MMC 26 saylı orta məktəbin qonşuluğunda olan iddiaçıya məxsus 400 kv.m qeyri-yaşayış sahəsinin ərazisini mülkiyyətçiyə məlumat vermədən, əmlakı ondan almadan tam şəkildə sökmüşdür. Ərazinin əksər hissəsi 26 saylı orta məktəbə qatılmış və qalan hissəsi xxxx küçəsinə daxil edilmişdir. 12 dekabr 2011-ci ildə iddiaçı Cavabdehnə və “xxxx” MMC-yə qarşı Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq mülkiyyətində 400 kv.m. torpaq sahəsinin və onun üzərində yerləşən 340 kv.m-dən ibarət qeyri - yaşayış sahəsinin sökülməsi nəticəsində ona vurulmuş 500.000 manat maddi ziyanın və 500.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. 08 may 2014-cii ildə Xəzər Rayon Məhkəməsi iddiaçının “ xxxx” MMC-yə qarşı iddiasını rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən söküntü işləri qanuna müvafıq şəkildə aparılmış, bu səbəbdən qanun pozuntusu (delikt) olmamış və “xxxx” MMC-nin mülki məsuliyyəti, yəni zərərin əvəzini ödəmək vəzifəsi yaranmamışdır. Eyni zamanda məhkəmə iddiaçının Cavabdehnə, Təhsil Nazirliyinə, Satınalmalar üzrə Dövlət Agentliyinə, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhərsalma və Memarlıq İdarəsinə və Buzovna Bələdiyyəsinə qarşı iddiasını inzibati mübahisə hesab edərək baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinə göndərmişdir. İddiaçı Xəzər Rayon Məhkəməsinin iddianın bir hissəsinin aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə göndərilməsi barədə 08 may 2014-cü il tarixli qərardadından şikayət verm iş, 25 iyun 2014-cü ildə Xəzər Rayon Məhkəməsi 08 may 2014-cü il tarixli qərardadını ləğv etmiş və həmin hissədə eyni səbəblərdən iddialar üzrə icraata xitam vermişdir. İddiaçı Xəzər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə 20 oktyabr 2014-cü ildə "xxxx” Qiymətləndirmə şirkəti iddiaçının əmlakının qiymətləndirərək torpaq sahəsinin bazar qiymətinin 159.700 manat, tikililərin bazar qiymətinin 321.800 manat, cəmi 481.500 manat olduğunu müəyyən etmişdir. 29.12.2014cü ildə Bakı Apelyasiya Məhkəməsi iddiaçının apelyasiya şikayətini qismən təmin edərək, Xəzər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli qətnaməsini ləğv etmiş, iş üzrə yeni qətnamə qəbul edərək, “xxxx” MMC-yə qarşı iddianı qismən təmin etmişdi r. Həmin qətnaməyə əsasən “xxxx” MMC-dən iddiaçının xeyrinə vurulmuş maddi ziyanın əvəzi olaraq 481.500 manat, mənəvi zərərin əvəzi kimi 500 manat tutulmuşdur. Sonradan “xxxx" MMC Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmə apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. 03 may 2016-cı ildə Bakı Apelyasiya Məhkəməsi iddiaçının apelyasiya şikayətini qismən təmin etmiş, Xəzər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli qətnaməsini ləğv edərək “xxxx” MMC-yə qarşı iddianı qismən təmin etmişdir. Həmin qətnamədən “xxxx” MMC kassasiya şikayəti vermiş, Ali Məhkəmə 21 noyabr 2016-cı ildə Bakı Apelyasiya Məhkəməsinin 03 may 2016cı il tarixli qətnaməsini ləğv etmiş, iş yenidə n baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 17 may 2017-ci ildə Bakı Apelyasiya Məhkəməsi iddiaçının apelyasiya şikayətini qismən təmin edərək, Xəzər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli qətnaməsini ləğv etmiş, iş üzrə yeni qətnamə qəbul edərək iddiaçının “xxxx” MMCyə qarşı iddiasını qismən təmin etmiş, “xxxx” MMC-dən iddiaçının xeyrinə vurulmuş maddi ziyanın əvəzi olaraq 481.500 manat, mənəvi zərərin əvəzi kimi 500 manat tutulmuşdur. 30 noyabr 2017-ci ildə Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin 17 may 2016-cı il tarixli qətnaməsini konkret göstərişlərlə ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2756/2018 nömrəli, 13 aprel 2018-ci il tarixli qətnaməsi il ə apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Xəzər Rayon Məhkəməsinin 08.05.2014cüil tarixli qətnaməsi apelyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş, həmin hissədə iddiaçının cavabdeh “xxxx MMC”-yə qarşı söküntü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə ilə söküntünün iş üzrə cavabdeh “xxxx” MMC tərəfindən deyil, bilavasitə Cavabdeh tərəfindən aparıldığı müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabde h məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətind ə (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ona məxsus əmlakların məhz cavabdeh inzibati orqan - Xəzər RİH tərəfindən sökülməsi ilə bağlı məhkəməyə heç bir sübut, dəlil təqdim etmir, ərizəsində də bu barədə bildirmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Xəzər RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu v ə ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi məhkəmə icraatında öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia, öhdəliyin icrası haqqında iddiadır. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İMP-in 34.1-ci maddənin 2-ci cümləsi).Belə ki, İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə hə mçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın odənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.(1.1) Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə ( hərəkətlərinə) də şamil olunur. Bakı şəhəri Cavabdeh Başçısının İ müavini iddiaçının müraciətinə cavab olaraq ünvanlandığı 17.05.2018-ci il tarixli L-12-149 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair" 27.02.2006-cı il tarixli, 1338 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Bakı şəhərinin rayonlarında olduğu kimi Xəzər rayonunda, o cümlədən Buzovna qəsəbəsində də quruculuq, abadlıq, yaşıllıq və s. işlər həyata keçirilmişdir. Həmçinin, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər Plan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2930 nömrəli, 08.07.2008-ci il tarixli Sərəncamına əsasən X1 Hava LimanıMərdəkan dairəsi Buzovna-Bilgəh qəsəbəsi istiqamətində magistral yolun yenidən qurulması işləri aparılmışdır. Göstərilənlərlə əlaqədar olaraq yeni salınmış magistral yolun kənarında, həmçinin Buzovna qəsəbəsinin ərazisində abadlaşdırma və yenidənqurma işləri ilə bağlı primitiv şəkildə olan tikililər sökülmüş, yaşayış evləri, qeyri yaşayış obyektləri yenidən rekonstruksiya olunaraq milli memarlıq üslubunda inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Apelyasiya məhkəməsi qeyd edilən məktuba münasibət bildirməmişdir. Həmçinin qeyd olunmalıdır ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə yerli icra hakmiyyəti orqanının üzərinə qoyulmuş vəzifələrə gör ə həmin orqan belə işlər barədə məlumatlı olmağa, o cümlədən belə işlərin kim tərəfindən edildiyini bilməyə borcludur. Cavabdeh iddiaçıya məxsus tikililərin başqa şəxs tərəfindən sökülməsi barədə məlumat vermir. Bundan əlavə, iddiaçı bildirmişdir ki, tərəflər arasında sözügedən tikililərin sökülməsi ilə bağlı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, tikililərin məhz Cavabdeh tərəfindən sökülməsi müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlili ilə bağlı heç bir araşdırma aparmamışdır. Halbuki, həmin mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə predyusial əhəmiyyət kəsb edə bilər. Qeyd olunmalıdır ki, Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xi dməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. ( İPM-in 11, 12.1, 12.2, 12.3, 15-ci maddələri) Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyə tə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmadan iddianın mümkünsüzlüyü barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzə rdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmiş, beləliklə də prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən iddiaçının kassasiya şikayəti təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməklə, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2584/2018 saylı iş üzrə 14 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-784/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-784/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver