Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-784/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fövqəladə hallar orqanlarından xaric edilmə barədə əmrin ləğvi, ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən keçmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa olunma, məcburi işburaxma müddəti üçün əmək haqqının ö dənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-405/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Cavabdeh 8 fevral 2021-ci il tarixli *** nömrəli əmri ilə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Yanğından mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir.
2. Əmr onunla əsaslandırılmışdır ki, 23 dekabr 2020-ci il tarixində tibbi müayinə zamanı İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır. Əmrin verilməsinə əsas olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X1” X2 30 dekabr 2020-ci il tarixli *** nömrəli aktına istinad olunmuşdur.
3. Həmin akta əsasən iddiaçıdan götürülmüş qan nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan “Heroin” və 1,4 benzodiazepin qrupuna aid olan törəmə aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək FHN-in 8 fevral 2021-ci il tarixli, *** saylı əmrinin ləğv edilməsi, onun əvvəlki - Nazirliyin Dövlət Yanğından Mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu vəzifəsinə bərpa edilməsinə, məcburi iş buraxma müddəti üçün 8 fevral 2021-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, barəsində verilən əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2013-cü ildən Cavabdeh orqanlarında xidmət edir. Xidməti dövründə nümunəvi əməkdaş hesab edilmişdir. Heç vaxt barəsində intizam tənbeh tədbiri tətbiq olunmamışdır. Əksinə, xidməti yuxarı rəhbərlik və rəis heyəti tərəfindən daim yüksək qiymətləndirilmişdir. 23 dekabr 2020-ci il tarixdə Nazirlik əməkdaşları tərəfindən Baş İdarəyə çağrılmış, ona narkoloji testdən keçməli olduğu bildirilmişdir. Buna etirazı olmadığından FHN-in tibb mərkəzinə gətirilmiş, orada müayinə olunmuş, nəticə neqativ çıxmışdır. Sonra el ə həmin gün yenidən müayinə edilməsi üçün Respublika Narkoloji Mərkəzinə aparılmış və orada yenidən müayinə edilmiş, nəticə yenə neqativ olmuşdur. Daha sonra “Məhkəmə-tibbi ekspertiza və X1“ X2 binasına aparılmış, orada yenidən sidik və qan analizi vermişdir. 5 yanvar 2021-ci il tarixinədək işləmiş və həmin tarixdən növbəti məzuniyyətə çıxmışdır. Məzuniyyət qurtardıqdan sonra 7 fevral tarixində işə çıxmışdır. 10 fevral 2021-ci il tarixdə işə gələrkən rəis onun xidmətdən azad olunduğunu qeyri-rəsmi bildirmiş və “Məhkəmə-tibbi ekspertiza və X1” aktınının əsas olduğunu demişdir. İddiaçı bunun əsassız olmasını, narkotik maddədən istifadə etmədiyini, yanlış akt yazıldığını bildirmiş, həmin gün, yəni 10 fevral 2021-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin hərbi tibb baş İdarəsində qan v ə sidik analizləri verərək özünü yenidən müayinə etdirmişdir. Orada da narkotik maddə tapılmamışdır. Göründüyü kimi, 3 səlahiyyətli dövlət qurumları onun narkotik maddə qəbul etmədiyini müəyyən etdiyi halda, Birliyin müayinədən 7 gün sonra tərtib etdiyi akt qanuni və əsaslı, mötəbər sənəd hesab edilə bilməz.
6. Bundan əlavə, məhkəmə və istintaq təcrübəsində narkoloji xəstələrin müayinə edilərək rəy verilməsi Birliyə yox, Respublika Narkoloji Mərkəzinə həvalə edilir və bu qurumun rəyi əsas götürülür. Çünki, burada daha yüksək ixtisaslı mütəxəssislər çalışır. Şəxsin narkoloji xəstə olub-olmamasının aydınlaşdırılması Birliyin səlahiyyətində deyil. Odur ki, cavabdeh Birliyin yox, Narkoloji Mərkəzin gəldiyi nəticəyə inanmalı idi. Sorğuya Mərkəzdən verilən 2 mart 2021-ci il tarixli, xx/xx-2459 s aylı cavab məktubunda iddiaçının 23 dekabr 2020-ci il tarixdə, saat 14:53-də tibbi müayinədən keçirilməsi, narkotik maddə aşkar edilməməsi göstərilmişdir.
7. Digər tərəfdən, Birliyin aktı əsaslı olsa belə əmrdə istinad edilən “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 6.7-ci maddəsi ona şamil edilə bilməz. Çünki həmin maddə heç də müalicə məqsədi ilə, yaxud qanunla müəyyən edilən istehlak normasında, yaxud təsadüfən narkotik maddə qəbul edənlərə yox, narkoloji xəstələrə şamil edilməlidir. İddiaçının isə narkoloji xəstə olmasını təsdiq edən heç bir sənəd mövcud deyil. Birlik vəkil sorğusuna görə aktın surətini verməsə də, əmrdə “23 dekabr 2021-ci il tarixli müayinə zamanı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır” sözünün yazılması onu təsdiq edir ki, xəstə olmağına rəy yoxdur. Şəxsin qanında narkotik maddə tapılması onun narkoloji xəstə olması anlamını vermir. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 1.0.4-cü maddəsində göstərilir ki, narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada alkoqolizm, norkamanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir.
8. Cavabdehin onun barəsindəki əmrdə istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdu diyyətin müddəti”nə gəldikdə isə bu siyahıya əsasən narkoloji xəstələrə məhdudiyyət müddəti 5 il müəyyən edilmişdir. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr 9 və 10-cu bəndlər istisna olmaqla digər peşə və vəzifələrdə işləyə bilər. Bu bəndlər isə FHN-ə yox, 9-cu bənd silah və sursatın daşınmasına, tətbiq edilməsinə və saxlanmasına icazəsi olan bütün növ peşə və vəzifələrə, 10-cu bənd isə müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrə aiddir. Cavabdeh və yanğından mühafizə xidməti 13-cü bənddə öz əksini tapmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təstiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə dair siyahıya görə də narkoloji xəstə Cavabdeh və yanğından mühafizə xidmətində işləyə bilər. Yalnız məcburi müalicəyə cəlb olunanlara 5 illik məhdudiyyət qoyula bilər. Cavabdeh əmrdə istinad etdiyi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun tələblərini də pozmuşdur. Belə ki, həmin Qanunun xidmətkeçməyə xitam verilməsinin əsaslarından bəhs edən 33-cü maddəsində narkotik maddə istifadəçisinin orqandan xaric edilməsi nəzərdə tutulmamışdır. İstinad edilən 33.1.5-ci maddəyə gəldikdə isə uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi-həkim ekspertiza komissiyasının rəyi olduqda bu maddəyə istinad edilə bilər. Belə rəy isə iddiaçı barəsində mövcud deyil. 9. “Respublika Nar koloji Mərkəzi” X2 2 mart 2021-ci il və 07 iyun 2021-ci il tarixli məktublarında (iş v. 18 və 83) qeyd edilmişdir ki, iddiaçı 23 dekabr 2020-ci il tarixində saat 14:53 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsində narkoloji tibbi müayinədən keçmiş və müayinənin nəticəsində 10 parametr: OPİ(-), THC(-), TCA(-), COK(-), BZO(-), BAR(-), MDMA(-), MET(), AMP(-), MTD(-), TML(-) aşkar edilməmişdir.
10. Birinci instansiya məhkəməsində icraat zamanı 17 mart 2021-ci il tarixli sorğu ilə iddiaçının 23 dekabr 2020-ci il tarixdə Tibb Xidmətində müayinə olunub-olunmaması, müayinə olunduğu təqdirdə müayinənin nəticəsi barədə məlumatın təqdim edilməsi Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətindən tələb edilmiş (iş v.32), sorğuya cavab ola raq FHN-in Tibb Xidmətinin 29 aprel 2021-ci il tarixli məktubunda iddiaçının 23 dekabr 2020-ci il tarixdə Tibb Xidmətinə müraciət etmədiyi və müayinələrdən keçmədiyi bildirilmişdir (iş v.36).
11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlillərinə görə, iddiaçı, 23 dekabr 2020-ci il tarixində "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinə əsasən narkoloji sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə dövri tibbi müayinəyə cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”ndə həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan nümunəsinin tərkibində “Heroin” narkotik maddəsi və benzodiazepin qrupuna aid törəmə aşkar edilmişdir. “Narkol oji xidmət və nəzarət haqqında” Qanunun 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsini n 10-cu bəndinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Bu baxımdan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”nin həyata keçirilmiş yoxlamanın nəticəsində keçirdiyi müayinənin nəticələrinin özündə əks etdirən 30 dekabr 2020-ci il tarixli *** saylı protokol əsasında iddiaçı FHN-in 8 fevral 2021-ci il tarixli *** saylı əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçının narkoloji xəstə olması faktı qanunvericiliyə müvafiq qaydada həyata keçirilmiş tibbi müayinə əsasında müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nın 9-cu maddəsinə əsasən şəxsin narkoloji xəstə olması nəticəsinə bu halda gəlmək olar ki, o, tibbi müayinədən keçsin və bu müayinənin nəticəsində onun narkotik maddədən istifadə etməsi faktı öz təsdiqini tapsın.
12. İddiaçı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”nin onun narkotik istifadəçisi olması barədə rəy verməsi səlahiyyəti olmadığını bildirsə də, bu dəlil tam əsassızdır. Belə ki, “Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində Məhkəmə Narkoloji xidmətləri haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən məhkəmə psixiatrik və məhkəmə narkoloji e kspertizalar psixiatriya və narkologiya ixtisaslarına uyğun olaraq ixtisaslaşmış həkimlər-məhkəmə-tibb ekspertləri tərəfindən aparılır. Əsasnamənin 11-ci bəndinə əsasən məhkəmə psixiatrik və Məhkəmə narkoloji şöbələrin rəhbərləri Səhiyyə Nazirliyinin əmr və təlimatlarını, şöbələr haqqında əsasnaməni, məhkəmə psixiatrik, Məhkəmə narkoloji işlərini nizamlayan normativ göstəriş, qayda və təlimatları, Birliyin əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərdikləri ərazidə müvafiq xidmətləri təşkil edir. Bu baxımdan birliyin verdiyi rəy konkret halın müəyyən edilməsi üçün sübut hesab edilir və rəsmi sənəd kimi müəyyənedici xarakterə malikdir.
13. İddiaçını digər dəlili ilə bağlı etirazda qeyd edilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 31.5-ci maddəsinə əsasən Qanun un 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə əsasən işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerind ə həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması kobud pozuntu hesab edilir. Konkret halda iddiaçının xidmətinə xitam verilməsi onun ərizədə göstərdiyi kimi “uzunmüddətli xəstəliklə” deyil, yol verdiyi kobud pozuntu ilə bağlıdır.
14. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı məhkəməyə vəsatət təqdim edərək işdən çıxarma barədə əmrin əsaslandığı aktın rəy olmadığını nəzərə alaraq, iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün qanında hər hansı narkotik maddə olub-olmadığını, varsa, maddəni nə müddət əvvəl qəbul etdiyini, eləcə də narkoloji xəstə olub-olmadığını və müalicəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirmək məqsədilə narkoloji ekspertiza keçirilməsini və ekspertizanın keçirilməsinin Narkoloji Mərkəzə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iddi açının vəsatətinə 18 may 2021-ci il tarixində keçirilən iclasında baxmış, yerində müşavirə edərək vəsatətə növbəti iclasda münasibət bildirəcəyini qərara almış, 10 avqust 2021-ci il tarixli məhkəmə iclasında isə yerində müşavirə edərək səbəblərini göstərmədən vəsatəti rədd etmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 nömrəli, 10 avqust tarixli 2021-ci il qərarı ilə (hakim Fərid Mədətli) iddia rədd edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, 23 dekabr 2020-ci il tarixində iddiaçının tibbi müayinəsi zamanı narkotik vasitədən istifadə etdiyi aşkarlandığından barəsində verilən qərar qanuni və əsaslı olmuşdur. İddiaçının xidmətinə xitam verilməsi onun iddia ərizəsində göstərdiyi kimi uzunmüddətli xəstəliklə deyil, yol verdiyi kobud pozuntu ilə bağlıdır.
17. İddiaçı apellyasiya şika yəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı işə apellyasiya məhkəməsində baxılarkən yenidən vəsatət təqdim edərək işdən çıxarma barədə əmrin əsaslandığı aktın rəy olmadığını, eləcə də xəstə olmasını təsdiq edən sənədin mövcud olmadığını nəzərə alaraq, iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün qanında hər hansı narkotik maddə olub-olmadığını, varsa, maddəni nə müddət əvvəl qəbul etdiyini, eləcə də narkoloji xəstə olub-olmadığını və müalicəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirmək məqsədilə narkoloji ekspertiza keçirilməsini və ekspertizanın keçirilməsinin Narkoloji Mərkəzə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəs atətinə 2 dekabr 2021-ci il tarixində keçirilən iclasında baxmış, yerində müşavirə edərək işin mübahisələndirilən halları araşdırıldıqdan sonra vəsatətə növbəti iclasda münasibət bildirəcəyini qərara almış, 27 yanvar 2022-ci il tarixli məhkəmə iclasında yerində müşavirə edərək səbəblərini göstərmədən vəsatəti rədd etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2022 nömrəli, 2022-ci il 27 yanvar tarixli qərarına əsasən (sədrlik edən və məruzəçi - Cahangir Yusifov, hakimlər - Həmid Həmidov və Elmira Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 nömrəli, 2021-ci il 10 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olara q qeyd etmişdir ki, iddiaçının müayinəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” tərəfindən aparılması heç də qanunvericiliyə zidd olmamışdır. Ən azından “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda belə bir qadağanedici norma mövcud deyil. Bu baxımdan, apellyasiya məhkəməsi mübahisələndirilən ekspertiza aktı ilə müəyyən edilən müayinə nəticələrini inandırıcı hesab etmişdir. Respublika Narkoloji Mərkəzi və DTX-nın poliklinikasının iddiaçıda narkotik vasitə aşkar edilmədiyinə dair müayinə nəticələri ilə bağlı olaraq isə apellyasiya məhkəməsi qeyd etmişdi ki, həmin müəssisələrdə aparılan müayinə nəticələri Birlik tərəfindən elmi-metodik üsullardan istifadə edilməklə aparılan ekspertiza tədqiqatının nəticələri ilə eyniləşdirilə və işin həqiqi hallarını əks etdirə bilməz.
21. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2022 nömrəli, 2022-ci il 27 yanvar tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən Avropa Konvensiyasının 1, 6, 7-ci, Mülki Prosessual Məcəllənin 76, 88-ci, İnzibati Prosessual Məcəllənin 11-15, 58, 69-cu maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işdən azad edilməsi üçün həmkarlar təşkilatının qabaqcadan razılığı alınmalı olmasını, kobud qanun pozuntusunu təsdiq edən nə rəsmi, nə də qeyri-rəsmi məlumat olmamasını, hansı tarixdə kobud qanun pozuntusuna yol verilməsinin aydın olmamasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydaları”nın 1-ci maddəsinə əsasən şəxsin narkoloji xəstəliyə düçar olmasının müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə həmin şəxsin narkoloji müəssisədə tibbi yoxlamadan keçməli olmasını nəzərə almamış, bu faktlara qiymət verməmişdir.
23. Nə qədər ki, 23 dekabr tarixində cavabdehin tabeliyindəki tibb müəssisəsi və 2021-ci ilin fevralında, yəni müayinədən sonra DTX-nın tibb müəssisəsi iddiaçının qanında narkotik tapmayıb, bu qurumların Respublika Narkoloji Mərkəzinin sənədinin əsaslı olması fikrini təsdiq etməsi anlamı verir. Məhkəmə bu üç qurumun sənədlərinin qanunsuz olmasını göstərməsinə baxmayaraq, bunu əsaslandırmamışdır. Odur ki, Birliyin şübhəli, mübahisəli, mötəbər olmayan, primitiv üsulla, müasir dünya standartlarına cavab verən laboratoriya təhqiqatı aparmadan tərtib etdiyi sənədi yox, Respublika Narkoloji Mərkəzinin sənədi əsas götürülməli idi. Məhkəmə isə sübutlara düzgün hüquqi qiymət verməmişdir.
24. Bundan əlavə, məhkəmə cavabdeh Nazirliyin Tibb Xidmətinin 23 dekabr 2020-ci il tarixində iddiaçının tibb xidmətinə müraciət etmədiyini bildirməsinin səbəbinə aydınlıq gətirməli idi. Çünki, iddia ərizəsində göstərildiyi kimi həmin gün on u tək yox, başqa dəvət olunanlarla (təxminən 10 nəfər) birlikdə aparıblar. Cavabdeh tərəfindən həmin gün kimlərin müayinədən keçirilməsinə, başqalarının xidmətdə qeydə alındığı halda iddiaçının alınmamasına və başqa yerlərə aparılması səbəbinə aydınlıq gətirilməli idi. Sorğuya cavabda iddiaçının müraciətindən söhbət gedir. Halbuki, ora iddiaçı özü müraciət etməyib, onu və başqalarını xidmətin tabe olduğu Nazirlik xidmətə təqdim edib. Birlikdən əvvəl və Tibb Xidmətindən sonra iddiaçının Respublika Narkoloji Mərkəzində, saat 14:53də müayinədən keçərkən qanında narkoloji maddə aşkar edilməməsi faktına məhkəmə tərəfindən qiymət verilməmişdir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da qeyd olunur ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırmasının ədalətli olub-olmadığını, o cümlədən s übutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. Sübutlar kifayət qədər güclü, aydın olmalı və birbirinə uyğun gəlməlidir (Elsholz Almaniyaya qarşı iş üzrə 13 iyul 2000-ci il tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 11 yanvar 2005-ci il tarixli, Van de Hurk Hollandiyaya qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarlar). Məhkəmələrin istinad etdiyi yeganə sübut kifayət qədər güclü və aydın olmamaqla digər sübutlara uyğun gəlmir.
26. Məhkəmələr Azərbaycan Respublikası Nazirl ər Kabinetninin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsinin 10-cu bəndinə əsassız istinad etmişdir. Qərarda göstərildiyi kimi 10-cu bənd müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışanlara aiddir. Cavabdeh və yanğından mühafizə xidmətinin işçiləri Əsasnamədə göstərildiyi kimi dövlət qulluğunun xüsusi növünə aiddir. Cavabdehə münasibətdə həmin qərarın 9 və 10-cu bəndləri tətbiq edilə bilməz. FHN-nin bütün növ yanğından mühafizə xidməti sözügedən qərarın 13-cü bəndində öz əksini tapmışdır ki, bu haqda iddia ərizəsinə ətraflı şərh verilmişdir.
27. Həmçinin, məhkəmələr iddiaçının xəstə olub-olmamasının aydınlaşdırılması və məsələnin qanuni həlli üçün ekspertiza keçirilməsinə dair əsaslı vəsatəti heç bir səbəb göstərmədən rədd etmişdir. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Perma İtaliyaya qarşı”, “Dvorskiy Xorvatiyaya qarşı”, “Murtuzəliyev Rusiyaya qarşı” qərarlarında məhkəmə diqqəti ona cəlb etmişdir ki, əgər müdafiə tərəfi müdafiə mövqeyini möhkəmləndirə biləcək vəsatətlər verirsə, onda məhkəmələr bu cür vəsatətlərin rədd olunma səbəblərini mütləq göstərməlidir. Eyni zamanda, Strasburq Məhkəməsi hesab etmişdir ki, əgər məhkəmələr bu cür vəsatətlərin rədd edilməsini kifayət qədər əsaslandırmamışlarsa, bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Lakin iddiaçının ekspertiza keçirilməsinə dair hər iki məhkəmədə təqdim etdiyi vəsatətlər əsassız olaraq rədd edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Narkoloji xidmət və nəzarət haqqında” Qanun Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:... 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir.... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsind ə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir;... Maddə 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir.... Maddə 14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji b ölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. Maddə 14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir.... Maddə 20.1. İnsan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürəni n vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir.... Maddə 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respub likası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabineti üç ay müddətində:... (7-ci absaz) həmin Qanunun 10.6-cı maddəsində nəzərdə tutulmuş tibbi yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;... (17-ci abzas) həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəss isəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd
1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bənd
2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Bənd
3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Bənd
5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Bənd
6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqi qatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd
1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narko loji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Bənd
2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Bənd
3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. Bənd
21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” İ. Peşə növlərinin və vəzifələrin Siyahıs ı Bənd
10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr. Bənd
13. Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri. İİ. Məhdudiyyətin müddəti Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun Maddə 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan v əzifələrdə işləyən şəxslərin qulluq keçməsi 34. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.... Maddə
10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə;... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə;.... Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:.... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə;... Maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər..... Maddə 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir:.... 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə;.... Maddə 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.
35. Əmək Məcəlləsi Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: … b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması
36. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan di gər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mah iyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı bar ədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. A li Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, eləcə də iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış və qiymətləndirilməmişdir.
40. İddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. Əmr verilərkən əsas olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X1” X2 30 dekabr 2020-ci il tarixli *** nömrəli aktına istinad olunmuşdur. Həmin akta əsasən iddiaçıdan götürülmüş qan nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan “Heroin” və 1,4 benzodiazepin qrupuna aid olan törəmə aşkar edilmişdir. Cav abdeh iddiaya qarşı təqdim etdiyi etirazında da iddiaçının xidmətinə xitam verilməsinin əsasını onun ərizədə göstərdiyi kimi “uzunmüddətli xəstəlik” deyil, yol verdiyi kobud pozuntu (narkotik maddənin qəbulu faktının aşkar edilməsi) təşkil etmişdir.
41. Beləliklə, aydınlaşdırılmalı olan ilk məsələ ondan ibarətdir ki, şəxsin narkoloji xəstə olduğu təsdiq olunmadığı halda belə, narkotik maddələrin qəbulu faktı özüözlüyündə fövqəladə hallar orqanlarından xidmətdən xaric edilmə üçün yetərli əsas təşkil edirmi?
42. Kollegiya qeyd edir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində narkoloji nəzarətin təmin edilməsinə yönəlmiş xüsusi tədbirlərdən biri kimi müəyyən peşə fəaliyyəti ilə məşğul olan şəxslərin, o cümlədən fövqəladə hallar orqanı əməkdaşlarının işlədikləri müddə tlərdə ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçməli olduqları təsbit edilmişdir. Sözügedən müayinə həm də insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunmasını təmin etməyə yönəlmişdir. Qanunvericilikdə təsbit olunmuş bu imperativ tələb əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlət təhlükəsizliyinin müdafiəsi kimi legitim məqsədlərə xidmət edir.
43. Kollegiya hesab edir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü fövqəladə hallar orqanlarından xaric edilmə üçün yetərli əsas ola bilər. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 31.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaş ı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda onun barəsində fövqəladə hallar orqanlarından xaric etmə növündə intizam tənbeh tədbiri tətbiq oluna bilər. Bu Qanunun 10-cu maddəsinin tələbinə görə isə fövqəladə hallar orqanı əməkdaşı orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, eləcə də etik davranış və intizam qaydalarına əməl etməlidir. “Fövqəladə hallar orqanları işçilərinin etik davranış” Qaydalarının 5.1-ci bəndinə görə işçi şəxsi həyatında da ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Bundan əlavə, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 31.5-ci maddəsinə görə vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara yol vermiş orqan əməkdaşı xidmətdən xaric oluna bi lər. Əmək Məcəlləsinin 72-ci maddəsi isə narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələri qəbul edərək sərxoş vəziyyətdə işə gəlməni əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” də təsdiq edilmişdir.
44. Qanunvericiliyin sadalanın normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu fövqəladə hallar orqanı əməkdaşının nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda əməkdaşın xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün fövqəladə hallar orqanlarından xaric edilməyə əsas ola bilər. Bu hissədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
45. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır.
46. Qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, i nzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından şəxsin narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələri qəbul etməsi faktı həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir.
47. Apellyasiya məhkəməsi bu məsələyə münasibətdə qeyd etmişdir ki, iddiaçının müayinəsinin səlahiyyətli qurum kimi Azərbaycan Respu blikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” tərəfindən aparılması heç də qanunvericiliyə zidd olmamışdır. Ən azından “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda belə bir qadağanedici norma mövcud deyil. Bu baxımdan, apellyasiya məhkəməsi mübahisələndirilən ekspertiza aktı ilə müəyyən edilən müayinə nəticələrini inandırıcı hesab etmişdir. Respublika Narkoloji Mərkəzi və DTX-nın poliklinikasının iddiaçıda narkotik vasitə aşkar edilmədiyinə dair müayinə nəticələri ilə bağlı olaraq isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin müəssisələrdə aparılan müayinə nəticələri Birlik tərəfindən elmi-metodik üsullardan istifadə edilməklə aparılan ekspertiza tədqiqatının nəticələri ilə eyniləşdirilə və işin həqiqi hallarını əks etdirə bilməz.
48. Kollegiya aşağıda göstərilənlərə əsa sən apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
49. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığı na təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilibedilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadının 26 və 29-cu bəndləri)
50. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı tibbi müayinədən "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş normanın tələblərinə görə keçirilmişdir. Həmin norma təsbit edir ki, belə müayinə dövlət narkoloji tibb müəssisəsində keçirilməlidir. Sözügedən 23.4-cü maddədə şəxslərin belə müayinədən keçməsi qaydasının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyə n ediləcəyi göstərilmiş, daha sonra “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə üç ay müddətində Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etmək tapşırılmışdır.
51. Azərbaycan Respublikasının Nazirlər Kabineti özünün 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxla madan) keçməsi” Qaydasını təsdiq etmişdir. Sözügedən Qaydaların 1-3-cü bəndlərində də aşkar şəkildə təsbit edilmişdir ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. 5
2. Beləliklə, qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırki işin halları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisəl əndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəbulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər.
53. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının tibbi müayinəsinin qanunvericiliyin tələb etdiyi kimi dövlət narkoloji tibb müəssisəsində aparılıb-aparılmadığı məsələsini aydınlaşdırmadan mübahisəni həll etmişdir. Halbuki, bu məsələ müb ahisənin həlli baxımından həlledici əhəmiyyətə malik olmuşdur. Apellyasiya məhkəməsi iddiaçının müayinəsinin səlahiyyətli qurum kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” tərəfindən aparılmasının heç də qanunvericiliyə zidd olmadığını bildirsə də, bu mövqeyini əsaslandırmamış, həmin qurumun qanunvericiliyin tələbləri baxımından dövlət narkoloji tibb müəssisəsi sayılıb-sayılmamasını aydınlaşdırmamışdır. Odur ki, təkrar baxışda hansı qurumların qanunvericiliyin tələbləri baxımından dövlət narkoloji tibb müəssisəsi hesab olunduğu məsələsi dəqiq müəyyənləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçının əsas dəlillərindən biri də məhz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1”nin dövlət narkoloji tibb müəssisəsi olmadığı il ə bağlı olmuşdur. İddiaçının qənaətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi dövlət narkoloji tibb müəssisəsi kimi qəbul olunmalıdır. Lakin məhkəmələr işin hallarının tam və hərtərəfli araşdırılması prinspini pozmaqla bu dəlildən irəli gələn lazımi araşdırmanın aparılmasını təmin etməmişlər, söözügedən qurumlardan hansının və ya başqa bir qurumun dövlət narkoloji tibb müəssisəsi olduğunu aydınlaşdırmamışlar.
54. Kollegiya həmçinin qeyd edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı həm də mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. Yalnız bu qaydada təsdiq olunmuş fakt qulluqdan xaric edilmə barədə inzibati aktın maddi və hüquqi əsasını təşkil edə bilər. Bunun üçün i sə sözügedən mötəbər və aidiyyəti sübutlara dair qanunvericilikdəki tənzimləmənin hansı qaydada aparıldığına diqqət yetirilməlidir. 55. "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinin icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası təsdiq olunmuşdur. Həmin Qaydaların 5-6-cı bəndlərində təsbit edilmişdir ki, dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İş çinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.
56. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X1” X2 30 dekabr 2020-ci il tarixli *** nömrəli aktını mötəbər və aidiyyəti sübut kimi qəbul etmiş, narkotik vasitədən istifadə faktını təsdiq edən sənədin rəy olmadığını, eləcə də onun ekspert-kimyaçı tərəfindən tərtib olunduğunu müvafiq qaydada müzakirə etməmiş və qiymətlənd irməmişdir. Odur ki, təkrar apellyasiya baxışı zamanı bu məsələnin də hərtərəfli araşdırılması və qiymətləndirilməsi təmin edilməlidir.
57. Kollegiya həmçinin hesab edir ki, apellyasiya məhkəməsi Respublika Narkoloji Mərkəzi və DTX-nin poliklinikası tərəfindən verilmiş iddiaçıda narkotik vasitələrin aşkar edilmədiyinə dair müayinə nəticələrini də lazımi qaydada əsaslandırmadan qəbul etməmişdir. İşin hallarından həmçinin görünür ki, iddiaçı məhkəmələrə vəsatət təqdim edərək iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün qanında hər hansı narkotik maddə olub-olmadığını, varsa, maddəni nə müddət əvvəl qəbul etdiyini, eləcə də narkoloji xəstə olub-olmadığını və müalicəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirmək məqsədilə narkoloji ekspertiza keçirilməsini və ekspertizanın keçirilməsinin Nark oloji Mərkəzə həvalə edilməsini xahiş etmişdir. Lakin həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri səbəblərini göstərmədən vəsatəti rədd etmişlər. Bununla da, məhkəmələr işin hallarının tam və hərtərəfli araşdırılmasına dair xidməti vəzifələrini düzgün icra etməmişlər. Halbuki, iş materiallarında iddiaçının xeyrinə iki müayinə nəticəsi olduğu halda, məhkəmə nəyə görə onun ziyanına olan digər nəticəni əsas götürdüyünü, eləcə də nə üçün vəsatəti təmin etmədiyini ciddi və inandırıcı şəkildə əsaslandırmalı idi.
58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Ba